İslam dininin gözəlliklərindən biri səbrdir. Allah (c.c) buyurur ki, “səbr edin ”. Amma, müsəlmanlar bu dəfə də səbr etmədilər və yenə günahkar oldular. Bir azca gözləsəydilər daha yaxşı və tutarlı cavab verə bilərdilər. Belə ki, ABŞ –da istehsal olunan “ Müsəlmanların məsumiyyəti” filmində Məhəmməd (s.ə.s) peyğəmbər, bununla da İslam dinini təhqir edildi. Nə “Oscar” mükafatı almaq , nə də ki, qazanc əldə etmək fikrləri yox idi. Filmin arxasında söz yox ki, İsrail qüvvələri durur. Məqsədləri müsalmanları qızışdırıb, yenə də müsaəlman terroçudur, adam öldürən və təhlükəli obrzaını yaratmaq idi. İstəklərinə də çatdılar. Dünyanın bir çox ölkələrində müsəlmanlar küçəyə axışdı, əllərində daşlar , kəsici və yandırıcı alətlər ABŞ səfirliklərinə hücüm çəkdilər. Hətta bir ABŞ səfiri öldürüldü də. Elə dinc müsəlmanlarda.
Nəticə…
Müsəlman quldurdur. Bu dəfə ABŞ günahsız idi. Onların xəbərləri var idi. Amma, bu dərəcədə də olacağından yox. Aktyorların da dediyinə görə, həm filmin adı “Müsəlmanların məsumiyyəti” yox “Səhra quldurları” olubmuş, həm də ssenaridəki sözlər çəkildikdən sonra dublyajda dəyişdirilib. Daha bir maraqlı məsələ ssenari müəllifi, əvvəllər həbs olunubmuş. Hər şey aydındı. Qurban yenə biz olduq.
Daha bir məslə ürəyimdə qalıb ki, məni çox düşündürür. Ərəb milyarderləri gündə bir Avropa klubunu alır. Onlara nə ki var pul tökür. Hər gün bir bina ucaldır. Boş yerə milyonlar xərcləyirlər. Sizcə onlar təbliğat məsələlərinə yardım göstərə bilməzlər?. Bilərlər. Hamıya aydındır ki, Amerikada senatorların çoxu pula satılır. Ya israil lobbisi alır, ya erməni. Bizimkilər də axırda başa düşdülər ki, almaq lazımdı. Ona görə o, senatorların içində biz aldıqlarımızdan da var. Ərəb milyarderləri istəsələr sentorları “topdan” ,hamısını bir yerdən alarlar. Əgər onlara maraqlı olsa… Deməli, maraqlı deyilmiş. Onlara bundan nə. Onlar topu sevirlər. Qoyaq toplarıyla oynasınlar…