Ərəbcəsiz hafiz, hafizsiz Azərbaycan

Məktəbdə şeir əzbərlədərdilər. Hər gün beş və ya altı dərs olardı. Oynamağa zaman qalmazdı. Dərsləri yaz, dərsləri oxu. Tez yat.

Həyata atılmaq, həyatı anlmaq imkanı olmazdı…

Qayadalar əzbərlədilərdi, ən dəhşətlisi şeirlər əzbərlədilərdi…

“Nizamilər, Füzulilər” dediyimiz… Kəlam və İrfan dediyimizi əzbərləmək…

İki-üç səhifə şeir verərdilər. Kim yazıb?, nə yazıb?, nədən yazıb?..

Əhəmiyyətli deyildi.

Nə öyrətməyən öyrətmənə, nə də dizin dibində yatmayan  şagirdinə…

Əzbərlə qiymətini al, gündəliyinə yağlı-yuğlu 5 yazdır, apar evinə, göstər ailənə, qiymət pulunu al…

Keçmiş zamanda danışmaq, keçmiş zamanda yazmaq istəyirəm. Hələ də belə olmasını düşünmək adamın lap qəlbini sızladır…

Ənənəvi təhsil sistemimiz mədrəsədir. Mədrəsədə  də əzbərlədirdilər…

Amma kim və nə üçün…

Kimi və nəyi…

Ənənəvi mədrəsə indiki universitet rolunu oynayırdı… Açığı indikindən daha yaxşı. İlk qapı, şəriət buradan başlayırdı….

Oxumaq mədrəsədən, bilmək təriqətdən…

Oxunan yaşanmasaydı, anlaşılmazdı…

“Peyğəmbər yaşayan Quran” idi, çünki yaşayırdı…

Kitabı ilə yaşayırdı…

Kəlamı, Hikməti, İrfanı…

Onu….

Ənənəvi mədrəsələrdə riyaziyyat, həndəsə, astronomiya, tibb, məntiq öyrədilərdi. Bir düşüncə formalaşdırılardı. İndiki Qərbimiz Şərqə gələrdi…

İndi biz Qərbimizə gedirik oxumağa.

Oxumağa kitabımız var…

Onu oxumadığımız üçü mədrəslərdən uzaq düşdük, Qərbə düşdük…

Qərib düşdük.

İndi mədrəsə demək Hafiz deməkdir.

Hafizlər…

Sadəcə “lər”.

Uşaq vaxtı mədrəsəyə sıxışdırılanlar…

Kitabı tanımadan,

İnsanı tanımadan,

Kəlamı tanımadan,

Eşqi tanımadan,

hərfləri tanıdırlar.

Bağışlayın, daha doğrusu gözə soxurlar. Gözə soxulan gözdə qalar. Gözdə qalan sözdə qalar sadəcə. Qəlbin dərinliyinə enməz.

Hərf- ərəb dilidir.

Bir dildir… Bir insandır… Hər biri bir insan görtüsüdür… Əlif kimi… Vav kimi…

Gördün, bitdi.

Yaxınlaşıb, salamlaşıb, qucaqlaşıb tanımaq gərək. Toxunmaq gərək eşqlə insana.

Yaradılana toxunmaq. Yaradana toxunmaq, Yaradanı tanımaq…

Hərflərdən sonra dilin özü başlar, yəni salamlaşma…

Onlar salamlaşmazlar. Kitab açılar, oxu deyilər.

Soruşulmaz ki,  Nəyi?

Oxuyar…

Sual arayışdır. Axtarışdır. Yoldur, yəni din.

“İhdinə”…

Yolun özü müqəddəsdir deyən mədəniyyət deyilmiyik?…

Yoxsa mənmi özümdən bu qədər ülviləşdirirəm…

 

Əzbərlədilir, əzbərləyir.

Halbuki, əzbərlə deyilməmişdi.

Oxu…

Ərəb dilində enən kitab Azərbaycan qafasıyla əzbərlənir…

Dili bilmədən əzbərləmək… Oxuduğunun nə dediyini bilmədən.

Vallahi, içimdəki sözlərin dilimə, dilimdən  əlimə gəlməməsi üçün çalışaram, sıxıram. Amma bacarmıram…

Allanın nə dediyini,

Eşqin nə dediyini,

bilmədən bir robot kaset kimi təkrarlamaq. Əzanı, Məkkə imamının səsiylə “youtube”dan yükləyib, bilgisayarları ilə oxutdurduqları kimi…

Bağışlayın, qardaşlar mənim bildiyim belə deyildi. Yoxsa mən yanılıram. Yanılmaq istərdim.

Yox, istəməzdim.

Kəlamın,

Təsəvvüfün,

çıxıdğı kitabın belə əzbərlənib təkrarlanmasını istəməzdim.

Kəlam insandır, Təsəvvüf insandır.

Quran İnsan üçün göndərilmədimi?

Peyğəmbər insan üçün göndərilmədimi?

İnsan insan üçün göndərilmədimi?..

 

İnsanın tərkrarı olarmı heç…

 

Kədərlənirsən, incinirsən, əsəbləşirsən… Qıraqdan biriləri “budurmu sizin hikmət, budurmu?” dediyi zaman halımız yamandı.

Amandı…

 

Olmazmı?…

Olmazmı, əvvəla insan tanıdıla, sonra ərəb dili öyrədilə.

Dili öyrədilə ki, bilə oxuduğunu…

Ərəb dilli olsun. Dodaqlarından çıxan sözün fərqinə varsın.

Olmazmı?…

Olmazmı ki, kəlam anladılsın…

Anlasın.

Dodaqlardan çıxan söz, qəlbdən çıxsın. Qəlbdən çıxan söz eşqlə çıxsın, eşq.

 

Hafiz olmaq Quranı əzbər bilməkdir.

Əzbər bilmək, “bilmək” yox.

Quran “quran”dır…

Quran qurduğunu əzbər davam etdirməz…

Əzbər anında reaksiyadır.

2×2-nin cavabının 4 etdiyini əzbərlədiyimiz üçün sual verilən kimi düşünmədən, söz qulaqdan beyinə çatanda beyin cavab siqnalını ötürür. Sən heç fərqində olmursan nə olub-bitir.

Ruhun isitrahətdə beynin və dodaqların fəaliyyətdə…

 

Hafiz dolu Azərbaycan boşdu…

Hafiz “boş”luğu….

Qəlbi yana-yana, sızlaya-sızlaya Allahın sözünü deyən, yaradanın sözünü ötürən, bölüşən hafizlərin boşluğu…

Hər Onun sözünü deyəndə ruhu titrəyən hafizlərin boşluğu…

 

Haqqını vermək gərək.

Var… Varlığından xəbərdar olan, dili bilən, dilini bilən, dilin dilində danışan, qavrayan, anlayan, üzündə təbəssümü qəlbinin dərinliyində dərdini çəkən, eşqlə dairəsini çizən hafizlər…

Hafizlər əzbərçi deyil, sözün öz mənasında “hafiz”lərdir.

 

Şair…

Şeiri bilmədən, tanımadan kəlam anlaşılmaz. Aşılmaz.

Söz şeirdir.

Söz özdür.

Bizim mədəniyyət sözün özünün mədəniyyətidir.

Bu mədəniyyətin fərqində olanlar, yaşayanlar qoruyacaqlar…

 

Burdakı çoxluq azlıqdır.

Azdır.

Var olsunlar.

Çox olsunlar.

Hikmət onlarla dönsün. Özə dönsün.

Amin!

 

 

Təbəssümsüz Azərbaycan müsəlmanı və narazı dindara dair

 

Əbud-Dərda bir söz deyəndə şübhəsiz təbəssüm edərdi. Birgün ona:

“-İnsanların sənin bu halını qəribə qarşılanmasından narahalıq duyuram!” Dedim.

O isə mənə: “Allah Rəsulu bir söz deyəndə şübhəsiz təbəssüm edərdi.” Dedi.

(Əhməd, V, 198, 199)

 

Bu sözlərdən sonra yazmamaq barədə düşündüm. Sadəcə yuxarıdakı “dəyər” görünsün, oxunsun. Bəlkə göz ilk gördüyünü xatırlayar, deyə. Bəlkə mənim sözlərimin boş, keçici olduğunu anlayar, Hz. Peyğəmbərlə bağlı sözlərin gözlərdən sözlərə, sözlərdən qəlbə, qəlbdən əmələ keçməsi ilə qalıcı olar, deyə…

Post-strukturalist çağ, post-postmodernist çağ, metamodernist çağ…

Yaşadığımız çağı anlamalıyıq ki, anlada bilək.

Bizi anlatmasınlar…

 

Hansı çağda yaşadığımızdan aslı olmayaraq başlanğıc nöqtəni qorumaq lazım deyildimi?.

Poeziya zaman və məkana uyğunlaşmalıdır, deyir şair Rimbaud.

Göz mədəniyyətindən çıxan, söz mədəniyyətinə qayıdır.

Bizsə heç xəyallarımızda da qayıtmırıq…

 

 

Poeziyanın, şeirin mərkəzi Şərq idi. Axırda onu da itirdik. Maykovskiyə, Posternaka, Rimbauda, Mondetlstama, Brechtə, Nerudaya

Anna Axmetovaya…

Slyvia Platha…

Sözü itirdik. Ovcumuzdan sözü uçurtduq. Saxlaya bilmədik, baxa bilmədik, qayğısına qalammadıq.

 

Dərdimiz söz olmadıqca sözün dəyəri bilniməz…

Dərdimiz söz olmadı.

Söz özmüzdük…

Dərdimiz özümüz yox, mənimiz oldu.

 

Getdikcə şiddətlənən kapital sevdası Adəm övladını həqiqi sevdasından uzaqlaşdırır. Pilləkanın bir pilləsini qalxmaq üçün “hər şeyi edə bilmək” azadlığı, ayağın çatmayanda “bir başqasını ayağının altına qoya bilmək” azadlığı, “enlilərin ensizləri əzməsi” azadlığı…

 

Azadlığın mənəvidən maddiyə keçidi…

 

Şərqə örnək göstərirlər. Halbuki, bir zamanlar Şərq örnək göstərilərdi.

Bizə daha varlı, daha konfortlu həyatı örnək göstərirlər. Bizə “en”inə doğru uzanan böyükləri misal göstərirlər.

Bizə xoşbəxtləri göstərmirlər, xoşbəxtliyin simolunu, yəni paracığazı göstərirlər.

 

Bəs biz hansı mərkəzin insanıyıq.

O mərkəzin insanıyıq ki, “ora”da “en”inə böyüklük yox “uzun(hündürlük)”una böyüklük əsasdır. Yuxarıya doğru…

Əlləri “yuxarı” doğru qalxan mədəniyyətin.

Biz “təbəssüm sədəqədir” deyən mədəniyyətin insanıyıq.

Paylaşamğa, bölüşməyə heç bir şeyin yoxdursa, sadəcə bir təbəssüm et, deyən mədəniyyətin…

 

Azərbaycan müsəlmanı bu gün təbəssüm etmir.

Yetmir, yetişmir…

Azərbaycan dindarı narazıdır.

Azdır… Para, hal, mal…

 

Haqqımız varmı?

Haqqımız çatarmı?…

Peyğəmbərimiz  narazı olmazkən bizim narazı olmağımıza….

 

Möminin təbəssümü üzündə, kədəri qəlbində olmalıdır, deyir ustad.

 

Kədərimiz üzümüzdən çıxıb, az qala başqasının üzünə hopacaq dərəcədədir…

Bir-biri ilə Salamlaşmayan-Barışmayan Azərbaycan müsəlmanı, bir-birinin üzünə kədər saçır…

 

Pərgərin sabit ayağını mərkəzdən qaçırdırıq. Çizdiyimiz dairə əvvəlkinin üzərindən davam edərək yenilənən deyil, başqa yerlərə meyllənərək davam edəndir.

Pərgərin sabit ayağı tarikatdır, yəni ruhani hissə.

Qeyri-sabit ayağı isə şəriətdir, yəni yeniləşən görüntü dünyasında yeni görüntüləri ehtiva edən hissə.

 

Dəyişə biləcəyimiz zaman fizikasından aslı olandır.

Dəyişə bilməyəcəyimiz isə, dəyişməli olmadığımız isə metafizikdir.

 

Haqqımız varmı?

Haqqımız çatarmı?…

Hz. Peyğəmbərimiz  narazı olmazkən bizim narazı olmağımıza…

 

İtirdikdən sonra qədrini bilirik. İtirdikdən sonra dəyərinin fərqində oluruq. Əlimizdə olanlarının bir gün itirəcəyimizin fərqində ola-ola yaşamalı olduğumuz deyilmirmi?.

Bu dünyanın gəlib-keçici olduğunu,  yaşamaq üçün bir vasitə olduğunun fərqində ola ola yaşamalı olduğumuz deyilmirmi?.

Şükr edirik, amma şükrümüzün əhəmiyyətini anlayırıqmı?.

 

Şükrümüz qısa bir anlıq olur. Şükr ertdim bitdi, getdi…

Həyatımızın axarı ilə gedə biləcək bir şükrümüz yoxdur bizim…

Şükr edən insan təbəssüm edər…

Şükr edən insan narazı olmaz….

 

Haqqımız varmı?

Haqqımız çatarmı?…

Hz. Peyğəmbərimiz  narazı olmazkən bizim narazı olmağımıza…

Hz. Peyğəmbər bizə açıq-aşkar örnək deyilmi?…

O, örnək olaraq yetməzmi?…

Yoxsa Hz. Peyğəmbəri bəyənmirik?…

 

Sözdən Gözə…

Əvvəlcə səs vardı. Səs söz oldu, söz dündü yer oldu…

“Kun fe yekun”

Səs sözə, söz məkana keçdi.

Allahın sözü səs oldu, hal oldu…

“Hal”dan mədəniyyət doğuldu.

Söz mədəniyyəti…

Allahdan olan sözün mədəni niyyəti…

 

İqra…

Söz görüntüləşdi. Səsi oxuyan olmadı. Anlamadı… Bilmədi… Duymadı…

Söz gözə döndü. Göz götürmədi, inadlaşdı, çarpışdı, vuruşdu…

Gözün sözə  xəyanəti…

 

-Göstər! Görmürəm, dedi…

-Səs bağla gözlərini duy, dedi

-Bağlamaqmı?

Bu dünyaya bağlamaqmı?

Qaranlıq olar, yoxluq olar.

Heçmi olum?…

 

Qulaqların tutdu, barmağın kəsdi…Bağlanma gözlər, dedi.

Qaçmağa başladı çölün ortasında.

 

Gözlər bərəldi, ükələndi.

-Olmaz dedi…

-Olar dedi…

-Sən susan, danışa bilməzsən.

-Sən insansan danışarsan…

Sadəcə danışarsan dedi…

 

Su, mən sənin üçün göndərildim. Ol deyə…olasan deyə

Danışaram, O istərsə danışaram.

Sən bilmədin, bilsəydin danışmazdın. Susardın dedi…

Sus və iç dedi…

Gözlərini yum…

-Olmaz dedi… Olmaz!!!

-Gözlərimi necə yumum.Etmərəm, getmərəm…Aparma, varlığım var.

Yox etmə…

 

Göz ayrıldı ordan. Sözəm, dedi

-Baxa bilirsən bax, dedi

-Necə baxım, dedi.  Görmürəm, tərk etdin, getdin.

-Özümə döndüm

 

İlkə və sona

 

Ona qovuşdum.

-Bax, dedi. Gözlərsiz görə bilərsən, dedi. Oxu…

-Nəyi?

Görümrəm geri gəl. Oxuya bilmirəm. Necə oxuyum, sən yoxsan.

