Sokratın bir sözü var var. Orda deyir ki, bircə onu bilirəm ki, heç nə bilmirəm. Mən də heç nəyi bilməsəmdə, bircə onu bilirəm ki, azadlıq çox yaxşı şeydir. Hər şeyin bir əmması olduğu kimi, bunun da bir əmması var arxadaşlar. Demək istədiyim, azadlıq hələ özü azadlığın nə olduğunu anlanır. Yəni, azadlıq azadlığn ləzzətin hələ görmüyüb. Evdə bişmiyib, qonşuda görmüyüb, bu yazıq hardan bilsin axı nə olan şeydi …mən də sözdü də deyirəm.
Demək istədiklərim çoxdu, əmma bir məsələyə toxunmadan qala bilmərəm. Necə deyərlər ürəyimdə qalar və ürəyim partlar. Sonra deməsinlər ki, oralarda bir gənc vardı, “yazammadı getdi”. “Ayə cammaat maaş azlığından gedir, kasıbçılıxdan gedir , gör bu nədən gedir”.
Cammat məsələ odur ki, bu azadlığın bir tərəfi də dini azadlıqdan keçir. Aha din sözü gələn kimi hər kəsin ağlına birinci mübahisə, səs-küy , qırğın , dava-dalaş gəlir. Çünki, biz azadlığı həzm edə bilmədiyimiz kimi, dini də həzm edə bilməmişik… Azadlıq anlayışını yanlız azadlıq yazısı ilə eyniləşdirik. Bu bir biabrçılıq, azadlıq yazısını yaza bilməyən gənclərin olması daha ürəkağrıdan biabırçılıq.
Qayıdaq. Keçən gün ürəyim yaman ağırdı. İctimai kədər lojasının üzvü olmaq qərarına gəmlək istəmədim desəm yalan olar. Aşura günü özünə zəncir vuranları gördüm, cürbəcür hadisələrlə qarşılaşdım. Hər şeyi anladın bircə onu anlamadım ki, bunu edilənlərin İslama nə aidiyyatı var. İslam budurmu?!…Yüzlərlə insan xəstəxanalarda saatlarca qan axtaran zamanda bu insanlar qanlarını axıdırdılar. Niyə?!. Niyəsini özləri də bilmirlər bəlkə də. Heç kimə belə əndirabadik şeylər lazım deyil. Biz İslamı xeyir, ədalət, həqiqət, humanist din adlandırırıq. Bu humanizmdirmi?!. Ay qardaşlar bunlar aksiya keçiridirlər ki, məktəblərdə hicab qadağası var. Açığı mən bir neçə məktəbdə olmuşam belə hadisələrlə qarşılaşmamışam. 10-11 yaşındakı qızı qara çadraya büküblər, elə bil “qara geyimlilər” milləti yaratmaq istəyirlər. Yoxsa var belə bir millət. Ağıllarına yaxşı şey saldım deyəsən. Eliyərsiniz yaxşımı..onsuzda hər deyilənlə oturub-durursunuz. Uşaqlar öz razılıqları ilə mi hicab taxır?!. Onların fikirlərini kimsə soruşubmu?, o uşaqlar öz hüquq və azadlıqlarını bilirlərmi?.
Seçimi onların özlərinə verək. Özləri seçsinlər nələri ki istəyirlər. “Mənə nəyin yaxşı olduğunu məndən başqa heç kim bilə bilməz!. Çünki mənim “Mən”im onun “Mən”i deyil, mənim “Mən”imdir. Mən dünyaya gələndə mənə imkan verməyiblər ki, dini dünyagörüşümü seçim. Mən müəlman kimi doğulmuşam belə öləcəm də. Dəyişiklik əsla olmaz. Mən kafir olaram o saat . Xristian ölkələrində doğulsaydım xristian , Hindistanda doğulsaydım buddist, Afrikanın tayfalarının brində doğulsaydım bütpərəst, ABŞ-da doğulsadım ateist ve ya deist olardım. Bu faktdı arxadaşlar. Kim hansı dinə inanırsa inansın, inamırsa inanmasın. O , insandı. Onu azad etmək lazımdı. Heç kimi qınamaq olmaz axı. Kim ateistdisə onu öldürmək, söymək, döymək olaz ay mənim müsəlman qardaşlarım. Və eyni dərəcə də də hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Bir-birinin inancına sayqı duymalıdır. Sivil cəmiyyət formalaşdırmlıyıq və ancaq bu zaman azadlığımız azadlığın həzzini duyacaq. Niyə bu sünnülərlə şiələr yol getmirlər anlamıram.Heç bir yolla da gedə bilmirlər. Namaz qılmaq fikrinə düşdüm. Şiə dedi ki, bizim kimi qılmalısan sünnülərinki yanlışdır, süünü dedi ki, şiələrinki yanlışdır bizim kimi qıl. İki müsəlman, İslam alimi bir birini səhv çıxartmağa çaılışır. Biri deyir şiə, biri deyir sünnü. Bu bölücülük bitməzsə İslamı bitirəcəklər bunu anlamırıq, bunu anlamırlar və analamq istəmirlər və anlatmaq istəmirlər.