Azərbaycan Akademisyiyənləri…

Başı bəlalı xalq…

Başı bəlalı ölkə yox…

Ölkə çox yaxşı durumdadır. Həm də həddindən çox. “Ölkə deyiləndə xalq da nəzərdə tutlur” ifadəsi heç vaxt özünü doğrultmayıb. Kommunizmdə hər kəsin bərabər olduğu kimi. Biri var kommunistlər, bir də var yuxarıda oturan və hər şeyi götür-qoy, idarə edən kommustlər. Biri var ölkə çoxluğuna daxil olan xalq,  biri də var ölkə çoxluğuna daxil olan idarə edən xalq. Necə deyərlər sözün əsl mənasında hər nə olur olsun “vəziyyəti gül olan” xalq. Söz yox ki bu xalq çoxluğuna akademisyənlər də daxil. O akademisyənlər ki,  həm siyasətə atılır,  həm də akamedik statusunu saxlayır. Universitetlərdə dərs saatı götürür , ancaq,  10 saatlıq dərsin  sadəcə birində-ikisdində iştirak edir. Dərsdə nə olacaq,  tanışlıq. Arif Quliyev sayağı “salam və sağol”.

Elita zəngin insanlar demək deyil. Biz yanlış anlamışıq. Elita dedikdə çəngəl-bıçaq görüntüsü şüurumuzun alt qatlarında bizi rahatladır nədənsə. Kostyum-şalvarlı, qalstuklu,  saçı səliqəli,  “fransuziski parfumlu”,  ədəbi danışıq dilində danışan və “kaşiloku” paracıqlarla qaynayan forma olub elita. Reallıq ondadır ki,  elə elitamız bu şəkildədir. Elita intelegensiya yox akademikyiyənlər oldu. Ölkə yox xalq başı bəlalı oldu dolayısıyla. Elitanın intelegensiya olduğu yerlərsə indi həsrlə baxıb Qərb dediyimiz yerdir. “Ağzının qırağı sulana-sualana” baxdığımız Qərb.

Xalq indi rahatdır. Azərbaycan telekanallarına baxmaq istəmir. Baxmır. Əvəzində tələbatlarını ödəyəcək Türkiyə serialları var. Xalq türkləşmir. Türkiyəliləşir. İki formada. Birincisi, seriallar vasitəsi ilə istər-istəməz yumuşalan tədricən, qərbliləşən xalq, biri isə İslamın sünni qolu ilə Türkiyə dini modelini götürən xalq. Sünnilik deyil, Türkiyənin dini modeli. İranda olduğu kimi. Şiəlik deyil, İran şiəliyi. Türkiyədə Qızılbaş şiəliyi yaşayır. Ələvilər yumruqlarını masaya vurmurlar, barmaqlarını sazlda gəzdirir, ilahilər söyləyir, var olduğunu car çəkir. Mən varam deyir, mən yaşayacam deyir. Bu taydaysa Ələvi Qızılbaş türklüyündən, Qızılbaş şiəliyindən əsər əlamət yox. Türkiyədə Tüfan Gündüz hoca səfəvilərdən danışır, kitablar nəşr etdirir burdaysa üç-beş kitab. Gəl ki nə halda. Tufan gündüz oxuyur xalq. Səfəvi tarixini Türkiyə tərcümələrindən oxuyur. Şah I Təhmasibin “Təzkirə”sini  Türkiyədən oxuyur.

Bir zamanlar Azərbaycan balaları ailələrindən alınıb Tiflisə aparılardı. İndi Türkiyəyə qaçır məktəbi bitirənlər, univeristeti bitirənlər. Ən pisi aydınlar ölkədən qaçır. Xalqı qoyub gedir. Kimi sıxılır, kimi acından ölməmək üçün.

Qaçış planı üç istiqamətlidir.

Rusiya-Gürcüstan

Türkiyə

İran

Rus dilli intelegensiya Rusiya və Gürcüstanı özünə doğma bilir. Türk-İslam qrupu söz yox Türkiyəni seçməlidir. Şiə qrupu isə İrana təşrif edirlər. Proses sürətli gedir. Ölkı parçalanmır. Xalq parçalanır. Ölkənin parçalanmağı heç kimə sərf etməz. Xalqın parçalanmağıysa xalqdan başqa hər kəsə sərf edir.  Naxçıvan xalq Türkiyədən alver edir, Qərb tərəf- Qazax Gürcüstandan, Şimal tərəf- Astara İrandan.

Xanlıqlar dövründəki kimi. Naxçıvan Türkiyə qucağını, Şimal xanlıqları Rus qucağını, cənub xanlıqları isə Farslaşmağa doğru gedən Qacar qucağını sevib-seçirdilər.

Proses davam edir.

Azərbaycanın gələcəyi bu qarışımdan doğacaq. Mutantlaşmış xalq.

Xeyirli olsun.

Nəsə edilmləlidir. Hazırkı gənclik son fürsətdir. Sonrakı nəsil tamami ilə fərqli dünya yaradacaq özünə. O dünyada Azərbaycan olmayacaq. Azərbaycanda Azərbaycanın olmamağı…

Günah kimdədir. Kimdəsə günah axtarmaq qanımıza işləyib.

Akademisyiyənlər yoxsa Dövlət?…

Bəlkə xalq ?

