Əslində yazı üçün hansı başlığı seçim ha düşündüm tapa bilmədim. Sadəcə “oxuma” adlandırdım ki, bəlkə oxuna. Bizlərdə yazılar oxu deniləndə oxunmur axı. Oxuma deyiləndəsə oxunulur. Xocalı faciəsininin anım günündə bir yazı vardı. Blog yazısı. Adi yazlardan daha çox baxılmılşdı və hətta bəzi xəbər saytlarının gündəlik oxucu sayını belə keçmişdi. Xocalı tarixindən, amansızca qətl edilmiş insanlardan, erməni faşizmindən, vandalizmindən danışan yazının adı bilirsinizmi nə idi?…
“+18”…
“Facebook”da paylaşılmışdı. Üzlük şəkili kimi də hansısa yerdəki ulduzlardan birinin şəkil seçilmişdi. Bloga verilmiş keçidə gedib ,yazını oxumayana qədər hər kəs başqa bir şey gözləyirdi. Girdilər və gördülər ki, sən demə bu yazı o yazı deyil. Nəticədə çıxdılar. Çünki, hər bir oxucu ən çox 10 saniyə qalmışdı blogda. Yəni, yazını oxumamışdılar. Onlara maraqlı bax, o “+18” və “şəvhət hissini oyadan” şəkil idi.
Biz belə yetişdirildik. Belə gördük, belə olmağımız üçün özümüz öz əlimizlə çalışdıq. Çalışırıq….
Bax, biz beləyik….
Nəfsimizə düşkün, ruhumuza bəla, nəfsimiz bizə bəla.
Burada elə bir böyük şey yoxdur qardaşlar. Sizin beyninizə o qədər “+18”lər yürüdülb ki, siz baxacaqsınız. Bu adi haldır. Amma, yox baxanlardan deyilsinizsə o zaman “Allahın salamı olsun sizə”
Allahı sevmədilər onlar. Haqqı , ədaləti, doğru və dürüstlüyü sevmədilər çünki. İnsanlar ədalətli olsa, əxlaqlı olsa onlar olmazdılar. Nəmrudlar olmazdı. Fironlar olmazdı. Rotşildlər olmazdı. Rokfellerlər olmazdı. Onlar istədilər ki, biz onlara qul olaq. Şeytan idilər onlar. Şeytan istəmirmi ki, onun qulu olaq.
Və olmuşuqda….
Əgər Nəmrudun vaxtında, Fironun vaxtında Allahı inkar edirdilərsə, onun elçilərini inkar edir, yox etmək istəyirdilərsə, indi Rotşildlərin, Rokfellerlərin Allahla işi yoxdu. Çünki, yaxşı bilirlər ki, babaları buna nail ola bilməyib. Bunlar da ola bilməyəcək. Ən yaxşısı insanı öldürmək. Onlar insanı öldürmək yolunda çalışırlar.
Çalışırlar və naildə olurlar.
Və əgər Nəmrudun vaxtında hər kəs qul idisə, Rotşildin vaxtında indi hər kəs azaddır. Hay-hay necə də gözəl azadlıqdır. Kim nə istərsə edə bilər. Başqası vecinizə belə olmasın. Yalnız sən!. Yalnız sən varsan ! Sən ! Sən ! Sən !…..
Başqalarını düşünməz olduq. Təkcə özümüzü. Söylə ey Adəm oğlu, sən dünyada təkimi yaradıldın, təksənmi ki də yalnız sən olursan?!…
“Azad cinsi münasibət” ideyaları atıldı ortalığa. İndi bütün dünyanı öz ovucunda həbs edib. Düşünsənizə buradan gələn gəlirlər kimin cibinə axışır. Narkotika alveri, silah, insan alveri , spirtli içkilər…hamısı bir nəfərin cibinə gedir. Nəmrudların cibinə gedir.
Nəmrudların…
Keçənlərdə bir yazı oxudum. “Şəqrə Qərb lazım deyilsə niyə Qərbin istehsal etdiklərindən istifadə edir” məzmunlu bir yazı idi. Bəs Qərbə Şərq lazım deyilsə nə deyə Şərəq yürüş etməkdəsiniz?. Nə deyə hələ Suriyada qardaşı-qardaşa öldürməkdə, Fələstində insanların azadlığını əngəlləməkdə, İraqda insanları ağlatmaqdasınız.
Anlamırsınız arxadaşlar…
Onlar insanlığı məhv etməyə çalışırlar. Bazarlarını genişləndirməyə qutsal torpaqlara da daşımaq istəyirlər. Silah alveri. Bu sizə nəsə xatırlatmırmı?!.