Nəyi bağlayım?, necə bağlayım göz…

-Qəlbindəki nəfsin qapısını bağla…Duyacaqsan…

Uğultu…Şiddətli uğultu…Daha şiddətli uğultu… Daha…

Qaçış…

Qaçmağa başladı…

Gözlərin orda qoyaraq…

 

 

Azərbaycan Akademisyiyənləri…

Azərbaycan Akademisyiyənləri…

Başı bəlalı xalq…

Başı bəlalı ölkə yox…

Ölkə çox yaxşı durumdadır. Həm də həddindən çox. “Ölkə deyiləndə xalq da nəzərdə tutlur” ifadəsi heç vaxt özünü doğrultmayıb. Kommunizmdə hər kəsin bərabər olduğu kimi. Biri var kommunistlər, bir də var yuxarıda oturan və hər şeyi götür-qoy, idarə edən kommustlər. Biri var ölkə çoxluğuna daxil olan xalq,  biri də var ölkə çoxluğuna daxil olan idarə edən xalq. Necə deyərlər sözün əsl mənasında hər nə olur olsun “vəziyyəti gül olan” xalq. Söz yox ki bu xalq çoxluğuna akademisyənlər də daxil. O akademisyənlər ki,  həm siyasətə atılır,  həm də akamedik statusunu saxlayır. Universitetlərdə dərs saatı götürür , ancaq,  10 saatlıq dərsin  sadəcə birində-ikisdində iştirak edir. Dərsdə nə olacaq,  tanışlıq. Arif Quliyev sayağı “salam və sağol”.

Elita zəngin insanlar demək deyil. Biz yanlış anlamışıq. Elita dedikdə çəngəl-bıçaq görüntüsü şüurumuzun alt qatlarında bizi rahatladır nədənsə. Kostyum-şalvarlı, qalstuklu,  saçı səliqəli,  “fransuziski parfumlu”,  ədəbi danışıq dilində danışan və “kaşiloku” paracıqlarla qaynayan forma olub elita. Reallıq ondadır ki,  elə elitamız bu şəkildədir. Elita intelegensiya yox akademikyiyənlər oldu. Ölkə yox xalq başı bəlalı oldu dolayısıyla. Elitanın intelegensiya olduğu yerlərsə indi həsrlə baxıb Qərb dediyimiz yerdir. “Ağzının qırağı sulana-sualana” baxdığımız Qərb.

Xalq indi rahatdır. Azərbaycan telekanallarına baxmaq istəmir. Baxmır. Əvəzində tələbatlarını ödəyəcək Türkiyə serialları var. Xalq türkləşmir. Türkiyəliləşir. İki formada. Birincisi, seriallar vasitəsi ilə istər-istəməz yumuşalan tədricən, qərbliləşən xalq, biri isə İslamın sünni qolu ilə Türkiyə dini modelini götürən xalq. Sünnilik deyil, Türkiyənin dini modeli. İranda olduğu kimi. Şiəlik deyil, İran şiəliyi. Türkiyədə Qızılbaş şiəliyi yaşayır. Ələvilər yumruqlarını masaya vurmurlar, barmaqlarını sazlda gəzdirir, ilahilər söyləyir, var olduğunu car çəkir. Mən varam deyir, mən yaşayacam deyir. Bu taydaysa Ələvi Qızılbaş türklüyündən, Qızılbaş şiəliyindən əsər əlamət yox. Türkiyədə Tüfan Gündüz hoca səfəvilərdən danışır, kitablar nəşr etdirir burdaysa üç-beş kitab. Gəl ki nə halda. Tufan gündüz oxuyur xalq. Səfəvi tarixini Türkiyə tərcümələrindən oxuyur. Şah I Təhmasibin “Təzkirə”sini  Türkiyədən oxuyur.

Bir zamanlar Azərbaycan balaları ailələrindən alınıb Tiflisə aparılardı. İndi Türkiyəyə qaçır məktəbi bitirənlər, univeristeti bitirənlər. Ən pisi aydınlar ölkədən qaçır. Xalqı qoyub gedir. Kimi sıxılır, kimi acından ölməmək üçün.

Qaçış planı üç istiqamətlidir.

Rusiya-Gürcüstan

Türkiyə

İran

Rus dilli intelegensiya Rusiya və Gürcüstanı özünə doğma bilir. Türk-İslam qrupu söz yox Türkiyəni seçməlidir. Şiə qrupu isə İrana təşrif edirlər. Proses sürətli gedir. Ölkı parçalanmır. Xalq parçalanır. Ölkənin parçalanmağı heç kimə sərf etməz. Xalqın parçalanmağıysa xalqdan başqa hər kəsə sərf edir.  Naxçıvan xalq Türkiyədən alver edir, Qərb tərəf- Qazax Gürcüstandan, Şimal tərəf- Astara İrandan.

Xanlıqlar dövründəki kimi. Naxçıvan Türkiyə qucağını, Şimal xanlıqları Rus qucağını, cənub xanlıqları isə Farslaşmağa doğru gedən Qacar qucağını sevib-seçirdilər.

Proses davam edir.

Azərbaycanın gələcəyi bu qarışımdan doğacaq. Mutantlaşmış xalq.

Xeyirli olsun.

Nəsə edilmləlidir. Hazırkı gənclik son fürsətdir. Sonrakı nəsil tamami ilə fərqli dünya yaradacaq özünə. O dünyada Azərbaycan olmayacaq. Azərbaycanda Azərbaycanın olmamağı…

Günah kimdədir. Kimdəsə günah axtarmaq qanımıza işləyib.

Akademisyiyənlər yoxsa Dövlət?…

Bəlkə xalq ?

Deyəsən hələ yeməyə çörəyimiz var. Axı biz çörək üçün meydanlara tökülən xalqıq. Sovet qeyrətimizi də aldı. İndiki akademisyiyənlər bəs  Sovetin yetirməsi deyilmi?…

Sualların cavablarını hamımız bilirik. Yeddidən tut yetmişə qədər.

Əsas problemsə təhsildədir.

“Qardaş hara fırlasan pul yox təhsildi ki təhsil”.

“Təhsil millətin gələcəyidir” “zad” nağıldır.  Təhsil bu gün üçün lazımdır.

Təhsil elə bu gündür.

Univeristetlərdə ani reform edilməlidir. Yoxsa qəbul olmağa şagird tapılmayacaq.

İnstitutlar özləri kitab nəşr etdirməlidirlər. Tərcümə sahəsini öz üzərilərinə götürməlidirlər. Nə qədər qaynaq əsər var tərcümə və nəşr.

Tərcümə və nəşr…

Daha Əlyazmalar İnstitutu kimi yox. Kitab nəşr edirlər və satmırlar.

Anlaya bilmirəm kitablar nə üçündür. SSRİ akademikliyi başımıza bəla olub, qurtula bilmirik. Satışa çıxarın satıldığı qədər satılsın. Alınsın, oxunsun. Tarix İnstitutu eyni haldadır. Azərbaycan tarixinə dair qaynaq əsərlər künc bucaqlardadır.

Kitabı tərcümə edib, baş altlarına qoyurlar…

Milli Elmlər Akademiyası nəşr etdirdikləri kitabları heç yerdən tapmaq olmur. Ancaq kitabxana. Mən kitabı əlimin altında istəyirəm. Yox, sən əziyyət çəkməli, Elmlərə getməli kitabxanaya pulunu verib üzv olmalı sonra gününü orda keçirməlisən.

Türkiyədə, Rusiyada, İranda isə qaynaq əsərlər ayrı-ayrı kitabevlərindən nəşr edilir.

Azərbaycan gənci rus və Türkiyə türkcəsində kitab oxuyur.

Azərbaycan tarixini bilmək üçün fars dili bilməli irandan kitab gətirməlisən. Gömrükdən kitabı oxuya bilməyən “qağalar”  sənə deyəcəklər “əsla qoymaram dini kitabdır olmaz” məcbur olub İranda qalıb, oxumlısan.

Netf tarix yaratmır, tarixi dağıdır.

Neft mədəniyyət yaratmır, mədəniyyəti parçalayır.

Neft ağ günə çıxartmır, özü kimi qaraldır.

Əl ilə üzə çəkilən neft özünü gizlətmək üçün idi. Qara pərdədən heç nə görünmür.

Qərbin qarası yoxdur. Bizimsə qarabalamız var. Azərbaycanda həm idam verilişi, həm xəbər iformasiya verilişi, həm şou verilişi  aparan, həm də aktyor olan qarabala.

Qərbin qarası yoxdur. Bizimsə kifayət qədər qaramız var. Qara neft qara pullar. Qara talelər.

Qərbin əxlaqı yoxdur. Bizimsə əxlaqımız isə çox çeşitlidir. Olmamağı çoxluğundan yaxşıdır. Çoxluq …..

Bizim qaramız var. Qara ayaqqabi, qara şalvar, qara kostyum, qara qalstuq, qara qələm, qara dəftər.

Akademisyiyənlər.

Yiyənlərdən qorxur insan yaradılış səbəbiylə. Qorxu qaçışı gətirir. Yeyilmək istəmir.

Azərbaycanda yer yoxdu Azərbaycanda. Bura Türkiyə, Rusiya, İran və Ərəbistandır.

Xəritəfə qartal var. Qartalın içində Türkiyə, Rusiya, İran və Ərəbistan var.

Bəs Azərbaycan bu yerdə hardadı.

Yoxdur. Xalq olmadığı kimi.

Akademiyiyənlə yeyib bitirdi hər şeyi. Kreslo sevdası kitab sevdasını yedi qurtardı. Qaynaqlar pula satıldı, qarına atıldı.

Lazım olanlar bir şkafın üstünə qoyuldu. Əlin çatmadığı yerlərə.

Bu qədər akademisyiyənlər sadəcə yeyirmi?… İnsaf var. Çox şey ediblər.

Saxta kitablar, saxta tərcümələr, saxta paralar, saxta kimliklər.

Gerçək tarixi oxumaq üçün ellərə üz tutmalıyam. Elə möhtac.

Bəs zəngin tarix?,,, zəngin keçmiş?,,,

Hardadı? Əlyazmalar İstitutununda ?

Yoxsa Fransa İngiltərə, Rusiya, Türkiyə, İran kitabxanalarında.

Səfəvilər dövrü Türkiyədə və İranda…

Qacarlar dövrü Fransada və İranda…

Çar və Sovet dövrü Rusiyada…

Geriyə nə qaldı?

Bəs niyə bu akademisyiyınlər ürəklərini yemirlər ki ordan gətizdirmək lazımdı.

Sərf etməz. Yeyinti çox olar.

“Gül kimi oturub da qaqaş”

“vəziyətim əladı məmin”

Xalq qaçır.

Biz qucaqlardayıq.

Əski Azərbaycan dilinin ( əlifbanın) qətli

Müsir İngilis dilinin 25%-ni sadəcə yerli sözlər təkşil edir ki, bu faizlərə ətraf  bölgənin qatılımı nəzərə alınmazsa. Digər hissələri isə təbii ki qədim dövrün şahınşahları Latın və Yunan dili, orta dövr və renesansın şəhzadəsi Fransız dili tutur.  Cüzi etimoloji aspektdən baxılsa dildə işlənən anlayışlara dəyişilik olasa da kök-əsas məna dəyişdirilməyib.

Məsələn; “empathy” sözü bineyi qədimlərdə işlədilən “empatheia” və “pathos” qovuşmasından ərsəyə gətirilib. Fonetik ahəngin çalarlarına toxunmamış əksinə zənginləşdiriblər. Türkiyə Dil Qurumu deyir ki, elə hey bu sözü dəyişməli və “duygudaşlık”(duyğudaşlıq) etməliyik. Bizə “empathy”  Batıdan gəldiyi üçün dəyişdirmək absurdur. Adamlar çalışıb-əlləşib yeni sistem-texnika icad ediblər  “computer” adında. Sənin  onu “bilgisayar” adlandırmağın xaosa gətirib çıxarır.  Bəllidir ki qədim türk dilinin bazası zəngin deyil. Ahəng qanununa tabelilik, bəzi samitlərlə sözlərin başlanması, qoşa sait və samitlərin işlənməməsi, məişət dili olması, ədəbi-bədii dil olmaması söz bankının az olması ilə nəticələnib. Daxil  olan anlayışı-qavramı olduğu kimi saxlamaq, cüzi fonetik düzəlişdən keçirmək lazımdır. Azərbaycanda ahəng müəyyən qədər yaradılır – “computer” : “kompyuter”.

Batıdan gələnlərin  repressiya edilməməli olduğu kimi Doğudakılara da olunmamalıdır. Dil zənginliyi sözlərin çoxluğundan, müxtəlifliyindən, çalarlılığından qaynaqlanır. Sözlər sayəsində düşünür, sözlər sayəsində danışa bilirik.

Bu gün Azərbaycan danışa bilmir.

Kitab oxumamaq amilini həmişə qabardırırq. Kitab oxumursa  başqa işlə məşğuldur. Orda da dil zəngin deyil ki, yaddaşına qonsun kəlmələr, cümlələr. İnsan danışmağa başladığı vaxtlarda – uşaq vaxtlarında sözlərlə tanış olmağa başlayır. Onun üçün yazı əsas deyil, maraqlı deyil. Yazmaq məmasız gələ bilər. Danışmaq isə təbii instiktinə çevrilib və o mütləq ünsiyyətini yaratmalıdır. Ailədə, TV verlişlərdə, ətarflsa münasibətdə və ən əsası uşaqların oyunlarında sözlərin azlığı gələcəkdə problemə gətirib çıxarır. Uşaq eşitməklə başa düşür, yaddaşına hopdurur. Danışarkən fikirlərimizin çoxunu eyni sözlərlə ifadə edirik. Deməli dilin qətli sənin, mənim, bizim qətillərimizdir.

Latınca`ya Allah rəhmət eləsin. Sözün hər iki mənasında. Əvvəla, ölü dil sayılmağına baxmayaraq  şüurun alt qatlarında özünə rahat yer ayırıb. Bu Batının özülü bəs biz?…

Bizim özülümüzsə  nifrət olundurularaq yaddaşda saxlanılıb. Dil (danışma) müəyyən qədər yaşamını sürdürür. Əski dilimizə sözlərin çoxu ərəb və fars dilindən keçib. Çünki,  coğrafiyamız İslam dinini qəbul etdiyindən ərəb, ədəbiyyatın dili olaraq həmçinin fars dilində ədəbi məhsullar daha çox qəbul etdiyimiz üçün fars dilindən bəhrələnmişik. Onsuzda ədbiyyatdan uzaqlaşmışıq. Yazılı dilimizdən də ərəb-fars sözlərini çıxarmışıq. Ancaq, fəqinə varanda ağzımızdan çıxanların açıqcasına görünür həmin dildən istifadə edilmənin.

Qəbəhətli nə olar bilər görəsən?

Hüseyn Cavid Turançılıq ideyasına görə yox əski türkçə sözlərdən daha çox istifadə etdiyinə görə tənqid olunurdu və indiki gənclik Cavid düşmənçiliyi ilə dolub-daşır.  Füyuzat jurnalı Azərbaycan ədəbi mühitin üst səviyyəsini təşkil edərkən ona qarşıda qərəzçilik var. İddihan eynidir: dil ağırlığı. Shakespeare`nin, Goethe`nin dili məişət dili deyildi, əksinə ədəbi dilləri çox ağır və çətin anlaşılan bir dildir. Molla Nəsrəddin jurnalı tamami ilə bir istiqamətə yönəlmişdi. Sadə məişətə. Füyuzat isə ədəbi cərəyafan formalaşdırırdı. Türk dilli ölkələrin aydınlarının yazacaqları elmi-ədəbi jurnal. Hansı ki bir-birini başa düşəcək.

