Mən Şərqdə doğulmuşam, nəslim də , köküm də buralıdı. Atam da bir “Urusetdə” olmayıb ki, rus Nataşalardan olan ögey avropllı qardaş və bacıcığazlarım ola. Qanım təmiz xalis III müsbət Şərq qanıdı.
-Peşmanamı?
-Bəli.
-Niyə?
-Çünki. Mən Şərqliyəm. Mən xəyallarda yaşayıram. Tez unudanam. Məcnunam. Leyladan başqa Leyla yoxdu mənimçün.
Mən axmağam…
Dünyada çox şeyi yartmışam. Qərb qardaşcığazım məndən öryənib mədəniyyəti. İndi mənə mədəniyyətsiz deyir. Haqqı çatırmı?, düzmü deyir?
-Bəli, düz deyir. Mən mədəniyyətsizəm. Mədəniyyətinə sahib çıxa bilməyən necə mədəniyyətli ola bilər ki…
Erməni dığası Sarı gəlini, tarı özünükü kimi tanıdır. Bizsə o vaxtdan tanıtmağa başlayırıq ki, erməni artıq onu tanıdıb. Olmazmi ki, biz onu əvvəldən tanıdardıq. Bir Barackın ağzında Xocalı faciədir deyən illərdir can atır gözləyirik. Niyə axı, biz layqeydik yaratdıqlarımıza.
Bir İsmayılımızın “Mən karvan basan quldur deyiləm” deməyinə bax. Olmalısan qardaş. Müharibə vaxtı sən karvan da basmalısan başqa şeylər də etməlisən. Zordu da indi bu. Hardan qaynaqlanır?.
Tanrıdan və dəyərlərdən…
Tarixə baxaq Şərq alimləri kəşf edir, tapır və inkişaf etdirmir. Amma, avropalı alim götürür, düz-qoş edir və öz adından yayır. Siz məndən də yaxşı bilirsiniz hansı elmlərdi və hansı ixtiralardı. Haqqları çatırmı?
-Bəli, bacarana can qurban. Bacarardım edərdim…
Mən yatağanam. Çox yatmağı xoşlayıram. Monarxiya olsun olmasın, demokratiya olsun olmasın, söz azadlığı olsun olmasın, səsimi boğsunlar, dilimi kəssinlər, nə edirlər etsinlər amma, bircə tikə çörkər versinlər yeyim və yorğanımı üstümə çəkim yatım bəsdir. Budur mənim üçün həyat.
Mənim üçün hər şey Tanrıdı. Mən dinimi araşdıra bilmərəm. Yalnız əyilməliyəm. Axı, mən Tanrımdan qorxaq istəmirəm. Onu sevmək istəyirəm. Mənim babam mənə tanrını səhv anladıb. Babam VII əsr-dən bəri yaşayır və mənə o dövrün dəyərlərindən, adət-ənənələrindən danışır. Ağır tipli mentaliteteolitdi. Hər şey təzələnir, yenilənir, amma, Tanrı və dəyərlər dəyişmir. Tanrı da yenilənməlidi.
Biz onu öldürməli, yenisini yaratmalıyıq.
İnsan var deyə tanrı var. Qərb bunu çoxdan edib. Onlar hər şeyə elmi yanaşarkən biz dinini, ilahi cəhətdən yanaşırıq. Qərb dünyanı araşdırarkən biz günahdı deyə qaçırıq bunlardan. Qərb süni mayalanma deyərkən biz günahdı deyirik. Bu qədər ilahilik çox deyilmi?….
Nitşe bu qədərmi ağılsız admam idi ki, Tanrını öldürmək istəyirdi. Heç kim onu anlamırdı. Hələ də anlamayanlar var. O mənəm Şərqli. Mənə görə tanrıya niyə sualını vermək də qəti qadağandır. Nitşesə düzgün deyirdi. Tanrı ölməli idi və öldürdü. Bilirsiniz dəyərlər sistemini Tanrı yaradır. Yəni Tanrı adından insan. Nitşe də Tanrını öldürməklə saxta, işə yaramayan dəyərləri öldürüb əvəzində yenisini yaratmaq istəyirdi. Bizim tanrımız bizi rasionallıqdan uzaqlaşdırır. Mən irrasionalam. Elm mənim üçün yarımçıq olmalıdı. Mən yalnız asketik həyat sürüb , çəməndə bir qız görüb ona şeir yazan insanam. Mən özümü qiymətləndirə bilmirəm. Ona görə mən qiymətsizəm.