İbrahim peyğəmbərin (s.a) Nəmruda qalib gəldiyi , Musan peyğəmbərin (s.a) Firona qalib gəldiyi, Yusif peyğəmbərin (s.a) qalib gəldiyi, Məhəmməd peyğəmbərin (s.a.s) peyğəmbərin İslamın əsasını qoyduğu şəhərdə indi Nemrudun, Fironun nəvələri Rotşild, Rokfeller qalib gəlir. Müqəddəs torpaqlar indi göz yaşındadır….
Bunları bir öyüd, nəsihət kimi qəbul etməyəcəyinizi bildiyimdən belə adlandırmıramda. Sadəcə onlanları bir balaca baxış bucağımdan az da olsa şərh etməyə çalışıram. Onsuz da nəfsimizə düşkün bizlər üçün belə deyir :
“Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” ( əl-Əraf / 3)
Bizi yavaş-yavaş hiss etmədən yolumuzdan ayırırlar. Hiss etmədən və tədricən. Payızda bir yarpağın saraldığı, solduğu zaman budaqdan qopub yerə düşərcəsinə bizdə bu ağacdan yellənə-yellənə düşürük və biri gəlib üstümüzdən keçirlər.
Yatmaqdayıq….
“ İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.” (əl-Hicr / 39)
“ Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and
içdi.” ( əl-Əraf / 21)
Zaman dəyişib, məkan dəyişib. Amma, Şeytan şeytanlığı geyimindən çıxmıayıb və çıxmazda. Musa (s.a) kimi , İbrahim (s.a) kimi, Yusif (s.a) kimi, Məhəmməd (s.a.s ) kimi biz də İblisin üzünü qızarmaqda biz onu pərt etməkdənsə o bizi hər dəfəsində pərt edir.
Nəfs… O şeytanidir. Onda şeytanlıq var. Onda şeytanın arzusu, istəyi onda şeytanın məqsədləri var.
“Nəfslə şeytan, ikisi də birdir….sürətdə özünü iki göstərdi. “ (3/331/4053)
“Nəfslə Şeytansa əzəldəm bir olduğundan Adəmə düşməndir. “ (3/261/3197)
“Sənin nəfsin bir əjdahadır. O, haradan öldü ki?. Dərttən , əlinə fürsət düşmədiyindən dondu, yoxsa?! (3/84/ 1051)
Əjdaha donmuş halda olarkən salamatsan, fəqət, canını qurtardı, özünə gəldimi ona loxma olarsan. (3/85/1058)
(Mövana. Məsnəvi)
Şeytan insanların qəlbinə o tərzdə girib ki, insanların şeytana uymasına gərək duyulmur belə. İnsanların qəlbinə yol tapan şeytani hisslər orada elə təməl atır ki, həqiq iman zəlzələsindən başqa heç bir şey o təməli silkələyə, dağıda edə bilmir.
İnsanlar şeytandan daha təhlükəli işlər görməyə başladılar. Şeytan bir insanı məhvə sürükləyirdisə insanlar ( hansı ki, özələrini seçilmiş zənn edirlər) bütün insanlığı məhv etmək və özlərinə uyğun yeni insan modeli yaratmaq istədilər. Buraya mübaribələr, cərəyanlar , məzhəb mübahisələrin daha da gərginləşdirilməsi, elmi – dini münasibətlərin savaş meydanına çevrilməsinə şərait yaratmaq, insanlarda insan olduqlarına belə qarşı çıxmaq istəklərini oyatmaq, bəlli zamanlarda bəlli şəxlərin seçilməsi və onların insanların düşüncələrinə, dünyagörüşlərinə təsir etməkləri və sair və ilaxır .. və.. və… deyə uzanan məsələlər daxildir.
Bütün bunların bir məqsədi var. O da ki, insanları azğınlaşdırmaq, öz yollarından ayırmaq, çaşqınlıq yaratmaq, imana qarşı şübhə oyatmaqdır. Sizlərin “İlluminati”, “Masson” (əslində ikisi də eyni xidmətdədir. İlluminatinin əsasını elə massonlar təşkil etməkdədir) və “Vahabbizm” (Böyük Britaniyanın yaratdığı, nizamlaşdırıb sistemləşdirdiyi və öz istədiyi kimi yönləndirdiyi dini-siyasi, radikal yönümlü təşkilat) kimi təşkilatların mövcud olmasına nə qədər inanırsınız bilmirəm. Amma, mən iki ildən artıqdır ki, bu təşkilatlarla maraqlanmaqdanyam. Müəyyən sistemləri ilə yaxından tanışam. Yəni, əməlli-başlı əlləşmişəm. Çox danışmaq istəmirəm. Sizlərin hər biriniz bunlar barədə geniş məlumat əldə edə bilərsiniz. Demək istədiklərim bizim mövzuya aiddiyyatı və izah verdiyi üçün əsaslı mənbədən seçilib.
