Hər zaman bu məsələyə dəlilli, sübutlu açıqlamalar verilsə də, bəzi dostlar ya anlamırlar, ya da anlamaq istəmirlər. Və ya da anlamaq istəyirlər sadəcə müəyyən düşüncələr dolaşır beyinlərində. Düşüncələr yeyər insan beynini, çürüdər qəlbi. İnamda çox düşünüb yanlış yola getsən, şeytana yanılacaqsan. Yıxılacaqsan, kədərlənəcəksən. Düşünmək əslində yaxşıdır. Düşünmədən necə inanasan ki?, necə sual verəsən ki?…Səhabələr İslama gönüldən bağlanmamaışlardımı da hər dəfə Allahın rəsuluna suallar verirdilər…
Bu sual da belədir…
Dostları yanıldan əsas məsələ daha çox bu çərçivədə gedir : Hz. Məhəmmd peyğəmbər (s.a.s ) İslam dinin yaradıcısıdır. “Qurani – Kərim” Allahın sözləridir. Onu Hz. Məhəmməd (s.a.s ) insanlara çatdırdı. Allahın sözləri olduğunu məhz peyğəmbər özü deyirdi. Allahın rəsulu Allahın sözündən çıxa bilməzdi. Elədirsə müqəddəs kitabda kişilərə 4 dəfə evlənmələrinə icazə verildiyi halda niyə peyğəmbər 11 dəfə evləndi?
İndi gücümüz çatdığı çalışaq aydınlaşdırmağa çalışaq….
Bismillah…
Öncə ən-Nisa surəsi 3-cü ayəni yada salaq. Ayədə deyilir :
“Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda
xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o
qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri
ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə
daha yaxındır”
Ayə fəqli alimlər tərəfindən fəqrli şəkildə təfsir edilir. Mənim inandığım və qəbul etdiyim iki təfsir var ki, doğru olduğuna inanıram. Birinci növbədə İslamdan əvvəlki dövrdə kişilərin qadınlarla evlənməsində heç bir say məhdudiyyəti yox idi. Onlar çoxlu qadınla evlənir hətta bəzən də qohumlarından yetim olanlarla da evlənərdilər. İkinci elə kişilər var ki, istəsələr də tək qadınla evlənə bilməzlər. Daha çox qadınla münasibətdə olmaq istəyərlər. Eyni zamanda son olaraq razılaşdığım bir təfsirdə göstərilir ki , bu ayədə belə bir fikir yürüdülür : “Əgər sizlər yetimlərə insafsızlık etməkdən qorxursunuzsa, yetim qızları olan dul qadınları nikahının altına alın.”
İndi gələk peyğəmbərimizin evlikliklərinə….
Yəqin ki, tarix dərsini hamımız keçmişik. Ən azından oxumsaqda filmlərə baxmışıq. Stareji evliliklər yadınız düşər. Yəni ki, bir dövlətin hökmdarı oğlunu digər dövlətin səhzadəsi ilə evləndirir. Bununla da həmin dövləti özündən asılı edir. Bu sistemdən demək olar ki, hər bir dövlət böyüklüyündən kiçikliyindən , güclüyünüdən zəifliyindən aslı olmayaraq istifadə edib. Qəbul edərsiniz yəqin ki…
Baxın, Məhəmməd peyğəmbər (s.a.s ) Allahın elçisi idi. Peyğəmbər onun qadağan etdiyi bir şeyi edə bilməzdi. Allahın razılığı olmasa etməzdi. Heç kim peyğəmbərin şəhvət düşkünü olduğunu deyə bilməz. Bunu deyənlər çox güman ki, RəsulAllahın həyatını yaxşı bilmir…
İndi bu yazını oxuyanın kişi və ya qadın olduğunu bilmirəm. Təxmini sadə bir misal göstərək : Deyək ki, siz cavan və gözəlsiniz. Evlənsəniz özünüzdən 15 yaş böyük bir kişi və ya qadınla evlənə bilərsinizmi?… Kişilər iki dəfə evlənib boşanmış və ya dul qalmış qadınla evlənərsinizmi?. Və ya qızlar iki dəfə evlənmiş kişi ilə evlənərsinizmi?. Sizin 18 yaşınız onunsa 33 yaşı olsa…
Hz. Məhəmməd (s.a.s) cavan və yaraşıqlı kişi idi və özündən 15 yaş böyük olan daha öncə iki dəfə evlənmiş bir qadınla Hz. Xədicə ilə evlənmişdi. O, istəsəydi başqa qadınlarla evlənə bilməzdimi?. Düz 25 il Hz. Xədicə ilə evli qalmış və o ölənə qədər heç bir qadınla evlənməmişdir.
