Yay tətillərində kəndə gedirdik. Üç ayda şəhərdən uzaq, yalandan, saxta görüntüdən uzaq, insanlığın mahiyyətinə uyğun kənddə yaşamaq. Yaşamaq sənin əlində. Əlinə qüvvət verməli, işləməlisən ki, yeyə biləsən. Haqqını verəsən.

Zaman keçdikcə, daha doğrusu “böyüdükcə” üç ay bir ay, bir ay, 1 həftə oldu. Və 1 həftə yerini günlərə verdi. Verdik getdi özümü qurban.

kənddə hər kəs sənə qurban…

şəhərdə sən hər kəsə qurban…

Universitetin ikinci kursu. İslamla yenicə barışmışdım. Aramız yaxşı idi, yola gedə bilirdik. Bizim oralar o qədər də dindar deyil. Yəni gündə beş dəfə namaz qılsın, oruc tutsun, sünnəyə əməl etsin. Çox da əməl yoxdur.

 

Olduğu kimi…

Kəndə günorta çatdım, hər kəsin bildiyi qohum-əqrəba qarşılamağı, söhbətləşməyi, dərdləşməyi.

Mən babamla bir otaqda yatacaqdım.

Səhər yuxdudan gec oyandım. Sabah namazı yox. Baxdım ki, kişinin yeri boşdu. Ərinə-ərinə aşağı düşdüm. Şükr yox.

Ağsaqqal bağdan  gəlir, əlində yerdən yığdığı hər meyvədən bir neçəsi… Yol boyu danışır. Çatanda da bibi və əmi uşaqlarına “geyindirir”.

Babamın namazı yox, orucu yox, zəkat vermir, həccə getmiyib və istəmir.

Kişiyə yuxarıdan aşağı baxıram, “nə işi var camaatla” içimdə vurnuxuram.

 

Gün keçir, axşam yaxınlaşır. Kişi yatmağa qalxır. Yuxarıdan səs gəlir. Aşağıda seriala baxırıq.

Aşağıda “kişi yenə başdadı da” deyə…

Yuxarı qalxıram…

Yuxu gəlmir, çox yatmışam.

Sakitlik pozulur, babam başlayır.

Duaya…

Şükrə…

İçdən, təbii…

Özümdə, kişi nə deyir görəsən. Allah baba nədir? O kişi deyil axı?!

Belə dualar olar heç?!.

 

Yatdım, səhər qalxdım bir təhər sühbhə. Kişi tezdən oyanmış.

Yenə dua və şükr.

Elə dua edir, elə dua edir ki…

Səhərin açıldığına şükr. Səhərə şükr edən babam və bir təhər tələsən sübhü qılım tez keçməsin vaxtı sonra yatım deyən mən…

İçindən bildiyi kimi, inandığı kimi dua edən babam və ya Hu bu dualar, bu sözlər doğrudurmu, olmaz, günah, güah deyən  mən.

 

Sühbdən sora yatdım, qalxdıqda kişi yenə yerində yox. Aşağı düşdüm. Səsi bağdan gəlirdi.

Ağaclarla danışır, torpaqla danışır, təbiətlə danışır.

Ağacın dibini təmizləyir, yerə düşmüz yaxşı meyvəni götürür, çürüyü  başqa bir yerə.

Yenə başlayır dua və şükr. Öz bildiyi kimi…

 

Hər səhər tezdən  bağa düşür, bağı gəzir, salamlaşır, hal-əhval tutur.

Dua…və şükr…

 

Yerdəki müyvələri götürüb yığmadıqları üçün əmimgili danlayır.

İsraf,

Yeri, torpağı sulamadıqları üçün əmimgili danlayır.

Ziyan-İsraf,

Torpağı əkmədikləri üçün əmimgili danlayır.

Haqq,

 

Sonra yola çıxır, yolun qırağında bir yerdə oturur. Gələn-gedənlə dərdləşir, söhbətləşir, hallaşır, halallaşır. Bizcə, “kişi imkan vermir camaat rahat nəfəs alsın.”

Babam, hər kəsi tanıyır kənddə. Hal-əhval tutur. Mən heç kimi. Qohumlarımı da. Görəndə də yalandan tanıyırmışamış kimi. Xala xətri qalması. Kəndə gedəndə gedə bilmirəm heç birinə.

Qohumları ziyarət et, dərdləş…

Babam hər gün…

 

Mən, oxumaq, mədəniyyət, intellektuallıq, şəhərləşmə, inkişaf falanca, filanca…

Babam, sonra…. nə oldu, Allah sənə verən ömrünü oxu-oxu, bəs özünə nə vaxt vaxt ayıracaqsan? Heç başqalarını demirəm. Hamı elə dediyin oxumuşlardan olsun bəs bura ? bura necə?… Bacarırsız gəlin burda yaşayın. Təbiəti müdafiə edirsən. Sən hələ gəl bir il qal, sorna get. Şəhərdə nə var eee, ağzınız isti yerdə.

 

Zikr yox, məndə. Yaddan çıxıb. Namazı zornan qıla bilirəm, az qala unudam. Alışa bilmirəm axı hələ də ab-havaya.

Babam, başalayır.

Yarım saat dua, şükr və zikr.

 

Hər gün, eyniylə.

Babamın, bir ayağı yox, bir neçə əl və ayaq barmaqları da yox. Bədənində də qəlpələr.

Qəlbindəysə bir qram narazılıq yox,

Mən, hər kiçin şeydə “Axı qədərim niyə belə olmalı?”, “Allah niyə belə edir?”…

 

Yağış yağır, mən tələsirəm. İşim var.

Mən, haydaaaa yağış da vaxt tapdı daaa yağmağa. İşimiz gücümüz var.

Babam, ya Haqq Allah deyə başaldı…

Dua və şükr…

Yerinə-yurduna yağır. Bir bildiyi var. Allahın işinə qarışmaq olmaz a bala.

 

Babamın dindarlığı, dua və şükr.

Mənim dindarlığım, ………………

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.