“Vəhşi kapitalizm , savaşı qazanc vasitəsi olaraq görən bir ideologiyadır. İlluminati şəbəkəsinin daxili çevrəsində iştirak edən və xarici əlaqələr Komissiyasında əhəmiyyətli ağırlığı olan , ABŞ prezidentinin məsləhətçilərindən William Seidmanın bu etirafı məsələnin anlaşılmasını asanlaşdırır : İraqda Mc Artur tərzi Hərbi bir rəhbərlik quracağıq və neft qaynaqlarını ələ keçirəcəyik. Körfəzdəki neft qaynaqlarını ələ keçirdikdən sonra çox şey dəyişəcək. Kimsə bizə qarşı nefti silah olaraq istifadə edə bilməyəcək …
Hərbi İdarə ; Səudiyyə Ərəbistan da daxil olmaqla, neft çıxaran Ərəb ölkələri üzərindəki hakimiyyətimizi zəmanət altına alacaq. Səudiyyə Ərəbistan və İraq kimi iki böyük neft qaynağını ələ keçirər və bu iki bölgədəki İslamçı qrupları yox edə bilsək , Amerikanın Dünya İqtisadiyyatı üzərindəki hakimiyyəti hegomonluğun təmin etməsi üçün əhəmiyyətli bir addım olacaq . Beynəlxalq sistemi , BMTnın təmsil etdiyi və bu təşkilatın qərar mexanizmində İlluminati şəbəkəsinin əhəmiyyətli bir ağırlığının olduğu bilinməkdədir …
İldə bir dəfə biradaya gələn İlluminati üzvləri , hədəflədikləri dünya dövlətini qurmaq üçün planlar düşünür və həyata keçirmək yollarını qururlar. Bu planların içində müxtəlif ölkələrdə iqtisadi böhranlar çıxararaq , ölkələri istismar etmək , savaş çıxarmaq , “Daha Çox Savaş ” qanunları gərəyi savaş davamlılığını təmin etmək, müxtəlif xəstəliklər icad etmək , (kitabda , AIDS və HIVin ABŞdakı əsgəri araşdırma laboratoriyalarından dünyaya yayıldığı iddia edilir. ) əhali azaldıcı işlər görmək , etnik təmizliyi dəstəkləmək və 11 Sentyabr nümunəsində olduğu kimi terror yaradaraq , ” anti- terror qanunları ” çıxarmaq. Yazarın iddiasına görə , 11 Sentyabr hücumu üçün FBI bəzi ərəbləri istifadə etdi və bombaları təmin etdi.
İllimünati’nin gücü Kobudladan gəlir. Şeytana ibadət edirlər , mərasimləri keçirirlər , günahsız kəslər qurban edilir və qan içirlər.”
(Texe Marrs. araşdırmaçı,yazar)
Yəqin ki, bəzi məsələlər bəlli olmağa başladı. Onların istədikləri bizi özünküləşdirməkdir. Tək bir şey istəyirlər. İnsanlar Allaha inanmasın. İndi mən sizə sadə bir sistem izah edəcəm. Hazırda dünyaya “Postmodernizm” adlı model sırınır. Bir müddət bu model üzərində də araşdırma aparmışam. Sistem qıraqdan çox sadə, gözəl, bərabər hüquq tanıyan, daha çox azadlıq ideyası tanıyan sistem kimi görünür.
Bu belə görünür. Əsas istək cəmiyyətin nizamda yox xaosda yaşamasıdır. Daha sonra eşcinsəllik tam sərbəst olsun və yayılsın, azad cinsi münasibətlər və bazarı olsun. Bir sözlə kim nə istəyir, onu da etsin. Dediyim kimi çox yaxşı görünə bilər, ancaq, bir şeyə diqqət edin. Burada biznes və siyasi maraqlar var. Qadın alveri, insan alveri, silah alveri, spirtli içkilər, narkotik maddələrin bazarı….xoas və etirazlar da olsun ki, siyasəti istədikləri kimi idarə etsinlər. Media onların əlindədir. İnternet media, Sosial şəbəkələr, radio, TV-lərdə olan proqram, film və seriallar beynimizi öz istədikləri kimi yönləndirə bilir. Bununla yanaşı ədəbiyyatda da öz siyasətlərini yeridirlər. Gənclərə daha maraqlı olan kitablar seçib, içərisinə şüura təsir edəcək ifadərlər yerləşdirilir. Kiçik ifadələr yığılıb böyük partlayışlar törədir.