Hətta XX əsrin əvvəllərində əski türkçənin üstünlüyü ondaydı ki,  səsli dildə müxtəlilik olsa da yazılı dil bağ yaradırdı və eyni yazılış türk dilli ölkələrdə dil ahənginə görə qavranıla biliridi.

ادبيات – Ədəbiyyat / Edebiyyat                                                  گرك – Gərək / Gerek

گج  – Gecə / Gece                                                                         سهر – Səhər / Seher

İlk vaxtlar orjinallıq qorunub saxlanılırdı. Sözlər başa düşülürdü türk dövlətlər arasında necə ki əski damğalarında yazılarını anlayırdılar.

Tədricən əski türkçənin özü yenilənir, dəyişir, uyğunlaşırdı. Türkçəyə  XIX əsrin sonu XX əsrin əvvəllərində dəyişikliklərin edilməsi ilə bağlı planlar var idi hər iki mövedəndə. ƏIifbanın dəyişdirlməməsi dövlətin maraqlarına xidmət edə bilməzdi. Böyük coğrafi ərazi və dövlət tarixində hər şeyin ərəb əlifbası ilə yazılması sultanda və sarayda narahatlıq yaradırdı.

Hərçənd, təkliflər çox idi. M.F.Axundzadənin Osmanlı dövlətinə dil layihəsini bilirik. Jön Türklərdən İsmayıl bəy Qaspıralı ərəb-fars sözlərinin ağırlığını azaltmaq Osmanlı imperiyasına yaxın olmayan və əvvəlki türkçədə danışan türkləri də nəzərə alaraq dəyişiklik irəli sürmüşdü. M.Kamalın dil reformundan öncə və sonra da ( ilk illərdə) sait səslərin əlavə edilməsi ilə bağlı ciddi layihələr təqdim olunmuşdu. Problem elə saitlərdən qaynaqlanırdı. Çünki, ərəb əlifbasında sait azlığı yazımı çətinləşdirirdi.  Heç biri qəbul edilmir və ərəb əlifbası tədricən unudulur. Azərbaycanda isə Latın əlifasına keçid baş vermir. Kril əlifbası siyasi sistemin oyunlarından biri idi.

Uyğurlar bu gün belə ərəb əlifbasından istifadə edirlər.

Dilin zənginliyi mədəniyyətin zənginliyidir. Bu sözləri arındırmaq kültürü arındırmaqdan başqa bir şey deyil ki, ona da nail olurlar dil ilahatı ilə. Linqivist filosoflar oxunsa anlaşılar qayəm. Əsas da Roland Barthes`in kitablarını. Barthes`ə yenə qayıdacam.

Gələk əski dillərimizə.

Çox əski zamanlarda- məktəb illərində ilkəl milliyyətçi ( uşaq şovimizmi) xüsusiyyətlərim varıydı sonra peşman olsamda (şovinist dərəcəsindən). Rus dilini öyrənə bilmir, imtina edir, istifadə ediləndə agressiyamı göstərirdim. Kitabxanadan götürdüyüm kitablar türkçülük tutmlu olardı. İçimdə hər zaman millətçilik közü yanıb və yanmaqdadır. Universitetdə başladığım günlərdə  fəsləsəyə (tədrisinə) isinişmirdim. Kitab oxumaqla yola verməyə başladım. İlk kitab ( təsirinə ən çox düşdüyüm)  Sartre`ın “Ürəkbulanma” kitabı oldu. Ard-arda davam etdi taki Nietzsche`yə kimi. Bəy əfəndinin yazdıqlarından ziyadə yaşadıqlarını oxuduqda isə yanlışımı hiss etdim.

Özünü tanımama, bilməmə.

Məktəb, universitet, cəmiyyət etməsə belə özüm etməli idim.

Milliyyətçi damarlar hələ şiddətli ikən hocalardan biri dedi ki, bu qədər milliyyətçisən qışqırıb-bağırırsan, elə-belə deyə, bir de görüm türk damğalarını oxuya bilirsənmi?. Hələ fəlsəfə tələbəsisən mətnləri oxumusanmı ki belə danışırsan?, tarixini yaxşı oxumusanmı ki belə danışırsan?. Araşdırırsansa yazı dilini-əlifbalarını bilməlisən. Bir tanı, bil əncam çək sonra gəl nə qədərdanışarsan danış.

Hoca əfəndinin dediyi və Nietzsch`dən çıxardığım dərs məni uzun incə bir yola sürüklədi. Əvvəlcə mətnləri oxumağa başladım, kültürü anlamağa başladım, sonra damğaları öyrəndim.

Ölü dilin dirilməsi yox, ölü dilin ruhuna fatihə oxunmasıydı sanki etdiyim.

Bir də ərəb əlifbası əski türkcə varıydı sırada. Adından da göründüyü kimi türkcə. Türklərin İslamı qəbul etdiklərindən sonra uzun müddət istifadə etdiyi türkcə. Ərəb, fars və türklərin öz əlavələri olan əlifba və qrammatika.

Əski Azərbaycan dili də latınca kimidir. Ölsədə yaşayır.

Necə yaşayır?

İstifadə etdiyimiz sözlərin çox hissəsi ərəbcə və farscadır. Türklərin dilinə yapışan ərəbcələr türkcə mənalar qazanmış istər istəməz türkləşmişdir. Mənasını qavranılmışdır. Yazı dilindən istifadə olunmamağına baxmayaraq danışan xalq danışır.

Descartes Latıncanın ölmuş olduğu dövrdə Latınca öyrənmişdi və digər Batı aydınları. Nə edəcəkdi Descartes Latınca kiminləsə danışacaqdımı? Öyrənməli olduğunu bilidi, keçmişi bilmək üçün, araşdırmaq, oxumaq üçün. Bilirdi əlini hara uzatsa latınca çıxacaq qarşısına. Nietzsche bir filoloq idi, o bilirdi. Keçmişi bildiyi üçün mifi bilirdi. Mifi bildiyi üçün savaş açmışdı “Musiqinin Ruhundan Tragediyanın Doğuşu” ilə. Bizim aydınlar isə əski dilə qarşı bir antipatiya göstərirlər. Molla Nəsrəddinçilər onun yazıldığı dili geriyə itələyirlər. Molla Nəsrəddin jurnalını əldə etdin, toxundun və əski dildə qəribə yazılar gördün yanındakı dostun səndən soruşur ki, nələr yazılıb orda?. Sən deyəcəksən ki, oxuya bilmirəm. Onda necə oldu bu?…

Əfsuslar olsun ki,  tarixlə maraqlananlarımız(tarixçilər tarixlə maraqlanmadan başqa bir şey etmirlər deyə) nə damgalara maraq yaradıb, nə də əski türkçəyə…

Əlyazmalar arxiv sənədlər materillar isə əski Azərbaycan dilindədir.

Türkiyə Cümhuriyyətində belə etdi. Əski türkçəni tədris etmədiyi üçün unutdurdu. Dil islahatı olub artıq nəsə demək boşuna. Lakin, dil yolundan gedənlərin öyrənmələri üçün nəsə etmək olardı.

Bu dil unudulsa yaddaş unudulacaq və bir yerdə qırılacaq.

Bartes deyir ki, hər şeyin bir dili var və istifadə üçün dili bilmək lazımdır. Məslən, fəlsəfənin dilini bilmədən fəlsəfə ilə məşğul ola bilməzsən.

Yaşdığımız ərazidə olan əlifbalar yaşayır abidələr üzərində və ya hər hansı kitabələrdə. Biz isə onları oxuya bilmirik.

Musiqi sənətiylə məşğul olmağa bənzəyir. Əbülqadir Mağarayini bilmədən, Azərbaycan musiqisini bilmədən o qədər Batıya yönəl ki, özünlə keçmişini daşıyırsan. Keçmişinsə kəsik xətlərlə doludur.

Çox da uzaq olmayan bir əsr, sadəcə bir əsr öncəki yazıları oxuya bilməmək dəhşətlidir.

Özümün acizliyimi dilə gətirirəm sadəcə. Əski əlifba ilə yazılmış çox dəyərli kitab tapdıq köhnə kitablar satılan bir mağazadan satıcı kitabı oxuya bilmir, dəyərini anlamır. Nəyaxşı ki, fərqinə vardıq həmin anda və götürdük. Əvvəllər araşdırmam üçün kitab lazım olmuşdu. Kitabı tapdıqdan sorna ilk səhifəsini açdım. Oxuya bilmirəm. Türkçə yazılıb, çox lazımdır və oxuya bilmirsən.

İntellektual görüntüsü yaradan rus və ingilis dillərində danışamaq rus və ingilis etmədiyi kimi keçmiş öz dilini bilmək də ərəb etməz. Hansı ki ərəb dili olmadığı halda. Sözlərin ərəb və fars ağırlıqlı olduğu üçün ayrı bir nifrət var sanki. Ancaq, ədəbi-bədii cəhətdən gözəllik qatır həmin sözlər. Mətni zənginləşdirir. Əski dilimizdə olan bir mətn bəddi ülubu daha ləzizdir. Zamanımızın mətnləri isə öz şairanəliyini itirib söz zənginliyi baxımından.

Biz ona görə şair yetişdirə bilmirik ki, bizdən əski dilimiz alındı, qoparıldı. Fransanın sərbəst üslublu sevgi şeirlərinin qurbanı olduq. Fransızlarda günah yoxdur. Adamlar keçmişini qoruya-qoruya gələcək üçün əllərindən gələnləri etdilər. Bizsə keçmişi pozub gələcəyi qurduq. O gələcək ki arxası boş.

Tarixlə barışmaq lazımdır. Keçmişlə savaşmaq, silmək, unutmaq, görməməzlikdən gəlmək fayda gətirməz. Keçmişlə savaş məhvə gətirər, gələcəklə savaşmaq lazımdır ki tərəqqiyə aparsın. Tərəqqi üçün keçmişdən dərs almaq, keçmişi öyrənmək, ondan istifadə etmək lazımdır. Mədəniyyətindən xüsusən.

Əski Azərbaycan dilinin sərbəst öyrənilməsi üçün də ciddi işlər görülmədi. Latınca öyrənilməsi üçün minlərlə dərs vəsaitləri tapmaq olduğu halda, bir əsr öncəki dilə öyrənmək üçün ( yazmağı-imalanı) sadəcə bir neçə dərslik tapmaq olar. Əgər tapa bilsən.

Dilin çətinliyi qəbul ediləndir.  Ancaq, örnək verdiyim latın dili əski Azərbaycan dilindən daha çətindir. İsim, sifə,  fel hallanması, bir sözün bir neçə hala düşməsi və digər çətinliklər. Türkçə isə onsuzda danışdığı, anladığı dildir. Sadəcə imla-yazım çətinliyidir. Saitləri işarə etməkdə yetərli  olmaya bilər, amma, əski türkçədə xüsusi imla qaydaları var ki,  bunları bildikdə  yazmaqla və oxumaqla tədricən vərdiş yaranır.

Əski Azərbaycancanın qətli

Tarixi abidələrə qayğısızlığa qarşı çıxırıq. Lakin özümüzdə qayğısızıq. Həmin abidənin üzərindəki yazıları oxuya bilmirik, həmin abidə ilə bağlı materialları oxuya bilmirik. Abidə  nə kəsb edir baxmaq üçünmü?

Batı təhsil sistemlərində latınca öyrədilir, abidələri oxuya bilmək üçün. Kültürü qorumaq üçün,  kültürlə bağı qoparmamaq üçün. Türkiyədə ali təhsil müəsisələrində latınca öyrədilir həm ayrıca bir bölüm olaraq, həm də bəzi ixtisaslarda fənn olaraq.

Biz ipin ucunu qaçırmışıq.

Yapışmağa vərdiş etmişik. Barı özümüzdə də nəsə olsun. Aktor yamsılayanda girdiyi obraz olur. Obrazdan çıxanda isə əvvəlki obrazı. Bizim obrazımız yoxdur, məsələ budur. Ssenaristlər onsuz da başqalarıdır. Heç olmasa yaxşı aktyor olub, obraza özündən-keçmiş təcrübəndən nəsə qatmaq gərək ki, oyunda rolun getdikcə artsın və səhnədə daha çox yerin olsun.

Dilin öyrənilməsi, bilinməsi, ötürülməsi hər kəs üçün deyil. Ancaq, dəstək vermək lazımdır. Əngəl törətmək çox asandır nəinki köməklik göstərmək. Əl tutmaq lazımdır. Mübahisə mövzusu etdikdə istər-istəməz yeni problemlər, əngəllər yaranacaq. Dəstək çıxıb,  müəyyən yerlərdə, müxtəlif formalarla, müxtəlif yollarla öyrədilməsi üçün dəstək olmaq lazımdır. Ən azından yolu, izi bu bu xəttə kəsişənlərə.

Qırılmış, qopmuş yaddaş izlərini bərpa etmək üçün bir  olmaq lazımdır. Bu coğrafiyada nə olubsa, nə varsa qəbul etmək, araşdırmaq və ötürmək lazımdır. Dil bizimdir, başqasının deyil. Nə vaxtsa bu dildə yazmışıq, yazanlar bu dil də yazıb. Tarixmimizin, keçmişimizin müəyyən hissəsi bu dildə, əski türkçədədir. Milləti millət edən, mədəniyyət yaradan aillərdən biri yazıdır. Kültürümüzün müəyyən hissəsi bu dildədir.

Özümüzü tanımadan hara gedirik belə?…

Yolun əvvəlini bilmədən, sonunu bilmədən nə edirik belə?…

Biz yola  başdan deyil, ortadan başladıq…

Barış deyil Varış…

Denizin dalgaları, denizin her katresi yine denizdir; denize nispetle zâhiren bir hiçtir  belki ama unutmamalı ki denizi deniz kılan yine o damlacıklardır.”

Ustad Dücane Cündioğlu`na sevgi və sayqılarla…

Mühacir filosof Ağalar Qut (Məmmədov)  xarici ölkələrin birində dilin fəlsəfəsi mövzusunda çıxışında dostunun uşağına aldığı hədiyə ilə bağlı kiçik bir nüansa toxunur. Deməli, Ağalar bəy uşağa yazı lövhəsi alır. Uşağa da deyir ki, sənə rahat yazmağın üçün  yazılan və pozulan yazı lövhəsi alacağam.  Hədiyyə maşında qalığı üçün verə bilmir və uşağın xəbəri olur bundan. Ağalar bəyi görəndə ondan  soruşur ki, bəs mənim “yaz-poz”um hanı?.

Oxumağa davam et “Barış deyil Varış…”

Ev, Sev, Evlən`mək üzərinə…

Gündüzlər vaxt olmadığından ən yaxın dostlarla belə axşamlar görüşmək, söhbətləşmək, bir az da dərdləşmək mümkün olur. Bu axşam həm qonşum, həm də yaxın dostumgildə istəmədiyimiz bir söhbət açılmalı oldu. Gözəl dəmlənmiş çay (çaysız və ya kofesiz olmaz) səmimi mühit mübadiləmizin bir  neçə saat çəkməsinə gətirdi. Mübadilə çünki, fikir və qadın varsa ordan hökmən yeni nəsə öryənmək mümkündür. Qadın dedik. Onların olduğu yerdə də təbii ki, sevgi və ailə olmalı… Hansı istiqamətə aparmaq istəsəniz axırda ilişib qalacağı yer… Evə gec gəldim, bu dəfə tez yatım dedim. Yatmağa çalışıram. Bacarmıram. Və birdən  “εὕρηκα” (eureka / evrika ) deməyim gəldi.

