“Azadlıq” fəlsəfəsini fərqli prizmalardan görmək lazım. Burada baxmaq deyil, görmək. Ona görə ki, baxdığın zaman görməyə bilərsən. Və yaxud eyni nəsnəyə iki nəfər baxdıqda fərqli görür. Nəticədə görünüş sizə görüş verir.
“Azadlıq” anlayışının ortaya çıxma və ya atılma səbəbindən başlamaq lazım deyilmi?…
Yuxarı olduğu kimi aşağı da var. Çıxış olduğu kimi də eniş.
“Azadlıq”dan əvvəl ona zidd olan ilə başlamaq məsələn…
Bu gün hər kəs “azadam” deyərkən, “yaşasın azadlıq, “insan haqq və hüquqları” “urraaa…uraa yaşasın azadlıq” deyərkən doğrudanmı “azadlıq” anlayışın dərinliklərinə enib və indi çırpına-çırpına çıxır. Çıxmışam deməz yəqin ki.Ən azındanSokrat, Platon Nietzsche, Kierkagard ,Sartre və Spinoza`ya haqsızlıq edər…
Fəlsəfəyə haqsızlıq edər…
Dindar üçün də Musaya, İsaya və ya Məhəmməd peyəmbərlərinə…
Biz “Azad”ıqmı?
Yoxsa “A`Zat”ıqmı?…
Məncə ikincisi…
Dərinlərdə, şüurumuzun altına enəndə orda bir “qul” obrazı görüntüyə gəlir…
Qul ?…
1. “beglik ogluŋun kul kıldık, işilik kız ogluŋun küŋ kıldık”
“bəylik oğlunu qul etdik, xanımlıq qızını cariyə etdik.”
Orhun yazıları – 735
2.Kul – kölə
“Divan-i Lügəti`t- Türk”
“Qul” demək əsarət demək. Azadlığın itirilməsi. Başqasından asılı olması, ona xidmət etməsi. Onun üçün çalışması, işləməsi. Və hətta onun üçün yaşaması. Qədim mədəniyyətlərdə qulun ruhu belə sahibinə mənsub idi. Bir az da irəli getsək kimsə bir başqasının qulunu öldürərsə əvəzində qul alıb verməlidir.
Ağırılar…
“Qul” dedikdə geniş bir dil pəncərəsi açılır. O qədər yaşantımıza hopub ki, istər-istəməz və ya istəyərək yeni sözlər ərsəyə gətirmişik.
Qulun bir sahibi olmalı hökmən. Əvvəlcə bu zənginlərdən.
Hər dövrdə (Patriarxaldan etibarən) ailədə dominant obrazdan (ər və ya ata).
İbtidai icmada əsas rol anada idi. Patriarxal sistemə keçiddə artıq kişi öz gücündən istifadə etməyə başaldı. Bir susdurma medotu. Güc, qüvvət sahibi… Qərb və Şərq mədəniyyətlərində ana təbiətin sinvolu idi. Yaradıcılığın, torpağın…
Mustafa Kamal Atatürk “Türk Dilin Dəyişdirilməsi” programında “Günəş dili konsepsiyasından” istifadə etdirmişdi. Nəticədə Osmanlıcada ( Əslində Osmanlıca denilən bir dil yoxdur. Yazı və danışıq dilində sözlərinin çoxu ərəb və fars sözləri üstün olan türk dili var. Bu günkü arınmamış Azərbaycan dili kimi. Rahat anlaşılsın deyə istifadə etməli oldum. ) işlədilən “Tabiat” “Doğa” ilə əvəzləndi. “Doğa” deyilməsinin səbəbi “Doğ”dan gəlir.
Ana + Təbiət =Doğmaq
Doğmaqdan “Doğa”nı yaratdılar
İdarə edəndən (dövlət, təşkilat, şirkət)
Hökmən gərək bir əmr verən, idarə edən, nizamlayan olsun prinsipidir. Hansı isdarə etmə sistemi olursa olsun içərisində qul təfəkkürü hiss olunur. Hətta demokratiyada da… Kapitalizmdən söz açmağa belə dəyməz. Şirkət başçısı quldar, işçiləri isə qul. Sadəcə bir az yenilənmişi….
Dinlərdə və inanclarda isə Tanrdan.
