Gündüzlər vaxt olmadığından ən yaxın dostlarla belə axşamlar görüşmək, söhbətləşmək, bir az da dərdləşmək mümkün olur. Bu axşam həm qonşum, həm də yaxın dostumgildə istəmədiyimiz bir söhbət açılmalı oldu. Gözəl dəmlənmiş çay (çaysız və ya kofesiz olmaz) səmimi mühit mübadiləmizin bir  neçə saat çəkməsinə gətirdi. Mübadilə çünki, fikir və qadın varsa ordan hökmən yeni nəsə öryənmək mümkündür. Qadın dedik. Onların olduğu yerdə də təbii ki, sevgi və ailə olmalı… Hansı istiqamətə aparmaq istəsəniz axırda ilişib qalacağı yer… Evə gec gəldim, bu dəfə tez yatım dedim. Yatmağa çalışıram. Bacarmıram. Və birdən  “εὕρηκα” (eureka / evrika ) deməyim gəldi.

Tez qalxıb bir cizma qara cızdım. Beləliklə də, ilk insanın yaşayışı, oddan istifadəsi, evlilik, uşaq və.s… insanla bağlı nə varsa demək olar ki, beynimdə açıldı. Kiçik yazı sadəcə məni sistematik fəlsəfə yolunda və daha doğrusu dil fəlsəfəsi yolunda bir addım irəliyə çəkən, dəstəkləyən mövzusdan olacaq. Zamanla digər daşları bağlardan atarıq…

img_6093

Nərdivanla beynimin içinə düşüb bir neyronlarla tanış olma imkanı tapdım…

Sevmək…

…Dedikdə ağlıma bir-birinə zidd iki düşüncə tərzi gəlir.

Suf-i və Zizek

Zizek`in sevgi haqqında tezi rasional olduğu qədər də emprikdir. Düşüncənin dərinliklərinə varanda Zizek`in nə çatdımaq istədiyi sezilir. Qısacası iddia edir ki, sevgi denilən bir şey yoxdur. Zamanla yaranan, təcrübədə formalaşan hadisələr toplusunun nəticəsidir. Biz insanlar inkişafımız(yaşamağımız) üçün uydurmuşuq…

Haqlı…

Mı?..

Arada başın qapısı açıb, nərdivanla içinə düşün eşələmək lazımdı oralarda nə var, nə yo deyə…

Problemə “duyğu” olaraq yaxınlaşmaq Suf-i`lərin işi. Onlardan başqa da heç kim anlada, daha doğrusu yaşaya  bilməmişdir… Suf-i nəzərində eşq tək`likdir. İki insan belə tək olmalıdır. Təkamül prosesi kimi ( Darwin`in nəzəriyyəsi yox) baxdıqda  yanlışlığa aparar. Çünki, inkişaf üçün iki nəfər lazımdır. Bioloqa “tək” desəniz yəqin başına qaynar su tökmüş olarsınız. O onsuzda Həyatın ( Yer`in) əsasn dörd elementdən yaradıldığını bilir və “tək” yoxdur onun üçün.  Dərviş təklik simvoludur. O həm ilahi, həm dünəvi eşqdə ikilik yox təklik görür. Dərvişin işi eşq…

Bir olmaq… İkilik Suf-i işi deyil…

İkilik “şübhə” deməkdir.

Zwei => İki 
Zweifel => Şübhə

Çağımızın  “Akışkan Aşk” kitabı ilə yeni fikir memarlarından Zygmunt Bauman yuxarıdakı dil oyunu misalı ilə Suf-i`lərdən yanadırmı?….

Bilmirəm…

Sadəcə onu bilirəm ki, Zygmunt Bauman`ı oxuyun.

Oyun demişkən, fikir etibari ilə “Oyun” nəzəriyyəsinin tərəfdarlarından biriyəm.

İsər insan yaşantısı, istər hisləri, düşündüklər , istərsə də danışdıqları oyundan başqa nədir?…

Deyə düşündüm, amma, cavabım yenə “oyun”da israrlı qaldı…

Oyun oynayan insan. Yəni, Homo Ludens

Burada ustad Johan Huizinga`nı ansaqmı…

Oyunumuzun baş qəhrəmanları təbii ki bizim bu HOMO`lardır.

Bu HOMO`lar var ha bunlarda nələr var nələr…

Əsas üç söz.