Oxumağa davam et “Ev, Sev, Evlən`mək üzərinə…”

Qul,qulluq, qulluqçu və.s,,, üzərinə…

“Azadlıq” fəlsəfəsini fərqli prizmalardan görmək lazım. Burada baxmaq deyil, görmək. Ona görə ki, baxdığın zaman görməyə bilərsən. Və yaxud eyni nəsnəyə iki nəfər baxdıqda fərqli görür. Nəticədə görünüş sizə görüş verir.

“Azadlıq” anlayışının ortaya çıxma və ya atılma səbəbindən başlamaq lazım deyilmi?…

Yuxarı olduğu kimi aşağı da var. Çıxış olduğu kimi də eniş.

“Azadlıq”dan əvvəl ona zidd olan ilə başlamaq məsələn…

Oxumağa davam et “Qul,qulluq, qulluqçu və.s,,, üzərinə…”

Arxa plandakı adam…

Azərbaycan ziyalısının yetişməsində, düşüncənin formalaşması, milli intlegensiyanın formalaşmasının arxa fonunda dayanan adam Hacı Zeynalabdin Tağıyev. Gah xeyriyyəçi, gay da neft maqnatı kimi hallandırılır adı, amma, nədənsə milli düşüncənin oyanışında əməkçi kimi tanınmır. Yəqin ki, fikir adamı olmamağından gəlir. Hacı, fikir adamı deyildi.
Oxumağa davam et “Arxa plandakı adam…”

Rus kimliyi və Murad Adjı’nın kitabı…

Əsrlərdir dünyaya böyük rus kimliyi sırınır. Rus nə zaman böyüdü, nə zaman öz kimliyini isbatlaya bildi ki, belə danışa. Tarixin səhifələrini öz mənafeləri üçün dəyişdirənlər böyüdü, tarixə ciddi yasnaşmayan, tarixi qorumayanlar isə kiçildi. Türklər dünyanın bir ucundan o biri ucuna keçdi, saysız dövlətlər yaratdı. Tarix yazdı, amma, tarixini yazıya ala bilmədi. Qıraq bucaqlardan yazanlar da öz bildikləri kimi yazdılar.  Oxumağa davam et “Rus kimliyi və Murad Adjı’nın kitabı…”

Məhəmməd peyğəmbər (s.a.s) təsvirlərdə…

İslam inancına görə rəsm, heykəl və musiqi kimi sənətlər qadağandır. Təməldə dövrə uyğunluq yatsa da zamanla bu qadağa davam etmişdir. Vaxt elə keçir ki, insan istər istəməz bəzi dəyişiklik etməli olur. Qadağaların təməlinə diqqətlə yanaşmaq lazım. İncələdikdə hər şey aydınlaşır və siz istər-istəməz bəzi məsələlərdə dəyişiklik etməli olursunuz. Peyğəmbər (s.a.s) bir təfərdən bütpərəst olmayın deməklə heykələ icazə verə bilərdimi?, Allahı çox zikr edin deyə-deyə gedin musiqi ilə məşğul olun, saz çalın, oynuyun deyərdimi?… Oxumağa davam et “Məhəmməd peyğəmbər (s.a.s) təsvirlərdə…”

Xalq inancı bir ilan qadın – Şahməran…

Xalq inanışları hər zaman diqqətimi çəkib. Mifoloji dünyagörüşün dövr keçdikcə yaşaması, daha da inkişaf etməsi məni heyrətləndirir. Yeni dövrdən başlayaraq mədəniyyət inkişaf etdi deyirlər. Yalan. Heç kim inandıra bilməz. Mədəniyyət öldü. Bir xalq necə olar belə bir mif yarada bilər. Söhbət inanıb-inanmamaqdan getmir. Söhbət ondan gedir ki, əski zamanlarda məkan etibari ilə hər bir xalq oz yaşantısına uyğun bir mif yarada bilib. Bu inanc zaman keçdikcə nəsildən nəsilə ötürülüb. Kimsə inanmasa belə necə deyərlər dədə-babamızdan qalıb deyə qoruyub saxlayırlar. Musiqilərdə, filmlərdə, şüşə üzərinə, sini və çini üzərinə rəsmlərdə…

Şahməran inancı adı geçən inanclardan biridir… Oxumağa davam et “Xalq inancı bir ilan qadın – Şahməran…”

Rəngimizi qoruyaq…

Əvvəllər adət idi, başqa ölkəyə səfərə çıxmamışdan qabaq o ölkənin dilini öyrənməyə çalışırdın. Çalışırdın ki,  insanlarla rahat ünsiyyət qura biləsən, azdan-çoxdan da onraların kültürü ilə tanış ola biləsən, məişətini biləsən. Və bununla da insanlar başqa dövlətlərin dilini, mədəniyyətini, məişətini öyrənir. Onları dəyişdirmək istəmirdilər, öz xatirələrində dönə-dönə fərlilikdən yazırdılar. Səfər etmiş məmləkətlərdən təbiət portreləri çəkər, yazılarından yazardılar. Rəngararəng kültür davam etməkdə idi. Hər etnosun öz dili, kültürü, yaşantısı insanların xarakterlərinin rəngliliyi kimi idi. Oxumağa davam et “Rəngimizi qoruyaq…”

Şiələrin Aşurası və Xristianların Flagellantları

Aşura mərasimi İslam dininə qara bir yaradır. İslamın xərçəngidir. Özünə əziyyət verməklə İmam Hz.Hüseyn (r.a) ağrısını, acısını hiss etmək istəyirlər. Mümkün deyil. Heç kim onu hiss edə bilməz, həmin hisləri keçirə bilməz. Çünki, nə onlar İmamdır, nə zaman o zamandır, nə məkan o məkandır, nə də şərtlər o şərtlər deyil. Digər bir məsələ, Oxumağa davam et “Şiələrin Aşurası və Xristianların Flagellantları”

Azad olaq

Sokratın bir sözü var var.  Orda deyir ki, bircə onu bilirəm ki, heç nə bilmirəm. Mən də heç nəyi bilməsəmdə,  bircə onu bilirəm ki, azadlıq çox yaxşı şeydir. Hər şeyin bir əmması olduğu kimi, bunun da bir əmması var arxadaşlar. Demək istədiyim, azadlıq hələ özü azadlığın nə olduğunu anlanır. Yəni, azadlıq azadlığn ləzzətin hələ görmüyüb. Evdə bişmiyib, qonşuda görmüyüb, bu yazıq hardan bilsin axı nə olan şeydi …mən də sözdü də deyirəm. Oxumağa davam et “Azad olaq”

Oxuma

Əslində yazı üçün hansı başlığı seçim ha düşündüm tapa bilmədim. Sadəcə “oxuma” adlandırdım ki, bəlkə oxuna. Bizlərdə yazılar oxu deniləndə oxunmur axı. Oxuma deyiləndəsə oxunulur. Xocalı faciəsininin anım günündə bir yazı vardı. Blog yazısı. Adi yazlardan daha çox baxılmılşdı və hətta bəzi xəbər saytlarının gündəlik oxucu sayını belə keçmişdi. Xocalı tarixindən, amansızca qətl edilmiş insanlardan, erməni faşizmindən, vandalizmindən danışan yazının adı bilirsinizmi nə idi?…

“+18”… Oxumağa davam et “Oxuma”

Hz.Məhəmməd (s.a.s) niyə çox evləndi?…

Hər zaman bu məsələyə dəlilli, sübutlu açıqlamalar verilsə də, bəzi dostlar ya anlamırlar, ya da anlamaq istəmirlər. Və ya da anlamaq istəyirlər sadəcə müəyyən düşüncələr dolaşır beyinlərində. Düşüncələr yeyər insan beynini, çürüdər qəlbi. İnamda çox düşünüb yanlış yola getsən, şeytana yanılacaqsan. Yıxılacaqsan, kədərlənəcəksən. Düşünmək əslində yaxşıdır. Düşünmədən necə inanasan ki?, necə sual verəsən ki?…Səhabələr İslama gönüldən bağlanmamaışlardımı da hər dəfə Allahın rəsuluna suallar verirdilər…

Bu sual da belədir… Oxumağa davam et “Hz.Məhəmməd (s.a.s) niyə çox evləndi?…”

Siz elə bilirsiniz ki, biz kefimizdən bunu edirik.

20 yaşım var. Adımı heç özümdə bilmirəm. Hərə bir şey deyir. Ayka, Fatya, Gülka daha nələr nələr. Əsl adım başqadır. Doğrusu yadımdan çıxıb. Bir az da  uzundu.  Patron dedi ki, sənin kimilərinin uzun adı olar heç?!.  Razı oldum. Başqa çarəm yoxuydu.. Oxumağa davam et “Siz elə bilirsiniz ki, biz kefimizdən bunu edirik.”

Cənnətdə yaşamaq isteyen oğlan

“Əz onu!…məhv elə və onun yerində sən ol!. Zəifdisə ayaqlarının altında saxla!”

Təssüf ki, belə yetişdirilirik və yetişməkdəyik. Düşmən hissi , qisas hissi, qatillik hissi ilə. Güclülər daim zəiflərə qarşı, zəiflərədə güclülərə… Ortaq nöqtəsi yoxdu. Həmişə ümid edərək yazırıq. Yazarlar da  həmişə sonluğu ümidlə vururlar. Amma, bu ümid yalandan sabaha verdiyimiz  sözlərə bənzəyir. Oxumağa davam et “Cənnətdə yaşamaq isteyen oğlan”

Ay Allah, sən hardasan?!.

Ruhumdan axır qan,

Ay Allah, sən hardasan?!.

“Necə dözüm”-deyir can,

Ay Allah, sən hardasan?!.

Yazan əllimi kəsirlər,

Çağıran dillimi əzirlər,

Ayağımı yerdən üzürlər,

Ay Allah, sən hardasan?!.

 

Dəri keçirtdilər başıma,

Zindık dedilər adıma,

Heç yanmırsanmı halıma?

Ay Allah, sən hardasan?!.

Orucunu reklam edənlər…

Bir neçə gün öncə feysbukda  “Bunlar niyə oruc tutduqlarını reklam edirlərki” adlı bir satatus gördüm. Sahibi çoxlarımızın tanıdığımız yazarlardan biri idi. Yox, bu dəfə Aqşın Yenisey və ya başqa bizim ateist gözündə gördüyümüz bəzi dindarlardan daha çox Allaha sahib çıxanlardan deyildi. Dindar, imanlı bir orta yaşını keçmiş, ahıl yazıçı. Mən də yerimdə durmadım balaca bir cızma-qara etdim. Əvvəla onu qeyd edim ki, Oruc olduğunu kiməsə və ya kimlərsə demək nə günahdır, nə də qəbahətdir. Hədislərdə də bu belə buyrulur. Rəsulullah (s): “Oruc tutan bir şəxs, özünə təhqir edilən zaman “Allahın salamı üzərinə olsun, mən bu gün orucam” desə, Oxumağa davam et “Orucunu reklam edənlər…”

Nadirin “Maral”ı…

Nadirin Maralı

Qısa müddət olar ki, bölgələrimizin birində toyda oldum.  Toyları nəsə xoşlamıram. Səs-küyü ürəyimi bulandırır. Kənd toyu olduğundan maraqlı olar dedim və hərbi xiddətdən məzuniyyətə gələn əmioğlu ilə iki gündə 5 toyda olduq. Kənd toyu əslidə adama xoş gəlir. Deyilənə görə, çox sərfəlidir də ,lakin, bir evdən 5 uşaq gələrsə hələ üstəlik o da qohum-ərqəbasını gətirərsə bu zaman ev yiyəsinin ürəyində sancılar başlıyar. Məqsədim  toylarından danışıb sizində ürəyinizi bulandırmaq yox Nadirin son zamanlar toy gündəmində olan “Maral, maral, maral” mahnısı haqqında bir-iki söz deyib və xəbəri olamayanlar mahnının əslini  göstərtməkdir. Oxumağa davam et “Nadirin “Maral”ı…”

Yaxşı qızın qardaşı

Günel Mövludun imzasında yaxşı oğlanın bacısını bildik bəs yaxşı qızın qardaşı…..

Yaxşı qızın qardaşı ilk növbədə ağır olmalıdı. Hətta çəkisi yüngül belə olsa cilərinə “kubik” qoyub gəzməlidir ki, ağır olsun. Yəni, bu ağır abi məhlədən keçəndə sanki yerin altından metro keçirmiş kimi titrəməlidi hər yan. Bu titrəyiş ətrafdakıların ayağını əsdirməlidir və bizim ağır abimiz əsməməlidir, mətin dayanmalıdır. Oxumağa davam et “Yaxşı qızın qardaşı”

Tələbələrin həyatı təhlükədə ola bilər…

Telebe heyatiADNA-dakı olaylar yəqin ki, çoxumuzun yadındadır. Heç kimin gözləmədyi anda bir sərəfsiz gəldi və günahsız insanları, tələbələri qətlə yetirdi.

Bu hadisədən sonra universitetlərdə  təhlükəsizlik məsələləri gündəmə gəldi. Araşdırmalar nəticəsində bəlli oldu ki bəs güvənliyimiz heç də yaxşı halda  deyil. Təbii ki, həmişəki kimi “düzələcək”, “yaxşı olacaq”, “biz bunun üçün çalışırıq” –  deyildi,  amma , oratada heç nə yoxdu hələ də. Oxumağa davam et “Tələbələrin həyatı təhlükədə ola bilər…”

Yaxşı vətəndaş Koroğlunun metrosu da yaxşıdırmı?…

Gəzdim, gördüm, yazdım….

Mən Sabunçuda yaşayıram (sürünürəm) və tələbəyəm. Yəni, hər gün Koroğlu metro stansiyasını ziyarət etmək məcburiyyətində oluram. Səhər yola verilsə də axşamlar bu metroda baş verənlər məni təngə gətirib. Məsələ əslində keçiddədi, daha doğrusu, alverçilərdə və buna biganə qalan metro təmsilçiləri və polislərdədi.

Nədən deyim sizə natəmizlikdən, adamı boğan siqaret iyindən, yoxsa metro söyüşlərdən?….

Sıra ilə gördüklərimi deyim ,bəlkə, anlayarsınız. Oxumağa davam et “Yaxşı vətəndaş Koroğlunun metrosu da yaxşıdırmı?…”

Erməni gənci Azərbaycan gəncindən üstündür… ( +16 )

Konseptual, nəzəri yanaşma yaxşı yanaşmadır, amma, praktika onu alt-üst edirsə  o nəzəriyyəni apar  tulla  zibilliyə. Heç ziblliyə tullamaq konsepsiyası  da praktiki cəhətdən doğru deyil.

“Uşaqlar zibili hara tullamaq olar?”

-Zibilliyə

-“Uşaqlar dünyada yox aaa Azərbaycanda…”

-Hə onda hara gəldi tulla getsin. Oxumağa davam et “Erməni gənci Azərbaycan gəncindən üstündür… ( +16 )”

Tanrını öldürməliyik, çünki….

Mən Şərqdə doğulmuşam,  nəslim də , köküm də buralıdı. Atam  da  bir “Urusetdə” olmayıb ki, rus Nataşalardan olan ögey avropllı qardaş və bacıcığazlarım ola. Qanım təmiz xalis III müsbət Şərq qanıdı.

-Peşmanamı?

-Bəli.

-Niyə?

-Çünki. Mən Şərqliyəm. Mən xəyallarda yaşayıram. Tez unudanam. Məcnunam. Leyladan başqa Leyla yoxdu mənimçün.

Mən axmağam… Oxumağa davam et “Tanrını öldürməliyik, çünki….”

