Denizin dalgaları, denizin her katresi yine denizdir; denize nispetle zâhiren bir hiçtir  belki ama unutmamalı ki denizi deniz kılan yine o damlacıklardır.”

Ustad Dücane Cündioğlu`na sevgi və sayqılarla…

Mühacir filosof Ağalar Qut (Məmmədov)  xarici ölkələrin birində dilin fəlsəfəsi mövzusunda çıxışında dostunun uşağına aldığı hədiyə ilə bağlı kiçik bir nüansa toxunur. Deməli, Ağalar bəy uşağa yazı lövhəsi alır. Uşağa da deyir ki, sənə rahat yazmağın üçün  yazılan və pozulan yazı lövhəsi alacağam.  Hədiyyə maşında qalığı üçün verə bilmir və uşağın xəbəri olur bundan. Ağalar bəyi görəndə ondan  soruşur ki, bəs mənim “yaz-poz”um hanı?.

Filosof dilimizdə yeni sözlərin yaranmasının və eləcə də əski türkcə sözlərimizin yenidən işlənməsi savunanlardandır. Uşaq təfəkkürü hadisəyə uyğun söz yaratmaq baxımından olduqca maraqlıdır. Adını bilmədiyi nəsnəyə hadisəni ( yazıb poza bilmək) özü adlandırır. Dilin qısıtlı olması insanı da qısıtlı edir. Mənanı olduğu kimi göstərmir. Məsələn, Ağalar bəyə ona görə savunan dedim ki  “savunan”dakı “sav” savaşla eyi kökdən “sav”dan gəlir. “Sav” sözdür. Yəni, sözlə edilən qarşılıqlı deyişmə. Müdafiəçisi desəydim onda sanki Ağalar bəy qılınc yumruq davası içərisindədir və elə də müdafiə olunur. Çoxlu yeni sözlər lazımdır dilimizi zənginləşdirmək üçün. Xüsusi ilə fəlsəfədə…

Bütün canlıları birləşdirən nədir?…

İnsanlar arasında ən kiçik fərqlərdən tutmuş ən böyük fərqlərə qədər aydınlaşdırmağa çalışdıq. Dəri rəngi, fizioloji qruluş, dil və din ayrımlarını uzaqlaşdırıb hər kəsə insanıq dedik. Daha sonra canlıyıq. Sadəcə canlı. Amma, bütün canlıları birləşdirən “özülün özülü nədir?” sualında təffəkkürümüzü yarımçıq saxladıq. Canlı deyərkən ilk insan gəlir ağlımıza. Təbiidir. Çünki, o qədər özünə düşkün varlıqıq ki, hər şeyin bizim üçün yarandıldığını zənn edirik. Düzü dinlər də bunu dəstəklədimi lap üstünə düşür deyilmi…

