Nadirin Maralı

Qısa müddət olar ki, bölgələrimizin birində toyda oldum.  Toyları nəsə xoşlamıram. Səs-küyü ürəyimi bulandırır. Kənd toyu olduğundan maraqlı olar dedim və hərbi xiddətdən məzuniyyətə gələn əmioğlu ilə iki gündə 5 toyda olduq. Kənd toyu əslidə adama xoş gəlir. Deyilənə görə, çox sərfəlidir də ,lakin, bir evdən 5 uşaq gələrsə hələ üstəlik o da qohum-ərqəbasını gətirərsə bu zaman ev yiyəsinin ürəyində sancılar başlıyar. Məqsədim  toylarından danışıb sizində ürəyinizi bulandırmaq yox Nadirin son zamanlar toy gündəmində olan “Maral, maral, maral” mahnısı haqqında bir-iki söz deyib və xəbəri olamayanlar mahnının əslini  göstərtməkdir.

Azərbaycan kanallarını izləmirəm. Heç marağım da yoxdur. AzTv-nin sonsuz sevgisi, ATV-nin Zauru, Xoşqədəmi,  ANS-in milli-mentalitetə dəyər verib, gecə porno verməsi və camaatı evləndirməsi, Rövşanəsi, Space-in hələ də Tv-nədi bilməməsi, Liderin Aztv-ləşməsi  bəs edirki, pultu söndürüb özünü öldürəsən.  Həyətdə oturmuşdum birdən qonşu içəri keçib : “ordan bir yutubu aç görək. Yaxşı bir şey var baxaq”- dedi. Dedim ki,yəqin nəsə ciddi məsələdi. Sən demə Xıdalan “kruqunda” ( dairəsində) bir qız Nadirin “Maral, maral , maral” mahnısını qoyub ,küçənin ortasında  oynayıbmış. Bizim camaata da pulsuz tamaşa lazımdı  baxsın. Sadəcə oyuna baxırdım heç mahnıya fikir də vermirdim. Sonra bildim ki, azarlı mahnı Nadirin mahnısıymış.

Bax, üç həftə əvvəl baş verən bu hadisə məni  Nadirin “Maralı” ilə tanış etdi. Sonra araşdırdım. Marağıma səbəb oldu ki, video niyə bu qədər  çox baxılıb?. Bir az başa düşürdüm ki, saytlarda daha çox porno xəbər oxuyan, Brilliyantla Aygünün davası zamanı onlayn olub görəsən daha sonra hansı şəkil gələcək deyə gözləyən, Umka ANS-in ”ajığına“ bəlkə təzə milli-mentalitetə yaraşmayan şəkil paylaşacaq deyə gözləyən gənclərin qizin küçədə maral kimi süzməsinə baxmasına heç “şaşırmadım”. Axtardım və aydın oldu ki, “Maral,maral,maral”  Nadirin yeni mahnısıdır. Camaatın da işi gücü yoxdu bu mahnıya qulaq asır. Mənə maraqlıdı görəsənn kim kopyüterdə bir hissədə maral qulaq asıb, bir hissədə feysbukda oturur?.  Sonra dedim: “adi haldı da Qoşqar niyə təccüblənirsən vaxtı ilə Cavid və Gülağa adlı bədiəçilər (meyxana) iki dənə ceyran götürüb Nabrana dənizə sürmüşdülər. Orda ceyrana neynəmişdilər mənə hələ də maraqlıdı. O iki ceyran hardan tapılmışdı?.  Nadirdə heç olmasa bir maraldı. Bunlarda iki ceyran olub.

Nəysə…

Rayonda daha da maraqlı hadisələrlə qarşılaşdım. Deməli, burada toy günorta saat birdən sonra başlıyır, 3-ə  kimi hamı yeyib-içir, borcunu ödəyir və başlıyırlar oynamağa. Bu zaman hansı mahnılar oynanılır sizcə?. Təbii “Maral, maraql, maral. İnanın 5 toyda oldum ən çox maral oynanıldı. Bir zaman xitdi , hitdi nə deyirlər ondan olan “ay canı yanmış” mahnısı heç bir toyda oxunulmadı. Musiqiçilərlə bir balaca söhbətləşdim Dedim:

-Bəs “Ay canı yanmış” hanı?

Dedilər:

– Nadir Mafın çörəyini əlindən alıb qardaş oğlu. Biz maralı oxumaqdan yorluduq camaat oynamaqdan yorulmur ki yorulmur. Özüdə bir adam 4-5 dəfə oynuyur.”

