Hər gün bir sonla qarşılaşırsan. Açlan bir səhər bir sondur. Sevginin sonu, dostluğun sonu yada ki, kiminsə sonu. Sonlar sənin sonunu gətirir. Gecə yuxuya dalanda səhər oyanacağına sübhə edirsən. Günəşin doğmasını, parlaq süalarının üzünə vurmasını, sənə yaxın olanları, sevdiyini, ailəni görməyəcəksən sanki. Sarılmaq istəyirsən onlara. Amma artıq gecdi. Yuxudasan. Səhər açılır. Özünü Ərafda hiss edirsən. Və bir neçə dəqiqə sonra… Günəşin süaları oyadır səni. Qapı döyülür. Sevdiyin “dur”-deyir,”qalx” -deyir. Onu görürsən. Hələ də sağsan yaşayırsan. Sevinirsən. Qəribə düşüncələr gəlir yenə beyninə. Qurd eşələnir  sanki.  ”Bəs o?. O olmasa. Bir gün səhər onu görməsəm. Sonum bu sondan yaxşı deyilmi?”.

Xəyanətlə qarşılaşırsan. Onunda sonunun gəlməyini istəyirsən. Gözlərinə baxmaq, sillə vurmaq istəyirsən. Ayılsın deyə, senə verdiyi əzabı görsün deyə. Edə bilmirsən. Sevirsən. Əlin gəlmir ona vurmağa. Yenə sevmək, əvvəki kimi olmağını arzulayırsan. Qoy o, sənə xəyanət etsin, aldatsın. Qoy sevsin başqasını. Səninlə oynasın. Amma sən saatlarda danışmadan sakitcə ona baxmaq istəyirsən. Gözlərinə baxmaq istəyirsən. Gözlərində xəyanəti görsən belə. Sənin gözlərindəsə parlaq sevgi göstəricisi. Axsam bu gözlərdən yaş axır. Yağış kimi, sel kimi. Onun yanındasa üzün gülür. Bildirmək  istəmirsən ona göz yaşlarını. Güldürmək gəlir içindən. Klounu olmaq istəyirsən. Yetər ki, gülsün. O, güləndə axı sən sənlikdən çıxırsan. Göylərə ucalır və elə oradaca qalım deyirsən. Bircə son olmasın. Bu son sənin sonundur cünki. Yaşaya bilməzsən. Bağlanmısan ayrılmaz tellərlə.

Bilmirsən əslində sevgi nədi. Dilinin ucundadı. Dadlıdı, şirindi. Xoşuna gəlir. Bəzəndə acı. Yada ki, turş. Amma bu acının sirin olması üçün gözləyirsən. Qürurunu da sındırırsan. O sənlə olsun deyə. Ətrafdakıları görmürsən, dostlarını, ailəni görmürsən. Tək o. Bax, təkcə ona inanırsan. Qoruyursan. Dostlarından. Hətta ailəndən belə. Sənə elə gəlir ki, ayıracaqlar sizi. Sonunuzu gətirəcəklər. Bu sondan qoruyursan onu. Bu sondan qorxursan.

İcitməkdən qaçırsan, qəlbini qırmaqdan qaçırsan. Gedər deyə “SON” deyər deyə. Bu son  bir yada iki saatlıq filimin sonu deyil ki, bitsin və yeni bir filim başlasın. Bu son bir günlük sevgi belə olsa. Ömürlük son olar. Sənin onunla olduğun bir gün bir ildən belə qiymətlidir. Bu sonu ona görə istəmirsən ki, onu unudasan, onu və sevginizi dəyərsizləşdirəsən. Son bir başlanğıcdır. Başlanğınc isə bir son. Sən isə xəyalında başlanğıc və sonu özün üçün qurursan. Sevgiyə başlanğıc. Subaylığa son və evliyiyə başlanğıc. Həyata son və onunla birgə o dünyada başlanğıc…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.