Şəhvət düşkünü olsaydı Hz.Xədicənin vəfatında sonra gənc qadınla evlənərdi. Vəfatdan bir neçə il sonra özündən üç yaş böyük olan əlli beş yaşındakı Hz. Sevde ilə evlənməzdi.
Necə ola bilərdi ki, Hz.Xədicədən başqa evləndiyi bütün qadınlar dul idi. Və Hz.Xədicədən başqa evliliyi qadınlar ömrünün son 10 ilində baş verir. Niyə cavan və gözəl qadınlar, heç evlənməmiş qadınlar yox, dul qadınlar və niyə son 10 il?, əvvəl evlənə bilməzdimi?.
Maraqlı sualdı. Mənim özümə də maraqlı gəlmişdi vaxtı ilə..
Səbəblərə gəlincə…
Hz.Məhəmməd (s.a.s) peyğəmbərin (s.a.s) çox evlənməsinin səbəbi İslam dinin möhkəmlənməi, genişlənməsi, bu dini qəbul etməyən tayflara, dövlətlərə, ərazilərə yayılmasında idi. Bu planlanmış evlilik idi. Onu evlikiləri ümmətinə verilən dərsdən başqa bir şey deyildi. Və heç bir seksual münasibət güdmədən tamimi ilə İslam naminə atılmış addımlar idi.
Peyğəmbərimiz Hz. Məhəmmd ( s.a.s) dini baxımdan çıxılmaz durumda olan bir qadınla evlənərək onu həm bu durumdan qurtarmış, həm də ətrafdakılara bir nümunə olmuşdur. Bir nökəri satın alaraq, onu azad etmiş azad edərək daha sonra satın alma əvəzini mehir sayaraq qadının öz istəyi və müsəlman olma şərtinə bağlı olaraq qadınla evlənmiş, beləliklə də ətrafdakılara nümunə olmuşdur.
Allah rəsulunun hər bir evliliyində bir hikmət vardır. Bir səbəb. Bir yol. Bir nümunə. Bir dərs.
On bir evliliyi…
İlk evliliyində Hz.Xədicənin 40 peyğəmbərimizinsə 25 yaşı vardı. Hz. Xədicənin həm əxlaqı , həm də maddi durumu zəngin idi. Peyğəmbər evləndikdən sonra bu maddi durum sayəsində yoldaşlarına, dostlarına çox yardım etmişdi.
Hz.Sevdenin əri Həbəşistana getdiyi zaman orada ölür. Hz.Sevde heç bir qarşılıq gözləmədən əlli beş yaşında ikən Allahın rəsulu ilə evlənmək istəyir. Peyğəmbərimiz onunla evlənir, dul və yaşlı qadınla evləmək barədə düşüncələri dağıtmış olur.
Peyğəmbərimizin evləndiyi tək dul olmayan qadın Hz. Aişə əvvəl Cübeyr ilə nişanlı olur sonra Cübeyr İslamı qəbul etmədiyi üçün nişan pozulur. Yaşanan hadisədən sonra həm Hz. Aişə, həm də Hz. Əbubəkr kədərlənir. RəsulAllah evliliyi qəbul edir və yaranan kədəri aradan qaldırır. Hz. Aişə ilə evliliyin gənc yaşlarında olması onun Hz. Məhəmməd (s.a.s) peyğəmbərdən daha çox yaşamsı və hədislərin günümüzə kimi gəlib çatmasında yardımçı olduğu da göz önünə alınmaılır. Çünki, onun 2100-dən çox hədis rəvayət etdiyi deyilir.
Hz.Hafsa Hz.Ömərin qızı idi. Əri Bədir döyüşündən dönərkən xəstələnib vəfat edir. Hz.Ömər qızının evlənməsini arzulayır. O dövrün ənənələrinə görə, bir ata qızını evləndirmək istədiyi zaman sevdiyi və güvəndiyi birinə təklif edərmiş. Hz.Ömər qızı ilə evlənməsi üçün əvvəl Hz.Osmana daha sonra Hz.Əbubəkrə təklif edir. Nədənsə ikisi də bəhanə bildirib bu təklifi qəbul etmir. Bundan sonra Hz.Ömərin kədərləndiyini görən peyğəmbərimiz xəstə və dul qızı Hz. Hafsa ilə evlənir. Beləliklə yaranan kədəri aradan qaldırır.
Hz. Zeynəbin (Hz. Zeynep Binti Huzeyme min Həris) əri Bədr döyüşündə ölür və 60 yaşında dul qalır. Hz. Məhəmməd (s.a.s) onunla evlənərək onu qoruyur.
Hz. Ümmü Sələmənin əri Uhud döyüşündə ölür. Altmış yaşında dörd uşaqla dul qaldığı zaman Hz. Məhəmməd (s.a.s) onun uşaqlarını övladlığa götürür və onunla evlənir.