Peter Singer “Animal Liberation” kitabı ilə yeni mərəhələ başlatdı və alovlandırdı.  Singer heyvanların azadıqları və hüquqları sahəsində ən böyük addım atanlardan biridir. Veganizm daha da irəli aparlardan. Məsələ tək qidalanmaqda deyil, heyvanları istismar etməkdə də dayanırdı. Adəm övladları heyvanlardan sadəcə qarınlarını doyurmaq üçün yararlanmır, öz zövqlərini, nəfslərini oxşamaq üçün də istifadə edirlər. Kürk geyinmədən də soyuqdan qorunmaq olar, parklarda heyvanların boğazlarında boyunluq olmadan da gəzmək olar, evlər kiçik qəfəslərdəki quşlarsız da olar, akvariumlarsız da.  İlkin dövrdə insanlar heyvanlarla qidalanırdı, ancaq, biz insanlar kimi deyillərdi. Ola bilər ki, daha çox zərər verdilər təbiətə. Sadəcə nəzərə almaq lazımdır ki, o zamankı şərait və təfəkkür indikindən qat-qat aşağı idi.  Yadıma Forrest Carter`in “The Education of Little Tree” romanı düşdü. Newuton`un başına alma düşən kimi bu romanda başıma düşmüşdü oxuduğumda. İnsanın özü ilə, yaşamı, həyatı ilə və bütün kainatla dost və barış içində yaşamağı öyrədən həyat hekayəsi. Amerikanın yerli qəbiləsinə mənsub olan bir baba və nəvə. Romanda əvvəlki zamanda ovçuların necə qidalanmaq üçün necə heyvan seçtikləri, təbiətə və kainata necə də hörmət göstərildiyi babanın dilindən danışılır. Bir bütün olmaq kainatla. Məsələ də bu. Vegeterin və vegan kültürü deyir ki, heyvan qidaları istifadə etmə və ümumən heyvana zərər verəcək hərəkətdə olma. Çünki, o da canlıdır. Bizim kimi. İnsan kimi. Deyir ki, nəticədə kökünüz eyni. Bu yaxınlarda oxumaq nəsibimiz olduğu  R. D. Precht`in “Who Am I?  And If So, How Many” fəlsəfi kitabında isə indiyənə kimi düşünmədiyim və əvvəl oxuyub da fərqinə varmadığım bir pəncərə açdı.

Bizi digər canlılardan fərləndirən əsas şey düşünmək- şüur və dildir. Hər yerdə dilə gətirdiyimiz arqumentlər yığını. Precht sualı fərqli boyuta çəkdi.

Sual: Düşünəbilirlərmi? – Xeyir.

Ya da : Danışa bilirlərmi?

Amma, əsil sual budur: Acı çəkə bilirlərmi?…

“Big Bang” səviyyəsində sual.

Acı – əsas məsələ budur?.

R. D. Precht deyir ki, “əslini demək lazımdır ki, biz insanlar, bitkilərin nə ölçüdə acı çəkdiklərini də bilmirik. Yenə, torpaqdan çıxarılanda xiyarın acı çəkib- çəkmədiyini də.” Hindistanın qeyri-ortadoksal məktəblərindən Caynizm fəlsəfsində bu məsələ olduqca qabarıqdır. Caynistlər qatı vegan olmaqla bərabər, əkinçiliklə də məşul olmur, çox az qidalanır. Huşun itirilmə anına qalmış sadəcə meyvələr ilə qidalanar. Ağızlarında həmişə örtük olar. Bu düşüncə bizim eranın əvvəlindən başlayır. Şərqdən, Thales`in Misirə gedib gəldikdən sonra “Anaksimandros, Anaksimandros elə şeylər gördüm ki, bir bilsən…” dediyi Şərq. Peter Signer`in “Practical Ethics”də etik deyəndə Qərbi simvollaşdırması Şərqi unutması praktikasızlığından olar deyə düşünürəm.  Qoca Şərqin bir də sufi-dərvişləri var. Gəlsinlər də etikanı (cansızlara hətta münasibıtdə)onlardan görsünlər… Canlı nədir cansızlara davranmağı görsünlər.

Ustad Cuang Tzu, dostu Hui Tzu ilə Hoa  çayının üstünən keçən körpüdə gəzir. Cuang Tzu suya baxır və dostuna belə deyir : “ Bu zərif balıqların suda necə gəzişirlər bax,  o qədər asan və azadcasına. Bu, balıqların xoşbəxtliyidir.” “Sən balıq deyilsən ki” deyər Hui Tzu, “balıqların xosbəxtliyini necə biləsən?”. “Sən də mən deyilsən,” deyə cavab verər Cuang Tzu, “balıqların xoşbəxtliyini bilmədiyimi necə biləsən”

İnsan özü acı çəkməmək üçün acı çəkdirir…

İnsanlar üzərində, heyvanlar üzərində, bitkilər üzərində…

Heyvanları qoruduğumuz anda bitkiləri unudurmuşuq… Evində heyvan qidası yeməmək üçün hər gün üç vaxt bitkilərə acı çəkdirən biz…

Hamımız bütün kainatın bir parçası deyilikmi?

