Gəzdim, gördüm, yazdım….
Mən Sabunçuda yaşayıram (sürünürəm) və tələbəyəm. Yəni, hər gün Koroğlu metro stansiyasını ziyarət etmək məcburiyyətində oluram. Səhər yola verilsə də axşamlar bu metroda baş verənlər məni təngə gətirib. Məsələ əslində keçiddədi, daha doğrusu, alverçilərdə və buna biganə qalan metro təmsilçiləri və polislərdədi.
Nədən deyim sizə natəmizlikdən, adamı boğan siqaret iyindən, yoxsa metro söyüşlərdən?….
Sıra ilə gördüklərimi deyim ,bəlkə, anlayarsınız.
Axşam tərəfi dərsdən çıxıb evə gedirəm. Keçiddən – yeni açılmış park istiqametinə çıxan keçiddən (çıxış) çıxıram ki, evimə çatım rahatlaşım , əgər , rahatlaya biləcəyəmsə. Keçidlərdə alverçiləri yəqin ki, görmüsünüz. Bax, bunlar zibilləri gecə keçidin içinə atırlar. Boş salafalar, kartonlar və başqa zibillər sanki zibil atılan yermiş kimi atılır. Ay camaat, zibilliyin içindən keçməliymişik biz.
İkincisi, metro alverçilərinin bir-biri ilə əxlaqsız şəkildə zarafatları və söyüşləridir. Sanki, öz evlərində oturub, ya da ki tində söhbət edirlər. Qaqaşlar “razborka” çürüdürlər. Bu “razborşik” qaqaşlara metro nəzarətçiləri qulaq burması niyə vermir bilmirəm.
Üçüncüsü dilənçi məsələsi. Buna toxumayacam. Çünki bizim ölkənin yaralı yeridi.
Bacarmırlar da qardaş.
Açıq şəkildə desək bacarmırlar. Nəfslərindən keçə bilmirlər. Mən necə inanım ki, dilənçilər elə-belə metroda sərbəst dilənə bilirlər.
Gəlin yoxlayaq . Bir gün metroda əlimizi açaq və dilənməyə başlayaq. İnandırım sizi elə o andaca polislər üstümüzə axışaqcaq ki, bəs asayışı pozursunuz falan filan. Başımızı qaldırmamış vergilər nazirliyindən bir nümayəndə “cənab dilənçi qaqaş siz vergi verməlisiniz. Diləndiyiniz hər 10 qəpiyin 4 % – i dövlətindi”- deyəcək və siz nervilənəcəksiniz. Çünki, sizin yanınızda dilənənlərə heç kim heç nə demir. Nervilənməyə ehtiyac yoxdu onların yuxarı yerdən day-dayıları var…
Sual…
Bəs metro içindəki alverçilər vergi verir?. Ya o heç “polka”sı olmayan xalalar hansı ki, bir bazar “sumaka”sını qoyur yolun ortasına “ondan qalmadı bundan qalmadı”- deyə səsinin yoğun yerinə salır. Onlar verirmi?
İnanmıram.
Hər cümə günü “Pusu 1 manat, Polat Alemdar bir manat” anqırtısını eşitməkdən təngə gəlmişəm. Bu insanlar necə olur ki, disk sata bilirlər. Bəs bu disklər pirat deyilmi?!. Qanunsuzluq deyilmi?!. Bizim metroda qanunsuzluq hallarımı baş verir yoxsa mən həqiqətən bisavadam?!….
Biz Azərbaycan gəncini, Azərbayan insanını savadlı, dünyagörüşlü görmək istəyirik. Düzü, biz istəyirik sizi bilmirəm. Amma, nədənsə bu boyda keçiddə bir kitab köşkü yoxdu. Kitablar satılmırmı?.
Satılır. Elə yaxşı da satılır ki. Əvvəl var idi biri. Hər səhər dərsə gedəndə bir qəzet, tez-tez də kitab alardım elə digər dostlar da alardılar görürdüm. Sonra onu götürüb yerinə palatar “polka”sı qoydular niyəsə.
Niyəsi bəlli….. para, para, para.
Siqareti demirəm heç.
Keçidin içində axşam tərəfi siqaret iyi adamı boğur. Az qala 10-15 addımlıq yolu qaça-qaça gedim ki, iyidən boğulmayım. Mən niyə bu vəziyyəti yaşamlıyam?. Keçidin içində yekə şəkil “yapışıdrıfsız” ki, “siqaret çəkmək olmaz”. Amma, bu alverçilər siqaret çəkimir eeee heç nədən qorxmadan, çəkinmədən “rahatjana püffüldədir”. Hə onlar orda işləyir və pul veririlər deyə olar….
Cənab və cənabə millət vəkilləri eşidirik ki, ara bir ictimai və qapalı yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi barədə qanun qəbul etmək istəyirsiniz. Əvvəlcə öz işçilərinizə deyin ki, qanunlara əməl etsinlər. Bu gün ( 7 mart ) keçiddə sizin dövlət işçiniz, yəni polisiniz “siqaret çəkmək olmaz” yazısını yapışıdırdığınız yerin düz altında siqaret çəkirdi. Özü də özünü göstərə-göstərə. Siz belə edəndən sonra sadə vətəndaşın qanuna tabe olmağını istəyə bilməzsiniz.
P.S. Sağlam Mertro mühiti istəyirəm.
1 manatliq kukuruzlari da yazardin daaa
Onu da yazaram növbəti sayda
:)))
Bizim ölkədə qanunlar qüvvəni minmir qüvvələr qanunu minir!
Balığ başından iyləndiyi üçün də düzəlməyinə görə ilk növbədə o dediyin nazirlərin, millət vəkillərinin özlərini düzəltmək lazımdırki, vətəndaşları da onlara baxıb ibrət götürsün.
Əlbəttə , Nicat gərək yuxarıdan nəzarət ola bizdə isə yuxarıda problem var