Hz. Zeynəbin (Hz. Zeynep Binti Cahş) evliliyi də maraqlı hadisə ilə baş verir. Belə ki, əvvəl Rəsulullahın övladlığı Hz. Zeyd ilə evlənir. Aralarındakı münasibətlər uzalaşmadığı üçün boşanırlar. Peyğəmbər evlənmək istəməsə də Allahın gösətərişi və istəyi ilə evlənməli olur. Buradakı hikmət ondadır ki, həmin dövrdə ərəb ənənələrinə görə övladlığa götürülmüş oğlu boşandıqda öz oğlu boşanmış hesab olunur. Ancaq, İslam qaydalarında bellə deyildi. Allahın rəsulunun məhz Hz.Zeynəblə evliliyi bu ənəni aradan qaldırır.
Xatırlayın Əl-Əzhab surəsi 37-ci ayəni ki, orada deyilir :
“….Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir.”
Və ən əsası da evliliklərdə küfüv məsələsini ortaya qoyur. Küvüfun məsası dilimizə təxminən uyğun olan, oxşar və ya balans mənasında səslənir.
Peyğəmbərimiz Hz. Əliyə ( r.a ) belə deyir :
“Üç şeyi geçikdirmə :
Vaxtı gələndə namazı, hazır olduğunda cənazəni, uyğun ər tapılanda qızı evləndirməyi”
Başqa bir hədisdə isə belə deyilir : “ Qadınları onlara uyğun olanlarla evləndirin…”
Müstalikoğullarından əsir alınan 700 əsir içərisindən bir qadın Allahın rəsuluna səslənir və onu qarşılığını verməklə nökərlikdən azad etməsini istəyir. Allahın rəsulunu pulu ödəyir və Hz.Cüvəyriyə ilə evlənir. Bundan sonar əsiri olan müəlmanlar əsirləri azad etdilər. Nəticədə onlar İslamı qəbul etdilər və İslam daha da gücləndi.
Əbu Süfyanın qızı olan Hz.Ümmü Həbibə əri Abdullah bin Cahş ilə birlikdə Müsəlman kimi Həbəşistana köç edir, amma, əri Həbəşistanda xristian olur. Hz.Ümmü Həbibə nə edəcəyini bilmir. Kədərlənir. Yalnız və çarəsiz qalır. Hadisədən xəbər alan RəsulAllah Hz.Ümmü Həbibə ilə evlənmək istədiyini bildirir və onlar evləmnirlər. Hz.Ümmü Həbibə sevinir. Və İslamı qəbul etməyən Hz.Ümmü Həbibənin atası Əbu Süfyanın İslama qarşı olan düşmənliyində yumuşalma olur.
Hz. Safiyəni peyğəmbər nökər olduğu zaman qarşılığını ödəyib sərbəst buraxır və ona deyir : “İstəsən sərbəstsən , mallarını al və get , istəsən sənə evlənmə təklif edirəm, müsəlman ol və yanımda qal. ” Hz.Safiyə nökərlik əvəzini mehir kimiq qəbul edir, ikinci təkliflə qazı olur və evlənir. Burada hikmət ondadır ki, bu səhabə və ümmətə bir dərs olur. Nökərlər sərbəst buraxılır və əvəzi mehr hesab olunur. Təkcə bu deyil təbii ki, Hz.Safiyə Yəhidi soyundan idi. Bu bir daha göstərir ki, İslam irqi ayrı seçkilir yol vermir.
Hz.Abbasın baldızı olan Hz.Meymunə onun vasitəsi ilə Rəsulullahla evlənmək istədiyini bildirir. Rəsulullaha təklifi qəbul edir. Soz yox ki, burda da bir hikmət vardır. Rəsulullahın Hz.Meymunə ilə evliliyi Məkkəliləri sevindirir və Hz.Məhəmməd (s.a.s) ilə dostluqlarının davam etdirilməsi fikrini formalaşdırır.
Hə son olaraq bəlkə də bir çoxumuzun bilmədiyiz Hz Peyğəmbər bu 11 qadından başqa bir evliliyinində olmasıdır. Belə ki, Misirdən RəsulAllaha Maria (Hz. Maria ) adlı bir qadın nökər olaraq göndərilir. RəsulAllaha onunla evlənir və bir oğlu İbrahim doğulur. Bundan sonar o, ana olduğu üçün azad buraxılma imkanı qazanır və belə də olur.
Göründüyü kimi RəsulAllahın həyatı bir nümunədir. Onun hər addımının bir səbəbi, bir xeyri, bir hikməti vardır.
Ümid edirəm ki, nəsə çatdıra bildim. Nəsə aydınlaşdı.
Di Allah amanında…