İnsanlar “Biz kimik ki Allahın quluyuq” deyirlər. Müqəddəs kitablarda da belə yazılıb. Səbəb bəsitdir. Danışıq yazıya köçürülür…
Ərəbcə :
Abd عب – qul, kölə
Yazı olaraq ərəb dili “Quran-i Kərim”dən sonra nizamlanmış, formalaşmışdır. Ərəbcə yazılar çoz azlıq təşkil etmişdir. Bir neçə şeirlər…
Yazı dili Aramicə olmuşdur. Din və terminləri insanın bütün yaşantısının dərinliklərinə hopmuşdur. Bu sahədə əvvəllər araşdırmaların azlığından qarışıqlıq yaranıb. Son araşdırmalar isə çox bilgi əldə edilmısinə gətirdi. Hətta Gerd.R.Puin Yəmənin Sana şəhərində Arami dilində tapdığı “Quran” nüsxəsinin digər “Quran-i Kərim” nüsxələrindən fərqli olduğunu bildirmişdi. Böyük səs-küyə səbəb olmuşdu bu hadisə. National Geographic maraqlı sənədli film hazırlayıb. Christoph Luxenberg`in ( qiyabi ad) “The Syro-Aramaic Reading of the Koran” adlı kitabı bu sahədə ən geniş izahlı kitablardandır. Yeri gəlmişkən deyim ki, Quran sözü də ərəbcə köklü deyil, Aramicədən gəlir. İlahilər toplusdur. Islam dinindən əvvəl də rast gəlinir.
Sözüm ona ki, din müqəddəslik, ilahilik, güclü olanın üst bir qüvvənin simvolizasiyasıdır. İslam dinində insana Allahın qulu qiyafəsi geyindirilir. Burada itaət var. Sözsüz və qeyd-şərtsiz əməl olunma var. Allahla bağlı sözlərin çoxunda Abd (عب) söz kökü keçir. Eyni zamanda insanlara verilən adlarda da kəskin dərəcə də hiss olunur. Abd və Allah sözləri birləşir Abdullah olur. İslam dinində Məhəmməd peyğəmbərin bir adı da Abdullah deyə keçir. Allahın qulu deməkdir. Abbad – Allaha itaət və ibadət edən. Abdurrahman – Rəhmanın(Allahın) qulu. Abdülazim – Əzamət və büyüklük sahibi Allahın qulu.
Və.s…və.i….
Dilin dərinliklərinə endikdə xatırlamaq asan olur. Çox vaxt oxumuş, eşitmiş və ya görmüş olarsınız.
“Qapında qul-kölə olum, yaşamımı bağışla”
İstəyirsən qulun olum, xidmət edim sənə,,, Nə istəyirsən edim. Bircə yaşayım….
Yaşamaq…
Maddi və mənəvi olanın nədənsə ilkinini üstün tuturuq…
“Ruhum sənin olsun, satın al ruhumu ,ama, yaşayım”
Tarix kitablarını aralamağa ehtiyac yoxdur. Spartak üsyanı filminə baxmamış olmazsınız.
Yadına sal. Bizim işimiz görməklə.
Gördüklərimiz “qul və quldarlıq – azad və azadlıq”.
Görünən nədir bəs?…
1960-cı il istehsalı film daha cəlbedicidir görmək baxımından… Kapitalizm (Müsair quldarlıq)yeni filmləri görməyə icazə vermir. Görüntüyə daha başqa şeylər, məsələn, bahalı geyim və xərclər gəlir… Halbuki, zamanı anlamaq və görmək qədimilərdədir…
3. Kullanmak
İrşadü’l-Müluk ve’s-Selatin, 1387
Meninski, Thesaurus, 1680
4. Kullanışlı
Ahmet vefik Paşa Lügat-i Osmani 1876
Nədir axı bu…
Şiddətli dərəcədə mükəmməl bir şey…. dilin çılpaklığı…
Sözdə bir “kul” var. Yəni, bu “kul” olmasa olmaz. Hər şey buradan başalayır.
Elə burdaca da bitir.
“Kul” və “la”. “La” burada hər şeyi açıb ortalığa saçır. Sandığın qığılını qırır. “İlə” deyir. Qul ilə daha rahat olar. Əziyyətsiz olar. Ağa deyir ki, “bir bu qul ilə işini gör. Bax nə asan olacaq”.