Bir bütün olaraq kaninat deyilimi?

“Bir bütün olaraq var olmaq”

Heideggerin “Da-sein” anlayışındakı hər şeylə birlikdə var olan insan. Da-sein insanın varlığı deyil, çünki.  Bütünlə var olan insanın varlığı…

Var olmaq.  Bir bütün olaraq. Bir olaraq var olmaq.  Bir var olmaq. Bir var.  Var…

“To be or not to be: that is the question” deyir Hamlet…

Ama, nə zaman deyir…

Acı`nın ən şiddətli anında.

Var olma və acı…

“Philo-mitos olmadan, Philos-sofos olmaz” deyir, Aristoteles. Pozistivizmə bürünmüş zamanımızda unutduğumuz bir şey var. İnsanın özülündə mitos var. Kaninatın təməlində mitos var. İnsan mitos`la, ritus`la ludus`la var. Bu üçləmə bir birini tamamlayır. İnsan da bu üçləmədə tamamlanır.  Georges Dumezil “Mif və Dastan I – Hind-Avropa Xalqlarının Destanlarında Üç Funksiya İdeologiyası” kitabında mitologiyanın üç funkisiya ilə işlədiyini müdafiə edir. Məncə yanılmır da. Fəqət üç funkisya özülündə  mənim müdafiə etdiyim üçlük də dayanır ( mit, ritual və oyun). Lewis Wolpert də (bioloq-yazar) inancın təkamülə dayandığınız. “İnanılmaza inanmaq-İnancların təkamül mənşələri” kitabında inancların həyayda qalmaq üçün vasitə olduğunu vurğulamaqla yanaşı ilkin pillədə alət qayırma və istifadə üçün yarandığının da üstündə qəti şəkildə dayanır.  Təkamül deyərkən sözdə təkamülü və Richar Dawkins ideyasını nəzərdə tutmuran. “Evolution” sadəcə bir söz-vasitədir. Richar Dawkins `in açığı xidməti dəyərlidir bu sahədə. Hərçənd William Paley`i də unutmaq olmaz. Nə təsadüfdür ki,  Dawkins Paley`in işlədiyi kilsədə işləyir, onun qaldığı eyni otaqda qalır və “Natural Theology” əsərini oxuduqdan sonra “Natural Selection” düşüncəsini ortaya atır. Mən hər ikisindən yanayam. Yəni, ikisi də düzgündür. Amma həqəqi olanı demirlər. Və heç kim həqiqi olanın nə olduğunu deyə bilməz. Ona görə ikisi də doğru deyir ki, yaşam bir oyundur və oyunda qalmaq üçün mübarizə aparmalısan. Şillerin dediyi kimi və təkamül baxımdan da, Darwinin dediyi kimi.  Həyatda qalmaq üçün biz mitos, ritus və özümüzə uyğun ludus`lar yaratmışıq. İnsan nə qədər var olacaqsa mitos da onu izləyəcək.

Yenidən qayıdaq yaşam uğrunda mübarizəyə… İnsanlar da mübarizə aparırlar. Mübarizə isə savaş olur. Kiçik çaplı savaşlar daha sonra insanların yaratdıqları iri çaplı savaşlara çevrilir.

Savaş  varsa orda bir də barış olmalıdır…

Barış sözü heyaran edicidir. Birliyi, bərabərliyi bir sonu təmsil edir.

Diqqət yetirmədiyim nüans filmlərdəki son kimi ölümdəki son kimi olmadığıdır bu sonun. Barış əslində eyni pul kimi borc kağızı funksiyasını oynayırmış. Yəni şərtləşmə və tərəflərin birin digərinə borclu olmasını şərtləndirirmiş. Belə deyim barışın bir mənası “sözləşmə-razılaşma”dır ki bir tərəf digərindən aslı olur. Şərtlər pozularsa barış da pozular.

