Balaca bir  uşaq. Əlində daş parçasından qopub ayırlmış mel.  Öz ətrafına dairə çəkir.  Çəkir və bir də üzərindən davam edir. Dayanmır. Çəkməyə davam.

İlk müqəddəsini tapmışdı insan.

Od.

Od yandırmaq üçün dariə çəkdi, ətrafına quru odun parçalarını yığdı, yandırdı, isindi… Sonra o müqəddəsini qorumağa çalışdı. Odun ətrafınada dairə çəkməyə başladı. Sonra əli ilə qazıdı oranı. Dairə içində dariəni yaratdı. Zaman keçdi, olmaz bele dedi. Başqa bir şey olmalıdır, nəsə etməliyəm deyə-deyə evini qurmağa başladı. Ətrafına baxdı. Od və dairə. Başladı evini tikməyə. İlk evlərin strukturu eynidir bu səbəbdən. Şərqdə də, Qərbdə də, hətta uzaq qütb də. Eskimosların iqlo adlandırdıqları evlər də.

Dairə içində dairə…

Yerin özü dairə deyilmi?!.  Kürə deyilib aldadıldığımı yenicə anladım.

İçini boş təsəvvür et. Rəngləri unut. Qıraqdakı xətləri xəyalında qur. Boşluğa bax.  Dairə…

Bir dairə bir də adam. İkinciyə yer yoxdur dairədə. Tək başına. Yalnız…

Ay kimi.

O da Yerin ətradında dairə çəkir…Dayanmadan. Üzərindən bir də çəkərək.

Yer kimi.

O da Günəşin ətrafında. İşığa gedən yol. Aydınlanma yolu. Üzərindən bir də çəkir., bir də., bir də…

Dahası Günəş Siriusun, Sirius da Polluksun. Hər varlıq  dairə içində. Aşağıdan yuxarıya, kiçikdən böyüyə. Bu onun, o onun, o da onun dairəsində…

Dairə içində dairə…

Maraqlıdı bir də karma dairəsi var. İnsan öldükdən sonra nəsə olur və yenidən yaşama qayıdır. Ruhu başqa bir bədənə köçür. Zaman keçir. Təbii zamanda öz dairəsini çəkir bu arada. Ölür və yenidən ruh başqa bir bədənə. Beləcə davam edir proses. Dairə çəkir sanki. Yaşam ətrafında dairə. İlklərdən gəlir bu inanc. İlk insanlar da öldükdən sonra həyata davam ediləcəyinə inanardı. Qəbirləri evlərinin içində, yaxınında saxlayırdı. Basdıranda yanına ən sevdiyi əşyaları qoyardı. Getdiyi yerdə darıxmasın, yadırğamasın, lazımı olar deyə. Bitməzdi  heç vat həyat.

Dairə kimi…

Səmazən kimi. Özü ətrafında fırlanan, dünya ətrafında fırlanan, işıq ətrafında fırlanan. Gah dönür dedik, gah fırlanır, gah aman çox gözəl, gah da… Bircə bu adam öz dairəsini çəkir demədik.

Səmazən  ətrafına dairə çəkir. Dairənin içərisində dönməyə başlayanda yeni dairə  başlayır. Birdən o  yox olur. Boşluqda gəzinir. İşıq gözlərini yandıracaq, bağlayıb gözlərini dərviş. Dairədə açır gözlərini. Baxır ətrafına heç kim yox. Hər tərəf dümağ. Və yol. Davam edir  dərviş. Axtarmağa. Aman işıq yandırır dərvişi. Dərviş dayanarmı… Yanır, kül olur, toz olur və yoxluğa qarışır. Dairənin özü olur dərviş.

 

Bir nöqtədən pərgar ilə dairə çəkməyə başla. Çəkməyə davam edirsən… Getdikcə əzilən, əyilən, bükülən xətt. Yol davam edir və sən əyilən xəttə davam et. Əlində pərgar. Farsca bir mənası : “qayda, nizam, harmoniya”, bir mənası “dairə çəmək”. Latınca “Circulus” “Dariə”.  Dayan bitirdin. Başladığın nöqtənin üzərinə toxun.

Nədir axı bu?!… Necə də dəhşətlidir!.

İlk başladığın nöqtə son nöqtən olur. Son başladığın ilk nöqtən.

İlkin son olur, sonun da ilkin, başlanğıcın.

Bitirdik dediyimiz halda bitmədi. Əvvəli harada?, sonu harada?!.

Sonu yox…

Başlanğıc da dairənin içində yox oldu. Yoxluq oldu…

Dairə içində biri var…

Axtarır. Tapmaq fikri yoxdu. Həm nəyi, kimi  axtarır ki!. Axtarmağın özü bəs etməzmi?…

Dairə içində biri var. Dairənin özü olmuş birisi…

Dairə içində dairə…

Həyat dairə çəkir…

Ay dairə çəkir…

Yer dairə çəkir…

Günəş dairə çəkir…

Və  Uşaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.