Nerviləniyorum…

Mən əslində nervili uşaq olmamışam. Hələ balaca olanda sakit olduğuma görə çox istəyirdilər. Başqa uşaqları “pisikdirirdilər”. Səmimi desək mən də onlara o qədər də yaxşı baxmırdım. Elə bil nervili olmaq onların günahı idi. Ya Allah deyilən qüvvə  belə yaradıb, ya da cəmiyyətin gördüyü işlərin nəticəsidir . Abi ne kadar nerviliydilər bi bilsən.

 Olamaz yaaa… Oxumağa davam et “Nerviləniyorum…”

PUB bol olarsa basılmaz vətən…

Sosial şəbəkələrın olması  hər bir ölkə, ondan öncə gənclər üçün yaxşı bir haldır. Bir zamanlar hələ facebook yoxkən wap çatlar var idi ki, gənclərin  əksər kütləsi buralarda cəmləşmişdi.  Facebook yarananda hər şeyin ilki gözəl olar misalı yerinə oturmuşdu. Baxanda bir ağırlıq, bir səviyyə görünürdü.  Zaman keçdi və bizim o çatlarda  olan gənclər gəldi oturdu facebook arxasında. Beləliklə də facebook oldu “bardaqxana”.  14 yaşında olan  uşaqlar siyasi fikirlər irəli sürməsindən tutmuş, sevgi , vətən, millət məsələlərinədək həll etməyə başladılar. Bu uşaqlar siyasət nədi bilməzkən özlərini siyasi şərhçi yerinə qoyurlar və sanki ölkənin ən önəmli fiqurlarıdırlar. Oxumağa davam et “PUB bol olarsa basılmaz vətən…”

İRƏLİ yox GİRƏLİ

Deyilənlərə cavab və açıq məktub

Əslində mən bu cür polemikalara qoşulmaq istəməmişəm.  İrəli haqqında çox sayda  xoşa gəlməz sözlər eşitmişəm və sadəcə” it hürər karvan keçər” deyib keçişəm. Hər zamanda deyiləcək. “Pişiyin əli ətə çatmayanda ətə iylənmiş deyir” məsəli. Amma,  bir neçə gün öncə “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gənclik” layihəsinin ETİMAD Komandası ilə bağlı yazdığım blog yazıma görə deyilən fikirlər məcbur etdi ki, mən də nəsə danışım. Məsələ ondadır ki, mən jurnalistəm, heç bir mövqeyim olmamalıdır və bu yazımla mən guya irəlini tərifləmişəm, girənlik etmişəm. Bununla mən də  girəliçiyəm. Statistik nəticəni  göstərməyə ehtiyac yoxdu. Onsuzda hamı bilir ki, İrəli qısa müddətdə nələr edib, hansı işlər görüb.  Oxumağa davam et “İRƏLİ yox GİRƏLİ”

ETİMADla İRƏLİ Azərbaycan GƏNCləri…

ETIMAD
ETIMAD

Bir neçə gün öncə “Facebook”-da  bir paylaşım gördüm. Adətən  “face”  üzərindən videolara baxmasamda bu dəfə şeytanın ayağına daş atıb baxdım  və məmnunda oldum. Çunki, bu promo video İRƏLi Qış Universitetinin məmim fikrimcə qalib kamandası ETİMAD komndasının promo videosu idi. Təsirləndim. Bu səbəblədə blogumu EMTİMADçılara həsr etdim. Öncə digər komandalarında promo çəkilişlərini izlədim. Ədalət naminə sizlərdə  izləyin və aradakı fərqi görün. Oxumağa davam et “ETİMADla İRƏLİ Azərbaycan GƏNCləri…”

“Gəl..birinci addımı biz ataq…”

“Əz onu!…məhv elə və onun yerində sən ol!. Zəifdisə ayaqlarının altında saxla!”

Təssüf ki, belə yetişdirilirik və yetişməkdəyik. Düşmən hissi , qisas hissi, qatillik hissi ilə. Güclülər daim zəiflərə qarşı, zəiflərə də güclülərə… Ortaq nöqtəsini tapa bilməmişik, tapmaqda istəmirik deyəsən. Həmişə ümid edərək yazırıq. Yazarlar da sonluğu ümidlə vururlar. Amma, bu ümid yalandan sabaha verdiyimiz sözlərə bənzəyir.  Oxumağa davam et ““Gəl..birinci addımı biz ataq…””

Fəlsəfə elmləri doktoru Mail Yaqub “Fəlsəfə məktəbi” layihəsinin qonağı olub

“Yeni Gənclik” Tələbə Birliyinin təşkilatçılığı ilə “Fəlsəfə məktəbi” layihəsinin artıq 2 təlimi uğurla həyata keçirilmişdir. Bu dəfəki təlim ilk təlimin bilavasitə davamı olaraq “Fəlsəfə nədir?” sualı ətrafında mühazirə və Oxumağa davam et “Fəlsəfə elmləri doktoru Mail Yaqub “Fəlsəfə məktəbi” layihəsinin qonağı olub”

“Müsəlmanlar qurban getdi”

İslam dininin gözəlliklərindən biri səbrdir. Allah (c.c) buyurur  ki, “səbr edin ”. Amma, müsəlmanlar bu dəfə də səbr etmədilər və yenə günahkar oldular. Bir azca gözləsəydilər daha yaxşı və tutarlı cavab verə bilərdilər. Belə ki, ABŞ –da istehsal olunan “ Müsəlmanların məsumiyyəti” filmində Məhəmməd (s.ə.s) peyğəmbər, bununla da İslam dinini təhqir edildi. Nə “Oscar” mükafatı almaq , nə də ki, Oxumağa davam et ““Müsəlmanlar qurban getdi””

Biz nə istəyirik?…

Biz nə istiyirik? . Bizə nə lazımdı ? . Hər şeyə bir “mız”lar qoyurki, gəl görəsən . Mən də yalan danışdım. görə bilmiyəcəksən .  Bu “mız”lar, “ayda”lar, “uyda”lar böyük bir dağ əmələ gətitib ki, aşa bilmirik. Dağı dağıtmaq olmaz .  Kinolardakı kimi minalardan istifadə etməkdə olmaz .   Dağıtsan səndə dağılacaqsan .  Bu dağ sənin göz dağın olmalıdır .  Ən böyük “aydaaa”lar işdən evəgələndə baş verir .   Televizorun “pultunu” əlinə alıb , açırsan .

Bizim kanallar  və nəsə etmək istəkləri . Kanalın birininə çevirisən .

Oxumağa davam et “Biz nə istəyirik?…”

Getsən apar məni özünlə

Uşaqlıqdan bəri anlamadan ölümdən danışmışıq . Nə demək olduğunu belə bilmədən . Kaş öləydim deyirsən . Hələ də davam edirsən deməyə . Ta ki, bir  yaxını itirincə. Əlindən uçub gedir . Xəbərin olmur. Sadəcə səhər görürsən ki, yoxdu. Çıxıb edib.  Tək olduğunu  hiss eliyirsən. Ağlaşma qurulur. Bir azda göz yaşı…bir neçə müddət və Oxumağa davam et “Getsən apar məni özünlə”

Son…

Hər gün bir sonla qarşılaşırsan. Açlan bir səhər bir sondur. Sevginin sonu, dostluğun sonu yada ki, kiminsə sonu. Sonlar sənin sonunu gətirir. Gecə yuxuya dalanda səhər oyanacağına sübhə edirsən. Günəşin doğmasını, parlaq süalarının üzünə vurmasını, sənə yaxın olanları, sevdiyini, ailəni görməyəcəksən sanki. Sarılmaq istəyirsən onlara. Amma artıq gecdi. Yuxudasan. Səhər açılır. Özünü Ərafda hiss edirsən. Və bir neçə dəqiqə sonra… Günəşin süaları oyadır səni. Qapı döyülür. Sevdiyin “dur”-deyir,”qalx” -deyir. Onu görürsən. Hələ də sağsan yaşayırsan. Sevinirsən. Qəribə düşüncələr gəlir yenə beyninə. Qurd eşələnir  sanki.  ”Bəs o?. O olmasa. Bir gün səhər onu görməsəm. Sonum bu sondan yaxşı deyilmi?”.

Oxumağa davam et “Son…”

SİZ ƏN BÖYÜK ZİRVƏDƏSİNİZ !!!

Vətən   mənə   oğul   desə   nə  dərdim,

Mamır  olub  qayasında  bitərdim.

( M.Araz )

Vətənimin  oğul  dediyi  şəhidlərim:

Şəhid   Əliyev   Amil    Novruz   oğlu   (Neftçala   RHK-dan    1988-ci  il  təvəllüd)

Şəhid   Əzizov    Xalid   Mətləb   oğlu   (Şəki   RHKƏ-dən   1993-cü  il  təvəllüd )

Şəhid    Bağırov   Vahid   İntiqam   oğlu   (Ağsu   RHK-dan   1993-cü  il  təvəllüd)

Şəhid   Ataşlı   Zülfüqar   Vəli    oğlu   (Cəlilabad   RHK-dan   1993-cü   il  təvəllüd)

Oxumağa davam et “SİZ ƏN BÖYÜK ZİRVƏDƏSİNİZ !!!”

Hər gün içki üzündən bir ideya məhv olur…

Bəli,   hər   gün   içki    üzündən    bir    ideya   məhv   olur.   Bir   uşağın   ideyası,   bir övladın,  bir   ananın,   bir   ailənin   ideyası.   Bu   səbəb   olur,   gözü   yaşlı   uşaqlara, boşanmış   ailələrə.  Axşam  bir   körpənin   ac   yatmasına.  Və Şeytanın  qələbəsinə.  Hər  gecə   bir   süşə   alınır,   gəlir,  qoyulur   süfrənin   başına .  O   süfrəyə   ki ,  çörək yoxdu,  o   süfrəyə  ki,   ana   acdi,    körpə   acdı.   Amma   içki   süfrədə   idi.   Su kimi   içilirdi   həmin   gecə.  Dərman  kimi  içilir.  Dərman  kimi.  “Bəsdir” deyir ana, “içmə” deyir. Şərxoşdu ata artıq. Əvvəlki  insan deyildi artiq şeytan cildində idi onun. Şeytan   girmişdi   vücuduna.  Əvvəlki  o  mehriban  ata deyildi.

Oxumağa davam et “Hər gün içki üzündən bir ideya məhv olur…”

Bizim Metro…

Hər    səhər  eyni  sözləri  eşidirsən…  “bir  az  mehriban  olun,  hamı   getmək  istəyir  və  nələr.. nələr”.   Tələbə  deyir   dərsə  tələsirəm,  işçi  deyir  işə  tələsirəm.   Peşiman  olursan   ki,   vaqonun qapıları   açılanda   içəri   keçəsən.   Bir   də   görürsən   kiminsə   qucağındasan.   Arxadan  kimsə   var gücü  ilə  itələyir.   Elə  bil   üzüm   çəlləyindən üzüm  əzir.  Gəl  ki,  biri  səhər  ya  sarımsaq  yeyə,  yada  ki  içki  içə   ,onda,   cəhənnəmdə hiss edirsən özünü.   Vaqonların  pəncərələri  də   açılımır.  İyidən  boğulursan.  Adamın   ürəyindən  maşinistə  “qaqaş   saxla,  qapıları  aç

Oxumağa davam et “Bizim Metro…”

İctimai qınaq…

Sən edəcən  hər bir hərəkət barədə qabaqcadan düşünməlisən. Yox, düşünməməlisən ki, necə edəcəm?, hansı tərzdə edəcəm?. Düşünməlisən ki, ictimaiyyət bunu necə qarşılayar. Görəsən nə deyəcəklər?,hərəkətim yaxşı qarşılanacaq  ya  pis?.Sən azad ola bilmirsən, sıxılırsan. Çərçivənin içərisində duran bir şəklə bənzəyirsən. Hərəkətsiz,tərpənməz, səssiz və səmirsiz… Çılğınlıq..Hayqırmaq, hoppanmaq, tullanmaq istəyirsən bəzən. Amma yaşaya bilmirsən bu həzzi . Öz duyğularınla yox başqasının düşüncələrinlə yaşamalısan.  “O , bu, Əli , Vəli, Pirvəli nə deyər buna ” sözləri beynimizə bir virus kimi daxil olur və yavaş-yavaş məhv edir. Oxumağa davam et “İctimai qınaq…”

Yeni mediaçılar gəlir…

Bəlkə də yüzlərlə gəncimiz var ki, jurnalist olmaq arzusundadırlar. Ya bu ixtisasa qəbul ola bilməmək, ya da bu sahədə peşəkar kursların azlığı, hətta yoxluğu onların arzularının reallaşmasına imkan verməmişdir. “İRƏLİ” gənclərə hər cür dəstək verməkdə davam edir. Elə artıq 3-uncusu başlayan “Yeni Media Akademiya” layihəsi buna bir nümunədir. Layihənin uğurlu olması və verdiyi təhsilin səviyyəsi “Yeni Media Akademiya” 1 və 2-nin iştirakçılarına baxdıqda açıq-aşkar görünür. Bir necə həftə öncə layihə 3-uncusunun başlanılmaını elan etdi. Yüzlərlə gənc öz cvlərini göndərdi və onlardan da ən potensiallı, ən istedalı gənclər seçildi. Bu layihənin uğurlu olmasının daha bir özəlliyi isə iştirakçıların seçim mərhələsidir. Üç mərhələdən ibarət olan bu keçid gənclərin jurnalistika qabiliyyətini aşkar etdi. Oxumağa davam et “Yeni mediaçılar gəlir…”

Facebook-da “like”

Müasir dövrü və gəncliyi sosial şəbəkələrsiz, özəlliklə də facebook-suz təsəvvür etmək qeyri-mümündür.  Demək olar ki, Azərbaycan gəncliyinin 90 %-i facebook azarkeşidir. Facebook-la nəfəs alır, hətta qidalanır. Əlbəttdə sosial şəbəkələrin bir çox üstünlükləri var. Böyük bir kütləni cəmləşdirə bilir. Bu yollarla şirkətlər reklam işlərini, yazarlar öz əsərlərini oxucuları ilə bölüşür, sənətçilər  də  pərəstişkarları ilə əlaqə yarada bilir.

Bu dəfəki mövzumuz facebook-u tənqid etmək, ya da tərifləməklə bağlı deyil. Facebook-un “like” məsələsidir. Bəlkədə bir çoxlarınız bunu şahidi olmusunuz, bəlkədə bir çoxlarınızda fikir verməmisiz. Amma bu “like”  ki var aaa çox qəliz məsələdir. Xüsusəndə bizim ölkəmizdə, daha doğrusu bizim düşüncələrimizdə. Söhbət “like” yığmaqdan gedir. Bu necə yığılır?, nəyə görə yığılır?. Bax, bunun bir sıra səbəbləri var. İlk öncə onu qeyd edim ki, Facebook-da çox yaxşı fəaliyyət göstərən və nəyisə göstərə bilən, “like” dalınca qaçmayan səhifələrimiz var. Onlar artıq bir brend halına gəliblər  və hər kəs tanıyır, bilir , sevir. Söz orasındadır ki, müəyyən “face-sevər” və səhifə acmaq arzusu ilə alışıb-yanan, axşam yatmayıb qəribə,kreativ bir ad fikirləşib, Oxumağa davam et “Facebook-da “like””

“söz var kəsər savaşı söz var kəsdirər başı”…

Bu sözlərə həmişə dəyər vermişəm. Elə atalar sözü var ki, həmişə uyğun olmasada, bu sözlər öz qüvvəsini saxlayır və inanıram ki də saxlayacaq.

