Günel Mövludun imzasında yaxşı oğlanın bacısını bildik bəs yaxşı qızın qardaşı…..
Yaxşı qızın qardaşı ilk növbədə ağır olmalıdı. Hətta çəkisi yüngül belə olsa cilərinə “kubik” qoyub gəzməlidir ki, ağır olsun. Yəni, bu ağır abi məhlədən keçəndə sanki yerin altından metro keçirmiş kimi titrəməlidi hər yan. Bu titrəyiş ətrafdakıların ayağını əsdirməlidir və bizim ağır abimiz əsməməlidir, mətin dayanmalıdır.
İkincisi yaxşı oğlanın bacısı ozünə baxmamalı, qulluq etməməlidir. Necə ki, İbonun oğlu İdonun qalın qara qaşları var və o deyir ki, əsl kişi belə şey eləməz, nəm qaşların seyrəltməz, filan falan. Və yaxud “yaxşı qızın qardaşı plastik əməliyyat elətdirməz”. Qırmızı şalvar, kəmər ayyaqbabı geyinməz. Səhəri gün qızlar “sənin qardaşın kişi döyül mən heç ona ərə getmərəm”- deyərlər yaxşı bacıya.
Elə ərə getmək məsələsi düşmüşkən buna da bir mız qoyum yadımdan çıxmamış. Yaxşı qızın qardaşı yenə yaxşı qız almalıdır. Evlənməli yox aaaaaa almalı. Halal süd əmmiş olmalıdır və bu xüsusi aparatlarla yoxlanılmalıdır ki, görək bu yaxşı bacının südü 100% halaldır yoxsa yox. Oğlan el ortasında demişkən şkaf olmalı ki, qızı içində hərliyə və qoruya bilsin. Ağzında qızıl dişi ya da boynunda qızıl sepi olmalıdır ki , həqiqətəndə “imkannı oğlandır, saxlıyajax qızı, görmüsən boyyy nətərdi”- deyilə bilinsin
Yaxşı qızın qardaşı tində oturmalıdır, məhlələrini öz ortalarında müzkirə etməlidir. Hamının yanında “filan qız bizim bacımızdı, ona söz atanı , əyri-üyrü gözlə baxanı cırıq-cırıq edərəm” – deyib, qız məhlədən keçəndə “uydaaaaaaa bu nədi ala nə……….edərdimi ürəyində” – deyib, yanındakı oğlanlara yaman “pozulub aaa…belkə də oğlanı var. Yoo görüşə gedir. Pozulub. Belə olmaz yaxşı qız deyil. Mənim bacım belə olsaydı başını kəsərdim, ayaqlarını qırardım” – deyir.
Yaxşı qızın qardaşı formulası budur yəni, tin və təsbeh.
Bizim cəmi ətimiz düzələcək və o zaman düzələcək ki, heç nə olmayacaq. Kim olursan ol. Əvvəlcə özünə hörmət et. Sən özünə hörmət etsən, digərlərinə də hörmət edəcəksən. Biz yaxşı oğlan, yaxşı qız söhbəti edən cəmi ətik. Ət parçasında başqa bir şeyikmi?