Adicə bir misal və bunun isbatı. Belə bir atlar sözü (məsəl) var :
“Allahsız yerdə otur, böyüksüz yerdə oturma!”
Allahsız yer haradır???…..Belə sözlərlə tədricən süurumuza proqramları yerləşdirilir. İlk baxışdan heç bir təsirə malik olmayan sözün ikinci hissəsinə baxırıq. Bəli, bəli… Çox doğru deyir. Böyüksüz yerdə oturmaq olmaz daaaa… Amma, əvvəli?…
Vahhabizm İslam dünyasında ən çox danışılan məsələlərdəndir. Bu barədə demək olar ki, bir çox mübahisələr yer almaqdadır. Öncə qısa məlumat verim ki, bu təşkilat öz radikallığı ilə seçilir və təşkilatı müəlmanlar yox Böyük Britaniya sistemləşdirib ki, İslama zərbə vursun, öz istədədikləri kimi yönləndirə bilsin. Yenə faktlara sığınıb, bir balaca çıxarış verib, istədiklərini izah etməyə çalışacam. Çox maraqlı inkişaf xətti və tarixi faktları var. İngilis zəkası özünü göstərir.
“Hicri 1122 (Miladi 1710 -ci ildə ) Dövlətlər Naziri məni müsəlmanları parçalamaq üçün lazımlı, bəzi məlumatları toplamaq və cəsusluq etmək üzrə Misir, İraq ,Hicaz və İstanbula göndərdi. Eyni tarix və eyni vəzifə ilə doqquz adamı daha vəzifələndirdi.”
“İslam məmləkətlərində bəzi əraziləri qeyri-müsəlmanlara vermək lazımdır.”
“Ey Hempher, gələcək səfərki vəzifən ikidir:
1 – Müsəlmanların zəif nöqtələrini tapmaq, onların vücudlarına girib, onları ayırmağın yollarını tapmaq. Onsuz da düşməni məğlub etmək yolu budur.
2 – Bu nöqtələri təsbit edib, dediyimizi etdiyin zaman (Yəni müsəlmanların arasını açıb, onları bir-birinə düşürəbildiyin zaman) ən müvəffəqiyyətli agent olacaq və Nazirliyin medalını qazanmış olacaqsan.”
“Bizim dülgər dükkanına arabir cavan bir oğlan gələrdi . Ərəb , fars və türkçə bilirdi. Adı Məhəmməd bin Abdulvəhhab Necdi idi. Bu cavan , son dərəcə yüksək danışan və çox əsəbi biriydi. Osmanlı hökumətinə çox sitəm etdiyi halda , İran hökumətinin əleyhinə heç danışmazdı. Onun dükan sahibi Abdürrıza ilə dostluğunun səbəbi ikisi də İstanbuldakı Xəlifiyəyə müxalif idilər.”
“Din olaraq da yeni Vahhabilik dinini təsis etdik. Nazirlik yeni Vahhabi hökumətini gizlicə dəstəkləyir və möhkəmlənməsinə yardım göstəridi.”
“Vahhabi kitabları bütün dünyadakı “Râbitatül – aləm -il İslamı” dedikləri Vahhabi mərkəzləri vasitəsi ilə hər məmləkətə yayıldı.”
“Dini tedrisatı yox edərək , islamiyyəti içəridən yıxabilmək üçün Aligarhda İslam məlumatlarının öyrədildiyi bir mədrəsə və Aligarh Islam Universitetini açdılar.”
“Əxlaqı pozmaq üçün rum, erməni və digər qeyri – müsəlman qadınlar bir agent kimi çalışdırıldı . Bir dəbdəbə içərisində moda evi , rəqs kursu , manken və artist yetişdirmək kimi hiylələrlə, gənc qızları tələyə salaraq pis yollara sürüklədilər.”
