Yaşamaq- “ALLAH”a  sədaqətdir…

“ ALLAH” insanı gil torpaqdan yaratdı və ona nəfəs verdi, yaşam bəxş etdi. Ən mükəmməl duyğularla,  ağılla mükafatlandırdı.İnsanların yaşaması üçün istənilən şəraiti formalaşdırdı. Və dünyanı ikiləşdirdi. İnsanların qarşında şərt qoyuldu. Sən bu yaşadığın dünyada xeyir işlər görsən axirət dünyasında,əsl dünyada mükafatlanacaqsan, yəni cənnətə göndəriləcəksən. Yox əgər ruhun cismində dövr etdiyi zamanda sən savab iş görməyib, şər işlərlə məşğul olsan  cəhənnəmə vasil olacaqsan. Dolayısı ilə insan ən gözəl duyğu yaşam duyğusunu dadır. Amma yenədə böyük bir dilemma qarşısında qalır. Seçim isə bizim öz əlimizdədir.Təbii ki, müəyyən dövrlərdə insan öz nəfsinə məğlub olaraq, onun əsarətinə çevrilib və beləliklə də insan törətdiyi qeyri-normal işlərin fərqinə varmayıb. “ALLAH” isə istər bu insanları cəzlandırmaq, istərsədə dünydakı işləri qaydaya salmaq,insanları düzgün yola çəkmək üçün öz rəsullarını, elçilərini göndərib (Mən bunu “MARDUK”a bənzədirəm). Biz onlara “peyğəmbər” deyirik. Rəsullar allahın bizə sözlərini çatdırıblar. Və üç böyük dini yaradıblar. “Yəhudi”, “Xristian” və “İslam” dini. Bu dinlər səmavi dinlərdir. Ona görə ki, səmavi kitaba sahibdirlər. Dolayısıyla “Tövrat”, “İncil” və “ Qurani-Kərim”. Yenə də müəyyən şərtlər qarşısında qalırıq. Bu kitabları oxumalı və əməl etməliyik. Bu bizim allaha sədaqətimizdir.

Sadəcə məni bir sual düşündürür. Bizim qarşımıza niyə həmişə şərtlər qoyulur və biz dilemmalar qarşısında qalırıq?

Qeyd: Marduku bəzən Nibiru, əksər hallarda isə Sar adlandırırlar.  . «Sar» sözü həm də özlüyündə «3600» rəqəminin ifadəsidir və böyük, qapanmış dairə kimi təsvir edilir. Bu mənada Sar həm də tam başa çatmış dövr mənasını verir.Belə ki bu adlı planet müəyyən bir  dövrlərdə yerə enir və burada qayda qanun yaradır. Bu zaman dünya tamami ilə məhv olur və yenidən yaradılır. Hətta dünyanın sonunun gəlməsinin “ MARDUK” ilə bağlayanlar da var. Çünki hesablamalara görə növbəti yerə eniş məhz 2012-ci ilə təsadüf edir. Onu da qeyd edim ki, bu mədəniyyət Şumerlərə aiddir.

Yaşamaq-Sevməkdir…

İnsan  nə qədər ki yaşayır, bir o qədər də sevəcək. Vətənini sevəcək, həyatını sevəcək, ailəsini sevəcək, dostunu,qardaşını, allahını sevəcək. Bu sevgi onu ən gözəl insan edəcək. Və seviləcək. Sevdiyi tərəfindən seviləcək. Dünyada hər şey qarşılıqlı olararq tənzimlənib. Mən səni sevirəmsə sən də məni sevməlisən, mən sənə nifrət edirəmsə , sən də mənə nifrət etməlisən, mən səni alqışlasam, sən də məni alqışlamalısan.

Qardaşım sən məni sevirsənsə, mən səni sevmək məcburiyətindəmiyyəm?. Sənin məndən xoşun gəlirsə, mənim də səndən mi xoşum gəlməlidir?. Sən məni qardaş adlandırırsansa məndə mi səni qardaş adlandırmalıyam?. Əcəb işdir.

Bu sistem əslində heçdə düzgün deyil. Çünki biz artıq etdiklərimizin  qarşılığını gözləyirik. Qardaşım Vətənini sevirsən ki, orada yaşayırsan? , allahını sevirsən ki,səni yaradıb? , dostunu sevirsən ki, lazım olanda sənə beş-on manat pul verir?. Bu əsl sevgi fəlsəfəsidir yoxsa “ Vijdanıma and olsun qarşılığı olmasa sevmərəm” fəlsəfəsi?

Yaşamaq- Ölümü gözləməkdir…

Sokrat demişkən “bütün insanlar ölümə məhkumdurlar”.  Bərabərlik anlayışı deyilən bir şey varsa, bəlkədə, o məhz hər bir insanın ölümə məhkum olmağındadır.Amma burada da bərabərlik pozulmaqdadır. Misal olaraq tabutun taxtası hansı taxtadan olmalıdır, kəfənin parçası hansı parçadan olmalıdır, məzarlıq harada yerləşməlidir, istiqamət hansı tərəfdə olmalıdır, yas mərasimində  kimlər olmalıdır, hansı məmulatlar olmalıdır. Əgər ölü sözün əsl mənasında “TUZ” dursa tabutun taxtası ən bahalı, kəfənin parçsı avropa standartlarına uyğun və xarici ölkədə, məşhur modelyerlər tərəfindən hazırlanmalı, məzarlıq ən hündür yerlərdən birində və ən gözəl mənzərəli yerlərdən birində olmalı , yas mərasimi toydan daha üstün olmalı, ən bahalı və məşhur mollalar gəlməli, süfrədə milli təamlarla yanaşı avropa təamları da olamlıdır. Bu şərtdir. Yoxsa ölünün gözü burada qalar. Sonrada deyirlər ki, kəfənin cibi yoxdur. Belə görünür ki, sivilizasiyada əslində heç nə dəyişməyib. Dəyişən sadəcə bunun formalarıdır.

Ölüm sözü məndə istər-istəməz müəyyən suallar doğurur. Biz ölümü niyə gözləyirik və niyə gözləməliyik?. İkincisi ölümdən niyə qorxuruq və niyə də qorxmalıyıq?. Türkiyə türkcesinden istifadə edərək fikrimi belə ifadə edtmək istəyirəm. “ Abicim bu ne yaaaa…” Mən niyə qorxa-qorxa yaşamalıyam ki, bəs mən öləcəm. Birdən bunu etsəm belə olar, elə etsəm elə. Bu necə fəlsəfədir anlamıram. Ölüm fəlsəfəsi böyük fəlsəfədir və heçdə ölümdən qorxmağa ehtiyac yoxdur. Əgər öləcəyimizi düşünərək yaşasaq bu yaşamaq yox sürünmək olacaq. İkinci bir məqam biz niyə qorxmalıyıq. Əvvəl-axır gələcək və sən cismən öləcəksən. Niyə qorxmalısan?. Bu həyat sənin , yaşam sənin və ölümdə sənindir.Əlbəttə sənin yerinə başqa bir ölməyəcək ki.. Ölüm sənindirsə niyə qorxursan. Yenə Türkiyə türkcəsinin ləhcəsindən istifadə edərək sonluğu vermək istiyirəm.”Bu ne arkedeş anlamıyom qari”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.