İş elə gətirmişdi ki, Universitetdən çıxan kimi Avtovağzala getməliydim. Rayondan qonaqlar gələcəkdi və mən də onları qarşılayacaqdım. Əslindəonlar evi tanıyırdılar. Sadəcə qonaqpərvərlik məni məcbur etdi ki, qonaqları qarşılayım. Sözüm nə mənim özümlə, nə də qonaqlarla ilgilidi. Avtovağzalda qarşılaşdığım. Şahidi olduğum acı, biabırçı hadisə ilə bağlıdır.

Avtovağzalda gözləmə məntəqəsində qonaqları gözləyirdim. Digər bir bölgəavtobusu özünə sərnişin yığırdı. “Ucaraaaa….Ucaraaa…bir nəfər…bir..bir..bir nəfərrrr” qışqırıqları hər tərəfi bürümüşdü. Bu bölgə daha bir mini avtobus da gəldi və səs-küyləri qulaqbatırıcı idi. Avtobuslarının yanında gözləmək qalsın Avtovağzalın bir Oxumağa davam et ““söz var kəsər savaşı söz var kəsdirər başı”…”

“Mentalitet budursa”…

“Sən mentalitetin yox, qoy mentallitet sənin qulun olsun!”.

Həyatda iki cür qanun var. İlk öncəsi yazılmış qanunlar. Daha doğrusu cəmiyyətdə xaosun qarşısını almaq üçün yaradılan, dövlət və vətəndaş arasında qarşılıqlı münasibətləri əks etdirən bir yazılı formadır. Digəri,ikincisi isə qeyri-yazılı formada olan, müəyyən bir dünyagörüşü əks etdirən, dədə-babalarımızın bizə miras qoyduqları, sadəcə başları satmağa qarışdığı üçün kağıza köçürə bilmədikləri, məişət qanunları adı altında sırınan və gələcək nəsillərində bu qanunlarına uyması istənilən , hətta tələb edilən bir cəfəngiyatdır. Bu belə….keçək əsas məsələyə…

Mentalitet müəyyən bir dünyagörüşünü əks etdirir, yəni ay azərbaycanlı bu sənin mentalitetindir və sənin dünyagörüşün bax budur. Necə deyərlər… “mentalitetimiz anlımıza yazılıb”. Yazılmayan qanunumuzu yaradanlar isə dədə-babalarımız olub. Hansı dövrün kişiləri ki, Oxumağa davam et ““Mentalitet budursa”…”

Zəncirvari Günahkarlıq………..


“Günahın kimdə olduğu heç vaxt bilinməyəcək!. Günah səndə, məndə, onda, hamımızdadır.Bəlkə  də hamımız günhsızıq”.

18 yaşlı oğlan şəhərdə gəzişir və gözünə 17 yaşlı qız dəyir. Dəyiş bu dəyiş deyən oğlan tez bir qaş ,bir göz ,evə qədər ötürüş və qızın nömrəsi hazırdı. İki gün zəngləşmə,səni sevirəm, səndən başqası yoxdu yer üzündə bəs gəl evlənək. Qızın yaşı 17…Fikirləşir elə buyumuş eeee… ağatlı oğlanım, qəhrəmanım, şəhzadəm, super, puper,muper oğlanım.

Oğlanın evi…ata və ana…. oğlan:“mən evlənirəm” və cavab: “sən qələt eliyirsən…əəəə düdüy böyümüsən???!!!!!!!!”.Oğlanın da özünü təzə-təzə kişi hiss elədiyi vaxtlardı.Çəkilir otağına, tez damağa bir siqara, telefondan bir mahnı özüdə Üzeyirin “O mənim olmalıdır” mahnısı və dərin düşüncə…O qız mənim di eee…mənim olmalıdır.. qaçırajammm…Və qıza bir mejas: “sabah böyük gün “Qaçajıyıxx”.Qızda sevinir.Axı indi onun Vandamı,Rokkisi odu. Həə…. məşhur qaçış baş verir və rəsmən evlənmədən “o məsələ”….

Qız evi..Ata əsəbi, ana günahkar,oğlanın nəsli-kökü qalmır ….bir-bir Oxumağa davam et “Zəncirvari Günahkarlıq………..”

Qarla çay qonaqlığı….

Son zamanlar gördüm ki, qar bizimlə çox maraqlanır. Tez-tez bizi ziyarət edir. Bizi ( daha çox uşaqları) şadlanıdrır, sevindirir. Bunları görəndən sonra qarı evimizə  çay qonaqlığına çağırdım. Qar da sən demə bunu həsrətində imiş. Bizim ölkəmizin, dövlətimizin , insanlarımızın qonaqpərvərliyindən , istiqanlılığından xəbəri varimiş.

Oxumağa davam et “Qarla çay qonaqlığı….”

Depressiya

Depressiya….. Əslində bu  sözün nə olduğunu belə bilmirəm. Ağızdan-ağıza düşür, kim  ki bir balaca sıxıntı yaşayır və depresiya yaşadığını deyir. Bunu beləcə anlamışam. Məndə də olmuşdu.Ürəyimin dərinliyində sözlə ifadə etməyə çətinlik  çəkdiyin bir hiss yaranmışdı. Hər dəfəkindən fərqliydim. Özümü qəribə hiss edirdim. Bu cür deyildim axı mən. Nə olmuşdu? Mən də mi depressiya deyilən zillətə tutulmuşdum?. Ola bilməz. Həyatımda hər şey yolunda idi. Bəs nə üçün?. Niyə?. Ailəmdə bir problem yox, dostlarımla da heç bir gərginliyim yox, iş həyatım uğurlu gedir və gündən-günə zirvəyə doğru iri addımlarla addımlayırdım. Amma sonra …

Oxumağa davam et “Depressiya”

Amaci sevdası…

Olmuş əhvəlat….

“Novruz”a görə  bir neçə günlük tətil verilmişdi. Universitetdə dərsimiz yox idi. Tətil çox yaxşı keçirdi. Bayram isə sözsüz ki, həmişə olduğundan daha da rəngarəng. Tətil müddətində istirahətlə  yanaşı işlərimdən  də geri qalmırdım. Çoxdan oxunlması planlaşdırılan iki kitab var idi. Onları oxudum. Və araşdırmamıda davam etdirdim. Bu araşdırma fəlsəfədə qəribə bir cərəyan ilə bağlı idi. “Nihilizm”. Bu cərəyanı “Heçlik” fəlsəfəsi də adlandırırlar. Yenə internetdə bu araşdırma ilə məşğul olur, məlumatlar, məqalələr oxuyur, videolara baxırdım.  Nəsə  oldu.  Oxumağa davam et “Amaci sevdası…”

Sartrın “Ürəkbulanma”sı

Təxminən bir ay öncə həmişə kitab aldığım mağazaya getmişdim. Adətim üzrə kitablara göz  gəzdirir, maraqlı birini seçmək istəyirdim. Birdən gözüm çoxdan dilimizə tərcüməsini  səbirsizliklə gözlədiyim kitaba  sataşdı. Bu kitab  xx  əsrin ən böyük filosoflarından biri, yazıçı, dramaturq və marksist,ateist ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanı “Ürəkbulanma” idi. Romanı dərhal aldım. Oxudum, bitirdim, amma, açığı deyim heç nə başa düşmədim. İkinci, üçüncü dəfə təkrarən , yenə oxudum. Hərçənd bir şey belə anlamamışdım. Dördüncü dəfəyə başlamağı qərara aldım . Amma bu dəfə başqa cür. İlkin olaraq, müəllif-Sartr haqqında bilgilər edinməyə başladım. Onun həyatı, fəaliyyəti və fəlsəfəsi barədə araşdırma etdim. Sonra yenidən oxumağa başladım “Ürəkbulanma”nı. Gözümü kitabdan çəkindirmədən. Hər bir cümləni, sözü incələyərək, necə deyərlər, süzgəcdən keçirərək oxudum. Və nəhayət ki, Sartrın “Ürəkbulanma”sını anladım.

Yazardan: “Bircə şey məni narahat etdi. Dost-tanışların hansı kitabı oxuyursan? sualına “Sartrdandı. Ürəkbulanma” cavabını verəndə, onların üzlərində yaranan mimikalar. Bilirdim bunun səbəbini. Sartrın atesit filosof olması. Axı bizim millət ateist görəndə, bu sözü  eşidəndə arxalarına belə baxmadan qaçırlar”.

Jan Pol Sartr(fr.Jean-Paul Charles Aymard Sartre) haqqında bir neçə söz…

1905-ci ildə Fransa-Parisdə dənizçi ailəsində yeganə övlad olaraq dünyaya gözünü açdı. Hələ bir yaşında ikən atasını itirir və babasının himayəsinə keçir. Sartrın istedadını görən babası – Şarl Şveyster onu məktəbdən çıxarır. Əvəzində isə evdə  onun  üçün xüsusi müəllimlər tutur. Sartr bəlkədə ilk böyük sarsıntısını 1917-ci ildə anası ikinci dəfə ailə həyatı quranda aldı. Anasının ikinci həyat yoldaşı ilə birlikdə Fransanın cənubuna getdi və 1920-ci ildə Parisə qayıda bildi. IV Henrix liseyində təhsilini davam etdirir və ilk şeirləri də dövrü mətbuatda çap olunmağa başladı. Onu da xatırladım ki, Sartr fəlsəfə üzrə təhsil almışdı. Və hərbi xidmətdən qayıtdıqdan sonra Qavr liseyində dərs deməyə başladı. Bu mühit ona çox böyük təsir etdi. 1933-34-cü illərdə o Almaniyada Edmund Qussler və Martin Haydegger kimi tanınmış filosoflarla tanış olma və təcrübə keçmək şansı əldə etmişdi. 1937-ci ildən etibarən doğma şəhəri Parisdə müəllimlik fəaliyyətini davam etdirir.

Qavr liseyində müəllimlik etdiyi zamanda yazdığı ilk bədii əsəri və romanı “Ürəkbulanma ” Parisdə  1938-ci ildə çapdan çıxır və böyük rezanans doğurur. Bu kitab onun sonrakı fəaliyyətinə də təsir edir, eynən də Fransada Sartrı tanıdır. Elə həmin ildə növbəti marağa səbəb olan əsəri “Divar” adlı hekayələr kitabı-novella- çap olundu. Hər iki kitab Fransada ilin kitabı adına layiq görüldü. Bununlada Sartr Fransada Günəş kimi parlamağa başladı.

İkinci dünya müharibəsinin başlanılması və Fransanın işğalı Sartrın faciəsinə çevrildi.  O əsas cəhhə-orduda deyil, meteoroloji hərbi hissədə  xitmət etməli olmuşdu. Buna  səbəb onun görmə qabiliyyətinin zəif olması idi. Hətta Alman birlikləri Parisə daxil olanda yazıçı əsir alınmış və 1941-ci ilə azad oluna bilmişdi. Müharibə dövründə Sartrın siyasi meyilləri daha da artmışdı. Düzdü “Müqavimət hərəkatı”na birbaşa qoşulmamışdı, amma, ən böyük dəstəkçilərindən biri idi. Hətta onlara dəstək cəmiyyəti də təşkil etmişdi. Elə sonradan yaxın dosuna çevriləcək olan Albert Kamyu ( həm Sartr, həmdə Kamyu “solçu” idi) ilə bu cəmiyyətdə tanış olmuşdu.

Müharibə dövründə Sartr bir-birinin ardınca öz əsərlərini Fransa ilə tanış edirdi. 1943-cü ildə ilk pyesi “Milçəklər” səhnələşdirilir. Bu pyes dərin fəlsəfəyə mailk idi. Qədim yunan mifinə( Orest haqqında) əsaslanaraq dünyada obyektiv əxlaqın mövcüd olmadığı və buna görədə insanların sərbəst seçim haqqını özlərində  saxlamaları fikrini fəlsəfi baxımdan əsaslandırırdı. Əslində bu işğal altındakı Fransada sərbət seçim faşizmə qarşı bir mübarizə idi.Onu da qeyd edim ki, bunu başa düşən Almamiya əsərin səhnələşdirilməsini qadğan etdi.Elə eyni ildə iri həcmli fəlsəfi traktatını- “ Mövcudluq və Heçlik”- kitabını qələmə alır. Kitab yazıldığı dövrdən ekzistensializmin əsas manifestinə və gənc Fransa intellektuallarının özünəməхsus  Bibliyasına çevrilə bilmişdi. Bu Sartrın ən böyük uğurlarından biri idi. Müharibənin sonuna doğru isə Sartr artıq ekzistensialistlərin tanınan və hamı tərəfindən qəbul edilən bir lideri idi. İnsan seçiminə və azadlığına böyük önəm verən bu fəlsəfi təlimin populyarlığı onun eyni zamanda “Müqavimət hərəkatı” ilə bağlılığında idi. Fransız cəmiyyətinin müхtəlif təbəqələri arasında əməkdaşlıq və ümumi düşmənə qarşı birgə mübarizə fəlsəfəsi olan ekzistensializm əsasında intellektualları birləşdirməyə, yeni mədəniyyət yaratmağa böyük ümidlər vardı.

“Sartr istər bədii yaradıcılıq , istərə də fələfi yaradıcılığa eyni həvəs və intensivliklə çalışmağa davam edirdi. Bu mənada  “Çirkli əllər” (1948) və “Azadlığın yolları”(1945-49) pyesləri əlində fəlsəfi təlimi bədii obrazlar vasitəsi ilə şərh etmək cəhdi idi. Öz ampluasını genişləndirən filosof artıq ekzistensializm prinsiplərini bioqrafik janra tətbiq etdi. “Şarl Bodler”(1947) və “Jan Jen” (1952) kimi məşhur həmvətənlilərinin həyat və yardıcılıqlarını tədqiq etmişdi.

Marksizm Sartrı 40-cı illərdən başlayaraq maraqlandırmağa başladı.1944-cü ildə onun rəhbərliyi ilə aylıq “ Les Temps Modernes” jurnalı təsis olunduqdan sonra ədəbi və ictimai problemlərin marksizm nöqtey-nəzərdən işıqlandırılması yeni nəşrin əsas mövzusu idi.Sonrakı onillikdə isə filosof ədəbiyyat, teatr və etika ilə bağlı məsələlərdə marksizmin açıq təbliğatçılarından biri kimi tanınmağa başlamışdı.  Sartr inqilabi dəyişikliklərdən qaçmağı humanizm ideallarına xəyanət kimi qiymətləmdirirdi. Müəllif “Dialektik Zəkanın tənqidi” əsərində(1960) marksizmlə ekzistensializmi barışdırmağa cəhd göstərmişdi. Onun fikrincə , “ fərdi azadlıq vasitəsi ilə marksizmi xurafatdan xilas etmək, marksizmin vasitəsi ilə ekzistensializmini fərdin fəlsəfəsindən cəmiyyətin fəlsəfəsinə çevirmək” mümkündür. Ona görə ki, marksizm bəşər tarixinin tək düzgün izahıdır”. ( “Ürəkbulanma” kitabından )

1964-cü ilə Jan Pol “zəmanəmizə mühüm təir göstərən ideyalarla zəngin azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görüldü. Sartr isə bu mükafatdan könüllü surətdə imtina etdi. Sonradan  filosofun “Mükafatdan niyə imtina etdim” adlı yazısı dərc olunur. O, bunu iki səbəbdən açıqlayırdı: Şəxsi səbəblər və obyektiv səbəblər.