Anladım…. heyvanlar  bizim insanlara  maraqlıdır. Nə edək  millətimiz danası deyilik ki…

Əslində Maral kimindir?….

Zənn edirdim ki, bu “Maral” Nadirin “Maral”-ıdır. Sən demə belə deyilmiş. Bu maral başqa adamın maralı imiş….

Qısa tarixçə…

Maralı da Nairdən Qabaq Azər Bülbül oxuyub.

Azər Bülbül 1969-cu ildə Türkiyə Qars vilayətinin Akyaka (Arpaçay) rayonunda ailəsində dünyaya  gəlib. Öz adı Sübutay Kesgin olan müğənni daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. Sənət karyerasına “Qərib Yolçu” albomu ilə addım atan müğənni daha sonra “Yalan Olar”, “Mən Sənə Vurğunam”, “Fərat” kasetləri ilə yoluna davam edib. 1996-cı ildə çıxardığı “Mən Babayam” kaseti isə ona şöhrətin qapılarını açıb. Əsasən də bu albomda olan “Yaralandınmı ey can”, “Toxunmayın çox fənayam” və “Hər an hər şey ola bilər” mahnıları müğənninin pərəştişkarları tərəfindən çox sevilib.  (anspress.com)

Azər Bülbül  mahnını toylarda da oxuyub. Amma, nədənsə Nadir kimi ürək bulandırmayıb.

Daha sonra mahnını Dilek Şimşek adlı mügənni ifa edib. Nadir də məhz bundan sonra mahnını görüb, bəyənib və oxuyub. Bir sözlə ürək sözlərinizi Dilek Şimşekə ünvanlaya bilərsiniz. O, oxumasaydı Nadir də görüb, baş beynimizi aparmazdı. Nə bizim başımızın əti yeyilərdi, nə də maralın. Adamlar var ki, Nadirə görə marala (heyvan) nifrət etməyə başlayıb.

Xülasə…

Bizim müğnnilərin bədbəxtçiliyi ondadır ki, işlərinə pul yatırıb keyfiyyətli  mahnı hazırlamaqdansa  5-10 manat verib, bir toy mahnısı hazırlatdırırlar və bununla da paralarını qazanırlar. Nəticədə nəinki Biləcəri heç 20 yanvarı  da o tərfə keçə bilmirlər. Sonra da “biz Azərbaycan mədəniyyətini təmsil edirik” – deyirlər. İndi siz deyin  Nadirin “Maral”-ı, Cavid və Gülağanın “Nabran”-ı(iki dənə ceyran götürək), Manfın “Ay canı yanmış”-ı Azərbaycan mədəniyyətinimi təmsil edir?. Siz deyin özlərini Azərbaycan mədəniyyətinin keşikçiləri adlandıran müğnnilər nə qədər mədəniyyətlidirlər.

Mən bir şeyi bilirəm ki, onların mədəni niyyətləri olsaydı bizə bu qədər əzab verməzdilər. Elə bəzi maralı 5-6 dəfə oynayanlar, maşının qabaq təkərini qaldırıb Nabrana qulaq asanlar, Pərviz Bülbülənin mahnılarına qulaq asıb damarını kəsənlər, İnstaqramda Aygünün yeni açıq-saçıq şəkilini gözləyən, “Mən bu müğənniyə nifrət edirəm”- deyib toyuna  5-6  min verib həmin müğənnini çağıran və onları xalq artisti adlandıran millətim kimi….

Bu da son…

Videolar :

Azer Bülbül GercekTV’de 2007/2008 “Maral” / Yüklenme tarihi: 13 Oca 2008

http://www.youtube.com/watch?v=DtVNjiIVn9s

Azer Bülbül – Azerbeycan Maralı (canlı performans) / Yüklenme tarihi: 4 Eki 2009

http://www.youtube.com/watch?v=85aFhVhMw48

Dilek Şimşek – Maral 2010 / Yüklenme tarihi: 7 Eyl 2010

http://www.youtube.com/watch?v=1RwIR1_-gY8

DİLEK ŞİMŞEK – MARAL / Yayınlanma tarihi: 13 Mar 2013

http://www.youtube.com/watch?v=sn0raohGcq0

Dilel Şimşek – Maral (Flash TV) / Yayınlanma tarihi: 13 Mar 20137

http://www.youtube.com/watch?v=l5MB4-LGOus

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.