“Yeni Gənclik” Tələbə Birliyinin təşkilatçılığı ilə “Fəlsəfə məktəbi” layihəsinin artıq 2 təlimi uğurla həyata keçirilmişdir. Bu dəfəki təlim ilk təlimin bilavasitə davamı olaraq “Fəlsəfə nədir?” sualı ətrafında mühazirə və müzakirələrdən ibarət oldu. Ekspert qismində çıxış edən fəlsəfə elmləri doktoru, Xəzər universitetinin müəllimi Mail Yaqub mövzu ətrafında iştirakçılara Antik Yunan dövründən müsair Postmodernist dövrə qədər filosofların fəlsəfə barədə fikirlərini, ideyalarını və eyi zamanda fəlsəfənin cəmiyyətdə yeri və əhəmiyyəti barədə məlumatlar verdi.