Jan Pol Sartr çoxsaylı demokratik , maoist hərəkatların iştirakşısı və simvolu olmuşdur. O, Əlcəzair və Vyetnam müharibələrinin, ABŞ  ordusunun  Kubaya  girməsinə qarşı təşkil olunan etirazların əsas iştirakçılarından biri idi. Həyatı boyu siyası baxışını demək olarki, həmişə dəyişib , amma, eyni zamanda da həmişə sol fikirli olaraq qalıb. Həyatının sonuna yaxın qloukoma xəstəliyindən əziyyət çəkirdi. Bunu nəticəsi olaraq görmə qabiliyyətini  tamanən itirən  Jan Pol tənha həyat yaşamış, siyası prosesləri passiv müşahidəçi qismində izləmişdir. Müdrik Sartr 1980-ci ildə həyata gözlərini yumdu , bir daha açmamaq üzrə. Onun dəfn gününə 25 mindən çox insan qatılmışdı.

Sartr haqqında deyilənlərdən…

Fransa-Paris tələbələrinin 1968-ci ildəki nümayişi Sart kimi  özünün güclü və nüfuzlu tərəfdarlarından birini tapmışdı. Nümayiş zamanı Sartr da elə iştirakçıların çoxu ilə birlikdə polisə müqavimət etmək bəhanəsi ilə saxlanılmışdı. Fransanın həmin dövrdə  president köşkündə əyləşən Şarl de Qoll hadisədən xəbər tutn kimi işə qarışır və Sartrdan özü şəxsən üzr istəyir. Polis rəhbərliyinə isə belə deyir: “ Siz Volteri həbs edə bilməzsiniz!”.

Fransız filosofu Lui Altyusser Sartrın ölümündən sonra onun haqqında sözlərini ifadə edərkən demişdi: “ O, bizim Jan Jak Russomuz idi”.

“Mond” qəzeti filosofun vəfatı ilə bağlı olaraq nekroloq çap etmişdi. Nekroloqda yazırdı: “ XX əsrdə heç bir fransız intelektual, heç bir mükafatı laureatı cəmiyyət həyatında Sartr qədər dərin , uzun müddətli və geniş təsir göstərə bilməmişdir”.

Jan Pol Sartrın bütün yaradıcılığı…

Bədii əsərləri: “Ürəkbulanma” ; “Çirkli əllər” ; “Azadlığın yolları”( tamamlanmamış tetralogiya); ”Sözlər” ; “Freyd” – kinossenariya;  “Kamilliyin yaşı”; “Möhlət”; “Qəlbdə ölüm”; “Qəribə dostluq”.

Pyesləri: “Milçəklər”; “Bağlı qapılar arxasında”; “Dəfn olunmamış ölülər”; “Möhtəşəm fahişə”; “Şeytan və tanrı”; “Ancaq həqiqət”; “Altona rahibləri”; “Novellalar toplusu –Herostrat”; “Divar”; “Otaq”; “Herostrat”; “İntim”; “Sahibin uşaqlığı”; “Troyalı xanımlar”- Evripida faciəsinin motivləri əsasənda.

Fəlsəfi və nəzəri işləri:  “Ədəbiyyat nədir”; “Mövcudluq vəheçlik”; “Qusserl fenomenologiyasının əsas ideyası-intensiallıq”; “Metodun problemləri(fraqmentlər)”; “Təxəyyül”; “Eqonun transendentliyi.Fenomonoloji təsvirin eskizi”; “Eksiztensializm-humanizmdir”; “Kartezian azdlığı”; “Başqasına ilkin münasibət.Sevgi, dil, mazoxizm”.

Siyasi işləri: “Yəhudi məsələsinə dair düşüncələr”; “Soyqırıma dair”; “Mükafatdan niyə imtina etdim”; “Əxlqdan məhrum dövr”; “Kommunist partiyasının yol yoldaşı”; “Sol radikallıq və qeyri-reallıq”; “Andress Baaderin asta ölümü”; “Fransadakı maoistlər”;“Qiyam-doğru yoldur”.

Ürəkbulanma…

Sartr bu romanı Havrda dərs dediyi vaxtda yazıb və ilk adı da “Melanxoliya” olub. Sonradan əsərin adı dəyişdirərək “Ürəkbulanma” edilib. Nə demək olar. Bəlkədə Sartrın həqiqətəndə bu cəmiyyətdən ürəyi bulanırdı. Onu da qeyd edim ki, elə əsərin içərisində də ürəkbulanma sözü təkrarlanır. Sartrın ateist-ekzistensialist baxışları demək olar ki, kökünü bu əsərdən götürür. Yazıçı əsərdə bir sıra mövzu, proplem qaldırır ki, bu da daha çox mövcudluq fəlsəfəsi üçün xarakterikdir. Bunlar insan  taleyi,xaos, insan həyatının absurdluğu, qorxu hissi, ümidsizlik, çarəsizlik, yaşamağın mənasızlığı, tənhalıq kimi mövzulardır.O azadlığın mənasını onun mövcudluğa gətirdiyi çətinliyi, onların öhdəsindən gəlmək üçün şansları xüsusi ilə qeyd edir.

Romanın protoqonisti həqiqəti tapmağa və onu anlamağa , başa düşməyə çalışır. Absurd. Bax, bu hər şeydən öncə həyatın mənasızlığı və irrasionallığının dərk olunmasıdır. Əsər oxucu ilə Antuan Rokantenin gündəliyi kimi təqdim olunur. Əslində, mənim fikrimə görə, burada Rokanten elə Sartrın özü idi. Və ürəkbulanma da Rokantenin deyil Sartrın ürəkbulanması idi. Sartr özü müşahidələrini qeyd edərdi və əsərdə qeydlər əsasında yazılıb. Birdə yada salaq ki, Sartrın ekzistensializmi bu əsərdən başalyır. Romanda gündəliyin ancaq bir neçə günü ilə tanış oluruq. Əsas məqsəd əsil həqiqəti axtarıb tapmaqdır. Rokantenin başına gəlmiş hansısa dəyişiklik narahat edir, aydınlaşdırmaq istəyir, tapmaq istəyir, amma, tapa bilmir. Ara-sıra Rokantendə ürəkbulanma olur.Ürəkbulanmanın səbəbi nədə idi. Antuanın dünyanı anidən dərk etməsi ilə birgə müşahidə olan hislərin kəskinləşməsində idi. Bəzən ətrafda olan hər şey, demək olar ki, hər şey onun üzərinə yıxılır-pozucu, cansıxıcı, ürəkbulandırıcı(əsərin müəyyən hissələrində bəzi insanları ürəkbulandırıcı adlandırır)obrazlar, insanlar, ağırlaşmış hava və divarın rəngi( ətraf nəzərdə tutulur). Bu idi onun ürəyini bulandıran ətrafdakılar. Bu ürəkbulanmanı onun sonrakı əsərlərində də görmək olar. Misal olaraq, “Divar” və “Mövcudluq və heçlik” əsərlərindədə müşahidə edə bilərik. Əsərdə nə yüksəliş , nə də eniş xətti var. Sadəcə olaraq hələ dəqiq tarixi də bilinməyən qeydlərdən söz açılır.

İlk dəfə yerdə gördüyü bir daş hissəciyini götürmək istəyir , bunu bacarmadığını başa düşür.Çünki elə bu anda ürəkbulanma başlayır… mövcüdluğun absurdluğa qarşı ürəkbulanmasını…varlıqların, var olanların mövcudluğa…dolğunluğa qarşı duyulan bir ürəkbulanma idi bu.  Sartr düşünürdü ki, “bu ürəkbulanma hisi insanın varlıların özlərində doğurduqları mənasızlıqdan qurtulmasını təmin edir və onu şüurlu olma nöqtəsini gətirir”. Əsərdə ifadə olunan əsas məna şəxsin azadlığıdır ki, bu da Jan Polun həyatı boyu müdafiyə etdyi bir fəlsəfə idi.

Sonda Jan Pol Sartr müdrik bir şəxsiyyət idi. O dövrünün ən böyük filosoflarından biri idi. Sözün əsl mənasında filosof idi. Və miras qoyub getdiyi dəyərlər də istər ədəbiyyat , istərsədə fəlsəfə açısından bizlər üçün əvəzedilməzdir. O insanlara çox önəm verirdi və onu daim düşündürən “insan” sözcüyü idi. Birdə “azadlıq”. “Ürəkbulanma” isə fəlsəfə tarixində gəlmiş-keşmiş ən böyük əsərlərdən biridir. Bəzən ilk olaraq bunu anlamırıq. Amma özümüzü Anton Rokantenin , yəni Sartrın yerinə qoysaq bunu anlayarıq.Və bu ürəkbulanmaya haqq verərik…

Əsrimiz xxı, Düşüncəmiz xı

Deyirlər dünya dəyişmir, dəyişən insanlardır…

Dünya elə həmin dünyadır. Amma insanlar yaman dəyişib. Özüdə əməlli-başlı.Nədənsə mən bununlarla , bu misallarla razı ola bilmirəm. Dünya bizim təsəvvür edə bilmədiyimiz bir sürətlə dəyişərək ,inkişaf edir.Bunu isə insanlara nə dərəcədə şamil etmək olar… Oxumağa davam et “Əsrimiz xxı, Düşüncəmiz xı”

Yaşamaq…

Yaşamaq- “ALLAH”a  sədaqətdir…

“ ALLAH” insanı gil torpaqdan yaratdı və ona nəfəs verdi, yaşam bəxş etdi. Ən mükəmməl duyğularla,  ağılla mükafatlandırdı.İnsanların yaşaması üçün istənilən şəraiti formalaşdırdı. Və dünyanı ikiləşdirdi. İnsanların qarşında şərt qoyuldu. Sən bu yaşadığın dünyada xeyir işlər görsən axirət dünyasında,əsl dünyada mükafatlanacaqsan, yəni cənnətə göndəriləcəksən. Oxumağa davam et “Yaşamaq…”

İslamafobiya

Son zamanlar hər kəs İslamı atıb ortaya və özünə tema edib. Bilən də danışır, bilməyəndə.. Demək olar ki, müzakirə edilən iki mövzu varsa, biri (bəlkədə birincisi) İslam mövzusudur. Sanki özlərini debatda hiss edirlərmiş kimi bir deyir və  o biri inkar edir.Öz düşüncələrini bir-birinin  və hətta cammatın beyninə məcburi yürütmək istəyirlər.Lap  bazar ab-havasını xatırladır. Oxumağa davam et “İslamafobiya”

Sualım Var…

Cavabsız qalan suallar…

Cəmiyyətimizdə gənclərimizin mühüm problemlərindən biri də özünü ifadə etmə bacarığının olmamasıdır. Özünə güvənsizlik höküm sürür desək yanılmarıq. Nədənsə, kimdənsə çəkinmə  var bizlərdə.. Bunu  səbəbi nədədir?. Mütailənin azlığındamı, yoxsa biz danışmağı sevən xalq deyilik?. Yox, əsla belə deyil. Oxumağa davam et “Sualım Var…”

Duyğular…

Duyğular…İnsanı insan edən möcüzə..  Özündən belə xəbərin oladığı zaman səni   ağladan, güldürən varlıq.. Sözlə ifadə oluna bilinməyən gerçəklik….. Sevgi kimi… Gərçi sevginin özüdə bir duğudur. Ən böyüyü,ən gözəli,ən mükəmməli. Burada ağıl,düşüncə heç bir rol oynamır. Hisslərin səni ağuşuna alır….. Duyğular müxtəlifdir.. İnsanına görə dəyişəndir..Dəyişəndir deyərkən yəni,insanın fərdi məninə uğun olur. Mən ayrı cür yaşaya bilərəm,sən aryı cür, o başqa cür… Oxumağa davam et “Duyğular…”

Nihilizm


Yəqin ki, bir çoxlarıniza bu cərəyan qəribə görünə bilər. Fəlsəfədə heçlik cərəyanı     kimi qəbul olunan bir cərəyan….Ümumiyyətlə mən də bu anlayış haqqında eşidəndə təccübləndim. Sonradan böyük marağıma səbəb oldu.Və bu cərəyan haqqında araşdırma aparmağa qərar verdim.Bir az əziyətli oldu.Bu termin haqqında o qədərdə geniş məlumt yox idi. Amma mən çətinlikləri sevirən.Yekunda isə müəyyən bilgilər tapa bildim və istəyimə nail oldum. Yeri gəlmişkən onu da qeyd edim ki, ilk dəfə bu söz mənim qarşıma tarixi kitab oxuyarkən rast gəmişdi.

Nihilizm fəlsəfi cərəyanı xıx əsrdə rus çarı ıı Alexandrın ilkin  hakimiyyət dövründə ortaya çıxmışıdır.Hamı tərəfindən heçlik cərəyanı kimi qəbul edilirdi və bu adlada yayılmağa başladı. Amma əhatə dairəsi genişlənə bilmədi və təsir gücü az oldu.Bunu səbəbi isə şübhəli təməllərə əsaslanan fəlsəfi anlayış olmasıdır.Terminə ilk dəfə Rusiyada Nedejinin Puşkinə yazdığı bir məqalədə rast gəlinib. Ancaq bu cərəynı məşhurlaşdıran şəxs isə böyük Nihilist kimi tanınan Bazarov olmuşdur. Bir müddət keçdikdən sonra isə bu cərəyan mentalitet və inanclara baş qaldıran,baxımsız və inadçı adamlar kimi görsənməyə başladılar. Qeyd edim ki, bu hadisələrə 1860 və 1870-ci ilin nihilistləri aid edilir. Bundan sonra onların adları Alexandrın öldürülməsi və eyni zamanda bir neçə terror hadisələrində hallandı və nüfuzlarına ağır zərbə vuruldu.

Nihilizim estetikanın bütün istiqamətlərini rədd edir və buna qarşı çıxırdı. Əvəzində isə elmi və yararlı olmağı təklif edirdi. Yəni rassionalist bir cərəyan idi. Bununla kifayətlənmir klassik fəlsəfəyə bütünlüklə qarşı çıxır və tənqid edirdilər.Təkcə bunlar deyil.. Əsas qarşı çıxdıqları nəsnələr isə dövlət,ailə və kilsə idi. Göstərirdilər ki,dövlət insanları aslı hala salır, ailə insanın başını qatır və lazımsız bir şeydir, kilsə isə insanları cəhalətə sürükləyir. Elmi üstün tutduqları üçün ancaq elmin bütün problemləri həll edə biləcəyinə inanırdılar Nihilistlərə görə bütün problemlər cəhalətdən doğur. Bunun başlıca səbəbi isə kilsələrdir. Bundan qurtulmaq üçün isə mütləq elm ilə məşğul olmaq lazımdır.

Gender və mənim düşüncəm…

XX  əsrin sonlarında Avropda yeni bir cərəyan yarandı ve sürətli bir şəkildə yayılmağa başladı.Bu cərəyan Genderizm idi.Daha sonra isə cins ve gender anlayışlarını ferqlendirən elm statusunu aldı.Gender qadınların və kişilərin bərabərliyini təbliğ edirdi. Konkret olaraq Gender qadın və kişilərin cinsi fərqlərinə varmadan siyasi,içtimai və hüqüqi cəhətdən eyni statusa malik olmasıdır. Oxumağa davam et “Gender və mənim düşüncəm…”

Mən Kiməm

Mən Kiməm?

Mart 27, 2012 müəllifi qabbas

 

 

İnsan yarandıqdan bəri bir neçə suallar qarsısında aciz qalıb.Daha doğrusu bu sualları dəfələrlə öz-özünə verib,  cavablar tapmağa çalışıb. Bu suallar elə suallardır ki, onların konkret tərifini vermək qeyri-mümkündür.Hər bir insan sualların cavab axtarışında olarkən öz daxili dünyasına dalır və bundan sonra cavab tapa bilir. Bu kimi suallardan biri də mən kiməm? sualıdır. Bəli, bəlkədə insanın ən çox cavab axtardığı sual budur. İsan özünü dərk etmək, öz məninin formalaşmasını istədiyi prosesdə ən çox axtardığı cavab məhz onun kim olmasıdır.