Mən eyş-irəti sevirəm. Mənim üçün Tanrı önəmli olarkən, qadın müqəddəs olarkən 5 arvad ala bilərəm , Ajda Pekkan demiş arada –sırada bir göbək rəqsi eliyən xanımsızları oynatmalıyam qabağımda. Mənim ölkəmin rəhbəri bütün gün qarşısında rəqs edən xanimsızların sinəsinə para basmalıdı və mən ac qalmalıyam. Mən prinsipə düşməli, qonşumun acığına 6 maşın , 8 ev almalı , 3 məşuqə saxlamalıyam. Mənim ökləmin biznesmeni ən hündür bimnaları ucaltmalıdı, nə ki var pul qazanmalıdı, amma, Qərbin Obamansı, Merkeli söz deyəndə 4-cü skorosdan zadniyə atmalıdı. Mənim Tanrım bu deyil. Mənim Tanrım düzgün anlatılmayıb. Kimlərsə istifadə edib , özünə sərf edən saxta Tanrını, saxta dəyərləri bizə soxuşdurub. Mən qulam. Dəyərlərimin Tanrınım quluyam.
Tanrı bu qədər gözəldirsə yaratdığını qul edərdimi?.
Yox. Əsla!
Düşünən yoxdur burasını sadəcə….
Babam Əlisəttar mənə Tanrımı səhv başa salıb qardaş vallah…
Mən əliaçığam. Yaxşıdırmı?
Yox. Xocalımı, Qarabağımı, İrəvanımı , Borçalımı buna görə itirmişəm. Mən uduzmuşam həmişə. Mən İraqam, mən Əfqanıstanam , mən hər gün onlarla qadın ,uşaq öldürülən Qəzzayam, mən hər saat insanı insan kimi yox heyvan kimi qətl edən Suriyayam. Kim edir bunları?
Qərbmi?
Xeyir.
Mən. Özüm etmişəm, edirəm və edəcəm o vaxta ki, Tanrımı öldürüb yenisini yaratmasam. Çünki səsimi çıxartmamalıyam. Mən dilsiz, əliz olmalıyam. Babam deyərdi ki, tanrı belə deyir. Bu babamın saxta Tanrısı idi.
Konfutsi dahi filosofdu. Düşünürəm ki, o da dövlətdən rüşvət alıb. Deyir ki, insanlar hakimiyyətə tabe olmalıdı necə olur olsun. Əsas ideyası “jen” konsepsiyası-insansevərlik olan filosofun belə fikir ortalığa atması görünür ya kasibçılıq dövrünə düşüb, ya da ki, impertator əlahəzrət MTN-ni göndərib yaxşıca qulaq burası verib ki, “əəəə nə insansevərlik, bas getsin imperiya, Tanrı da biz tərəfdədi falan”. Tanrını satın alıblar bunlar. Biz niyə dəyişdirməyək..
Qərb yaratmayıb dini, ümümiyyətlə Qərbdə din yaranmayıb ,halbunki, dinimizin fəlsəfini onlar yaradıb.
Bizim qəhrəmanımız yoxdu eee. Qəhrəman bizim üçün Robin Quddur. Olsa-olsa nə olur olsun ölməyən 1 saat yarımlıq Polad Ələmdarımız var. Mənim uşağım Tom və Cerri ilə böyüyür. Mənim uşağım Qərb ideyası ilə böyüyür. Mənim uşağım din deyəndə bığları qırxılmış , iryənc saqqal saxlayan, sortik geyinən əcayib canlını başa düşür. Mənim uşağım din deyəndə əlində silah, dağa çıxmış radikal canlını başa düşür. Mənim uşağım Şəqrli deyəndə geridə qalmışlığı başa düşür.
Mən sabahımı düşünmürəm. Şərq üçün bir gün var, o da bu gündür. “Sabaha sağ çıxarıq baxarıq, bəlkə sabaha sağ çıxmadıq”. Birdən çıxdın necə olacaq?!. Və insan canlısı üzlüdü hələ olacaq, yaşayacaq. Qərb yaradacaq biz baxacıq. Arda biz də nəsə yaradacıq, sonra Qərb baxacaq ki, tanıtmırıq başımızdan vurub əlimizdən alacaq. Gələcəyi düşünmək lazım gələrkən biz keçmişlə yaşayırıq. “Keçmişə qayıtsaydıq eeeee əsl dövr o dövrüydü….dəyərlər… pəhhhh”
Şərq öz Tanrısını öldürməlidir, çünki o inkişafa mane olur. Mən Şərqli hər hansı iş görəndə duyğularımin əsiri oluram. Mən saxta dəyərlərin qulu oluram. Saxta Tanrının saxta dəyərləri müasir düşüncə ilə ayaqlaşmır eee, ayaq bağı olur.
Hər kəs Türkiyə türkcəsində danışır o zaman məndə bununla bitirim.
Doğu bizlə dalga geçməkdə iyi yapıyor və yapacak…Bizlər sahte Tanrımızı və deyerlerimizi öldürmedikce.
P.S. Nervilənməyin:)