Sosial şəbəkələrın olması hər bir ölkə, ondan öncə gənclər üçün yaxşı bir haldır. Bir zamanlar hələ facebook yoxkən wap çatlar var idi ki, gənclərin əksər kütləsi buralarda cəmləşmişdi. Facebook yarananda hər şeyin ilki gözəl olar misalı yerinə oturmuşdu. Baxanda bir ağırlıq, bir səviyyə görünürdü. Zaman keçdi və bizim o çatlarda olan gənclər gəldi oturdu facebook arxasında. Beləliklə də facebook oldu “bardaqxana”. 14 yaşında olan uşaqlar siyasi fikirlər irəli sürməsindən tutmuş, sevgi , vətən, millət məsələlərinədək həll etməyə başladılar. Bu uşaqlar siyasət nədi bilməzkən özlərini siyasi şərhçi yerinə qoyurlar və sanki ölkənin ən önəmli fiqurlarıdırlar.
Çoxlarımızın bildiyi “event” xidməti var facebookda.
Əla. Söz yox. Çox yaxşı bir xidmətdir. Hər hansı bir tədbir təşkil edirsən və dostlarını dəvət edirsən. Dostların dostlarını, o da öz dostlarını, o da öz dostlarını və beləliklə sənin tədbirini çox insan görür və kömək edir. Tədbirlərdə müxtəlif məqsədlər ola bilər. Məsələn : Xeyriyyə tədbirləri, Təlimlər, Kurslar və sair və ilaxır.
Bir neçə gün öncə qarşıma bir “event” çıxdı və müxalif meyilli gənclərin əslində nə istədikləri bir daha görüntüyə gəldi. “Event”in adı “PUB” idi. Bu gənclər müxalif liderlərdir. Bir çox eventlərini görmüşəm. Belə baxanda deyərsən ki, aha hər müstəqil və demokratik ölkədə olduğu kimi bizdə də müxalif meyilli gənclər var və bu istiqamətdə işlər görə bilərlər. Hərçənd ki, iş yalnız yığışaq aksiya edəkdən başqa bir şey deyildir. Çünki, bunu görmüşük. Əgər nəsə etmiş olsalarıydı nəticə olardı. Nəticə yoxdursa , deməli, heç nə edilməyib . Doğrusu etmək istəmirlər. Demokratiya və söz azadlığında Avropa və ABŞ-a baxın deyən bu gənclər müxlifət deyəndə ən azından qonşu Türkiyəyə baxıb örnək götürsələr yaxşı olar. Heç olmasa adlarını oğrulda bilərlər.
“Event” də deyilir ki, gənclərin vaxt keçirməsi üçün yer yoxdu. Özlərini həmişə intellektual , dünyagörüşlü sanan bunlar doğurdanmı belə düşünürlər ki, gənclər yalnız PUB da əylənə və yaxud dincələ bilər. Yox əzizim. Bunlar piyvə xəstələridir. Bunlar gecə – gündüz PUB-larda keçirirlər vaxtlarını və o qədər buralarda olurlar ki, endirim kartı da istiyirlər.
PUB-da kitab da oxuyurlarmış. “Allah sən maaa ölüm ver. Məni apar bunların arasından. Mən bu səviyyəlilərin arasında çox səviyyəsizəmmiş”. Elə bilirdim kitabı, kitabxanada, evdə və ya hər hansı sakit bir yerdə ayıq başla oxumaq lazımdı. Sən demə biz indiyədək səhv edirmişik. Bir kitab alıb, gedib PUB-larda oturub, yanımıza da bir piyvə və vura-vura oxumalıymışıq. Vay…vay-vay. Necə də günaha batmışıq.
Əzizlərim şəhərdə kifayət qədər PUB var və əgər ehtiyac olsaydı indi iki addım dan bir PUB olardı. Kapitalizm dövründə elə biznesmenlər var ki, quşu gözündən vururlar və indi sizi gözünüzdən vurmuşdular. Fikirləri, düşüncələri, hədəfləri yalnızca əyləncədir, piyvədir. Əgər bu dövləti dəyişdirmək istəsəydilər PUB-da endirim kartı evəzinə kitab istəyərlərdi, layihə hazırlayıb xalqdan dəstək istəyərlərdi. Axı, gün kimi aydındı ki, hədəfləri bu deyil. Hədəfləri Kef,əyləncə , piyvədi.
Onlar üçün hətta çörəkdən də müqəddəs PUB-lardı və atalar sözlərini də dəyişdib “PUB bol olarsa basılmaz vətən… ediblər.
Acıyorummm…
“Facebook”- da PUB “Event”-i…
Biz gənclərə istirahət etmək üçün yer lazımdır. Hansı ki, orda oturub rahat şəkildə içə, əylənə, söhbət edə biləcəyik. Hazırda Bakıda elə bir yer yoxdur. Cəmi bir neçə yer var və onlarda da birmənalı olaraq nasist rejimidir. Biz elə bir yer axtarırıq ki, hamımız, bütün gənclik ora rahat şəkildə gedə bilək.
Bunun üçün biz bir təklif irəli sürmüşük – Eventi going edənlərin sayı 500ü keçsə, şəhərdə bir pub ilə danışırıq və going edənlərə o pub`a giriş üçün kart verirlər. Hansı ki, bu kart sahiblərinə həmin kafe tərəfindən müvafiq endirimlər edilir. Bu təkliflə razılaşanlar bizə qatılsın. Sayımız nə qədər çox olsa o qədər yaxın zamanda bir pub`la danışa bilərik.
Publa danışandan sonra giriş üçün kartları “Yeraltından Kitablar” mağazasından ala bilərsiz.
Bu razılaşmanı tekce publa etmeyeceyik. Asude vaxtlarınızı semereli söhbetlerle – kitab oxumaqla keçirmeyiniz üçün kafede razılaşdıracayıq.
Mekanınların seçiminde zövqlü olmasına, seslendirilen manhınların zövqümüze xitab etmesine xüsusi diqqet edeceyik.