Həqiqətən mən kiməm? Nə üçün yaradılmışam? Mənim dünyadakı fəaliyyətim nədən ibarətdir? Mən necə yaşamalıyam? . İnsanların uşaq vaxtdan cavab tapmaq istədikləri bu sualları  məndə dəfələrlə cavablandırmaq istədim. Nəticədə bunun cavabını müəyyən qədər tapdım. Onu da qeyd edim ki, cavablar mənim düşüncələrimdən gələn sözlərdir.

Mən insanam. Yaradılanların ən gözəli, ən mükəmməli. Mənim tayim-bərabərim yoxdu. Məni allah(c.c) bir ovuc torpaq və sudan yaradıb və üfürərək mənə məni mən edəni ruhu verib. Allah (c.c) məni elə yaradıb ki,  mən mümkün olan hər şeyi edə bilərəm.Məmim süurum var. Mən dərk edə bilirəm. Mən hər hansı bir şeyin izahını verə bilirəm. Bundan gözəl bir şey varmı?. Mən aciz deyiləm( yalnız yaradan Allah (c.c) qarşısında). Mən heyvan deyiləm və heyvandan da yaranmamışam. Bu uydurma və xülyadır. Bu yalnız məşhur olmaq istəyənlərin uydurmasıdır. Mən yaradıcıyam. Allah(c.c) məni yaratdı məndə premetləri,seyləri. Mən danışanam. Mən hər hansı bir şeyə fikir bildirə bilirəm. Deməli mə fikirləşənəm. Hiss edə bilirəm, yalanı, doğruyu,yaxşıyı, pisi, mərdi, namərdi ayıra bilirəm.Mən gəzə bilirəm, ayaqlarımın gücünü hiss edirəm. Mənim əllərim var və onu hərəkət etdirirəm. Dilim, dilim var. O mənim silahımdır. Bununla ya zirvəyə qalxa ya dibə düşə  bilərəm. Mən nitqə  malikəm. Mən hərflərdən söz düzəldib səsləndirirəm və nəzərə almaq lazımdır ki, söz qılıncdan itidir.Deməli,mənə başqa silah lazım deyil.Mənim gözüm, qulağım, burnun var. Mən duya bilirəm.

Mən insanam. Aldanıram aldadıram.  İnsanam yalan danışıram,  mənə yalan danışırlar.Canlıya zərər vururam.İnsan öldürürəm,  məni öldürürlər. Dağıdıram, parçalayıram, məhv edir, zərər vururam. İnsanlardan küsür,inciyir və onları küsdürür, incidirəm. Pislik edir və pisliklərlə üzləşirəm.Mən bəddualar edirəm və mənə də bəddualar edirlər. Mən insanlara nifrət edirəm və mənə nifrət edirlər.Həyata nifrət edir və yaşamaq istəmirəm. Mən həyata pessimist baxıram.

Mən insanam. Sevirəm sevilirəm. Yaxşılıq edir və yaxşılıq görürəm. Mən kömək edirəm və mənə kömək edirlər.Kiminsə xeyri üçün dualar edirəm və mənim üçün dua edirlər. Yaşamaq istəyir və həyatı sevirəm. mən həyata optimisit baxıram.

Məncə hər bir insan kim olduğunu araşdırmalı və bunun cavabını tapmalıdır. Çünki insan kim olduğunu bilməlidir. Özünü tanımayan insan özünü necə dərk edə bilər.İnsan kim olduğunu tapmasa həyatda da özünü tapa bilməz.

Min İllərdir İnsanları Düşündürən Ruh

Min İllərdir Düşünülən Ruh

Mart 27, 2012 müəllifi qabbas

    İnsan düşünən varlıqdır. O, müəyyən bir zaman çərçivəsində dünyadakı hadisə və proseslər, həmçinin dünyadakı predmet,şeyler haqqında düşünmüş və onların izahını verməyə səy göstərmişdir. Bu kimi insanı düşündürən varlıqlardan biri də məhz ruhdur. Min illərdir ki, izahı verilməyə çalışılan ruhun hələdə tam izahı verilməmişdir. Daha doğrusu, insanların  ruh haqqında məlumatları çox kasatdır. Həmin məlumatlar isə dini kitablardan əldə edilmişdir.Elə buna görə də, insanların ruh haqqındakı fikirləri dinə əsaslanır və bu çərçivədən çıxdıqda isə fikirlər absurt və inandırıcı olmur.

  • Yaradılanların ən gözəli olan insan iki hissədən ibarətdir:

                                 1.Maddi,yəni cismani hissə bədən

                                2.Mənəvi hissə,yəni ruh

   Bu dunyada iki hissə bir biri ilə vəhdətdədir.Amma ruh bədəndən üstündür. Çünki bədəni ruh idarə edir. Ruhsuz bədən yalnız bir yığın ət parçasından ibarətdir. Ruha müəyyən forma lazımdır ki, bu da özünü cismani formada əks etdirir.Ruh əbədi, bölünməz, parçalanmaz varlıqdır.

  Qeyd etdiyimiz kimi bədəni idarə edən ruhdur. Ruhsuz bədən heç bir əhəmiyyət daşımır. Bədən üzərində beyin beynin üzerində isə ruh hökmranlıq edir. Bəzən elə təsəvvür yaraır ki, biz hərəkət ediriksə bu beyinin sinir sistemlərinin fəaliyyətidir.Əslində isə bu ruhun fəaliyyətidir. İsananin xarici gözəlliyi onun cismaini gozəlliyidir. Əsl gözəllk, daxili gözəllik isə ruhun  gozəlliyidir.Bu xaraktərdə də fərqləndirici cəhətlərdə də belədir( hər bir cisim,yəni bədən ayrıca fərdi ruha malikdir və bu ruhlar daxili təbiətcə fərqlənir. Materialistler ruhu bədənsiz olaraq qebul etmirlər. Onlar bildirirdilər ki, ruhun bədənsiz isbati yoxdur. Beləki onlar ikinci dunyanı qəbul etmirlər. Bu səbəbdən ruhun nə daimiliyini qəbul edir, nə də ruhu bədənsiz təsəvvür etmirlər. Onlar göstərirlər ki, insan öləndə onunla birlikdə ruhda ölür. Əlbəttə, bu fikirlər absurtdur. Ən azından onlar yuxu haqqinda bilsə idilər bu fikirləri səsləndirməzdilər. Çünki, insan yuxuda olarkən ruh bədəni tərk edə bilir. Buba subut kimi yuxuda uzaq və yaxud da yaxın insanların görülməsi, danışılması və hətta hər hansı bir yerə getməsidir. Misa olaraq yuxuda insan heş görmədiyi bir yeri görür və o yer haqqında gördüklərini danışırlar. Sonradan müəyyən olur ki, bu yer mövcuddur.Bu sənin ruhundur ki, bədənini tərk edib .  

    Varlıq haqqında bir çox təlimlər var.Hər bir filosof varlıq haqqında öz fikirlərini irəli sürmüş və təlimini yaratmişdir. Varlıq daim var olan deməkdir. Bu var olan daima mövcüddur ve məhv olmur. Bundan nəticə hasil edərək mən iki cür varlıgı qəbul edirəm:

1.Allah

2.Ruh

  Hər iki adını qeyd etdiyimiz varlıq əsl varlıqdır. Bunlar dəyişmir, məhv olmur, parçalanmır və daimidir. Bəzi filosoflar əsl varlıgı materiyada görürlər və materiyanın əbədiliyini qəbul edirlər. Əgər varlıqdan söhbət gedirsə, sözsüz ki, varlıq daimi olmaldır. Məgər materiyanın sonsuzluğundan, daimiliyindən danışmaq olarmı?.Eləcə də ruh əsl varlıqdır. O insanın bədəninə ali varlıq allah tərəfindən üfürülür və insan öldükdən sonra yeniden allahın yanına qayıdır. Yəni, ruh bədənlə birlikdə məhv olmur, ikinci dunyaya  çəkilir. Euripidies belə bir fikir səsləndirib:” Görən eşidən tək ruhdur, geri qalan hər  şey səssiz və kardır”. Bu hikmətli fikri misalla aydınlaşdıraq.İnsan yasadığı müddətdə danışır və görür amma ruh bədəni tərk etdikdən sonra( insan öldükdən sonra) nə danışa, nə eşidə bilir. Burdan daha da aydın görünür ki, insanın danışmaq və görməyinin səbəbi ruhdur. Bəzi insanlar yuxu haqqında fikirlərimizə əsaslanaraq belə bir fikir irəli sürürlər: “ Əgər yuxuda ruh bədəni tərk edirsə insan niyə ölmür?, yuxudan qalxır və azad səkildə hərəkət edir”. Buna cavab olaraq qeyd edək ki, yuxu zamanı ruh bədəni tam formada tərk etmir. Məhz buna görə də yuxunu ölmün kölgəsi adlandırırlar.

   Bu gun ruh haqqında o qədərdə geniş məlumatlar vermək çətindir. Bunun səbəbi elmin hələdə dinin qarşısında aciz qalmasıdır. İsra surəsi 85-ci ayədə bunu daha aydın görmək olar. Səndən ruh haqqında sorşusalar. De: “Ruh Rəbbimin əmrindəndir.Sizə(bu barədə) cuzi bilik verilmişdir.”  Əlbəttə insanın beyni ruhu tam olaraq qavrayacaq formada təşkil olunmayıb.Bizim ruh haqqında biliklərimiz yalnız  dinə və  hissimizə əsaslanır.

 Mənim Düşüncəm: insanlıq deyilən bir məvhum var ki, bu da  ruhdur. İnsanda nə varsa birbaşa ruha bağlıdır.Mən görürəmsə , eşidirəmsə, hiss edir ve düşünə bilirəmsə ilk növbədə   allaha ikinci növbədə ruhuma minnətdaram.Bizim bədənimiz formal xarakter daşıyır və o qısa müddətlidir və biz ondan aslı deyilik. Ruh bizim “Mən”imizdir. Ruh elə özümüzük.Aynaya baxanda siz nəyi görürsünüz?. Sual konkret olaraq hamı tərəfindən  birmənalı şəkildə belə cavablandırılır. “ Özümü,yəni bədənimi”. Əslində isə mənim cavabım tam fərqli şəkildə səslənir:” Mən aynaya baxanda ruhumu görürəm”. Təbii ki, bu hissi anlamda səslənmişdir.

 İkinci dünyada ruhumuz sınaq qarşısında qalacaq. Ruhumuzu saf və təmiz saxlayaq. Ruhu təmiz ve saf insan dunyanın ən xoşbəxt insanıdır. O dünyada cismimiz deyil ruhumuz cavab verəcək. Bu səbəbdəndə cismimizdən daha çox ruhumuzun qayğısına qalmağa çaliş.

Zaman

Qədim yunan filosofu, Məntiq elminin yaradıcısı Aristotel yazırdı: “ Təbiətdəki naməlumlar içərisində ən çox naməlum olanı məhz zamandır”. Zaman haqqındakı  fikirlərdən birini də qeyd etmək istərdim. V əsrdə yaşamış mömin Avqustin (teoloq) demişdir: “ Nə qədər ki, məndən zaman haqqında soruşmamışdılar, mənə elə gəlirdi ki,onun haqqında hər şeyi bilirəm. Amma məndən zaman haqqında danışmağımı xahiş etdikdə məlum oldu ki,mən zaman haqqında heç  nə bilmirəm”. Bəli Aristotel ve Avqustinin dediklərindən məlum olur ki, zaman naməlumdur və biz zaman haqqında hələ  heç nə  bilmirik. Belə fikirlər  çoxdur. Müdriklərin demək olar ki, hamısı zamana dair öz fikirlərini bildirmişlər. Bu fikirlərdə də zamanın konkret nə olduğu bilinmir. Yəni, zamanın izahını verə bilmirlər.

Məmim zaman haqqında öz fəlsəfi görüşlərim isə belədir: “ Zaman insanın öz daxilindədir.Yəni, zamanın izahı insanda gizlənib. Əgər mən yaşayıramasa və zamanda mənimlə birlikdə dövr edirsə deməli zaman elə mənim özüməm”.

Mən düşüncəmdə zaman iki cürdür:

1.Ümumi zaman- dünya yaranandan bəri qarşısıalınmaz və dayandırılmaz şəkildə dövr edən zaman

2. İnsanın şəxsi zamanı-insanın dünyaya gəldiyi və həyatının sonunadək keçirdiyi dövr. əsas birinci ümumi zaman

Burada əsas ikinci ümumi zamandır. Çünki birincini doğuran, yaradan şəxsi zamandır. Onların cəmi ümumi zamanı yaradır.

Bəzən zaman tarix anlayışı ilə qarışdırılır və hətta bəzəndə eyni bir məna kəsb etdiklərini düşünürlər. Əslində isə bu yanlış fikirdir. Zamanı ( şəxsi zamanı) dəyişdirmək olur. Yəni inanın zamanı öz əlindədir. Amma tarixi dəyişdirmək isə heç bir zaman mümkün deyil.

Zaman yaşadığımız dünyadır. Zaman həyatdır. Keçirdiyimiz aylar, günlər, saatlar, dəqiqələrdir. Sevgi, məhəbbət həmçinində nifrətdir. Dostluq və düşmənlik, xoşbəxtlik və bədbəxtlikdir. Zaman sevinc,şadlıq hem de qüssə,qəmdir. Yaşam göstəricimizdir. Insanın dünyaya gəlməsi ölümü məhz zaman çərçivəsində baş verir. Deməli zaman insan həyatıdır.

Bəzi insanlar elə hesab edirlər ki, fotolar, videolar və müəyyən-müəyyən şeylər zamanı saxlaya bilər. Əslində bu düşüncə də yanlışdır. İstər foto çəkiləndə , istər sə də baxılanda zaman (ümumi zaman) öz axarında olur. Dəyişən heç bir şey yoxdur. Sadəcə biz özümüz-özümüzə təsəlli veririk. Yəni, insan öz şəxsi zamanını dəyişdirə bilsə də ümumi zamanı dəyişdirə bilməz.

Qeyd: zamanı bəzən vaxt, dövr, saat kimi sözlərə sinonim kimi işlədilir. Bizim bəhs etdiyimiz zaman isə fəlsəfi anlamdadır.

Zaman hələdə mənası bir o qədər de dərk oluna bilinməyən anlam. Dunyamızın və hayatımızın əsas hissəsi. Amma nədənsə biz bunu dərk etmirik . Birdə görürük , artıq zaman öz işini görüb. Birde gorursen ki, artıq qocalmısan, ahıllasmısan. Oysa ki, sene ele gelirki hele de eyni zamandasan. Geri donub baxirsan. Usaqligin gozunun qabagina gelir ve ele bilirsen ki, bu hadiseler dun bas verib. Biz zamanin qedrini bilmirik. Cunki zamanin  ne oldugunu anlamiriq. Zamani sade bir varliq kimi anlayib, vaxt ve yaxud da  saat terminleri ile eynilesdiririk. Əfsus ki, bu bizim en boyuk sehvlerimizden biridir. Beli zaman. Bizim besit sandigimiz bu varliq ozlerini dunyanin en yaxsilari olduqlarni deyen alimlerin bele izahinda cetinlik cekdikleri varliqdir. Tesevvur edin, artiq cox seyin nece yarandigin, nece idare olundugunu ve ne kimi ehemiyyet kesb etdiyini anlayan alimler hette allaha yarada   qarsi cixib insan(insanin sureti menasinda) yaradanlar zamanin ne oldugunu izah ede bilmirler.