“Kul”, “la” bir də “n”.
“Qul satılır… qul satılır…Quldan qalmadı,ən yaxşı bunlar. Gəl ay müştəri qul al, qullan”. Apar hansı işdə istəyirsən qullan.
“Kul” al
“Kul`la ( Kul ilə)”
“Kullan”
Və… bir də “kullanışlı” sı mövcud.
Aldın, apardın evə qullandın. Bir deyim, iki deyim ortaya “kullanış” çıxmış. Daha sonra da “kullanışlı”sı….
Tarix dərsləri deyil bu…
Sadə dil oyunu.
Dilin BİZ`lə oyunu…
Lap aydınlığa indilərdə çıxacıq.
Bizim ağzımızda hələ də “qulluq” qalmayıbmı?!….
“Çay gətir”,,,”Yeyək gətir”,,,”Boş qoyma stolu, qulluq elə “…
karabaş/karavaş – “kölə, xidmətçi” ( Uyğur 1000 il əvvəl)
karavaş – “xüsusən qadın qul, cariyə” ( Codex Cumanicus 1300 il)
Soğdca –pəraġāş– “cariyə, kölə qız”. Soğdlar İran kökənli Hind-Avropa dil ailəsinə mənsub olmuşlar. İpək yolu üzərində türklərlə iç-içə yaşamaq onlarında əriyib, dillərinin tamimi ilə olmasa da ölməsinə səbəb olmuşdur. Əfqanıstan və Tacikistanda qismən qala bilmmişlər. Əfsus ki… “karavaşın” Soğdcadan keçiməsi güman edilir.
Bu gündə dilimizdə qaravaş sözü işlədilir. Rast gəlmək olur bölgələrdə. Qazax`da ( doğulduğum rayon) “qaravaş” hələdə işləkdir. Əmim oğlu çox işləyəndə atasına “qaravaşammı bu qədər işləyirəm?” deyərdi…
Qara sözünün altından xətt çəkilməsi və tündləşdirilməsi fərqləndirmək üçündür. Bu söz bəzən aşağılamaq mənasında işlədilmişdir. Məsələn “Qaracamaat”.
Ən kübar, yuxarıda deyindiyim insanlar belə çox zaman “qulluq” sözünü işlədirlər. Elə “Qul” sözü öz görüntüsündə qala qala…
“Qulluq” və arxasına nə qoşursan qoş əvvəl-axır “Əmr” etməkdir. İçəridəki “Ego” ondan üstün olduğunu sənə deyir və sən ondan tələb edirsən. “
“Qulluq et”!!!
Qulsan sən. Qulluq et. Borcundur, etməlisən.
Analar oğullarına “qız istəməyə” ( oğulları ilə evlənəcək, ailə həyatı quracaq-birləşdirəcək yox aaa. Çox zaman “almaq” ilə əvəzlənir) gedəndə belə birinci bilmək istədikləri şey odur ki, “qulluğu yaxşıdırmı?”. Əgər “qulluğu” yaxsı deyilsə, deməli qiz da yaxşı deyil. Dedi-qodu yayılır ətrafa…
“Bilirsən filankəsin qızı yaxşı qulluq bacarmır”.
Və ya hansısa məclisdə yaxşı yeyib-içməyiblərsə “filankəsin qulluğu zəif oldu. Heç-heç xoşuma gəlmədi, belə qulluq olar?”
Əcəb…
Bu gun biz bu sözdən doymayıb bir fars əvəzedicisini (مسئول پذیرش / وشیزه یا زن جوان – xidmətçi / qulluqçu) də alıb guya daha kübar və demokratıq və o ən`lərdən olduğumuzu gösətmək üçün xidmətçi deyirik. Xidmətçi demək qulluqçu deməkdən başqa bir şey deyil.
Bunun o yan bu aybı yox arxadaş.
Sadəcə azərbaycanlı olub salam yerinə “hello” demiş kimisən.
Sən azadlıqdan danışırsan və hələ də xidmətçi, qulluqçu sözləri şüurunda və ən pisi dilində.
Freud, Humboldt, Chomsky, Wittgenstein`nin dil, alt-şüur və şüurla bağlı tezislərini nəzərdən keçirmək yetərlidir ki, dilimizdəkilərin şüurumuzdan qaynaqlandığını görək. Şüurumuz necədirsə biz də eləyik.
