Depressiya….. Əslində bu sözün nə olduğunu belə bilmirəm. Ağızdan-ağıza düşür, kim ki bir balaca sıxıntı yaşayır və depresiya yaşadığını deyir. Bunu beləcə anlamışam. Məndə də olmuşdu.Ürəyimin dərinliyində sözlə ifadə etməyə çətinlik çəkdiyin bir hiss yaranmışdı. Hər dəfəkindən fərqliydim. Özümü qəribə hiss edirdim. Bu cür deyildim axı mən. Nə olmuşdu? Mən də mi depressiya deyilən zillətə tutulmuşdum?. Ola bilməz. Həyatımda hər şey yolunda idi. Bəs nə üçün?. Niyə?. Ailəmdə bir problem yox, dostlarımla da heç bir gərginliyim yox, iş həyatım uğurlu gedir və gündən-günə zirvəyə doğru iri addımlarla addımlayırdım. Amma sonra …
Ailəm mənə darıxdırıcı gəlirdi.Evə getmək istəmirdim. Parklarda o tərəf bu tərəf gəzişir, ara bir skameykalara uzanır, və yavaş-yavaş yuxumun əsarətinə düşdüyümü hiss edirdim. Dostlarımla da münasibətim korlanmışdı. Dərslərə girmir, müəllimlər gözümdə dərs verən yox, nəsə alan, gənclik təfəkürünü anlamayan, özlərindən başqa heç kimi düşünməyən, tələbə arzusu, tələbə istəyini ,tələbənin yorucu və 90 dəqiqəlik yuxulayıcı mühazirələrini vecinə almayan, seminarlarda isə aslana , şirə dönən “aha düşmüsünüz əlimə , burda mənəm , Bağdadda kor xəlifə” deyən əcaiblər kimi görürdü. Qrup yoldaşlarım da ara-sıra mənə “Qoşqar sənə nəsə olub. Belə deyildim. Problemin yoxdu ki…. Nə olub?” deyirdilər. Narahat idilər. Həmişə şən ,gülən , mehriban və danışmağı sevən , o boyda fəlsəfə qrupunu debat məkanına çevirən insan indi sakit, səssiz və qəmgin görünürdü. Arxa partalarda oturur və heç kimlə danışmırdım. Cəmiyyətdən təcrid olunmuşdum.
Ətrafda gördüyüm insanlar da dəyişmişdi. Əvvəllər insanlar gözümdə dünyanın ən güclü varlığı idilər. Bu dəfə isə bambaşqa cür. Dilənçilər…bilmirsən dilənməyə ehtiyacı var, yoxsa daha artıq pulum olsun deyə?…balaca körpələri görürəm…ata-anları yoxdumu?,sahib çıxanı yoxdumu?…qocalar görürəm… övladları küçəyə atmış…böyütdüyü insanlar onu məhvə sürükləmişdilər…bəziləri kor,bəziləri lal , bəziləri də əlil.Axşamlar küçələr boyu reklama çıxan , özünü beş qəpiyə satan qadınlar(sonra da deyirlər bizdə reklamcılq inkişaf eləmiyib. İnsanın qiymətsizliyi , dəyərsizliyi bəs bu?)…addımbaşı bir müştəri gözlüyürlər…axşam vaxtı içkili kişilərin bunlarla zarafatlaşması uzun-uzadı söyüşlü dialoq, atmacalar və həmin anda yoldan keçən insanlar…hər axşam bir ailənin süqutu, təməliənin, özülünün dağıdılması baş verir…ərinin iş toplantısında, dostlarla görüş bəhanəsiylə asanca aldadtığı qadınların isə bəlkə?, bəlkə yox?, niyə də yox?, axı kişidilər? hamısı belədi, olmaz,eləməz, ama bəlkə? sualları beyninin ətini yeyir. Kişi maşınını saxlıyır, şüşəni endirir,sanki bazarda kartof-soğan alır və qiymətini endirirmiş kimi qiymət endirməsi edir…razılıq olur, maşına minir və vaaaau “ədə bu kişi imiş ki”… bəzən maşında yumruq davası, bəzəndə elə “gəl gedəy eeeeee” deyilişi. Küçənin bir tinində aşağı oturub “nəyisə” burnuna çəkən gənclər, saat 12-dən sonra “ana mən yatıram” deyib, otağını işığını söndürüb, yarım saat sonra evin arxasında sevgilisi ilə görüşənnnnnnnn qızlar, axşamlar parkların skameykalarında gecələyən, səhər isə məmurların “əəəəə dur burdan cəhənnəm olll” deyişləri ilə qalxan evsiz-eşiksizlərlə, küçələrin tinində içkidən sızıb qalan, evinin son pulunu-çörək pulunu içkiyə verib,ölənə kimi içən və evinin yolunu belə tapa bilməyən yollarda qalan , elə oradaca yuxulayan, gəlib-gedənlərin “tfuuuu sənə” deyildiyi, “bəlkə qarşıma bir uşaq çıxa qaçıram satam pul qazanam” deyən namussuz insanlarla doludur.
