Mən əslində nervili uşaq olmamışam. Hələ balaca olanda sakit olduğuma görə çox istəyirdilər. Başqa uşaqları “pisikdirirdilər”. Səmimi desək mən də onlara o qədər də yaxşı baxmırdım. Elə bil nervili olmaq onların günahı idi. Ya Allah deyilən qüvvə  belə yaradıb, ya da cəmiyyətin gördüyü işlərin nəticəsidir . Abi ne kadar nerviliydilər bi bilsən.

 Olamaz yaaa…

İndi isə başa düşürəm ki, onların nervili olmağı ictimai kədərlərinin nəticəsiyimiş. Sən demə onlar hər şeyi, cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri izləyirmişlər. Mənsə təzə-təzə ayılıram.

Nayırrrr. Kendimi hiç affetmeyeceyim….

Papağımı qabağıma qoydum, sonra oturmadım yox uzandım və nervilendiyim şeylərin siyahısını tutdum. Dedim bəlkə kimlərəsə maraqlı gələ və birlikdə nervilənək. Belə bir təklif bedə edirəm ki, ”Nerviləniyorum” adında küçə, qəsəbə, prospekt, məktəb salınsın, böyük konsfrans və tədbirlər keçirilsin. Hətta üzümüzə gələn illərdən biri də bu cür adlandırılsın. Bununla da nerviləniyorum milliləşsin və gələcək  nəsillərə ötütrülsün. Onların da nervilənməyə haqqı var. Axı, yeni doğulan və ya körpə uşağın neyviləniyoyum deməyə hüququ çatır. Biz onların bu azadlığını əllərindən ala  bilmərik ,əgər demokratik və azad Respublikada  yaşayırıqsa. Lap irəli gedərək “Müsəlman”-lığın 5 əsas  şərtinə birini də – nervilənməyi də əlavə edək. Müsəlman Həccə getsin, namaz qılsın, zəkat verisin və nervilənsin. “Kəmeyi-Şəhadət”-i əzbər bilməklə yanaşı arada nerviləniyorum da desin.

Bilirsiniz açığı istəyirəm ki, nervilənmək milli-mənəvi dəyərlərimizinə qaynayıb-qarışsın.  Xarici ölkələrdə haralı olduğumuzu soruşanda “Nerviləniyorum…” deyə cavab verək. Bununla da bilsinlər ki, Azərbaycanlıyıq.

Nəmmm  əşiiii.

Blogu oxuyanda bəlkə sizdə nerviləniyorum deyəcəksiniz. Ona görə də yazıya ağrı kəsici dərman şəkli qoymuşam. Arada baxın. Bəlkə nerviniz keçə.

Nervileniyorum
Nervileniyorum

Arkadaşlar biliyorsunuzmu bən nələrə nerviləniyorum?….

 

Koroğlunun məndən yaxşı vətəndaş olmağına nerviləniyorum;

Facebookda 12 yaşlı uşağın siyasi şərhlər etməsinə nerviləniyorum;

Müğənilərə xalq artisti vermələrinə nerviləniyorum;  (Onlara xalq arsızı vermək lazımdı)

Samir Bağırova qızların kişi kimi baxmaqlarına nerviləniyorum;

Təhsilimizdə böyük çatışmazlıqlar olmasına baxmayaraq,  Nazirin “hər şey qaydasındadır” deməyinə nerviləniyorum;

Müəllimlərin süpürgə pulu , 8 mart , müəllimlər günü pul yığmağına, uşaqları döymələrinə və  söymələrinə nerviləniyorum;

Rüşvətizmə nerviləniyorum;

Rüşvətə zarafat yana şirinlik deyilməyinə nerviləniyorum;

Postmodernizm adı altında söyüşün, əxalaqsızlığın aşılanmasına nerviləniyorum;

Azərbaycan kanallarına nerviləniyorum;

Jurnalistlər özlərini yalandan bitərəf adlandırıb yaltaqlanmalarına nerviləniyorum;

Başı boş gənclərə nerviləniyorum;

Saxta “klounlar”-a nerviləniyorum;

Azərbaycan müxalifətinə, heç bir iş görməyib, boş-boş danışan müxalifətə nerviləniyorum;

Aksiyada şəklim düşsün deyə, səbəbini belə bilmədən  gedənlərə nerviləniyorum;

Yalandan YAP-a girən, yaltaqlanan, “gələcəkdə bir iş taparam bu yolla” deyən gənclərə nerviləniyorum;

Qızın mini yupkanın  minisini geyniməsinə yox,  “niyə baxırsınız”deməyinə nerviləniyorum;

Zor oğlan söhbətinə, “prastoy vətəndaş” və “milli ünsürlər”-ə nerviləniyorum;

Uşaqların və yeniyetmələrin “tin uşaqları” modelinə çevrilməsinə nerviləniyorum;

Ailədə uşaqlara söz verilməməsinə, qadınların döyülməsinə, söyülməsinə, yazıqlıqlarına  nerviləniyorum;

18 yaşı tamam olmayan qızların zorla ərə verilməsinə, ümumiyyətlə görücü üsuluna nerviləniyorum;

“Facebook”-un  bazarxanaya çevrilməsinə nerviləniyorum;

Bloggerler dur-dura bloqqılların özlərini blogger adlandırmalarına nerviləniyorum;

Və.s. şeylərə verviəniyorum.

P.S. Mən də nə nervili uşağıymışam əəəə . Abi hər şeyə nerviləniyorummmm 🙂

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.