“Əz onu!…məhv elə və onun yerində sən ol!. Zəifdisə ayaqlarının altında saxla!”

Təssüf ki, belə yetişdirilirik və yetişməkdəyik. Düşmən hissi , qisas hissi, qatillik hissi ilə. Güclülər daim zəiflərə qarşı, zəiflərədə güclülərə… Ortaq nöqtəsi yoxdu. Həmişə ümid edərək yazırıq. Yazarlar da  həmişə sonluğu ümidlə vururlar. Amma, bu ümid yalandan sabaha verdiyimiz  sözlərə bənzəyir.

Bu dünyanın yalnız səninçün yaradıldığını düşünürsən. Özünküləşdirmək istəyirsən. Başqa heç kim. “Nəyimə lazımdı kimsə”.  Sənə görə, mənə görə, ona görə, onlara görə, sizlərə görə…axı bu dünya bizə görə yaradılıb. Sən bunu anlamaq istəmirsən. Başqa dünyalar axtarmaqdasan. Bol sərvətli, verimli torpaqlar ki, orda özündən birini qul kimi işlədəsən, əzəsən, söyəsən, döyəsən…Sən Allahlıq iddiasındamısan?.  Allah bizi görüb Allahlığından bezib bəlkə…

Səni qınamıram…

Anan Həvva , qardaşın Qabil bizi və birliyi düşünmədikdən sonra sənmi düşünəcəksən?!.

Bəlkə hə…

Niyə də olmasın. Gəl , göstərək ki, bu dünyanı gözəlləşdirə bilərik. Nağıllardakı xoşbəxtlər ölkəsinə çevirək dünyamızı. Sən başala, mən başlayım, biz birlikdə başlayaq!.  Boş nağıllarla böyümüşük xeyir olamsa şər olmaz, şər olmasa xeyir olmaz deyə. Bunlar hamısı  uydurmadır. Keçmiş bizlər çıxartmışıq bu yalanları. Bacarmadığımız, dəyişmək, dəyişdirmək istəmədiyimiz üçün. Yaxşıların dünyasını qura bilərik.

Qorxursan, itirməkdən qorxursan. Sən ey zəngin, pulunu  itirməkdən, itən pullarının arxasında qürurunu itirməkdən qorxursan. Sənsə ey kasıb , zənginləşməkdən qorxursan, zənginləşdikcə şərəfini itirməkdən  qorxursan. Özümüz özümüzü qorxuduruq əslində.

Dəyişmə də belədir. Qorxursan ki, sənə güləcəklər. “Sənmi dəyişəcəksən dünynı?” deyəcəklər, güləcəklər, məsxərəyə salacaqlar…Bundanmı qorxursan?!. Sənə gülənlər səndən daha çox qorxurlar. İtirəcəklərin ucbatından.

Bax o zaman dünya dəyişə biləcək ki, biz bizliyin mahiyyətinə varacağıq. O zaman ki, günahlarımızı ört-bastır etmək üçün  dilənçilərə “başımıza dolayıb, ürəyimizdə söyə-söyə” verdiyimiz 5 qəpik əvəzinə dilənçinin əlindən  tutmağa çalışacağıq. Bu o zaman olacaq ki, cibimizdə 5 qəpik olmayan zaman dilənməyə başlamayacağıq. Bu o zaman olacaq ki, biz aclıqdan ölməmək üçün özümüzü satmayacağıq. Bu o zaman olacaq ki, sərhədlər qaldırıb, silahları yandırılacaq. Bu o zaman olacaq ki, birinci addımın kiminsə atmağını gözləməyib sən atcaqsan..

Gəl..birinci addımı biz ataq….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.