İnsanlar gülür bir-birinin üzünə. Üzlər gülür, amma, qəlblər gülmür. Paxıllıq sarıb qəlbləri. Eqoizm içimizə işliyib. Məndə də olsun, məndə də olmalıdır ideyası ideologiyamıza çevrilib. Qonşum maşın alıb , mən də almalıyam, qonşum ev alıb mən də almalıyam, qonşumun övladı ulduz oub, mənim ki də olmalıdır, qonşun yoldaşına xəyanət edir, mən də etməliyəm, qonşum çox pul qazanır, mən də qazanmalıyam.Evlərdə dava-dalaş, ata və ana, yumruqlar, söyüşlər və ara bir zərbələrdən biri dəyir uşaqlara, göz yaşı…məsum uşaqların…xatirələrin bir səhifəsi olur bunlar..qara səhifələr…Bundansa çəkir övladlar əziyyət.Sonra isə statistika və bizdə hər şey yerindədir.
Yaşıyırq,amma mənasını bilmirik. Yemək üçün yaşıyırıq. Ac qalanda bir-birimizin ətini yeyir, torpağı satır, millətini, xalqını satır, çox əfsus ki, dinini satır və əlinə nə gəlsə satır. Yəni ac olanda sata-sata gedir.(xıx yüzilin məşhur hind filosofu Vivekanada deyir:”Ən böyük günah ac adama din haqqında danışmaqdır” və başqa bir hind filosofu Ramakrişna isə belə deyir:”Ac adamın Allahı olmaz”).Paylaşma mədəniyyətimiz aradan qalxmaqdadır. Mədəniyyətdən əlavə mədəni niyyətdən qaçırıq.”Uzaq dur mənnən, istəmirəm səni” deyirik. Nə olduğumuzu bilmirik əslində…
Məni fərqli edən bu idi.Sonradan anladım.Sanki bunu anlamaq üçün, həyata düz bucaqdan baxmaq üçün planlaşdırılmış hadisə idi.Getdim, gördüm və gəldim.Bunlar hər gün gözümüzün önündə olan hadislərdir.Amma biz görmürük(“Baxmaq hələ görmək demək deyildir”).Bir neçə gün belə davam etmişdi. Həmin vaxtda mənim ətrafimda nələrin baş verdiyini xatirlamiram belə. Sadəcə dünyanın mənim ətrafımda dövr etməsi və bu dövr etmədən də bir tamaşa izlədiyimi xatırlayıram.Sanki bir kurs kimi…Mənə dünyanın və insanların əsl üzünü göstərmək üçün bir kurs…anla, anla, anla deyən,düşünməyə səsləyən bir kurs……
Özümə gəldim və hər şey qaydasındadır.İndi həyata başqa cür baxıram və başqa cür düşünürəm…