(“İngilis cəsusunun etirafları” kitabından. Cəsus Hemper)
Yəqin ki, məsələ bir az da aydınlaşdı. Hər halda bu kitabı əldə edib oxusanız daha yaxşı olardı. Bilirsiniz, istər türklər istərsə də müəlmanlar onlar üçün baş ağrısı olub nədənsə. Böyük Britaniyada Osmanlı dövlətini yıxmaq, İslamı parçalamaq üçün cəsuslar göndərir. Bu cəsuslar Türkiyədə, Misirdə, Fələstində, Suriyada , İranda və.s dövlətlərdə yaşayıb insanlar arasında çaxmaşmalar yaradırdılar. Məhz Hemper də bunlardan biri olur. Yavaş-yavaş, tədricən hər şeyi öz planlarına uyğun istifadə edirlər. Bu təşkilatın əsas məqsədi insalar arasında məzhəb savaşını yaratmaq, İslamı içdən sarsıtmaq, insanlaq arasında çaşqınlıq yartmadır. İnsanlarımızın çoxu bilmədən bu yolla gedirlər. Onlar da aldanırlar. Çünki, yenə kənardan çox gözəl görünür, amma, daxildən elə deyil. Biz onu görə bilmirik.
Bir baxın, o yerə çatıb ki, “namaz necə qılınmalıdır?” belə böyük mübahisəyə çevrilib. Müsəlman qardaşlar və bacılar bir-biri ilə birləşməsin əvəzində mübahisə etsinlər savaşsınlar deyilmi onların istədikləri?!… İndi bizim etdiklərimiz nədir…
Əziz dostlar, bir çox hallarda biz də şeytana uyur, nəfsimizə məğlub olub müəlman qardaşları “vahhabi” adlandırırıq. Bu heç də doğru deyil. Öncə deyim ki, saqqal saxlamaq və şalvarın balağının qısa olması sünnətdir. Siz bunu digər İslam alimlərində, müsəlmanlarında da görə bilərsiniz. Bir çox hallarda özüm də şahidi olmuşam “buna bax eee bir” , “Saqqalına….” , “Bunnn şalarına bax bir”, “Bu nə şalvarı əəə” və.s kimi sözlər deyirlər.
Bizi istədikləri kimi oynadırlar. Vallah bir sadəcə süvariyik, şah onlardı…
İndi, bir balaca öz təcrübəmdən yazım. Bu yazını yazacağımı bilirdim və bunun üçün müəyyən bir hazırlıq mərhələsi lazım idi. Mən yaşamasan yaza bilmirəm. Gərək o anı, o hadisəni, o hissi duyum ki, yaza bilim. Sevməyən necə sevgidən yaza bilər axı?!… Bu hissə dostlarımın da çoxdan gözlədiyi cavab olacaq. Bir müddətdir ki, üzümü tüklü saxlayıram. Eyni zamanda dinlə daha yaxından tanışlığa keçmişəm. Əvvəl heç kimin marağında olmursan. Sonra yavaş-yavaş “abi bu nə məsələ?” qaş-göz fərəkətləri falan…Sonra “Məhərrəmlik ayına yasmı saxlayırsan?” və nəhayət gəlib sonda dirənir “qaqa vəhabisən?”. Bax, bu zaman mən istədiyimi onlardan – nəfsinə uymuş, gönül gözləri kor olanlardan istədiyimi alıram. Bu hadisəni yaşamaq, daha yaxşı anlamaq üçün etmişdim. Hətta öz ailəmdə də bu ifadələr hər gün ard-arda gəlirdi. Bu ifşa idi. Həm də sadə bir təcrübə…
Hər halda kiminsə qəlbini görə bilmərik və bizə bu cür sözlər demək yaraşmaz. Əvəzində biz nəfsimizə məğlub oluruq. Hər şeyi Allah görür.
“Bir gün Seyx öz tələbələrini sınağa çəkmək fikrinə düşür. Onlara fiqh, təfsir və.s kimi İslam elmlərini öryədirdi. Nəticəni öryənmək istəyirdi. İmtahandan kimlərin keçəcəyini bilmək lazımd idi. Çünki, bu cür imtahanlardan sonra bir və ya iki tələbə seçilir, onlarla fərdi məşğul olunurdu.
Hə. Seyx tələbələrini çağırır və onlara : “Allahın görə bilmədiyi yerdə bir toyuq kəsib gətirmələrini”– deyir. Əgər kəsib gətirə bilsələr sınaqdan keçə biləcəkdilər. Tələbələr dərhal çıxırlar. Səhəri gün hər biri kəsib gətir, yalnız biri kəsməmiş gəlir. Şeyx əvvəlcə kəsib gətirənlərdən harada kəsdiklərini soruşur. Biri tövlədə kəsir, biri gizli bir mağarada biri dərədə bir qayanın altında…hərəsi bir yerdə yəni. Sonda kəsməyən tələbədən niyə kəsib gətirmədiyini soruşduq da isə o belə cavab verir:
-Allahın görə bilmədiyi yer tapa bilmədim.
