Saatı 100, gecəsi 500 manat olan muzeyin qapısı bağlı qalar.
Tarix bağlı qalacaq, geridə qalacaq.
Azərbaycanın gələcəyi keçmişin bağlı qapıları olacaq.
İçəri girənlər unudacaq.
“Girən”lər üçün vacib deyil. Qapı hansı qapıdır, kimin qapısıdır.
Qoparaqcaq.
O qapıdan girənlər Azərbaycandan bir şey qoparacaq. Geri gətirməmək üzərə.
Gəncə darvazaları kimi…
Qapısı olmayan şəhərin mədəniyyəti də qalmaz, oğurlanar.
Qoruyacaq qapı yox…
Yox, yox muzey yaxşı edir, qapını bağlayır. Oğurlanmasın deyə. “Fəqir”lərin parası yox, çalar deyə.
Parası çox olan çalmaz. Elə bir nağara çaldırar ki, oynamadan dayana bilməzsən. Oynadarlar… Alnına bir qırmızı yapşdırarlar… Oyananda görər quru torpaq üstündə yatdığını. Tapmaz bir şey nə altında, nə üstündə.
Qapısı olmayan yerdən çıxan olmaz…
Olmadı qapısı olmayan Gəncədə Nizami…
Çıxmadı bir daha o qapısız yurddan Nizami…
Qapısı olmayan evə “girər”lər.
Rusların Nizami qəbrinə girdikləri kimi. Nizamini bu diyardan apardıqları kimi…
Qapısız qalan yurd Kəlamsız qalar…
Yəqin ki, muzey girilməyi istəmir. Əmazından fəqirlərə.
Fəqir yaddaşdı. Bu xalqın yaddaşı.
Gecəsinə 500-ü verən yad daşıdır. Daşı yadlara daşıyanlar…
Muzay Odadır. O da bir kişin odası.
Oda Azərnbaycanın yaddaşı. Daşı daş üstə qoyan Tağıyevin yaddaşı.
Kapitalından keçərək öyrənməyi öyrədənin daşlı evi.
Qapısı hər zaman fəqirlərə açıq olan Tağıyevin evi indi seyfdir…
Fəqirlərdən qorunan seyf. Kodu: “saatı 100, günü 500 manat” olan seyf…
Heyif…
Qapı salanlardan.
Qapı açanlardan,
Qapısı açılanlardan,
olanın bu gün qapısı bağlıdır.
Malına sahib çıxanlar, mülkünü kimsəsiz qoydular. Uzaq bir məkanda, Mərdəkanda.
“Tarqovu” pullu küçədir… Ora sahib çıxmaq gərək.
Mərdəkan fəqirlərindir… Uzaqlaşdırılanların…
Hər 100 manatlarla Tağıyevin olanı Tağıyevə versədilər, ölümə məhkum edildiyi odaları düzələrdi.
Yaxşı günlərini keçirdiyi yox, bərbat günlərini keçirdiyi yerə sahib çıxılardı.
O oda üçün istənilərdi saatına 100, gününə 500 manat.
Unutdururlar məkanı…
Malına sahib çıxanlar onu unudlamağa məhkum edəcəklər. Mülkünü əlindən alan Sovet Tağıyevi ölümə məhkum etdi. Bunlar unudulmağa məhkum edəcəklər.
İgid ölər, Adı qalar.
Adın ölümü, “İgid”in igid olmadığımı demək?…
Bəlkə Tağıyevin evini muzey edib, çalışanlar onu igidlərdən saymır?..
Pulundan keçən Tağıyev…
Tağıyev üçün puldan keçməyən Tağıyevin ev muzeyi…
Unutduracaqlar.
Saatı 100, günü 500 manata…
Yadda qalsa-qalsa qalacaq ki, saatı 100, günü 500 manat…
Yadda qalacaq Sovet qafasının Azərbaycanı satışa çıxarması.
Kəllələrin satışı davam edir…
Quru kəllə dəyərsizdi. Dəyərli olan sümüyün çıxdığı torpaqdır. Nə zamansa yorğanın altında başı qarışanlar qafalarını çıxaracaqar. Hava dəyən baş oyanacaq. Anlayacaq, qafaların içinin boş olduğunu.
Boş olan dolmaq istər. Dolmaq üçün hər şey etmək istər. Atacaqlar “yaşları” odun içinə…
Bu gün satanların özlərini satacaqlar.
“Orda” da atacaqlar qaynar, qırlı qazana…
Qıracacaqlar…
Dəyərli olan məkandır.
Məkanı dəyərsizləşdirməyin qiyməti saatı 100, günü 500…
Bakıda qapının qorunması Sisianovun kəlləsinin qapı ağzında kəsilməsiydi. Rusların ayağının kəsilməsi üçün kəllə kəsildi. Bir quru qafa, rus qafası.
Pula bağlı qapı olmasın deyə.
Bu dəfə ruslar yox, bakıdakılar bağladılar qapını. Paranın girməməsi üçün bağlanan qapı, indi paranın girməsi üçün açılır…
Saatı 100, günü 500 manata…
Muzeylər yaman eylər.
Amandı eləmə!
Bu xalaqa aman eylə…
Bu tarixə aman eylə …
Saatı 100, günü 500 manat…
Öyrətmə,
Göstərmə,
Tanıtma.