Ev…

Sev…

Evlən…

Diqqətlə baxdıqda üçü də bir-biri ilə yaxındır. Yaxın nə söz  eynidir.

Başlayaq evdən…

Mağara yaşamında insan nə evlənmək, nə sevmək, nə də başqa evdə yaşamaq düşüncəsində idi. Ta o zamana ki inkişaf sürətlə gedirdi. Artım, yəni. Arım olduqca mağarada yer azalırdı. Azaldıqca yeni mağaralar. Nəticədə, bir mağaradan bir neçə mağaraya keçid baş verir.

Od…

Odun kəşfi HOMO`nun ən böyük tapıntısıdır. Evlərin odla əlaqəsi mükəmməldir. İlk evlər odu qorumaq üçün hazırlanır. Odun ətrafı qazılır. Aşağı endirilir və küləyin qarşısı alınmaq istənir. Düşünməyə çalışırlar. Və başarırlar. Ətrafını qazıb, dərinləşdirmək əvəzinə odun ətrafında onun formasında bir tikinli hazırlayırlar. Beləliklədə bu gün dəyəri milyardlarla ölüçülən və möhtəşəm gözəlliyə malik evlər hazırlanmağa başlayır.

HOMO`lar düşünməyə başladıqca yeni kəşlər etməyə başlayırlar…

HOMO inqilabları deyirəm mən buna.

Bərabərsizlik…

Burada isə HOMO`lara şiddətli dərəcədə “ah lənət olsun” demişəm nə yalan…

Bərabərsizliyin HOMOların ayrı-ayrı evlərə getməsinə gətirib çıxarır. “Evə köçmək” anlayışın səbəbi çox güman əvvəlki evindən yeni evinə getməkdən qaynaqlanır. Çünki, bir od ancaq bir neçə HOMO`nu isidə bilər.

Evlilik  ilkin olaraq sadəcə təbii ehtiyac və artım kimi nəzərdə tutulurdu. Atalarımız o qədər də romantik deyillərdi. Sevmək və evlilik təklifi təəssüflər olsun….

Üzüklər`də son zamanların oyunu…

Alliance ( Alyans) fransızcadan gəlir. Mənası ittifaq deməkdir. Yəni, birləşmək. Bizlər düşünmüşük ki, üzük bizi daha yaxşı birləşdirərmiş…

Evlilik rəsmiləşməsi də son zamanların oyunu…

Uşaqlar və birlikdə yaşayan insanlar bilinsin deyə… Kök`də din və inanc durur açıq desək.

HOMO`lar bu qədər irəli getməyi düşünməmişlər. Onların işi əslində çox praktik.

Yaşamaq…

Yəni, həyatda qalmaq….

Bunun üçün də soyuqdan qorunmaq ( ev), ac qalmaq üçün yemək ( bitki yığımı və ov) və artım ( cins münasibət/əlaqə ).

Uşaq necə görürsə o cür də edir. Program yazılımına bənzər…

Bir Hindu uşağı “ov” deyə düşünər….

Bir Türk uşağı “ox, yay və at” deyə düşünər….

Aşağıda hazırladığım bir şəkil görəcəksiniz. Paint programı ilə işləmə qabiliyyətimin zəif olduğunu və səhərə yaxın ( təx. 05:18/45 arası) hazırladığımı nəzərə almaq olar yəqin…

Sev.ev.evlen.goshgarabbas
HOMO və EV, SEV, EVLƏN üçləməsi

Görmək çox vacibdir.

Dil fəlsəfəində bir ifadə var. Biz “adını bilidiklərimizi görürük” deyə….

Yuxarıdakı fikir ilə bağlı tövsiyəm Azərbaycanın dil fəlsəfəsi üzrə incisi Ağalar Məmmədov`u oxumağınızdır.

Şəkildə özüməxas bir xronologiya qurmağa çalışdım.

Məqsəd EV`dir.

“Evlenmek”  sözünü  etimoloji kökünə baxsanız qarşınıza “Ev əldə etmək” çıxacaq.

