Depressiya səbəblərimiz təbiətdən uzaqlaşmağımız. Mənimizi təbiətdə əritməkdənsə təbiəti mənimizdə əritdik. Təbiətə qarşı müharibələri qazandıq.
Xoşbaxtıq.

Psixoloji pozuntuları və depressiynın müalicəsi təbiətdə gəzinti, balıq tutmaq, yer əkmək, çiçk yetişdirmək.
—“Şahsiyyet” serialında alzheimer xəstəliyə tutlan Agah bəyə həkim çiçəklərlə məşğul olmağı tövsiyə edir. —
Yaddaşın bərpası və ya tamami ilə itməməsi üçün təbitə dön deyir… Doktor deyir ki, ancaq çiçəklər sənə dərmandır…
Təbiətə dönüş – Özə dönüş – Yaddaşın bərpası.

Böyük stadionlar tikib 22 nəfərin oynaşmağını izləyirik. 80 min -100 min baxan. 1 taxan 100 minin paralarınını sevdicəynin yavasına taxır. Yer yaşıl 22 nəfər qaçır. Paralar saçır ətarfa insan.
Sonra gedib paylaşır… humanizm-insanizm-təbiətizm-heyvanizm.

Küçədə uşaqlar corablardan, içilib atılmış butulkalarla yalın ayaq oynayırdılar futbolu. Gözləri sevinc, gülüş dolu…
Sonra biriləri çıxır. Çıxmışlar bir bina tikir o parkda, bağda hündür binlar tikirlƏR, minlərcə insan soxuşdururlar. Soxurlar savaş-vuruş…
Təbiətdə təbii.

Bir motivsiya adamı çıxardırlar kürsününün başına. Bizə əzib-büzməyi-büzüşdürməyi öyrədir. Deyir, nə edirsiniz edin yetər ki, yüksəlin. Varlanın, hallanın. Pillənin ən üstünə çıxın.
Sən bacararsan, sən güclüsən, sən zorsan…
Zorluya-zorluya səni salırlar pilləkana. Hər pilləsi insan olan pilləkan. Başındakı deyir ki, bas ayağının alındakı başlara. Aldanma başlara daşla getsin arxaya. O arxaya sən qabağa.
Xoca motivasiya edə-edə sən yerində, o evində pul sayır.
Hayır.
Hayır yoxdu bu işdə…

Binada yüzlərlə insan və nəfəs
Nəfəslər yığışıb qala-qala.
Bitki yox, çiçək yox, ağac yox… Sadəcə şəkillər divardan asılıb.
Divarlardan asılan çiçək, qızların saçlarına taxılan ləçək, geyimlərində böçəklər.
Binada aşağıda bir ağac. Yaşamır, öldürüblər. Süsləmə.

— Zeytun Ağacı ( El Olivo) filmində üç nəsil gənc, orta və yaşlı. Gənc üsyan, orta – ? , yaşlı nostalgiya. Gənc qız. Qadın.

Filmin rejissoru da qadın. Icíar Bollaín. Qadın=toraq, təbiət, doğuran, yoğuran.

Ata atasından qalan zeytunu satır, baba xatirə üçün satmaq istəmir, qız-nəvə sevgi dolu, razı olmur. Ata satır. Atır böyük şirkətin balaca bir yerinə, daşların üstünə.—-

Sus, pöfləmə.

