Telebe heyatiADNA-dakı olaylar yəqin ki, çoxumuzun yadındadır. Heç kimin gözləmədyi anda bir sərəfsiz gəldi və günahsız insanları, tələbələri qətlə yetirdi.

Bu hadisədən sonra universitetlərdə  təhlükəsizlik məsələləri gündəmə gəldi. Araşdırmalar nəticəsində bəlli oldu ki bəs güvənliyimiz heç də yaxşı halda  deyil. Təbii ki, həmişəki kimi “düzələcək”, “yaxşı olacaq”, “biz bunun üçün çalışırıq” –  deyildi,  amma , oratada heç nə yoxdu hələ də.

Azərbaycanın ən böyük universiteti hansıdır?

BDU…

İndi mən BDU-dakı təhlükəsizlikdən danışacam. Öncə dərsə gələrkən nələrdən keçirəm bu barədə.

Evdən çıxıram 5 və ya dəqiqəyə dayanacağa çatıram. Buradan avtobusa minirəm və 20 dəqiqəyə Koroğlu metrosuna çatıram. İşdi birdən nəsə olsa  ölsəm bu mənim əcəlimlə olacaq.

Avtobusdan düşürəm əlimdə “sumka” metroya daxil oluram və polis işçiləri yoxlamırlar. Birdən mənim “sumkam”da “molotov” oldu necə olacaq?…

Tək mən deyil çox adamın “sumkam”sı yoxlanılmır. Niyə?

Sullar cavabsız qalacaq təbii ki. Verilsədə “siz yalan deyirsiniz hamısını bir-bir yoxlayırıq”-  deyəcəklər.

Məsələ burasındadır ki, səhər saatlarında metroladan daha çox tələbələr istifadə edir və gənclik gələcəkdir deyiriksə niyə gəncliyimizi , gələcəyimizi təhlükə altına atırıq?… Gərək metroda partlayışmı ola ki, hamını yoxlayalar. Bumu ola?…

Vallahi-billahı çox vaxt özüm yaxınlaşdırıram ki, “-yoxlayın”.

Onlar da “keç də” –  deyə veclərinə deyilmiş kimi cavblandırırlar.

Nəysə

Birtəhər metroda əzilə-əzilə büzülə-büzülə universitetə çatıram və maraqlı anlar başlayır.

Ümumiyyətlə əsas giriş qapısı – “darvaza” həmişə açıq olur heç kimə fikir verilmir elə bir bardaxxanadı.

2 ildir oxuyuram bircə dəfə yoxlama olub bu “darvaza” nın qabağında o da Rusiyadan qonaqlar gəlmişdi.

Deməli, rusun canı bizim canımızdan önəmlidir. O rus ki, bizı 100 illərlə əsarətdə saxlayıb, əzib , torpaqlarımızı işğal ediblər.

Burada da çox yoxlanış olmadı, sadəcə tələbə biletini göstər, keç. Basabas elə idi ki,saxta tələbə bileti hazırlayıb , çantana da bir “bomba” keçirsən içəri partladırsan və bu da təhlükəsizlik sistemi.

Dediyimi kimi bu “darvaza”dan digər universitetin uşaqları da gəlib keçirlər, adi adamlar da. Hətta univeritetin həyətində “pepsi” deyilən balaca bir  kafe var çayın “çaynik”i 20 qəpikdi. Uşaqlar gəlib  burda içib gedirlər.Bəzən adı vətəndaşlar da qonağımız olurlar.

Bizdə 4 bina var. Birində , yəni əsas korpusda rektor oturur. Burda təhlükəsizlik sistemi dediklərinə görə güclüdür. Güclü deyəndə tələbə biletlərinin yoxlanılması nəzərəd tutulur.

Adamın üstündə allah var. Həqiqətəndə  “sumka”ları yoxlamasalar da tələbə biletin olmasa buraxmırlar.

Özüm ikinci korpusda təshil alıram. Yəni elə hesab edirəm ki, alıram. BDU –da elə hesab edir ki, təhsil verir. Belə-belə yola veririk bir-bizimizi.

Bizim korpusa giriş çox rahatdır.

Tələbə biletin yoxdur???…

Metro kartın var???….

Onda sən içəri keçə bilərsən.

Necə???…

Çox sadə yolla. Metro kartını pul qabına qoy və nəzarətçiyə uzaqdan göstər və budur sən qalibsən!!! içəridəsən

“Sumka” da ki yoxlanılmır.

Dediyim yolla girib içəridə nə istəyirsən edə bilərsən. Hər gün mən bunların şahidi oluram.

Məgər daha bir ADNA hadisəsimi olmalıdır ki, nəzarət artırılsın?!.

Hava limanında dedektor var. “Sumka”nları yoxlayır. İnsan içindən keçəndə hər şeyini yoxlayır. Yəni çoxmu bahadır ki,onlardan universitetlərə qoyulmur?. Pulumuzmu yoxdur?. Yoxsa Tələbələrin həyatı heç kimin vecinə deyil?. Bu günün tələbəsi sabahın Azərbaycanı deməkdir. Sabah Azərbaycanı görmək istəmirlərmi?.  Çox şeymi istəyirik. Sadəcə təhlükəsiz yaşamaq , təhsil almaq hüququmuzu istəyirik. Qaz pulu, su pulu, işiq pulu, zibil pulu o pulu, bu pulu yığılır. Univeritetdə pullu oxuyan uşaqların pulları yığılır. Bu apartı almağa imkanları çatmırmı?. Niyə alınmır?. Niyə təhlükəsizlik sistemi bu qədər zəifdir?. Uşaqlar niyə haqqımızı tələb etmirik?!!!

Ermənistanla müharibə şəraitdə yaşayırıq. Hardan bilmək olar ki, sabah elə sabah biri gəlib səni, məni –  bizi öldürməyəcəklər. Zəmanəti kim verir?!.

Hər gün qarşılaşa bilərik bu hadisə ilə.

Həyatımız təhlükədədir.

P.S. Təhlükəsiz təhsil almaq istəyirəm!!!….

Tələbələrin həyatı təhlükədə ola bilər…” üçün bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.