Şeyx məhz bu tələbəni seçir və o məşhur alimlərdən biri olur”
Həqiqətən də bu belədir. Allahın görmədiyi yer yoxdur. O hər şeyi görür. Ona görə də vicdanımızdan bərk-bərk tutmaq lazımdı. Hər zaman. Sanki, sıldırım qayadan vicdanın aşağı yıxılmaq təhlükəsindədir. Bir əli səndədir. Buraxsan o öləcək. Vicdanınızı öldürməyin. Nəfsinizi öldürün.
Biz dünyanı yaxşılaşdırmağa çalışırıq. Çox yaxşı haldır söz yox. Hərçənd, sərhəd aşılanda Allahın gördüyü işlərə tədricən qarşı çıxılmağa başlanır və isyana sürükləyir. Bilirsinizmi necədir… Dünyada Allah heç bir “pis” xüsusiyyətli ruhsal varlıq yaratmayıb. Pisliklərin paşası Şeytan belə bir vaxt mələk idi. Xatırlayın bir Adəm və Həvva dönəmini. Onlara qoyulmuş yasaqları. Bunun bir səbəbi vardı : İmtahan. Adəm nəfsinə məğlub olmadı. Həvvasa nəfsinə uydu, Şeytan onun maraq hissi ilə o qədər oynadı ki, Həvva günah işlədi. Qabil və Habil : Qabil doğulduğunda Allah onun qulağına “Sən Habili öldürməlisən haaa, mən səni günahkar yaratdım, sən belə olacaqsan”mı dedi?…Qabil qardaşını nəfsi üzündən öldürdü və bütün hər şey bu cür davam etdi…
Alalh ABŞı daha güclü, Afrikanı dahamı gücsüz yaratdı. Allah kimisə daha zəngin , kimisə kasıbmı yaratdı?!.
Baxın bu bir nizamlı sistemdir ki, min illərdir davam edir. Hər kəsin bir taleyi var və bu yolda kimi hansı sınaqlar gözləyir heç kimi bilə bilməz. Afrikadakı aclıq və səfalət, vəhşi kapitalizm , küçədə soyuqdan donan uşaqlar, küçədə ac yatan uşaqlar, günlərdir evlərində bir tikə çörək gözləyən uşaqlar, evə qəlbi sınıq surətdə girən atalar, küçələrə atılmış uşaqlar, savaşlarda əlinə silah alıb savaşan uşaqlar, əllərinə daş alıb namusunu qorumğa, vətənini, torpağını qorumağa çalışan uşaqlar, əllərinə bir tütək alıb dilənməyə məcbur olan uşaqlar, bunlar bizim məhsulumuzdur. Biz etmişik hər şeyi. Nəfsinə uymuş bizlər…
Yaxşı da olsun pis də, gözəl də olsun çirikin də, xoşbəxtlik də olsun bədbəxtlik də, sevgi də olsun ayrılıq da, həsrət də olsun vüsal da, sevic də olsun kədər də, göz yaşı da olsun təbəssüm də…nəfs də olsun. Ayrılıq olmadan sevginin nə dadı var ki…həsrət olmadan nə vüsal…göz yaşı olmadan təbəssümün nə mənası…
Söz yox ki, rəbbim istəsəydi hər şeyi istədiyi kimi edərdi. Burada da bir hikmət var. Deməli, kimsə bizə qarşı haqsızlıq etməliyimiş ki, biz dərs alaq. Haqsız olmayaq. Doğru və dürüst tərzdə yaşayaq.
Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi. (ən-Nəhl / 9)
Nəfsindən azad ol da gəl güldür qəlbindəki eşqi. Oyat yatmış qəlbindəki eşqi. Qəlbində gözətçisi olduğun məzarlığı yıx, dağıt da gül baxçasına döndər bağbanı ol.
Mərhəmətinə dön!…
“Bədənin titrəyəndə kədərlən. Ruhun titrəyəndəysə sevin. Çünki, hər adamın bədəni titrəyər, amma, hər adamın ruhu titrəməz!”
Ruhunuzda bir balaca da olsa titrəşməyə səbəb olda bildimsə nə mutlu!
Di Allah amanında….