İslam inancına görə rəsm, heykəl və musiqi kimi sənətlər qadağandır. Təməldə dövrə uyğunluq yatsa da zamanla bu qadağa davam etmişdir. Vaxt elə keçir ki, insan istər istəməz bəzi dəyişiklik etməli olur. Qadağaların təməlinə diqqətlə yanaşmaq lazım. İncələdikdə hər şey aydınlaşır və siz istər-istəməz bəzi məsələlərdə dəyişiklik etməli olursunuz. Peyğəmbər (s.a.s) bir təfərdən bütpərəst olmayın deməklə heykələ icazə verə bilərdimi?, Allahı çox zikr edin deyə-deyə gedin musiqi ilə məşğul olun, saz çalın, oynuyun deyərdimi?…

Ərəb kültüründə o zamanlar şairlər var idi, elə saz da, dəf də. Peyğəmbər (s.a.s)dən  sonrakı dövrlərdə insanların yaşantısında musiqinin qaldığına dair faktlar var. Elə xəlifələrin özləri saraylarında məclis qurar, musiqi dinləyərdilər. İslam alimlərindən, dövrün elm adamlarından musiqi ilə məşğul olanlar var idi. Və elə də böyük qadağalar, qarşı çıxmalar olmadı xalq tərəfindən. Yalnız İslam alimlərini. Rəsmlər, miniatürlər deyir bizə hər şeyi. Xüsusi ilə Səlçuk dönəmində başlayan Osmanlıda da davam edən, Moğol və İransda geniş vüsət alan miniatürlərdə…

Rəsmə, musiqi və heykələ olan münasibət zamansaldır. Məsələn mənim evimdə mistika elə məşğul olduğum üçün ney və def var. Və mən istifadə edirəm, rəsmlə azda olsa məşğul oluram, bəzi mini heykəllər də var. İndi kimsə məni bu heykələ tapmada günahlandıra bilərmi?…

İnsan nəyə inanmaq istəsə ona da inanacaq. Hər kəs müsəlman ola bilmədi, heç ərəblərin özü belə. Ərəblər özlərini bəzi yerlərdə abardıblar. İbn Xəldunu oxuyanlar anlayacaq nə demək istədiyimizi.

Gələk təsvirlərə…

İnsanların bir çox elə bilir ki, peyğəmbər təsvirləri indilərdə ortaya çıxıb. Bu təsvirlər Səlçuklu dönəminə qədər gedib çıxır.

İlk təsvir 13-cü yüzillikdə bilinir. Ərəb kültürünə aid bir əfsanə olan “Vərqa və Gülşah”ın miniatür təsvirlərində rast gəlinir. Məsvəvi formasında olan bu əsərin sonunda peyğəmbər (s.a.s) görüntüyə gəlir.  Hz. Məhəmməd (s.a.s) həyatına dair ilk təsvir isə Moğollar dönəminə, daha dəqiqi 1307ci ilə dayanır. “Cami-üt Təvarih” kitabında keçir ki, bu da Türkiyə Topqapı sarayında saxlanılır. “Meracnamə”də peyğəmbərin maraca çıxma səhnəsi təsvir olunur. Meraca çıxma səhnəsi həm şeir, həm də miniatürlər əks olunur.

Qeyd: Peyğəmbər (s.a.s) burak vasitəsi ilə maraca çıxdığına inanılır. Burak minik vasitəsidir. Ərəbcə berk sözündəndir vəışıldamaq, parıltı, şimşək mənalarıma uyğun gəlir. Miniatürlərdə Hz. Məhəmməd (s.a.s) burak üzərind  təsvir edilir.Al-Buraf_Hafifa

Osmanlı dönəmində “Siyeri- Nəbi” təsvirləri peyğəmbər həyatını əks etdirir. Peyğəmbər (s.a.s) həyatı barədə yazılan kitab üzərində Osmalı sultanı III Murad miniatürlər hazırlanması üçün göstəriş verir. Osmanlı dövründə minatürə böyük dəyər verilirdi. Tək miniatür yox, ədəbiyyata, musiqiyədə. osmanlı sultanları şeir yazır, musiqi bəstələyir, rəsm çizirdilər. Ələxsus III Muraddan sonar gələn III Məhməd”in dövründə 814 miniatürlük əsər tamamlanır.  Əsərin 3  hissəsi Türkiyədə  Topqapı müzeyindədir.

Osmanlı dövründə miniatürlərdə peyğəmbər (s.a.s)in üzü təsvir olunmur. Ağ parıltılı təsvir edilir. Bəzi miniatürlərdə isə təsvir edirlir.  İran miniatürlərində isə daha çox siması təsvir edilir. Fərqli miniatürlərdə fərqliliklər hiss edilir. Hətta müsair dövrdə adi rəsmlərlə belə təsvirlər var.  Hz. Məhəmməd (s.a.s)’in əhatəsi bəzi yerlərdə atəşli, işiqli çəkilib.

Çox qəribədir ki, bu əsərlər orta dövrləri əhatə edir. Ama, o dövrlərdə elə bir qadağa qoytulmamışdı. Sultanlar özləri dəstək olur,  İslam elm adamları da yardımçı olurdular quruluşların doğru olmasında.

Peyğəmbər (s.a.s)’in təsvrir edildiyi miniatürlər, əsərlər…bilgiləri…

Снимок16 Снимок13 Снимок12 Снимок11 Снимок9 Снимок7 Снимок5 Снимок4 Снимок3 Снимок1 Снимок15 Снимок

Qeyd : Peyğəmbər təsvirləri ilə bağlı daha geniş bilgi əldə etmək istəyirsinizsə kitabı yükləyib, oxuya bilərsiniz. Araşdırama yaxşı tərtib edilmiş, tarixə doğru yanaşılıb analiz aparılıb. Ən əsası bəlgələrlə, təsvirlərlə.

Daha çox və fərqli miniatür və təsvirlərə baxmaq istəyirsinizsə linkə daxil olun. Fərqli zaman kəsimlərində maraqlı miniatürlər görmək imkanı var. Sonda kateqoriyalar var. Hər kateqoriyaya uyğun təsvirlər var.

Və digər miniatürlər… “Siyer- Nəbi”dən

Siyer-i_Nebi_1 Siyer-i_Nebi_2 Siyer-i_Nebi_3 Siyer-i_Nebi_4 Siyer-i_Nebi_5 Siyer-i_Nebi_6 Siyer-i_Nebi_7 Siyer-i_Nebi_8 Siyer-i_Nebi_9 Siyer-i_Nebi_123a Siyer-i_Nebi_223b Siyer-i_Nebi_298a Siyer-i_Nebi_414a siyer-i-nebi-beheading

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.