ETIMAD
ETIMAD

Bir neçə gün öncə “Facebook”-da  bir paylaşım gördüm. Adətən  “face”  üzərindən videolara baxmasamda bu dəfə şeytanın ayağına daş atıb baxdım  və məmnunda oldum. Çunki, bu promo video İRƏLi Qış Universitetinin məmim fikrimcə qalib kamandası ETİMAD komndasının promo videosu idi. Təsirləndim. Bu səbəblədə blogumu EMTİMADçılara həsr etdim. Öncə digər komandalarında promo çəkilişlərini izlədim. Ədalət naminə sizlərdə  izləyin və aradakı fərqi görün. Bəzi dostlar bu video üçün “ağlamalinski” və yaxud da “gəncliyə aidiyyatı olmayan  video “ – dedilər. Amma, məsələ mahiyyətdədir  və yəqin ki, həmin dostlar bu mahiyyəti,əsl mənanı tuta bilməyiblər. Onların əvəzinə çox təəssüflənirəm. Heyf…Digər komandların videoları ola bilər ki, gözəl çəkilsin  ,amma, məna yoxdursa nəyə gərək. Deməli, ETİMADçılar düşünən gənclərin komandasıdır və düşündürməyi bacarırlar. Digər bir komanda müəyyən vasitələrlə “Youtube”  video portalında öz videolarının  baxış sayını artırıb. Nə dəyişdi?!. 

Baxaq… iki müxtəlif insan qrupları nədənsə danışır. Biriləri boş-boşuna danışır və bilmirlər ki nədən danışırlar, yəni, daqnışmaq xatrinə nə gəldi danışırlar,  digərləri isə nə danışdığını bilir və danışdıqlarında da , etdiklərində də bir məna var. Hansı insan qrupuna qatılardınız?. Mən şəxsən məna və mahiyyət tərəfdarıyam.

Gələk ETİMADın promo videosuna….Aşağıda keçid vermişəm. Sizdə izləyib fikirlərinizi bildirə bilərsiniz. Qeyd edim ki, bəzi dostlarımız  promo videonun mənasını tuta bilməyiblər. Heyf bazarda da belə şeyləri satmırlar ki  alıb, gətirib onların başına qoyasan sonar “restart” və təzdən baxa.

Məna…

Biz məktəbdə ETİMADları doğrultduq Universitetə qəbul olduq. Universitedə ETİMADı doğrultduq İRƏLİdə olduq və bu ETİMADI doğrulda-doğrulda zirvələrə qalxırıq. Diqqət yetirdim. Heç bir komanda ETİMAD kimi üç rəngli bayrağımıza bu qədər önəm verməyib , amma, ETİMAD bu bayrağı zirvədə saxlayır. Videonun sonunda bu mənalandırma daha aydın görünür. Məhz o balaca uşaqda ETİMADın arxasınca gedir, ETİMADla İRƏLİləyən Azərbaycan GƏNClərinin ardınca gedir. Çünki, o uşaq da zirvədə olmaq istəyir və bildi ki, bu yol ETİMADdan keçir.

Balaca bir uşaq bunu anlayır, bunalar hələ anlamayıb.

ETİMAD mənim  üçün hər şeydir. Birinci ailəmə , sonra dostlarıma ETİMAD etməliyəm və bunu itirsəm hər şeyimi itirərəm. Mən ETİMAD etməsəydim İRƏLİdə olmazdım.

Açığı…

Mən ETİMADçıların bu videosunu çox bəyəndim. Bir sözlə, mən ETİMADı təstəkləyirəm və ETİMADla İRƏLİ Azərbaycan GƏNCləri deyirəm!

http://www.youtube.com/watch?v=ZlmtZyXys4A&feature=youtu.be

ETIMAD

ETIMAD

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.