Deyəsən hələ yeməyə çörəyimiz var. Axı biz çörək üçün meydanlara tökülən xalqıq. Sovet qeyrətimizi də aldı. İndiki akademisyiyənlər bəs  Sovetin yetirməsi deyilmi?…

Sualların cavablarını hamımız bilirik. Yeddidən tut yetmişə qədər.

Əsas problemsə təhsildədir.

“Qardaş hara fırlasan pul yox təhsildi ki təhsil”.

“Təhsil millətin gələcəyidir” “zad” nağıldır.  Təhsil bu gün üçün lazımdır.

Təhsil elə bu gündür.

Univeristetlərdə ani reform edilməlidir. Yoxsa qəbul olmağa şagird tapılmayacaq.

İnstitutlar özləri kitab nəşr etdirməlidirlər. Tərcümə sahəsini öz üzərilərinə götürməlidirlər. Nə qədər qaynaq əsər var tərcümə və nəşr.

Tərcümə və nəşr…

Daha Əlyazmalar İnstitutu kimi yox. Kitab nəşr edirlər və satmırlar.

Anlaya bilmirəm kitablar nə üçündür. SSRİ akademikliyi başımıza bəla olub, qurtula bilmirik. Satışa çıxarın satıldığı qədər satılsın. Alınsın, oxunsun. Tarix İnstitutu eyni haldadır. Azərbaycan tarixinə dair qaynaq əsərlər künc bucaqlardadır.

Kitabı tərcümə edib, baş altlarına qoyurlar…

Milli Elmlər Akademiyası nəşr etdirdikləri kitabları heç yerdən tapmaq olmur. Ancaq kitabxana. Mən kitabı əlimin altında istəyirəm. Yox, sən əziyyət çəkməli, Elmlərə getməli kitabxanaya pulunu verib üzv olmalı sonra gününü orda keçirməlisən.

Türkiyədə, Rusiyada, İranda isə qaynaq əsərlər ayrı-ayrı kitabevlərindən nəşr edilir.

Azərbaycan gənci rus və Türkiyə türkcəsində kitab oxuyur.

Azərbaycan tarixini bilmək üçün fars dili bilməli irandan kitab gətirməlisən. Gömrükdən kitabı oxuya bilməyən “qağalar”  sənə deyəcəklər “əsla qoymaram dini kitabdır olmaz” məcbur olub İranda qalıb, oxumlısan.

Netf tarix yaratmır, tarixi dağıdır.

Neft mədəniyyət yaratmır, mədəniyyəti parçalayır.

Neft ağ günə çıxartmır, özü kimi qaraldır.

Əl ilə üzə çəkilən neft özünü gizlətmək üçün idi. Qara pərdədən heç nə görünmür.

Qərbin qarası yoxdur. Bizimsə qarabalamız var. Azərbaycanda həm idam verilişi, həm xəbər iformasiya verilişi, həm şou verilişi  aparan, həm də aktyor olan qarabala.

Qərbin qarası yoxdur. Bizimsə kifayət qədər qaramız var. Qara neft qara pullar. Qara talelər.

Qərbin əxlaqı yoxdur. Bizimsə əxlaqımız isə çox çeşitlidir. Olmamağı çoxluğundan yaxşıdır. Çoxluq …..

Bizim qaramız var. Qara ayaqqabi, qara şalvar, qara kostyum, qara qalstuq, qara qələm, qara dəftər.

Akademisyiyənlər.

Yiyənlərdən qorxur insan yaradılış səbəbiylə. Qorxu qaçışı gətirir. Yeyilmək istəmir.

Azərbaycanda yer yoxdu Azərbaycanda. Bura Türkiyə, Rusiya, İran və Ərəbistandır.

Xəritəfə qartal var. Qartalın içində Türkiyə, Rusiya, İran və Ərəbistan var.

Bəs Azərbaycan bu yerdə hardadı.

Yoxdur. Xalq olmadığı kimi.

Akademiyiyənlə yeyib bitirdi hər şeyi. Kreslo sevdası kitab sevdasını yedi qurtardı. Qaynaqlar pula satıldı, qarına atıldı.

Lazım olanlar bir şkafın üstünə qoyuldu. Əlin çatmadığı yerlərə.

Bu qədər akademisyiyənlər sadəcə yeyirmi?… İnsaf var. Çox şey ediblər.

Saxta kitablar, saxta tərcümələr, saxta paralar, saxta kimliklər.

Gerçək tarixi oxumaq üçün ellərə üz tutmalıyam. Elə möhtac.

Bəs zəngin tarix?,,, zəngin keçmiş?,,,

Hardadı? Əlyazmalar İstitutununda ?

Yoxsa Fransa İngiltərə, Rusiya, Türkiyə, İran kitabxanalarında.

Səfəvilər dövrü Türkiyədə və İranda…

Qacarlar dövrü Fransada və İranda…

Çar və Sovet dövrü Rusiyada…

Geriyə nə qaldı?

Bəs niyə bu akademisyiyınlər ürəklərini yemirlər ki ordan gətizdirmək lazımdı.

Sərf etməz. Yeyinti çox olar.

“Gül kimi oturub da qaqaş”

“vəziyətim əladı məmin”

Xalq qaçır.

Biz qucaqlardayıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.