Ərəbcəsiz hafiz, hafizsiz Azərbaycan

Məktəbdə şeir əzbərlədərdilər. Hər gün beş və ya altı dərs olardı. Oynamağa zaman qalmazdı. Dərsləri yaz, dərsləri oxu. Tez yat.

Həyata atılmaq, həyatı anlmaq imkanı olmazdı…

Qayadalar əzbərlədilərdi, ən dəhşətlisi şeirlər əzbərlədilərdi…

“Nizamilər, Füzulilər” dediyimiz… Kəlam və İrfan dediyimizi əzbərləmək…

İki-üç səhifə şeir verərdilər. Kim yazıb?, nə yazıb?, nədən yazıb?..

Əhəmiyyətli deyildi.

Nə öyrətməyən öyrətmənə, nə də dizin dibində yatmayan  şagirdinə…

Əzbərlə qiymətini al, gündəliyinə yağlı-yuğlu 5 yazdır, apar evinə, göstər ailənə, qiymət pulunu al…

Keçmiş zamanda danışmaq, keçmiş zamanda yazmaq istəyirəm. Hələ də belə olmasını düşünmək adamın lap qəlbini sızladır…

Ənənəvi təhsil sistemimiz mədrəsədir. Mədrəsədə  də əzbərlədirdilər…

Amma kim və nə üçün…

Kimi və nəyi…

Ənənəvi mədrəsə indiki universitet rolunu oynayırdı… Açığı indikindən daha yaxşı. İlk qapı, şəriət buradan başlayırdı….

Oxumaq mədrəsədən, bilmək təriqətdən…

Oxunan yaşanmasaydı, anlaşılmazdı…

“Peyğəmbər yaşayan Quran” idi, çünki yaşayırdı…

Kitabı ilə yaşayırdı…

Kəlamı, Hikməti, İrfanı…

Onu….

Ənənəvi mədrəsələrdə riyaziyyat, həndəsə, astronomiya, tibb, məntiq öyrədilərdi. Bir düşüncə formalaşdırılardı. İndiki Qərbimiz Şərqə gələrdi…

İndi biz Qərbimizə gedirik oxumağa.

Oxumağa kitabımız var…

Onu oxumadığımız üçü mədrəslərdən uzaq düşdük, Qərbə düşdük…

Qərib düşdük.

İndi mədrəsə demək Hafiz deməkdir.

Hafizlər…

Sadəcə “lər”.

Uşaq vaxtı mədrəsəyə sıxışdırılanlar…

Kitabı tanımadan,

İnsanı tanımadan,

Kəlamı tanımadan,

Eşqi tanımadan,

hərfləri tanıdırlar.

Bağışlayın, daha doğrusu gözə soxurlar. Gözə soxulan gözdə qalar. Gözdə qalan sözdə qalar sadəcə. Qəlbin dərinliyinə enməz.

Hərf- ərəb dilidir.

Bir dildir… Bir insandır… Hər biri bir insan görtüsüdür… Əlif kimi… Vav kimi…

Gördün, bitdi.

Yaxınlaşıb, salamlaşıb, qucaqlaşıb tanımaq gərək. Toxunmaq gərək eşqlə insana.

Yaradılana toxunmaq. Yaradana toxunmaq, Yaradanı tanımaq…

Hərflərdən sonra dilin özü başlar, yəni salamlaşma…

Onlar salamlaşmazlar. Kitab açılar, oxu deyilər.

Soruşulmaz ki,  Nəyi?

Oxuyar…

Sual arayışdır. Axtarışdır. Yoldur, yəni din.

“İhdinə”…

Yolun özü müqəddəsdir deyən mədəniyyət deyilmiyik?…

Yoxsa mənmi özümdən bu qədər ülviləşdirirəm…

 

Əzbərlədilir, əzbərləyir.

Halbuki, əzbərlə deyilməmişdi.

Oxu…

Ərəb dilində enən kitab Azərbaycan qafasıyla əzbərlənir…

Dili bilmədən əzbərləmək… Oxuduğunun nə dediyini bilmədən.

Vallahi, içimdəki sözlərin dilimə, dilimdən  əlimə gəlməməsi üçün çalışaram, sıxıram. Amma bacarmıram…

Allanın nə dediyini,

Eşqin nə dediyini,

bilmədən bir robot kaset kimi təkrarlamaq. Əzanı, Məkkə imamının səsiylə “youtube”dan yükləyib, bilgisayarları ilə oxutdurduqları kimi…

Bağışlayın, qardaşlar mənim bildiyim belə deyildi. Yoxsa mən yanılıram. Yanılmaq istərdim.

Yox, istəməzdim.

Kəlamın,

Təsəvvüfün,

çıxıdğı kitabın belə əzbərlənib təkrarlanmasını istəməzdim.

Kəlam insandır, Təsəvvüf insandır.

Quran İnsan üçün göndərilmədimi?

Peyğəmbər insan üçün göndərilmədimi?

İnsan insan üçün göndərilmədimi?..

 

İnsanın tərkrarı olarmı heç…

 

Kədərlənirsən, incinirsən, əsəbləşirsən… Qıraqdan biriləri “budurmu sizin hikmət, budurmu?” dediyi zaman halımız yamandı.

Amandı…

 

Olmazmı?…

Olmazmı, əvvəla insan tanıdıla, sonra ərəb dili öyrədilə.

Dili öyrədilə ki, bilə oxuduğunu…

Ərəb dilli olsun. Dodaqlarından çıxan sözün fərqinə varsın.

Olmazmı?…

Olmazmı ki, kəlam anladılsın…

Anlasın.

Dodaqlardan çıxan söz, qəlbdən çıxsın. Qəlbdən çıxan söz eşqlə çıxsın, eşq.

