İnsan…

Yaşamalı…

Başqasına ehtiyacı olaraq.

İnsan ilk olaraq sevir. Kimi sevir?…

İnsan özünü sevir. İnsan ona ən yaxın olanı-anası belə sevə bilmir.

Öncə özü.

O yemək istəyir. Verməsə anası belə əhəmiyyətli deyil. İnsan barınmaq istiyir. Ətraf soyuq və o geyimə, evə möhtacdır. Bir yerə girib yağışdan, soyuqdan, qardan qorunmasa yox ola bilər. İnsan yox olmaqdan qorxur.

İnsan mağaranı kəşf edər və ona ana gözündə baxar. Acanda təbiət ana yardım edər, Üşüyəndə Günəş ata…Və ona dünyaya gəlməsi üçün yardım edən ana və ata yox olur.

İnsan başqasının yox olasından qormaz…

Kim yox olur olsun. Kədər ola bilər, hüzün ola bilər. Bunlar sadəcə və sadəcə özü üçündü. Hər halda müəyyən bir dəyər kəsb edib və artıq ondan yararlana bilməyəcək…

Sonra insan möhtaclığı hiss edər…

Başqa birinə və başqa birilərinə…

Hər şey üçün. Yeməkdən tut, danışmağa və cinsəlliyə…

Sosyallıq bu olsa deməli…

 

Bir də bu qrupdan kənarda gəzənlər var…

Tanrı ilə iç-içə olan…

Daim bir mübahisə, mübarizə, savaş içində…

İnsanlarla küskünlük içində…

Axmaq pessimizim və onun əhatəsində gəzinən qruplar kimi olamayan. Axmaqlıq. Çünki, işə yaramayan ağılın şiddətli dərəcədə yoxsulluğudur. Bütün günü qaraqabaq gəzmək, görünmək və göstərmək  heç bir şey dəyişməyəcək.

Sosyopatları qınamıram. Min neçə yüz, milyon və trilyon insan ölürəni də qınamıram. Onu yetişdirəm sosiumu da qınamıram. Onları yaradan istər Tanrı deyin, istər heç nə deyin onu da qınamıram. Qınamğın özünü qınamaq lazım gəlir.

İnsan ilk nə etmişdi?…

İnsan ilk öncə sevmişdi…

Amma niyə öncə sevmək…

Çünki, öncə üşümüşdü və anasını qınamışdı….

Çünki, öncə acmışdı və anasını qınamışdı….

Çünki, öncə qorxmuşdu və anasını qınamışdı…

Və qınamışdı….

Hər kəs bir-birini qınamışdı və biriləri nə qınamaq, nə də qınanmaq üçün sosyallıq duyğularını yoxsullaşdırdılar.

Nə gözəl var, nə də çirkin…

Nə yaxşı var, nə də pis…

Nə Tanrı var, nə də Tanrısızlıq…

Nə var , nə də yox…

Əkslik yox burda…

Mübarizə yox biriləri ilə

Mübarizə var…özü ilə……….

Yanlızlıq düşüncə gətirər. Düşüncə isə səni aparar uzaqlara….

Uzaqlarda isə nəsə var..

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.