Xalq inanışları hər zaman diqqətimi çəkib. Mifoloji dünyagörüşün dövr keçdikcə yaşaması, daha da inkişaf etməsi məni heyrətləndirir. Yeni dövrdən başlayaraq mədəniyyət inkişaf etdi deyirlər. Yalan. Heç kim inandıra bilməz. Mədəniyyət öldü. Bir xalq necə olar belə bir mif yarada bilər. Söhbət inanıb-inanmamaqdan getmir. Söhbət ondan gedir ki, əski zamanlarda məkan etibari ilə hər bir xalq oz yaşantısına uyğun bir mif yarada bilib. Bu inanc zaman keçdikcə nəsildən nəsilə ötürülüb. Kimsə inanmasa belə necə deyərlər dədə-babamızdan qalıb deyə qoruyub saxlayırlar. Musiqilərdə, filmlərdə, şüşə üzərinə, sini və çini üzərinə rəsmlərdə…
Şahməran inancı adı geçən inanclardan biridir…
Sözün kökü farscadan gəlir. Şah-ı məran. “Mər” ilan “an” çoxaltma məsnasında, “şah”sa elə bildiyimiz kimi şah. Yəni, “ilanların şahı”dır bu qəribə varlıq. Qəribəsi ondadır ki, bizim bu Şahməranın vücüdunun aşağı hissəsi ilan formasında, yuxarı hissəsi isə qadın formasındadır. Qısaca beldən aşağısı ilan, beldən yuxarısı çox gözəl görünüşə sahib bir qadın. İraq-Türkmən ortaq əfsanəsi olduğu üçün bu bölgələrdə daha çox yayılmışdır. Şahməranın Ağdəniz bölgəsində Tarsusda yaşadığına inanılır.
Qeyd : Türk inancında “Ərbükə” adlı yarı insan, yarı ilan varlıq da mövcuddur. “Ər” insan, “Bükə” əjdərha, ilan” mənasına gəlir. Göründüyü kimi xalqların düşüncəsi necə də bənzərdir. Yalnızca bu bölgələrdə deyil, fərqli-fərqli bölgələrdə belə varlıqlara rast gəlmək olar. Araşdırılsa sayının çox olduğu görüləcək.
Şahməran əslində müsbət obrazdır. Yerin yeddi qat altında məranlar ( ilanlar ) yaşayırmışlar xoşbəxtcəsinə və bunlara da başçılıq edən bizim bu Şəhmıran imiş. Şahmərandan heç kimin xəbəri yox imiş, heç kimə pislik gəlməyib ilanlardan.
Rəvayət məna etibari ilə eyni olsa da müxtəlif cür yayılıb. Dildən dilə dolaşdıqca hər dildən bir özəllik götürmüş, beləliklə yayılmışdır.
Deməli, Cəmşab bir gün dostları ilə meşəyə gedir. Qəhrəmanımız çox kasıb ailədən imiş. Meşədə olarkən yağış yağır və onlar mağaraya girməli olurlar. Təsadüfən bal görürlər və dostları Cəmşabı mağaradakı quyuya endirirlər ki, balı çıxratsın. Çəmşab balı çıxarır ama dostları ona çıxmağa kömək etmir paylarına çox düşsün deyə balı götürüb qaçırlar.
Qeyd : Digər rəvayətdə bir uşaq meşədə odun toplayarkən bir yerdə çoxlu bala rast gəlir, sonra gedir kənd camaatına xəbər edir. Kəndlilər gəlib balı gördükdə özləri ilə aparır uşağın isə başına odunla vuraraq quyuya atırlar. Anasına da qurd yedi deyirlər. Uşağı ilanlar görür və Şahməranın yanına aparırlar… “sonrakı hadisələr eyidir”
Cəmşab quyuda bir işıq görür, oymağa başlayır və heç görmədiyi bir gözəllik görür. Bura məhz ilanların yaşadığı yer imiş. İlanlar bundan xəbər tutur. Oğlanı aparırlar şahlarının yanına. Çəmşab Şahməranı görüb təəccüblənir. Rəvayətini danışır. Şahməran onun yalnızca burda yaşaya biləcəyini deyir. Əgər onu buraxsa camaat Şahməran haqqında xəbər tutarmış. Nəysə bir müddət belə keçir. Cəmşab burda yaxşı yaşıyır, ama, nə də olsa ailəsi var, real həyat var. İnsandı darıxır. Və Şahmərana getmək istədiyini deyir. Şahməran da Cəmşabı çox istiyirmiş, günəvənirmiş. İcazə verir ki, getsin. Qəhrəmanınımız da heç kimə bir söz belə danışmır. Ta ki, padşahın qızı xəstələnədək. Vəziri deyir ki, Şahməranın ətini yediyi zaman sağala bilər. Hər yerə xəbər salırlar. Heç kim bilmir. Sonra Cəmşabdan xəbər tuturlar. Cəmşab heçnə demir. Zindana atırlar, işkəncə edirlər. Axırda Cəmşab məcbur yeri göstərməli olur. Cəmşab gəlir, mağarada hadisəni, hiyləgərliyi və əziyyətini Şahmərana da danışır. Şahməran özü ölümə razı olur. Ətini padşahın qızı yeyir sağalır, vəzirə də ətindən məhlul kimi içirdirlər. Ama, zəhərdən vəzir ölür. Padişahın qızı ilə sonradan Cəmşab evlənir. Sonralar Cəmşabın Loğman həkim olduğu deyilir.