Dücane Cündioğlu`nun məqaləsini oxuduqdan sonra  barışın etimoloji köklərinə enməyə qərar verdim.

Yenə yuxarı qayıtmaq istəyirəm. Enmək üçün.

Həyatda qalmaq üçün mübarizə nə zaman baş verir?…

Daha doğrusu canlı hansı andan mübarizə aparmağa başlayır?…

Acı`nı hiss edəndə…

İnsan niyə savaşır və niyə barışır?…

Şansı qalmadığı üçün.

Çıxış yolu olsa nə savaşar nə də barışar orası dəqiq.

Bəs yaxşı nə zaman hansı anda qərar verir barış üçün?

Acını bütün iliklərinə dək hiss edəndə…

Nə əlaqə…

Bax, mit burada səhnəyə çıxır. “Zincirə vurulmuş Prometey” miti. O qədər acı hiss edir ki çarə tapır. Amerikanın yerli qəbilələrin yaradılış mitlərində yaradılışın səbəbkarında bir acı var.  Bütün mitlərdə hətta dinlər də öz acıdır.

Müasir sistem də acı üzərində qurulub. Çünki oyunun da acı üzərində qurulub. Reklamlara diqqətlə fikir verin. “M” mal 40 % endirimdə və.s kimi elanlar. Kapitalizm Sosializm məsələn acı var içəridə

Acımaq var bir də…

Barışın içərisində acı…

O səbəbdən “Barış” deyil “Varış”

Varmaq demək çatmaq demək.

Varam demək.

Bəs yaxşı kimə demək

Kim üçün varacaqsan.

“Özünlə barış” sözünü anlamıram. Mümkün deyil belə bir şey və ifadə də ziddiyyətlidir.

Barış sözünü incələyərkən kökdə “var”ı tapanda anladım ki əvvəllər “barış” elə “varış” kimi olub  və ya bu mənası verib.

Barış savaşa qarşı olaraq ortaya atılmış sözdür. Barış dedikdə hər zaman şüurda savaş siqnalları oyanır. Baxmayaraq ki biz barış sözünü başqa mənalarda işlədirik.

Var ` a bir baxaq

Diqqət : “bar” – varlıq mövcuduyyət

                           Sahib olunan şey mal sərvət

Barışdığın vaxt bir tərəf nəsə əldə edir. Olmasa barış olaz ola bilməz

Diqqət : Moğolca “barı” – əldə etmə tutmaq ələ kecirmə

Mogollarin savaslarindan qalmaq bir termin olma ehtimalı yüksək.

Barış – sülh etmk andlaşmaq

Andlaşmaq başqa yerlərə aparır söhbəti. Andlaşmaq. Yəni and içmək. Nə zaman and içərsən ?.  Savaş sonrasında təbii ki. Əski zamanlarda söz verilirdi. Andlaşmaq da ordan gəlir. Hətta sözləşmə. Türkiyə türkçəsində sözləşmə sənəddir yəni kağız. Halbuki sözləşmə dil ilə şifahi bir prosesdir. Iki türk xaqanı kımız içib antlaşırlar yəni sözləşirlər. Sözləşmə sonradan yazıya alındığından adı da elə sözləşmə kimi qalır

Sülh – Ərəb ṣlḥ kökündən gələn sülh صلح “sülh” sözündən götürmədir. Ərəbcə ṣalāḥ və ya muṣlaḥat صلاح / مصلحة “yaxşı olma, uyğun və faydalı olma, uyma, etibarlı olma” sözünün məsdəridir. (Qeyd: Bu söz İvrid və Aramicə / Süryanicə # ṣlχ צלח “bacarma, halı vaxtı yerində olma, uyğun olma” kökü ilə eynimənşəlidir.)