Bazara getmək yasaqdır.
Yeni yasa: hər kəs super-muper-puper marketlərdən alsın.
Almayan dərxal xəbs edilsin. Asılsın.
Bravo, bazar əldən getdi.
Bazarda hər kəs özü əkdiyini, səpdiyini, bağından satardı, zaman keçdi onları al-verçilər əzəvlədi. Əzdi. Sonra onları da əzən peyda oldu.
Şeyda bülübülümüz hər şeyi bir yerə yığıdı. Bir tığın.
Əvvəl bazara gedəndə tanıyardın, bilərdin kimdən alırsan, nəmənə şey alırsan. Dərdləşərdin, söhbətləşərdin. Paran olmayanda sən ondan alardın. Axşamda o, gəlib səndən başqa bir şey alardı. Qonşun idi çünki. Yanındaydı, yaxınındaydı. Yaxının idi. Axıb gedirdi dərdlər, kədərlər.
Bazar təbiətin yığıcılarının. Təbiətlə yol gedənlərin, yola gedənlərin, dolanıb gedənlərin idi.
Bazar təbiətdən idi.
“Alma” hava təmizləyir, lazım gələndə çirkləndirir.
Super-muper-puper marketlərdə isə bağlı. Bağlayıblar təbiəti zəncirlə, qapının ağzına. İnsalardan başqasına giriş qadağandır. Heç kim bir birini tanımır. Satıcı alıcını qalsın, satdığını tanımır.
Üzü turşu. Müştəri-müdür gələdə saxta təbəssüm. Gedəndə zəhər arxasınca. Axdı getdi
Sonra o zəhər satdığınaa keçir.
Nəfs keçir “alma”ya. Nəfəsini hiss edəm “alma” canını itirir.
Alma ya…

Evlərimizi də elə yap tığ.
Yapa-yapa evlərimizi təbitə üsyan dərcəsinə tik-dik.
Dik durduq təbiətə qarşı. Təbiətin içindən çıxıb təbiti bəyənməz olduq. Olduq dedik.
Həyətlərimizi betonladıq, kafellədik.
Kafelədik şəhərin hər yanını…
Həyətimzin üsünü örtdük. Günəş düşməsin, yağış yağmasın. Sonra o boş yeri başqalarına satdıq. Atdıq, Qazadıq. nəfəs alamağa yer qalmadı.
Parkalarımız mərmər. Mər-mər mələyirik.
Telefonlarda alo – alo –alooo… Alolaşdıq. Lomlaşdıq.
Qurd manqurt,
Çöl iç oldu.
İç isə yox.

Gedib qohumları, dostları, tanışları görmək əvəzinə əqrabanı saatın əqrəblərinə döndəribn\ randevulaşdıq. Skayplaşdıq, vatsaplaşdıq.
Ona get-Onu gör-Ona toxun-Onu hiss et,
Məkan dəyiş-torpaq dəyiş.
Dəyiş və dönüş
Bektaşi evləri xalçlarla bəzədilir. Təbiət evdə canlı. Aslan və ceyran.
Mübarizənin və sülh,
İşığın və qaranlıq.
Təbiət bir yerdə həqiqətin dərkinə yönəlir.
Nağılda, hekayədə, təmsillərdə təbiət var.
Nağıldan uzaqlaşdıq. Ağılla nağıla güldük.
Nağılına gülən ağlına gülər.
Nağılı yaradan ata ağlıdır.
Nağıl yaddaşdır. Yad nağılı yadın yaddaşı. Hərənin öz nağılı-öz ağlı.
Mif –Elm
Mif elmin təməldir, yəni başlanğıcı. Başda. Başda gəlir. Ötürülür yaddaşda.
Həm özdür.
Özün özü dərki təbiətdən keçir. İnsandan Allaha gedən yol təbiətdən.
İnsan-Təbit-Alah
“Quran” da belə deyir.
Palçıq-torpaq = təbiət
Nəfəs-ruh = Allah
Adəm–dua= İnsan
Hegel də belə deyirmiş.

 

Rasionallıq yolu irrsionalizmdən keçir.
Son başlanğıcdan başlanğıc sondan.
Uşaq irealistdir, idelistir.
Oyuna qaçır, təbitə qaçır.
Doğru olana, yaradılışındakı gerçəyə…
Bildiyinə, “saf verilənə”…
Sonra sən onu aldadırsan, təbiətdən qoparır, əlinə verirsən plastik-mlastik-maşın-muşunları.
Sorna da deyirsən nöşün oldu belə.
Olan oldu. Geri dönməz.

Nostalgiya qocların, üsyan gənclərin.
Təbiətsə hər kəsin.
Kəsin kəsməyi.
Əsin külək kimi.
Döndərin altına-üstünə. Üstü alta apar at. Torpağa döndür. Zəhəri öldür. Təbiətə burax. Təbiət onu bilər nə edər.
“Ək”. Bil ək. Bilgi ək. Təbiətə isə azadlığını ver. İstədiyin azadlığı başqalarına da ver.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.