Deyirlər dünya dəyişmir, dəyişən insanlardır…

Dünya elə həmin dünyadır. Amma insanlar yaman dəyişib. Özüdə əməlli-başlı.Nədənsə mən bununlarla , bu misallarla razı ola bilmirəm. Dünya bizim təsəvvür edə bilmədiyimiz bir sürətlə dəyişərək ,inkişaf edir.Bunu isə insanlara nə dərəcədə şamil etmək olar… Bax burası qaranlıq qalır. XXI əsrdəyik. Çox gözəl. Şad oldum. Xalqımı təbrik edirəm.Bir əsrə də belə don gəldiniz. Elə don gələ-gələ gedirsiniz. Qorxmurmusunuz ki, elə bir bığı burma əsr gələr ki, o sizə don gələr və sizi əcaib bir varlığa çevirər. Bəlkə robata çevrildik, bəlkə qərib bir varlıq indi biz boynuna boyunluq saldığımız heyvanlar kimi bizim də boynumuza boyunluq bağlayıb gəzdirəcək, bəlkə biz də  muzeylərdə ekspanat kimi qoyulacağıq. Gərçi onsuzda robotuq. Özümüz özümüzü idarə etmirik, idarə olunuruq. Öz pultumuz öz əlimizdə deyil ki, istədiyimiz istiqamətə çevirək. Amma bir şeydə bəxtimiz gətirib…. evdə televizorumuzun pultu bizə aiddir. Onu arada bir çevirə bilirik. Fəqət gözlərimizi zilləyərək baxdığımız , çox şeyi qurban verərək izlədiyimiz, xəstəsinə çevrildiyimiz  proqramlar bizim təfəkkürümüzün məhsulu olmaqdıqdan sonra bamağa dəyərmi?…sualı cavabsız qalır. Oğlanlarımızın qızlarımıza sevgi etiraf etməsi yadıma düşür. Deyirlər Avropada oğlanlar  sevdikləri qızlara sevgı etiraflarını pəncərələrinin qarşısında sevgi balladası oxumaqla  bildirirlər. Bizimkilər bu sevgi balladasını Üzeyirin mahnıları hesab edirlər. Hər gün sevdikləri qızların məhlələrindən keçərkən mobil telefonlara qoşulmuş səs gücləndiricilərə  son həddə qədər səs verib, “dahi sənətkar”,  Üzeyir Mehtizadənin mahnılarını oxudurlar.

Nə gözəl xalq imişik biz. Yoxsa elə düşünürük ki, Nizaminin Leyli Məcnunu xxı əsrdə də eynidir. Əsla. İndi Leylilər də Məcnunlarda  sevgidə təmənna güdürlər. Nizami demişkən. Nizami Gəcəvi həqiqətən böyük mütəfəkkir, müdrik  şairdir. Qocamanlarımız dönə-dönə, gözlərimizə soxarcasına qeyd edirlər ki, “Nizamikimiləri bir də gəlməyəcək”. Şübhəsiz, gəlməyinə gəlməyəcək. Ondan bir də olmayacaq.Sözsüz. Lakin onu kimi şair olmayacaq ifadəsi elə Azərbaycan xalqını xxı əsrin içində ola-ola xı əsrdə saxlayıb qalır. Artıq insanlarda bir psixoloji drum yaranır ki, hər hansı bir gənc şairin yazasını görəndə , “Nizami olmayacaq ki” ifadəsini səsləndirirlər. Biz gənclərimizə dəstək əvəzinə, cığırları genişləndirmək əvəzinə daha da yolun ortasını daş-qaya ilə kəsir, quyu qazırıq… Gərçi mən elə gənc yazarlarımız var ki , onların yazılarını Nizaminin bir sıra yazılarından daha da üstün tuturam.Çünki Nizaminin ideologiyası xıı əsr üçün xarakterik üçün idisə, gənclərimiz xxı əsr ideologiyasından çıxış edirlər.Və müasir dövr yazarları bizim ruhumuzu qidalandıra bilir. Orta məktəbdə əgər şagird Məlikməmmədin nağılı oxuyanda gülürsə, şifahi xalq ədəbiyyatında ilişib qalan uydurma fantazyalar məktəbliyə maraqlı gəlmirsə, şagirdin tələbatını ödəmirsə bunlar yığışdırılmamalıdırmı?. Uşaqlar artıq “xorttan”-dan qorxmurlarsa, onda uşqlar niyə güclə və qorxa-qorxa yatızdırılır. Uşaqlarımız qorxa-qorxa yatızdırılır, elə qorxa-qorxa böyüdülür. XI əsrdə deyilik axı biz, bu sivilizasiyada ilişib qalaq. Artıq  qılınc, müharibə hər şeyi  həll edə bilmir. Bilik daha da öz üstünlüyünü artırıb. Masaya öz yumruğunu birdəfəlik vurub ki, mən varam. Biz nə üçün öz yumruğumuzu vurmayaq masaya?. Artıq xı əsr deyil. Car çəkək millətimizə.

Bu gün xı əsr sivilizasiyaında yatıb qalan və hələ də həmin ab-havadan çıxmaq istəməyənlər, xxı əsr insanına , onun düşüncəsinə, mədəniyyətinə və mədəni niyyətinə gülürsə. Demək deyilki, xxı əsr insanı gülməlidir.Əksinə həmin insanların özləri gülməli durumdadırlar.Gün gələcək bəlkə bizə də güləcəklər. Ona görə biz bu zaman da ilişib qalmırıq, gələcəyi də fikirləşirik.

Dilimizə söz düşüb dəyərlər. Halal olsun dəyərlərimizə. Amma hansı dəyərlərə. Biz dəyər deyəndə nələri başa düşürük?. Dəyər mənim üçün yaxşı olan , mənim ruhumu oxşayan və mənim tələbatımı ödəyən fəlsəfi kateqoriyadır. Əlinin, Vəlinin, Pirvəlinin hər hansı bir nəsnə tələbatını oxşayırsa, əvəzində mənim, sənin, onun tələbatına cavab vermirsə bu mənim və yaxud da sənin dəyərindirmi?. Aha söhbət milli-mənəvi dəyərlərdən gedir. Bəs hansı milli-mənəvi dəyərlərdən. Qərar verək. Əski türkünmü?, farsınmı?, yunanınmı?, ərəbinmi?. Hansı dəyərlər bizim milli-mənəvi dərlərimizdir. Axı sadalananlardan hər biri elə bizim milli-mənəvi dəyərlərimiz kimi təqdim olunur. Deməli birinci olaraq , saxta dəyərlərdən qurtulmalıyıq.

Hətta cansız varlıqların, texnologiyaların da belə beyninin refreş olunduğu, təzələndiyi, yeniləndiyi  zamanda insanlarımız beyinlərini yeniləmək istəmirlər. Əski dünyagörüşü, əski ideologiya hələ də təfəkkürlərindən silinməyib. Yeni dünya düzeyini qəbul etmək istəmirlər. Amma anlamırlar ki, insana dəyər xı əsrdə verilmirdi, insan hüquqları xı əsrdə qorunmurdu, insan xı əsrdə insan kimi qiymətləndirilmirdi. Müasirliyi, inteqrasiyanı, mədəniyyətin və mədəni niyyətlərin sürətli inkişafı xı əsrdə yox idi və indiki səviyə də deyildi. Nə mutlu yenilənsin düşüncə tərzi deyənlərə. Nə mutlu xı əsr təfəkküründə ilişib qalmayan beyinlərə, nə mutlu xxı əsr insanına. O insana ki, insani dəyərləri , insanı hər şeydən uca tutur.Nə mutlu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.