Aşura mərasimi İslam dininə qara bir yaradır. İslamın xərçəngidir. Özünə əziyyət verməklə İmam Hz.Hüseyn (r.a) ağrısını, acısını hiss etmək istəyirlər. Mümkün deyil. Heç kim onu hiss edə bilməz, həmin hisləri keçirə bilməz. Çünki, nə onlar İmamdır, nə zaman o zamandır, nə məkan o məkandır, nə də şərtlər o şərtlər deyil. Digər bir məsələ, İmam Hüseyn (r.a) istəyərmi ki, Aşura mərasimləri keçirilsin, balacasından tutmuş böyüynə kimi özünə min işkəncə versin. Əsla. Birincisi o, Hz. Məhəmməd (s.a.s) tərbiyəsi görüb, peyğəmbər nəvəsi belə bir mərasimin İslama zidd olduğunu gözəl bilir. İkincisi qardaşı Hz. Həsən (r.a) ona barışdırıcılığı məsləhət bilmişdi. Üçüncüsü və ələxsus imam sadə insan idi. Özünü bu qədər ucaltmazdı. Onun həyatını bilənlər bunu mükəmməl bilir.

Bəlkə biz bunu etməklə özünü digər müsəlmanlardan üstün tutmaq istəyir. Necə ki, bəzi şiə axundları deyirlər ki, neçə neçə dəfə Həccə getsən bir Kərbəlaya bərabər edər. Elə Aşurada da özünü kəsib doğrayanlar “Baxın, biz Kərbəlanı hiss etdik, o əzab əziyyəti çəkdik” demək istəyir.

Bütün hallarda bu olaylar İslamı gözdən salır.

Güman edirəm Aşura haqqında qısa giriş bəs edər və keçək bu mərasimin Xristianlıqdakı oxşarına…

Xristianlıqda Flagellantlar XIII-XV əsrlər arasında yayılmağa başladı. Hz.İsanın (ə.s) çarmıxa çəkildiyini qəbul edən bu xristianlar Hz. İsanın (ə.s) əziyyət çəkdiyini düşünürlər. Özlərinə əziyyət verməklə Hz. İsanın (ə.s) ağrı, acısını dadmaq istəyirlər. Flagellantlar qamçı və ya topuzla  özlərinə əzab verirdilər. Bu yolla daMəsihi təqlid edir, günahlarından azad olurdular.

Not: Diqqət yetirsən bu eyni ilə şiəlikdəki ilə eynidir:

Hz. İsa (ə.s)  = Hz. Hüseyn (r.a)

Şiə Aşura mərasimi = Flagellant mərasimi

Qərbi Avropada özlərini qamçılayanlar sürətlə yayılır. Özlərini qamçılamaqla  sürətlə diqqət çəkirlər. Aralarında yalnız aşağı təbəqdən yox yüksək təbəqdən, aristokratlardan da qoşulmağa başlanılır. Camaat onlara övliya kimi baxır. Yalnız ayıb yerlərini örtür, xam dəmirdən hazırlanmış qamçı ilə qan çıxanadək körəklərinə vururlar. Məsih və Məryəm Anadan mərhəmət, yardım istəyirlər. Hönkür-hönkür ağlıyır, ağılar söyləyirlər. Nəinki gündüzlər, hətta gecələr də özlərini qamçılaya-qamçılaya, ağlıya-ağlıya, ağılar deyə-deyə küçələrdə dolaşırlar.

Rəhbərləri Petr Damiani XI əsrdə hadisəni başaldır. Petr Damiani deyridi ki, özünə bu usulla hər kəs dörd məqsədə nail olur:

  • Məsihi təqlid edir;
  • Əzabkeşliyi qəbul edir;
  • Cismini ram edir;
  • Günahlarından təmizlənir.    

Not: Bu dövrdə  Penitetlər ( tövbə edənlər) adlanan bir qrup da var idi. Amma, bu qrup üzvləri bir-birini qamçılayırdı. Yəni özü özünü yox, bir penitet digər bir peniteti.

Flagellants

The_flagellants_at_Doornik_in_1349

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.