Əsrlərdir dünyaya böyük rus kimliyi sırınır. Rus nə zaman böyüdü, nə zaman öz kimliyini isbatlaya bildi ki, belə danışa. Tarixin səhifələrini öz mənafeləri üçün dəyişdirənlər böyüdü, tarixə ciddi yasnaşmayan, tarixi qorumayanlar isə kiçildi. Türklər dünyanın bir ucundan o biri ucuna keçdi, saysız dövlətlər yaratdı. Tarix yazdı, amma, tarixini yazıya ala bilmədi. Qıraq bucaqlardan yazanlar da öz bildikləri kimi yazdılar.
Böyük rus coğrafiyasını böyüdən türklər unuduldu. Kimliyi bilənlər kimliksizləşdi. Kimliksizlər özlərinə dünyanın yaranış tarixindən də daha qədim tarix uydurdu. Uydurmalarla yaşayan xalq çoxlarını uyutdu. Ama, öz kimliyinə sahib çıxanlar da oldu. Zaman kəsiklərində türk kimliyi deyə hayqıranlara milliyyətçi damğası vuruldu, ayrımcılıq etdikləri deyildi…Onları ayırdılar. Dedikləri isə “qalx xalq uyuma, kimliyini qoru idi”. Biz kimliyimizi bilməsək, rəngimizi qorumasaq rəngimizi başqa rənglərlə rəngləyəcəklər. Onda biz uydurulmuşlar tərəfindən uyumaqda olacağıq.
Ruslar özlərinə slavyan dedilər. Balaca bir dövləti böyüdərkən yerli xalqı da ruslaşdırdılar. Halbuki, biz türklər getdiyimiz yerdə heç kimin kimliyə qarışmadıq. Tarixin hər səhifəsini açın türk dövlətində ki, millətlərin müxtəlifliyini, rənglərin çalarlığını görün. Bir də Avropa, Amerika qitəsinə getdikdə yerli camaatı necə məhv etdiyini…İspanlar Cənubi Amerika yerli xalqını, İngilislər Şimali Amerika yerlilərini… Ruslar özlərinə tarix yazarkən Avropalı kimi davranırdı. Çünki, o da elə Avropalı idi. Rusun slavyan olduğunu bağıranlar görəsən dərin qatlara eniblərmi?. İlkin slavyanların rus olmadığını, slayvanların və digər xaqların ruslaşdığın bilirlərmi?…
Çox yazmağa gərək yox. Yazanlar vaxti ilə yazıb. Bircə oxumaq lazımdı. Murad Adjı’nın “Qıpçaq Çölünü Yovşanı” kitabını ən azından oxumaq lazımdı ki, kimliklərdən xəbər tutasan. Anlayasan. Biləsən. Əvvəl heç nə bilmədiyini biləsən. Kitab qaynaqlara dayanaraq nəfis üslübda yazılıb. Milliyyətçilik etmək ideyası deyil, milliliyini, kimliyini bilmək sahib çıxmaq ideyasıdır… Bilmək üçün oxumaq lazımdır. Türk “ər” liyini özündə saxlaya bilən Adjı öz borcunu yerinə yetirib, bəz biz…
Kitabın ilk səhifələrindən bir neçə fakt yazacam ki, həm ruslar haqqında bilgi olsun, həm də kitab haqqında… “Qıpçaq Çölünü Yovşanı”ndan…
- Slavyan və rus mədəniyyətləri fərqlənir. Dillərində də fərqlər var.
- “Bertin annaları”nda ruslar 839-cu ildə Bizans Səfirliyi ilə birgə Mömin Lüdoviqin yanına gəldilər-rus adı geçən ilk qaynaq.
- Onlar milli məsubiyyəti haqqında soruşduqda isveçdir deyirdilər. Biz onlara normand deyirdik.
- Rus ( Varyaqlar) – İsveç məşəli xalq
- Rus sözü qədim varyaqcada (qədim İsland dili) “avarçılar”, “dənizçilər” mənasında olub. Finlər və Estonlar İsveçi Roussiya adlandırırdılar.
- Mənəvi-əxlaqi və antropoloji cəhətdən slavyanlar və ruslar fərqli idilər. Məsələn, Varyaqlar(ruslar) Odino adlı bir dini inanca sahib idi, slavyanların isə belə bir dini inamı yox idi.
- Varyaqlar dəniz ticarəti ilə məşğul olurdular. Slavyanlar isə köçəri həyat tərzi sürürdülər.
- Bəzi səlnamələrdə keçir: “Ruslar slavyanlarla döyüşə girdi. Slavyanlar ruslara vergi ödəyirdi.”
- Şərq tarixçisi İbn Rüstə yazır : “Rusların əkini biçini yox idi, slavyanların torpağından gətirdikləri ilə dolanırdılar.”
- Müller : IX əsrdə Rusiyada Novqorod adlı şəhər yox idi ki, rus səlnamələrində slavyanların Krıma Novqoroddan gəldiyi inandırıcı olsun. İsveç şəhəri Xelmqard vardı, çox çox sonralar Novqorod adlandırıldı.
Və əlaqvə olaraq, bu türk “ər”inin rus dili ilə bağlı türkcəmizə tərcümə olunmuş müthiş yazısı var. Bu link ‘dən oxuya bilərsiniz.
Daha aydın olsun deyə:
http://arxiv.az/az/kulis.az/19209093/Axi+biz+hansi+dilde+danishiriqARAShDIRMA
Qeyd:MuradAdjı’nın kitabları rus dilində daha rahat tapılır. Azərbaycan türkcəsində isə şəkildə görünən kitabdır. Tapılması bir az çətindir, amma, çox axtarsanız tapa bilərsiniz.