Sülh sözünün bu etimoloji məna daşıması təbiidir. Yuxarıda dediyim kimi barış sözü bizim teminologiyamıza sonradan daxil olub. Ondan öncə sülh var idi Türkiyə türkcəsində də. Sülh sözü də eyni mənanı daşıyır. Barış`dan daha dərin qatlara malikdir hətta. Muṣlaḥat barış barış andlaşması kimi tərcümə edilir. Buradakı barış çıxar mənasında nəzərdə tutulur. Ərəb dili Sami dil qrupuna aid olduğu üçün Aramicə və İbranicə dili fonunda formalaşmış dildir(yazılı dili).  Köklər oradan gəlir böyük ehtimalla. Aramicə qarşılığına baxsaq – uyğun olma – barışın heç də ədalətli və müsbət məna daşıdığını deyə bilmərik.

Salām – (slm) سلام  Salam 1. sağ və sağlam olma, etibarda olma, barışıq olma,

  1. sağlamlıq, salamatlıq, sülh, təhlükəsizlik

Əslində əvvəlcə təəccüblənmişdim. Salamın sülhlə barışla nə əlaqəsi ola bilərdi. İslamı arqumentlər də tutarlıdır.  Salam qarşı tərəflə danışığa hazır olmaqdır. Münasibətlərin yaxşı olmasıdır. Məsələn küskün adamlar bir-biriləri ilə salamlaşmazlar. Onları barışdıranda adətə “salamlaşın öpüşün-görüşün barışın”. “Salamın varmı?” deyərlər biri barədə digəri haqqında danışanda. Salamlaşmaq barışın başlanğıcı rolunu oynayır.

 

Aleykümsəlam-  “sülh üzərinizə”, “salam sözü “

Aleyhissəlam – “sülh onun üzərinə”, “salam sözü”

Səlamünaleyküm – “üzərinizə sülh”, “salam sözü”

Vəssəlam- “sülh adına”, “and sözü”

Salām sözü Akkadca eyni anlama gələn şalāmu və ya  şulmu  sözü ilə eyni mənşəlidir. Akkadca bu söz isə Şumercə  həmən anlama gələn silim sözü ilə eyni mənşəlidir.

Diqqət yetirsək şirkətlər müqavilə bağladıqdan sonra ( müasir dildə savaş sonrası barış ) salamlaşırlar. Yəni əl sıxışırlar.

Barış necə yarandı…

Barış bağlamaqdır. Bağlı olmaq bağlı qalmaqdır.

Bağ var.

Bağ – Orhun yazılarında “ittifaq” mənasında da işlənir.

Türkcədə “V” damğası yox idi. Əvəzləmək üçün “B” damgasından isitfadə edirdilər. Məsələn adi ev “eb” idi.

Nə üçün “Barış” yox “Varış” olsun…

İki səbəbdən dolayı. Birincisi yuxarıda dediyim kimi “b” “v” əvəzləməsidir.  Yeni söz təqdim etmək üçün. Eləsini ki əslini olduğu kimi qalsın. Məna qalsın ancaq formaya cüzi dəyişiklik etmək təklifi. Nə üçün?… Barış artıq köhnəlməklə yanaşı hər şiddət keçən hadisəyə prosesə aid edilir. Varış gətirməklə  cüzi simulyativ xarakterli olacaq. Düzdür ilk nəzərdən qəribə səslənir. Lakin dilimizə çoxlu sözlər əlavə etməliyik. Eskimoslarda qarın min cür adı olduğu kimi.

Yalnış etdiyimiz bir sıra məqamlar var. Bir misal…

Savaş – Söz+Aş`dan savaş yaradılıb. Buradakı “sav”-söz mənasını verir. Sözlü atışma dedikləri şey. Dilləşmək bizim deyimizlə. İnsanlar arasında qol gücü ilə, qılınc gücü ilə olan isə “Kavga, Döğüş”`dür.

