Olmuş əhvəlat….
“Novruz”a görə bir neçə günlük tətil verilmişdi. Universitetdə dərsimiz yox idi. Tətil çox yaxşı keçirdi. Bayram isə sözsüz ki, həmişə olduğundan daha da rəngarəng. Tətil müddətində istirahətlə yanaşı işlərimdən də geri qalmırdım. Çoxdan oxunlması planlaşdırılan iki kitab var idi. Onları oxudum. Və araşdırmamıda davam etdirdim. Bu araşdırma fəlsəfədə qəribə bir cərəyan ilə bağlı idi. “Nihilizm”. Bu cərəyanı “Heçlik” fəlsəfəsi də adlandırırlar. Yenə internetdə bu araşdırma ilə məşğul olur, məlumatlar, məqalələr oxuyur, videolara baxırdım. Nəsə oldu. Birdə gördüm ki, internetim kəsilib. Axşam idi. İndi heç cür açdıra bilməzdim. Araşdırmanı yarımçıq saxlamaq istəmədim və evimizdən ayaqla 10-15 dəqiqəlik yol olan internet kafeyə getməyi qərara aldım. Özümlə qələm və bir neçə A4 götürüb evdən çıxdım. İnternet kafe balaca bir yer idi. Kopyuterler bir az köhnəlmişdi və internetin də sürəti bir o qədər yaxşı deyildi. Amma olmamaqdan daha yaxşı idi. Kafe demək olar ki, boş idi. Künc tərəfdəki stollardan birinə yaxınlaşıb oturdum. Təxminən 15-16 dəq keçmişdi ki, qəribə bir hadisənin şahidi oldum. Açığı deyim belə bir hadisə ilə üz-üzə gəlməmişdim.
…..Qapı açıldı, biri 30-35 , o biri isə 35-36 yaş arası iki kişi içəri girdi. Saçları demək olar ki, ağarmışdı. Birinin üzü saqqallı və saçları uzanmış, digərinin isə saçı yenicə qırxılmış, qalın bığı var idi. Koroğlunun bığlarına bənzəyirdi. Elə bil bunları arxadan kimlərsə təqib edir, yada bir neçə gündür ki, ac və susuz qalıblar bizdən su və yemək istəyəcəklər , ya da ən pis vəziyyət kafeni soymağa gəliblər, indicə sahibə deyəcəklər ki, kassanı boşaldın. Bəlkə buradakı uşaqların hansınınsa atası,əmisi, ya da dayısıdır. Onları aparmağa gəliblər. Ya da buralarda yaşamırlar, yəqin hansısa ünvanı soruşaqcaqlar.Ağlıma minlərcə fikirlər gəlirdi. Taki onlar danışana qədər.
-A bala, evdə işıqlar sönüb.
Bu anda anladım ki, həəəəəə ya işıqçının evinin yerini soruşacaqlar , ya da ki nömrəsini.
Amma bu dəfə də düşüncəmdə yanılmışdım. Kişinin sonrakı sözləri bu fikirlərimi alt-üst etdi.
-Bala, bizi internetdən “Space”-ə baxmalıyıq. Eliyə bilərsiniz.
Aha. Tapdım. Hansısa verilişdi. Xəbərlər, siyasi yada hansısa digər verilişdi, bəlkədə hansısa sorğuda iştirak ediblər və bu gün onları göstərəcəkdilər.
İnternet kafenin sahibi:
-Edə bilərik dayı heç bir problem yoxdu. Siz nəyə baxmaq istəyirsiniz. Hansı verilişə, bir başa efirə?..
Bayaqdan sakit duran o biri kişi dilləndi:
-Biz Amaciyə baxmalıyıq. Bir az tez ola bilərsənmi…(əsəbi halda)
Sahibin üzündə əcaib bir forma yarandı. Buraqsan gülməkdən öləcəkdi, amma birtəhər özünü saxladı. Məndən başqa iki nəfər də var idi. Onlar isə özlərini saxlamadılar elə güldülər ki, gəl-görəsən. Amma dayılar heç buna fikir də vermirdilər.
