Məktəbdə şeir əzbərlədərdilər. Hər gün beş və ya altı dərs olardı. Oynamağa zaman qalmazdı. Dərsləri yaz, dərsləri oxu. Tez yat.
Həyata atılmaq, həyatı anlmaq imkanı olmazdı…
Qayadalar əzbərlədilərdi, ən dəhşətlisi şeirlər əzbərlədilərdi…
“Nizamilər, Füzulilər” dediyimiz… Kəlam və İrfan dediyimizi əzbərləmək…
İki-üç səhifə şeir verərdilər. Kim yazıb?, nə yazıb?, nədən yazıb?..
Əhəmiyyətli deyildi.
Nə öyrətməyən öyrətmənə, nə də dizin dibində yatmayan şagirdinə…
Əzbərlə qiymətini al, gündəliyinə yağlı-yuğlu 5 yazdır, apar evinə, göstər ailənə, qiymət pulunu al…
Keçmiş zamanda danışmaq, keçmiş zamanda yazmaq istəyirəm. Hələ də belə olmasını düşünmək adamın lap qəlbini sızladır…
Ənənəvi təhsil sistemimiz mədrəsədir. Mədrəsədə də əzbərlədirdilər…
Amma kim və nə üçün…
Kimi və nəyi…
Ənənəvi mədrəsə indiki universitet rolunu oynayırdı… Açığı indikindən daha yaxşı. İlk qapı, şəriət buradan başlayırdı….
Oxumaq mədrəsədən, bilmək təriqətdən…
Oxunan yaşanmasaydı, anlaşılmazdı…
“Peyğəmbər yaşayan Quran” idi, çünki yaşayırdı…
Kitabı ilə yaşayırdı…
Kəlamı, Hikməti, İrfanı…
Onu….
Ənənəvi mədrəsələrdə riyaziyyat, həndəsə, astronomiya, tibb, məntiq öyrədilərdi. Bir düşüncə formalaşdırılardı. İndiki Qərbimiz Şərqə gələrdi…
İndi biz Qərbimizə gedirik oxumağa.
Oxumağa kitabımız var…
Onu oxumadığımız üçü mədrəslərdən uzaq düşdük, Qərbə düşdük…
Qərib düşdük.
İndi mədrəsə demək Hafiz deməkdir.
Hafizlər…
Sadəcə “lər”.
Uşaq vaxtı mədrəsəyə sıxışdırılanlar…
Kitabı tanımadan,
İnsanı tanımadan,
Kəlamı tanımadan,
Eşqi tanımadan,
hərfləri tanıdırlar.
Bağışlayın, daha doğrusu gözə soxurlar. Gözə soxulan gözdə qalar. Gözdə qalan sözdə qalar sadəcə. Qəlbin dərinliyinə enməz.
Hərf- ərəb dilidir.
Bir dildir… Bir insandır… Hər biri bir insan görtüsüdür… Əlif kimi… Vav kimi…
Gördün, bitdi.
Yaxınlaşıb, salamlaşıb, qucaqlaşıb tanımaq gərək. Toxunmaq gərək eşqlə insana.
Yaradılana toxunmaq. Yaradana toxunmaq, Yaradanı tanımaq…
Hərflərdən sonra dilin özü başlar, yəni salamlaşma…
Onlar salamlaşmazlar. Kitab açılar, oxu deyilər.
Soruşulmaz ki, Nəyi?
Oxuyar…
Sual arayışdır. Axtarışdır. Yoldur, yəni din.
“İhdinə”…
Yolun özü müqəddəsdir deyən mədəniyyət deyilmiyik?…
Yoxsa mənmi özümdən bu qədər ülviləşdirirəm…
Əzbərlədilir, əzbərləyir.
Halbuki, əzbərlə deyilməmişdi.
Oxu…
Ərəb dilində enən kitab Azərbaycan qafasıyla əzbərlənir…
Dili bilmədən əzbərləmək… Oxuduğunun nə dediyini bilmədən.
Vallahi, içimdəki sözlərin dilimə, dilimdən əlimə gəlməməsi üçün çalışaram, sıxıram. Amma bacarmıram…
Allanın nə dediyini,
Eşqin nə dediyini,
bilmədən bir robot kaset kimi təkrarlamaq. Əzanı, Məkkə imamının səsiylə “youtube”dan yükləyib, bilgisayarları ilə oxutdurduqları kimi…
Bağışlayın, qardaşlar mənim bildiyim belə deyildi. Yoxsa mən yanılıram. Yanılmaq istərdim.
Yox, istəməzdim.
Kəlamın,
Təsəvvüfün,
çıxıdğı kitabın belə əzbərlənib təkrarlanmasını istəməzdim.
Kəlam insandır, Təsəvvüf insandır.
Quran İnsan üçün göndərilmədimi?
Peyğəmbər insan üçün göndərilmədimi?
İnsan insan üçün göndərilmədimi?..
İnsanın tərkrarı olarmı heç…
Kədərlənirsən, incinirsən, əsəbləşirsən… Qıraqdan biriləri “budurmu sizin hikmət, budurmu?” dediyi zaman halımız yamandı.
Amandı…
Olmazmı?…
Olmazmı, əvvəla insan tanıdıla, sonra ərəb dili öyrədilə.
Dili öyrədilə ki, bilə oxuduğunu…
Ərəb dilli olsun. Dodaqlarından çıxan sözün fərqinə varsın.
Olmazmı?…
Olmazmı ki, kəlam anladılsın…
Anlasın.
Dodaqlardan çıxan söz, qəlbdən çıxsın. Qəlbdən çıxan söz eşqlə çıxsın, eşq.
Hafiz olmaq Quranı əzbər bilməkdir.
Əzbər bilmək, “bilmək” yox.
Quran “quran”dır…
Quran qurduğunu əzbər davam etdirməz…
Əzbər anında reaksiyadır.
2×2-nin cavabının 4 etdiyini əzbərlədiyimiz üçün sual verilən kimi düşünmədən, söz qulaqdan beyinə çatanda beyin cavab siqnalını ötürür. Sən heç fərqində olmursan nə olub-bitir.
Ruhun isitrahətdə beynin və dodaqların fəaliyyətdə…
Hafiz dolu Azərbaycan boşdu…
Hafiz “boş”luğu….
Qəlbi yana-yana, sızlaya-sızlaya Allahın sözünü deyən, yaradanın sözünü ötürən, bölüşən hafizlərin boşluğu…
Hər Onun sözünü deyəndə ruhu titrəyən hafizlərin boşluğu…
Haqqını vermək gərək.
Var… Varlığından xəbərdar olan, dili bilən, dilini bilən, dilin dilində danışan, qavrayan, anlayan, üzündə təbəssümü qəlbinin dərinliyində dərdini çəkən, eşqlə dairəsini çizən hafizlər…
Hafizlər əzbərçi deyil, sözün öz mənasında “hafiz”lərdir.
Şair…
Şeiri bilmədən, tanımadan kəlam anlaşılmaz. Aşılmaz.
Söz şeirdir.
Söz özdür.
Bizim mədəniyyət sözün özünün mədəniyyətidir.
Bu mədəniyyətin fərqində olanlar, yaşayanlar qoruyacaqlar…
Burdakı çoxluq azlıqdır.
Azdır.
Var olsunlar.
Çox olsunlar.
Hikmət onlarla dönsün. Özə dönsün.
Amin!