Qeyd : Bəzi rəvayətlərdə padşahın qızı yox elə padşah xəstələnir. Və Şahməranın yerini deyənə çoxlu qızıl və padşahın qızı ilə evlənəcəyi xəbəri yayılır. Oğlan ( Cəmşab-bəzi rəvayətlərdə adı keçmir, dəyişir) padşahın qızını görəndə aşiq olur və dayana bilməyib mağaranın yerini göstərir.
Oğlanı ( Cəmşabı) mağaranın önünüdə görən Şahməran son sözü olaraq “ İnsan oğlu mənafeyi üçün hər şeyi edər” deyir.
Yenə xalq inancına görə Şahməranın öldürüldüyünü görən ilanlar bir gün dünyanı istila edəcək. Beləliklə şahlarının qısası alınacaq.
Şahməran bu gün xalq dünyagörüşündə yaşayır. Bolluq, bərəkət sinvolu olaraq bilinir. Anadolu da qızlar öz cehizlərində əsas hissə şahməran rəsmidir. Yenə bu bölgə inancına görə Şahməran rəsmi olan evdə bolluq, bərəkət, xoşbəxtlik olar.
Hətta Şahməran duası da mövcuddur. Qaydaların xalq arasında hər yerdə eyni olması barədə tam məlumatım yoxdur. Ama, duaların edildiyi bəllidir.
- Sevgi və məhəbbət istəyənlər 3 gün ərzində 61 dəfə oxumalıdır.
- Hər cür dilək üçün 41 dəfə oxunmalıdır.
- Gecələri rahat yatmaq istəyənlər 3 dəfə oxumalıdır.
- Nəzərdən qorunmaq üçün 7 dəfə oxunmalıdır.
- Cin və şeytan şərindən qorunmaq, günahların əfvi, gönül rahatlığı və pisliklərdən çəkinmək üçün hər gün səhər və axşam 1 dəfə oxunmalıdır.
Dua…
Allahu la ilahə illa huvəl Hayyul Kayyum. Allahula ilahə illa Huvəl aliyul Hakim.
Allahu la ilahə illa huvəs səmiul Alim. Allahu la ilahə illa Huvər Rəhmanürrəhim
Allahu la ilahə illa huvəl Vahidul Əhad. Allahu la ilahə illa huvəl Fərdül Varid.
Allahu la ilahə illa huvə Raufur Rəhim. Allahu la ilahə illa huvəl Əziz’ur Rəhim.
Allahu la ilahə illa huvez Zahirul Batınu. Allahu la ilahə illa huvəl Əhədus Səmədu.
Allahu la ilahə illa huvəl Fətta’ul Alim. Allah’u la ilahə illa huvəl Əziz’ul Alim.
Allahu la ilahə illa huvəl Hannan’ul Mənnan’ul Dəyyan. Allahu la ilahə illa huvəl Qədir’ul Kahiru
Alahu la ilahə illa Huvər-Rafiul Alim. Allahu la ilahə illa Huvər-Rəbbül ərş’il Əzim.
Allahu la ilahə illa huvəl məlikul Qudüs. Allahu la ilahə illa huvəl Həmdul mubin.
Allahu la ilahə illa huvəl Bəis’ul Varis. Allahu la ilahə illa huvəl Əsmaul Hüsna.
Huvəl Hayy’u la ilahə illa huvə Fədi’u Muhlisinə Ləhuddiyn.
Subhanə birahmətikə ya ərhammərrahimin.
Vəlhəmdu-lillahi Rəbbil aləmin.
Görünür ki, Şahməran hələ xaql içində yaşayacaqdır…