20 yaşım var. Adımı heç özümdə bilmirəm. Hərə bir şey deyir. Ayka, Fatya, Gülka daha nələr nələr. Əsl adım başqadır. Doğrusu yadımdan çıxıb. Bir az da uzundu. Patron dedi ki, sənin kimilərinin uzun adı olar heç?!. Razı oldum. Başqa çarəm yoxuydu..
Patron?…
Ha ha ha… Siz elə bilirsiniz ki, biz kefimizdən bunu edirik. Siz axmaqlar… Bilmirsiniz ki, bu işlərin arxasında kimlər kimlər var. Adlarını eşitsəniz dəli olarsınız. Məndə desəm sabahı görmərəm.
Yəqin ki, səndə eyni sualı verəcəksən. Necə oldu bu yola düşüdün?.
Bilirəm hamı soruşur. Birinci sizə nə?!. Cəmiyyəti , insanları, insanlığı bu qədərmi düşünürsünüz?!. Yox, canım əslində siz özünüz istəyirsiniz fahişələrin olmağını. Əsasda kişilər. Arada qadınlar da olur.
Qadınlar?…Onlar niyə?
Mənim başıma yox başqa bir “padruqamın” başına gəlib. Həmişəki kimi “müştəri” gözləyirmiş. Birdən hardasa orta yaşlı bir qadın gəlib, çantasında çoxlu pul çıxardıb , verib ona. Sonra da adres. Sən demə ərindən boşanmaq istəyirmiş. Bir bahanə lazım olub və bunu seçib. İndi fahişə kimdi deyə bilərsən?. Padruqamı?. O qadınmı yoxsa ərimi?.
Günah deyilmi?…
Günah?!. Hansıdı günah. Mənim fahişəliyim ya kişilərin mənimlə olması?. Arvadını axşam tək yataqda qoyub mənim yanımda olan və sonra gedib arvadı ilə bir yatağa girməsimi hətta arvadını zorlamasımı? Qeyrətdən danışmasımı… Yada yoldan keçən qızlara baxıb yanındakılara onlar “bizim bacımızdı”- deyib ürəyində “qudurmuş cavanar” olmasımı?. Nədir günah mənim mənim bədənimi satmağım yoxsa həyatın, ata-anamın məni satmağı?. Səncə hansıdı?
Kişilər ölürlər bizdən ötrü. Adımız pisdi. Yoxsa cəmiyyətdə böyük hörmətimiz var(gülə-gülə). Dövlətin başında kimlər durur?
Siyasətçilər…(təəccüb)
Bax, onlar da mənimlə, bizimlə yatmaq arzusundadırlar.
Niyə çıxmırsan bu bataqlıqdan?
Alassan məni…(istehzalı gülüşlə)
Necə ki?
Deyək ki, çıxdım. Namusun, şərəfimlə yaşadım. Bəs, siz şərəfinizlə yaşayacaqsınızmı?. Siz eləcə danışırsınız. Mənə yenə əvvəki kimi baxacaqsınız. Küçədən keçəndə kişilərin , hələ də cavan oğlanların çənəsi aşağı sallanacaq, qadınlar əllərini açıb Allahdan qarğış yağdırcaqlar.
Həmişə deyirsiniz ki , buraxaq bu işi. Bəs buraxsaq bizə iş verəcəksiniz. Bəlkədə verərlər. Katibə olaram uzaqbaşı. Partronun otağına girəndə ac iştahası qabarar. Maaşımı qaldırırb edər. Sonra da bir ev tutar və saxlayar. Bu da yaxşıdı. (gülür)
Deyəsən məmnunsan işindən…
Çörək puludu. Bax, mən işləyib pulumu qazanıram. Günah məndədi?…Məncə yox. Kimisə məcbur etmirəm ki, mənim yanıma gəlsin. Əli, Vəli, Pirvəli gəlirsə bundan mənə nə!. Mən yetim haqqı yemirəm, adam öldürmürəm, “nəyşə” satmıram ki. Bunu edənlər hamısı aristokrat olur, hörmətli, alicənab, ziylı olur bəs…
Ailə dağıdırsan axı…
Niyə?!. Ərlərinin yanıma gəldiyi üçünmü?. Onsuzda o ailə dağılıb. Əgər kişisi mənim yanıma gəlirsə. 1-0 mən qalibəm. Başa düşmürsünüz eeeee..( əsəbi şəkildə). Özünüzü bizim yerimizə qoyun. Qoya bilmirsiniz. Biz istəmirikmi ki sizin kimi yaşayaq. Biz istəmirik ki yoldan keçəndə başı yuxarı keçək. Çox qeyrətli kimi bizə söz atanlar var. Dönüb bir şey deyə bilmirsən. çünki, alnınınortrasın fahişə damğası vurulub.
Utanırsan.
Heç kimdən. Hətta Allahdan belə. İnsanlar məndən utansın. Məni onlar yaradıb. Yaratdıqlarından utansınlar. Bəli, Tanrıdan utanmıram. Utanmıram ,çünki, Allahın yanına çılpaq gedəcəm. Çılpaq ruhumla görüşəcək Allah. Bədənim çirklidir. Ruhumsa tər-təmiz.
Bəs tale…İnırsan?.
Yox. Həm heç nəyə və heç kimə inanmıram. Tale olsaydı Tanrının əli olardı. Onda fahişəliyimin günahkarı o olardı. Çılpaq ruhumu kirlədərdim ki, günahkarla çirkli ruhum görüşsun. Amma, tale yoxdu. Inanmıram. Heç Şeytan da yoxdu. Şeytan sənsən, şeytan mənəm, şeytan bizik.
Hər kəs bizə fahişə deyir.
Ən böyük fahişə isə elə həyatın özüdür.
Kişilər mənimlə yatmaq üçün ailəsinin, uşağının pulunu verir. Bəlkədə son pulu, çörək puludu ya da uşağının həsrətlə istədiyi oyuncaq pulu. O kişi ki ailəsini , uşağını yox məni seçir, deməli, əsl fahişə elə onun özüdür.