Dil BİZ`i tanıdır.
Məsələn, Freud deyir ki, dil bizim alt-şüurumuzun göstəricisidir. Biz nə danışırıqsa O`yuq. Bəzən dil sürüşmələri adlandırığımız hadisələr təbii olaraq baş verir. Yanılma yoxdur. Gerçəktə biz elə düşünürük.
Humboldt deyir ki, Dil olmasa düşüncə də olmaz. BİZ dilin sərhədləri içərisində düşünə bilərik. Düşünmə danışmadan başqa bir şey deyil və dil bütünü ilə düşüncənin xaricə vurulmasıdır
Deməli əslində özümüzü böyük BİZ adlandıran biz sadəcə balaca biz`ikmişik.
Bezikmək…
Qul nədirsə “qulluqçu” da “qullanış” da “qullanmaq” da odur arxadaş.
Daha dərinlərdə dilin zərifliyi qarşılayır sizi…
Budur…
Latınca :
Servus – qul, xidmətçi
Servare – xidmət etmək, qorumaq
İlk olaraq söz Hind-Avropa mənşəli yazı şəkilndə rast gəlinməyən “ser və serw- qorumaq, mühafizə etmək” kökündən götürülmüşdür. W latin qramerində olmadığından yazılışda v-ya çerilmişdir.
Servis “servus”un bu günkü halıdır.
Təfəkkür edin…
Burada dil oyunu və məntiq xəttiliyi hökm sürür. Qul sahibi üçün işləyir və sahibi də əvəzində onu qoruyur, yemək verir, yatmağa yer ayırır. İkinci tərəfdən qulun da qoruma funksiyası olmuşdur. Qorumaq maddiliyi göstərir. Sahibinin nəyi varsa qorumaq. Məsələn, torpağı əkib-becərmək, evə yaşı baxmaq onları qorumaqdır. Güclü-qüvvətli qullar sahibinin yayında olardılar həmişə. Təhlükədən qorumaq məqsədi ilə…
Çağımızın “qorumacı” sözünə diqqət yetirmək bəs edər…
Fransızca :
Serf – senyor`a bağlı kəndli, kölə(qul )
Bu söz isə Hind-Avropada dilindən bir başa keçməsi inandırıcı deyil, dil bilginlərinin ortaq rəyinə əsasən. Amma, niyə də olmasın. Latıncadan alır kökünü “Serv”dəki “v” danışıqda tələffüz zamanı “f”ya çevrilir. Yazılı dilə də belə köçürülür. İzahi yuxarıda qeyd edildiyi kimidir.
Service –xidmət.
dYenə kökünü latıncadan alan, qul və qulluqla bağlı. Daha sonra digər dillərə də belə keçir. İngiliscəyə də buradan keçir. İngilis dili yanlız son zamanlar üstün dilə çevrilmişdir.“Service” sözünün mənalarına baxdıqda iyirmidən çox nəticə verir. Ayin, tapınmaq ( dini bağlantı) ,yardım etmək, yumaq( avto-texno) , fayda vermək, düzətmək, baxmaq, vəzifə, iş, xidmət etmək və.s… və.i…
Hər hansı kafe və ya restoranda service`i çağırırsınız. Hələ bir ingilis ləhçənizlə “service please” deyirsiniz. Xoşunuza gəlməyən məkan olduqda çox vaxt “Oranın service`i zəifdir” deyirsiniz. Məclislərdə sizə qulluq edirlər. Siz özünüz-özünüzə qulluq edə bilməzsiniz, gərək service`dəkilər sizə qulluq etsin. Axı, onların vəzifələri budur. Sizə qulluq etmək.
Başa düşən “başa” düşdü.
Və son olaraq…
Robotlar…
Bəli robotlar niyə hazırlarlanır deyə təfəkkür etdikdə sadəcə bir cavab ala bilirəm özümdən. Insan nəfsi üçün. İnsan nəfəsinin yerini əvəzləmək üçün. İnsanın tam da qul ola bilməyəcəyi anladıq. İndi elə bir icad olmalıdır ki, insandan daha itaətcil və həmişə aslı olsun.
Bu da robotlar.
Əsas qayə insana qulluq etməsi…..
Düşün ey, insan.
Sən nə qədər insansan?…