Konseptual, nəzəri yanaşma yaxşı yanaşmadır, amma, praktika onu alt-üst edirsə  o nəzəriyyəni apar  tulla  zibilliyə. Heç ziblliyə tullamaq konsepsiyası  da praktiki cəhətdən doğru deyil.

“Uşaqlar zibili hara tullamaq olar?”

-Zibilliyə

-“Uşaqlar dünyada yox aaa Azərbaycanda…”

-Hə onda hara gəldi tulla getsin.

Konseptual cəhətdən inkişaf sürətlə gedir.  Parktik cəhətdən hamı acından qırılır.

Konseptal cəhətdən hər gün bir park açılır. Parktiki cəhətdən o parklara iki həftədən sonra heyvan da girmir.

Konseptual cəhətdən ölkəmizin 90 %-indən çoxu müsəlmandı və özü də əsilindən. Praktiki cəhətdən araq içir bu müəlman, qumar oynayır, arada bir göylərə də uçur bu müsəlman . Digər tərəfdən bu müsəlman namaz qılmır və digərlərinə “sən niyə namaz qılmırsan?” – deyir,  ya fahişələrlə min hokkadan çıxıb, “zina günahdı etməyin”-  deyir,  və ya biz hamımız “Quran”ı oxuyuruq, amma, içindəkilərdən heç nə bilmirik .

Konseptual cəhətdən biz də hər şəf “FULL” du dana….

Nəysə

Mövzumuzdan  çox uzaqlaşamayaq yoxsa bizi uzaqlaşdırarlar bir dəfəlik.

Yenə konseptual cəhətdən hər şeydə öndəyik. Yəni  “zoruq”, “bizdən yoxdu”.

Düzdür  biz ”bomab”yıq. Elə  bombayıq ki, partlayanda təsir gücümüz öz əhatəmizi kənara keçmir. Bizdən yoxdu daaaa. Çunki, biz unikalıq. O uniklallardan ki, tində avaraçılıq etməklə ona , buna sataşmaqla fəxr edirik. Biz ona görə zoruq ki, yaxşı əvəzinə pisi  götürürdüyümüzlə fəxr edirik . Biz ona görə zoruq ki, “Facebook”-dan  bir gün hamı dərsə getməsin deyirik, amma, bir gün hamı dərsə getsin, özü də hazır və imatahanları özümüz verək demirik.

Sərf etmir axı. Qardaş imtahan vaxtı kafedra önündə müəllim axtarırıq ki, rüşvət verək. Bunu hamımız bilirik, görürük. Baxın birinci bundan utanmalıyıq.

Bəli , ermənilərin pulu yoxdu. Bəli, onalar gah rusların, gah da amerkanlının altına girib 5-10 qəpik götürə bilirlər Bəs o paralar hara gedir abi?

Anti-Azərbaycançılığa

Biz pulumuzu neynirik?

– “Hansısa fahişəyə 1 saata görə,kef məclislərinə, müəllimlərin, dekanların və ya müdirlərin cibinə.

Erməni gənci düşünürəm ki, bizdən daha cəsarətlidi və çalışqandı. Hələ də bizə qarşı vuruşurlar.  Dövlətimizin hörməti hər yerdə keçdiyi halda hələ də mübarizə aparırlar. Pulumuz çoxdu  özüdə  kalan. Fransada, ya da ABŞ-da  senatları ala bilmirik. Erməni gənci isə bu yolda papalarına kömək edir. Yəni, papa pul buraxır və senat deyir ki, “Ermənilər kişidir, Azərbaycan və Türkiyə onlara təcavüz edib (türkün məsəli), Azərbaycan kişiləri erməni kişiciklərini incidib , öz yurd-yuvalarından  çıxardıb”.  Sonra gedir “ağzını yaxşıca  yaxalayır” və erməni pulunu rahatlıqla yeyir . Erməni gənci də götürür əlinə tarı , çıxır kamernanın qabağına və deyir : “-Əlimdə gördüyünüz bu  musiqi aləti qədim erməni alətidir. Bablarımızdan bizə miras qalıb”. Daha sonra “yaxşıca bir “Sarı gəlin” oxuyur və deyir : “- Oxuduğum bu mahnı erməni xalq mahnısıdır”

 “ Ay oğraş”….

Sənin “gorun var idi ki  kəfəinin də olsun”.  Ananın , atanın kimliyi bilinirmi ki,  gəlib  belə cırıla-cırıla danışırsan?!.

Danışır… Danışacaqda.

Biz öz malımızı tanıtmadıqca onlar bizdən alıb tanıdacaqlar. Bəh-bəhlə yediyimiz “Dolma”-nı  belə  erməni dolması kimi tanıdıblarsa.

Biz erməni dolması yeyirmişik.

Utanmırıq. Ayıb olsun..

Bəli, utanılası məsələdir. Ona görə ki, bunları edən erməni gəncidir. Qocası etmir. O da edib vaxtında. İndi yerini nəvəsinə verib. Bizim qocalarımızsa “kreslelolarına kleyləyiblər özlərini ki , heç kim durğuza bilməsin”.

O  zaman qış yuxusundan  ayılırıq   erməni  gənci durub deyir ki, “Nizami” erməni şairi olub.

Ola bilsin bir gün də deyəcəklər ki, “Azərbaycan milləti əslində erməni millətinin ( Əgər millətdirlərsə, millət olaraq formalaşıblarsa 🙂 )  bir hissəsi olub tarixən”.

Sadəcə  

“ Ay oğraş”….

Əlimizdə faktlar  olarkən , doğru ikən susuruq, gözləyirik , yatırıq. Erməni dığası durub deyəndə ki, filan falandı biz də  respublika səviyyəsində  ayaqlanırıq.

İlk nə deyildisə odu eee arxadaş.  Olan olur keçən keçir. Elin amerikalısı bilir ki, “Sarı gəlin” erməni mahnısıdır. Elin ingilisi bilir ki, “tar” erməni alətidi .Elin almanı  bilir ki, “dolma” erməni yeməyidi.  Elin fransızı bilir ki,  “Qarabağ” ermıni torpağıdır.

Bunların hamısını  erməni gənci edib. Edir və edəcək də. Düz edirlər  elə nə qədər ki,  biz oturub “face” də məzələnirik, ya tində özümüzü göstəririk, ya qız tutmaq üçün çiynimizə çala belə bilmədiyimiz gitara taxırıq, ya da özümüzü üzdə vətən sevər kimi göstərib təklikdə bu “vətənin …..duddddddddddddddd” deyə söyüyksə

Bax , bu məsələ də erməni gənci, erməni oğraşı, erməni dağası Azərbaycan gənlərindən üstündür. 

Erməni gənci yaratmağı bacarmır, amma, oğurlamağı çox yaxşı bacarıq. Oğurla demirik. Sadəcə tanıt.

Gül kimi torpağın – AZƏRBAYCANın var tanıt, sahib çıx “Ay oğraş”…

P.S. Heç nə:)…Yazı hər kəsə şamil edilmir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.