Biri yaxın Şərqdə savaş davam edir deyəndə hakim qüvvələrlə müxailf qüvvələr arasında söz savaşınımı demək istəyir?.

Xeyir.

Demək istəyir ki, bombalanma davam edir.

Söz seçimi dar olduğu üçün qaça bilmir və yanılır. Doğrusu “döyüş” davam edir olmalı idi. “Kavga” desəydi silahsız hərəkət fəaliyyəti olmalı idi. Yəni yumruq davası.

Mənim dediyim budur. “Varış”ı daxil etmək. Amma necə…

“Barış” quru qalıb. Mənəvi qut keyfiyyəti sönüb, halbuki “varış” daha qutlu olandır.

Dücane Cündioğlunun dediyi kimi “acıyan barmaq” “varmaq” olduğu kimi barış da varış olsun.

Acı (ağrı) olduğu üçün “barmaq” “varmaq” oldu. Unutdurdu.  Formalaşmış sistemi dağıtdı bir anda.

Əsas problem linqvistikdir. Dil bizi məhdudlaşdırır. Dilimizin icazə verdiyi qədər azad ola bilərik.  “Barış” sözü ilə “barış” anlayışı eyni deyil.  Söz anlayışın üzərinə oturduğu kimi anlayış da sözün içərisinə girir. Hadisənin və ya prosesin özü isə nə sözüdür, nə də anlayışı. Bununla yanaşı həm sözüdür, həm anlayışı. Necə ayıracıq incə nüansları?….

“Barış” sözü anlayışı ilə üst-üstə düşür. Ancaq hadisə ilə anlayış birləşmir. “Barış” dedikdə anlam verdiyimiz hadisə anlam verdiyimiz hadisənin özü deyil.  Nəzərdə tutduğumuz mənada  məqsədlilik yoxdur. Gerçəklikdə isə əsas qayə məqsədlilikdir. İstək var gerçək olanda.

Ona görə ki “varış” da mərhəmət saxlanılır.

Mərhəmət barmağı ağrıyan acıyan deyil, acıyan bağrmağa məqsədsiz, arzsusuz, tələbsiz yanaşmaqdır.

        “Varış” dakı “var” “barış”dakı “bar” deyil. Seçim əldə tutulan, görünənlə əldə tutula bilinməyən, görüntülənməyən arasında gedir. Seçim maddi ilə mənəvi arasındadır. Əldə tutulan etimoloji mənanası da uyğun gələn “barış”dır. Maddi olanan və ya nəticəsində maddi nəsə gözlənilən. Əldə tutulması mümkün olmayan görünməyən “varış”dır. “Bar” mı dəyərlidir yoxsa “var” mı ? demək doğru deyil dil fəlsəfəsi baxımından. Hərçənd etik hisləri oyadanda “var” özünü aşkara çıxarır.

Söz, anlayış və hadisəyə (prosesə) ayrı-ayrılıqda yanaşmaq, ayrı-ayrılıqda baxmaq  lazımdır. Söz və anlayışdan daha çox prosesə diqqət yetirməliyik. Dilin istədiyi çərçivədə azadlığımız var. İcazə verdiyi qədər baxa bilirik. Dildə həbs olunsaq da  prosesə yanaşma hissidir. Daha doğrusu hissi yanaşma daha insancıl daha əxlaqidir.

Hissi yanaşma isə  özündə  hiss etmə prosesindəki “varış”ı təqdim edir.

“Varış”dakı “varmaq”-dır.

Çatmaqdır Yardımdır Köməkdir Mərhəmətdir. Qucaqlamaqdır.

Varam deməkdir.

Barışdakı kimi iki ayrı olmaq yox bir olmaqdır.

Barmağını incidən uşağa varmaqdır.

Onun acısını hiss edib varam deməkdir.

Bu səbəbdən “barış” deyil “varış”.

“Varış” üçün…

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.