Mənbə: Divan-i Lügət`it Türk (eblenmek -1070)

Yəni, HOMO ev istəyir. Yeni evə köçmək istəyir. Dilin incəliklərinə diqqət yetirsək oyun özlüyündə daha da açılacaq …

Yeni ev yeni yaşam deməkdir…

Yeni ev            Yeni başlanğıc           Yeni həyat/yaşam           Yeni insan/uşaq

HOMO`lar görüblər ki, say artıqca köç baş verir (mağara misalına diqqət). Böyüdükləri və cinsi tələbat üçün. (və ya yeni uşaq) Əlavə  qadın gələrsə və uşaq olarsa odda isimək çətin olacaq. Bu səbəbdən HOMO`lar vaxtı gəlməmişdən əvvəl yeni ev istəyirlər.

“Evlən” dəki lə(ilə) buna işarədir.

Ev ilə yeni  yaşam, yeni həyat istəmək.  Hədəf evdir. Məqsəd həyatda qalmaq, yaşamaq.

Yaşam uğrunda mübarizədə  ev tapıldı. Ancaq, tək yaşamaq HOMO`ya xas olmadığından (dolayı yolla oyun nəzəriyyəsinə) qadın da lazımdır.

Qadın demək uşaq demək imiş, kömək demək imiş…

Sevmək də buradan gəlir.

Sevmək- yaşam uğrunda bir mübarizədir. Dialektik inkişafdır. Həyatda qalmaq uğrunda görülən işdir.

Sevirəm demək. Ev istiyirəm deməkdir…

Sev sözündə “ev” sözünün olmasın izahını bu cür düşündüm. Kiçik bir HOMO oyunu.

Dildə hər şeyi görmək mümükündür. Məsələn, mən çox vaxt eşidirəm. Bu üçləmə haqqında düşünəndə yadıma düşdü və bir daha əmin oldum. Dilimizdə  belə bir söz var : “ Evim- eşiyim”

Evim- eşiyim….

Evli qadın və ya kişi çox sevdiyini göstərmək üçün belə bir ifadə deyir…

Əvvəlcə “evim” üzərinə təfəkkür edək.

“Evim” fikrində hər şey aydındır. Yuxarıda qeyd etmişdik ki, ev-yaşam deməkdir.  Qadın kişiyə və ya kişi qadına “evim-eşiyim” dediyi anda “həyatım, yaşamım” demək istəyir. Eşik-bayır, çöl, evdən nəkar mənasındadır. Yəni,  həyatımın bütünü sənə bağlıdır.

Sənsən…

“Gəlin” sözü “gəlmək” dən yaranmışdır.

Yeni evə gəlir mənasında..

Ağızlarda olan görmək lazım. Deyimlər kimliyimizi, düşüncələrimizi,  mədəniyyətimizi ortaya səirir…

“Qız istəmək”, “Qız almaq” “Qız köçürmək” “Ərə getmək” və.s….və.i…

İlk ikisi kişinin istədiyidir. Bəsitdir. Ev istədiyi kimi içini də istəyir.

Son ikisi qadının istəyidir.  Ata-Ananın müəyyən bir müddətə qədər yaşamağına kömək etdikləri qız köçürülür…

Haramı?…

Evə…Yeni evə….

Ərə getmək…

Getdiyi ər deyil ər evidir. Əlavə edim istərsəniz.

“Ər evi” və “Ata evi”

Birlikdə( Evdə) yaxşı yaşaya bilməyən kişi və qadın boşanmır.  Əvvəllər boşanmaq anlayışı yox idi. Kişi qadını bəyənməsə əvvəlki evinə, yəni ata evinə göndərərdi. Eyni zamanda qadın. İstəməzsə qayıdar…

Göründüyü kimi ortada bircə ideya var.

Ev….

Bir dil oyunu ilə son…

Latınca üzərindən yola çıxaraq…

Ev – Domus (Domo)

İnsan – Homanus (Homo)

Bəlkə elə  ingiliscədəki Home`də elə  buradan gəlir…

Ev və İnsan…

Latınca “maritor”-evlənmək mənasını verir. Tam olaraq dünya evinə girmək…

Qarşımıza yenə ev çıxır.

Əcəb nədəndir…

Bir ev var…

Bir ev uzaqlarda. O ev bizim evimizdir…

Bir ev var və hər şey burada baş verir…

Bir ev var və biz bu evdə yaşamaq məcburiyyətindəyik…

Bir ev var və biz bu evdə oynamalıyıq…

Bir ev var və….

…Və  ilkimiz də, sonumuzda ordadır….

Oyun…

Oynayan…

HOMO və LUDENS

Dil və  *Oyunu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.