Bumppppppp. Amacı . Bu nə idi yuxu. Ayılmaq istiyirəm. Oyanmaq istiyirəm. Amaci kimdir ki, bu dayılar saat 7 də bura gəliblər. Bəlkədə işdən təzə gəliblər , yorğun idilər. Bunları düşünərkən ikinci “bump” gəldi.
-A, bala tez ol. ( bu zaman sahib hansısa web portallara girib, kanlı tapmağa çalışırdı). Cəld ol. Cəld. Biz bu serialın bircə seriasını belə buraxmamışıq, ona görə işdən belə tez çıxıb gəlirik ki, vaxtında gəlib çataq. Bir az cəld ol. Cəld. Puldan narahat olma.Bala tez ol..tez..tez… bax başlıyıb aaa.. özüdə maraxlı yerində qurtarmışdı…. Görəsən necə oldu… Ax, Amacı…Bu işıqlarda sönməyə vaxt tapdıdaaa..
Bu andaca sahib sevinə-sevinə :
-Gəlin, dayı tapdım.
Kişilərin hərəsi bir stola əyləşib, qulaqcıqları qulaqlarına belə deyərdim bərkidib, gözlərini manitordan ayırmadan serial baxmağa başladılar. Onlar sanki, ətrafdan təcrid olunmuşdular. Heç yerə baxmırdılar. Dışarıda top atsaydılar heç nə etməzdilər kimi bir durum var idi. Ara bir seriala qarşı öz reaksiyalarını da bildirirdilər. Bəzən qəzəbli , bəzən sevincli, təbəssümlü, bəzən də qısa qəh-qəhələrlə.
Amaci mənə tanış bir persanaj idi. Üç ay bundan əvvəl evimizi təmir elədirirdik. Ustada qapıbir qonşumuz idi. Axşam yeddi olmamış, işi yarımçıq buraxıb, tələsik gedirdi.Bir neçə gündən sonra bunun səbəbini soruşdum və yenə Amacı. Usta tək bizdə yox başqa yerlərdən də evə tez gəlirmiş ki, serial baxsın. Mən özümdə arada bir evdə qalırdım. Amacı ustanın dilindən heç düşmürdü.
Amaci ilə ikinci tanışlığım elə yayımlanan kanalın özündən oldu. Yox mən Amaciyə baxmamışdım. Xəbərlərə baxırdım.Birdən şəhərədə xalqarasında aparılan bir sorğu anons edildi. Kanalı dəyişmədim. Səbirsizliklə gözlədim. Sorğu sən demə Amaci ilə bağlı imiş. Şəhər əhalisindən bu seriala baxıb-baxmadıqları soruşulurdu. Sorğudan belə məlum oldu ki, uşaq, qadın, kişi, ağsaqqal, ağbirçək demədən şəhər əhalisinin çoxu bu serialdan gözünü çəkmir. Hələ bölgələri demirəm. Üstəlik serialın finalı ilə bağlı fikirlər yürüdürdülər. Yeri gəlmişkən serialın adı”Bu zalım dünyada doğulma” və Amaci də əsas qəhrəmanlardan biridir. Bu qalsın bir yana hələ Amacinin şərəfinə bölgələrimizin birində dünyaya gəlmiş qıza Amaci adını qoyublar.
Xalqımızda olan bu Amaci sevdası bizi düşündürməlidir. Özüdə əməlli-başlı. Bəsid bir hind serialına bu qədər marağın olması , kişilərin belə qadınlardan çox baxdığı, hətta deyərdim aslılığına çevrildiyi bu serialın bu qədər baxılması düşündürməlidir. Bir şeyi üzülərək demək və sonlamaq istiyirəm. Bəlkə də həmin insanlar Amaciyə baxmaq əvəzinə, internetdə Xocalı həqiqətlərini yaymağa çalışsa idilər, Qarbağın , Xocalı soyqrımının dəhşətli videolarına baxsaydılar, qadınlarımız və uşaqlarımız Xocalı, Qarabağ həqiqiətləri ilə bağlı kitabları alıb oxusaydılar, əgər Amaci yerinə Türk adı, xalq qəhrəmanlarımızın,mili qəhrəmanlarımızın və şəhidlərimizin adları qoyulsaydı onda milli ruh, vətənpərvərlik ruhları bir az da artardı. Bax, bunu daha çox düşünməliyik……..