Bir neçə gün öncə feysbukda  “Bunlar niyə oruc tutduqlarını reklam edirlərki” adlı bir satatus gördüm. Sahibi çoxlarımızın tanıdığımız yazarlardan biri idi. Yox, bu dəfə Aqşın Yenisey və ya başqa bizim ateist gözündə gördüyümüz bəzi dindarlardan daha çox Allaha sahib çıxanlardan deyildi. Dindar, imanlı bir orta yaşını keçmiş, ahıl yazıçı. Mən də yerimdə durmadım balaca bir cızma-qara etdim. Əvvəla onu qeyd edim ki, Oruc olduğunu kiməsə və ya kimlərsə demək nə günahdır, nə də qəbahətdir. Hədislərdə də bu belə buyrulur. Rəsulullah (s): “Oruc tutan bir şəxs, özünə təhqir edilən zaman “Allahın salamı üzərinə olsun, mən bu gün orucam” desə, Allah-Təala buyurar: “Oruclu qulum mənə sığındı, onu Cəhənnəm atəşindən qoruyub Cənnətimə yerləşdirin.” (“Vəsailuş-Şiə”, c.4, s.121, “Səfinətul-Bihar”, c.2, s.65) Hətta bir gün səhabə gəlib deyir : Ey Rəsulullah (s) sən mənə oruc tut dedin. Mən rəbbimə sığınaraq oruc tutdum. Məclislərin birində “bir nəfər nənə ağzından pis qoxu gəlir “ Bu zaman  Rəsulullah (s) buyurur… Rəsulullah (s): “Canım əlində olan Allaha and olsun ki, oruc tutan şəxsin ağızının qoxusu, Allah yanında müşk qoxusundan daha yaxşıdır.” (“Biharul-Ənvar”. c.93, s.250) Rəsulullah (s) buyurur ki, Orucam deməkdən  çəkinməyin. Mən alimlik etmək fikrində deyiləm. Sadəcə dəlillər və sübutlar gətirdim ki, ey gözəl insanlar “Orucam” deməkdə heç bir ayıblıq, çəkinməlik yoxdur. Bu reklam, özündən razılıq, ozunu göstərmək deyildir. Onsuzda rəbbin hər şeyi görür və eşidir. Sən və digər sənin düşüncəndə olalar evini təmir edəndə şəkil çəkdirir ki, “ay camaat baxın mən evimi təmir elətdirirəm” və ya “ay camaat baxın mən çay içirəm”, “baxın indi tort kəsirik” ,şəkillər və stutuslar paylaşa bilirsiniz  biz yox?!. Bir yuxarıya bir aşağıya  baxın !.. Gələk əsas məsələyə… İndi deyim niyə Orucu olduğumu yazıram. Ona görə Oruc olduğumu yazıram ki, bəlkə ara-bir siz də imana gəlib, oruc tutasınız. Deyirəm bəlkə tutmasınzda tutanlara hörmət edəsiniz. Hansı ki, sizin kanallar elə bil Ramazan ayı deyil və bu ölkədə müsəlmanlar yoxdur kimi davaranır. Ona görə “Orucam” deyirəm ki, bəlkə insafa gələsiniz iftara qədər orda yaxşı qonaqlıq verdilər, ləzzəti yemək yedim, deyə statuslar yazmaya və ya şəkillər yükləməyəsiniz. İslamı, müəlmanları və Orucun faydasızlığını, lazımsızlığını yazan statuslarınızdan əl çəkə , heç olmasa bir ay sakit durasınız. Ona görə “Oruc” olduğumu yazıram ki, bəlkə metronun içində insanların suya ən çox ehtiyacı olan zamanda əlinizdə suyu gozlədəsiniz . Bəzən suyu elə içirsinizki  az qala gözümüə soxa-soxasız. Bəlkə bir ay hörmət edib su həsaslığı göstərəsiniz. Ona görə “Oruc” olduğumu yazıram ki, yanımızda olanda bəlkə  utanıb siqaret çəkməyəsiniz. Ona görə “Oruc” olduğumu yazıram ki, biədəb-biədəb danışmağı saxlayasınız. Ona görə “Oruc” olduğumu yazıram ki, bəlkə insan olduğunuzu , sosial məsuliyyətinizi başa düşəsiniz. Nəticədə bu dünyada birlikdə yaşayırıq. Birlik olaq, bir yox.   Düzdür içərinizdə həqiqətəndə inanclara hörmət edənləriniz var. Amma, bəziləriniz özünüzü elə aparırsınız ki, elə bil heç nədən xəbəriniz yoxdu. Biz nə edək?!. Deyirik  “Orucam” anlamırsınız. Gərək üstümüzə “Orucam” adlı plakatmı asaq ki, anlayasınız.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.