 

Hafiz olmaq Quranı əzbər bilməkdir.

Əzbər bilmək, “bilmək” yox.

Quran “quran”dır…

Quran qurduğunu əzbər davam etdirməz…

Əzbər anında reaksiyadır.

2×2-nin cavabının 4 etdiyini əzbərlədiyimiz üçün sual verilən kimi düşünmədən, söz qulaqdan beyinə çatanda beyin cavab siqnalını ötürür. Sən heç fərqində olmursan nə olub-bitir.

Ruhun isitrahətdə beynin və dodaqların fəaliyyətdə…

 

Hafiz dolu Azərbaycan boşdu…

Hafiz “boş”luğu….

Qəlbi yana-yana, sızlaya-sızlaya Allahın sözünü deyən, yaradanın sözünü ötürən, bölüşən hafizlərin boşluğu…

Hər Onun sözünü deyəndə ruhu titrəyən hafizlərin boşluğu…

 

Haqqını vermək gərək.

Var… Varlığından xəbərdar olan, dili bilən, dilini bilən, dilin dilində danışan, qavrayan, anlayan, üzündə təbəssümü qəlbinin dərinliyində dərdini çəkən, eşqlə dairəsini çizən hafizlər…

Hafizlər əzbərçi deyil, sözün öz mənasında “hafiz”lərdir.

 

Şair…

Şeiri bilmədən, tanımadan kəlam anlaşılmaz. Aşılmaz.

Söz şeirdir.

Söz özdür.

Bizim mədəniyyət sözün özünün mədəniyyətidir.

Bu mədəniyyətin fərqində olanlar, yaşayanlar qoruyacaqlar…

 

Burdakı çoxluq azlıqdır.

Azdır.

Var olsunlar.

Çox olsunlar.

Hikmət onlarla dönsün. Özə dönsün.

Amin!

 

 

Barış deyil Varış…

Denizin dalgaları, denizin her katresi yine denizdir; denize nispetle zâhiren bir hiçtir  belki ama unutmamalı ki denizi deniz kılan yine o damlacıklardır.”

Ustad Dücane Cündioğlu`na sevgi və sayqılarla…

Mühacir filosof Ağalar Qut (Məmmədov)  xarici ölkələrin birində dilin fəlsəfəsi mövzusunda çıxışında dostunun uşağına aldığı hədiyə ilə bağlı kiçik bir nüansa toxunur. Deməli, Ağalar bəy uşağa yazı lövhəsi alır. Uşağa da deyir ki, sənə rahat yazmağın üçün  yazılan və pozulan yazı lövhəsi alacağam.  Hədiyyə maşında qalığı üçün verə bilmir və uşağın xəbəri olur bundan. Ağalar bəyi görəndə ondan  soruşur ki, bəs mənim “yaz-poz”um hanı?.

Oxumağa davam et “Barış deyil Varış…”

Qul,qulluq, qulluqçu və.s,,, üzərinə…

“Azadlıq” fəlsəfəsini fərqli prizmalardan görmək lazım. Burada baxmaq deyil, görmək. Ona görə ki, baxdığın zaman görməyə bilərsən. Və yaxud eyni nəsnəyə iki nəfər baxdıqda fərqli görür. Nəticədə görünüş sizə görüş verir.

“Azadlıq” anlayışının ortaya çıxma və ya atılma səbəbindən başlamaq lazım deyilmi?…

Yuxarı olduğu kimi aşağı da var. Çıxış olduğu kimi də eniş.

“Azadlıq”dan əvvəl ona zidd olan ilə başlamaq məsələn…

Oxumağa davam et “Qul,qulluq, qulluqçu və.s,,, üzərinə…”

Məhəmməd peyğəmbər (s.a.s) təsvirlərdə…

İslam inancına görə rəsm, heykəl və musiqi kimi sənətlər qadağandır. Təməldə dövrə uyğunluq yatsa da zamanla bu qadağa davam etmişdir. Vaxt elə keçir ki, insan istər istəməz bəzi dəyişiklik etməli olur. Qadağaların təməlinə diqqətlə yanaşmaq lazım. İncələdikdə hər şey aydınlaşır və siz istər-istəməz bəzi məsələlərdə dəyişiklik etməli olursunuz. Peyğəmbər (s.a.s) bir təfərdən bütpərəst olmayın deməklə heykələ icazə verə bilərdimi?, Allahı çox zikr edin deyə-deyə gedin musiqi ilə məşğul olun, saz çalın, oynuyun deyərdimi?… Oxumağa davam et “Məhəmməd peyğəmbər (s.a.s) təsvirlərdə…”

Şiələrin Aşurası və Xristianların Flagellantları

Aşura mərasimi İslam dininə qara bir yaradır. İslamın xərçəngidir. Özünə əziyyət verməklə İmam Hz.Hüseyn (r.a) ağrısını, acısını hiss etmək istəyirlər. Mümkün deyil. Heç kim onu hiss edə bilməz, həmin hisləri keçirə bilməz. Çünki, nə onlar İmamdır, nə zaman o zamandır, nə məkan o məkandır, nə də şərtlər o şərtlər deyil. Digər bir məsələ, Oxumağa davam et “Şiələrin Aşurası və Xristianların Flagellantları”

İslamafobiya

Son zamanlar hər kəs İslamı atıb ortaya və özünə tema edib. Bilən də danışır, bilməyəndə.. Demək olar ki, müzakirə edilən iki mövzu varsa, biri (bəlkədə birincisi) İslam mövzusudur. Sanki özlərini debatda hiss edirlərmiş kimi bir deyir və  o biri inkar edir.Öz düşüncələrini bir-birinin  və hətta cammatın beyninə məcburi yürütmək istəyirlər.Lap  bazar ab-havasını xatırladır. Oxumağa davam et “İslamafobiya”