Deyilənlərə cavab və açıq məktub

Əslində mən bu cür polemikalara qoşulmaq istəməmişəm.  İrəli haqqında çox sayda  xoşa gəlməz sözlər eşitmişəm və sadəcə” it hürər karvan keçər” deyib keçişəm. Hər zamanda deyiləcək. “Pişiyin əli ətə çatmayanda ətə iylənmiş deyir” məsəli. Amma,  bir neçə gün öncə “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gənclik” layihəsinin ETİMAD Komandası ilə bağlı yazdığım blog yazıma görə deyilən fikirlər məcbur etdi ki, mən də nəsə danışım. Məsələ ondadır ki, mən jurnalistəm, heç bir mövqeyim olmamalıdır və bu yazımla mən guya irəlini tərifləmişəm, girənlik etmişəm. Bununla mən də  girəliçiyəm. Statistik nəticəni  göstərməyə ehtiyac yoxdu. Onsuzda hamı bilir ki, İrəli qısa müddətdə nələr edib, hansı işlər görüb. 

Onların dediyinə görə İrəli yaltaqlıq edir. Hakimiyyət tərəfindən müaliyyələşdirilir.

Sual 1…

Bu müaliyyələr yaxşı işlər üçün verilirsə pisdirmi?.

Cavab olmayacaq və yenə sözü firladacaqlar söz  ve demokratiya azadlığına. Azərbaycanda heç biri yoxdu deyə. Halbuki, söz azadlığı olmasaydı istər virtual həyatda , istərsə də real heyatda ağızlarına gələni danışmazdılar.

Sual 2…

Azərbaycan dəyərlərini, mədəniyyətini,  taixini tanıdan və təbliğ edən ən böyük təşkilatdır. Bəs siz niyə etmirsiniz?!.

Deyəcəksiniz ki, bizdə pul yoxdu?.  Axı nə zaman belə bir addım atmısınız ki, də geri çevrilsin. Siz pulu ancaq yersiz və mənasız partilər təşkil edib, əylənməyə verirsiniz. Gərçi  mədəniyyət , tarix və dəyərləri də qəbul etmirsiniz. Dəyərlər piyvə, partilərdə qız tutmaq, hərakatlara  qız tutmaq üçün qoşulmaq, aksiyalarda şəkillərimiz düşsündən başqa bir şey deyil sizinçün. Əlinizdə bir sənəd,  layihə yoxdur  gətirib deyəsiniz ki, bu  da bizim təklifimizdir. Sadəcə danışmaq, boş-boş danışmaq. İrəli iş görür digərləri sadəcə pisləyir və danışır.

Səmimi…

Bununla belə İrəlinin də bəzi yanlışlıqları var məznimcə. Öncə siyasi görüşlərini açıq şəlikdə bildirməlidir. Kim nə deyə bilər ki?!. Onsuzda hamı bilir. Məhz Girəli məsələsi də bunu açıq şəkildə deməməkdən irəli gəlir.

Girəli deyənlər düzmü deyir?

Bəli, özlərinə görə hə.

İrəli özü açıq şəkildə desə ki, ” bəs biz iqtidar tərəfdəyik”.

Ok. O zaman heç kim heç nə deyə bilməz. Kimin nə işinə. Sonra İrəli əvvəlki kimi deyil. Əvvəl ofisə girəndə ab-hava adamı valeh edirdi. Hər kəs bir-birinin üzünə gülürdü, ir gənclik coşqusu vardı. Bunu görə bilmirəm. Elə bil Nazirlikdə işləyirlər. Bunda düzəliş etmək lazımdı məncə.

Hər halda  İrəli Azərbaycan cəmiyyətinə, gəncliyinə yararlı və önəmli təşkilatdır. Və bu problemlər ardan qaldırılsa lap əla olacaq. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.