Uşaqlıqdan bəri anlamadan ölümdən danışmışıq . Nə demək olduğunu belə bilmədən . Kaş öləydim deyirsən . Hələ də davam edirsən deməyə . Ta ki, bir  yaxını itirincə. Əlindən uçub gedir . Xəbərin olmur. Sadəcə səhər görürsən ki, yoxdu. Çıxıb edib.  Tək olduğunu  hiss eliyirsən. Ağlaşma qurulur. Bir azda göz yaşı…bir neçə müddət və sən onu unudursan. Sanki yoxuydu. Tanımırdın. Elə bir insan yox idi həyatında. Amma, bu insan sevdiyin olarsa… Qəribə həyatın sənə zərbəsi. Sevginin nə olduğunu yenicə anlamışkən, ölümün nə olduğunu anlayırsan. Əllərin açıqdır…Tutmaq  istiyirsən. Bərk-bərk qucaqlayım, buraxmayım deyirsən . Nə olsun. Gedir uzaqlara. O uzaqlara ki, bir daha qayıdışı belə yoxdur… Səmalara gedir. Hər gecə badığım və onu xatırladığım səmalara… Gözlərimin  önündə əriyir…uçur əllərimdəm.Mənsə buraxmaq istəmirəm.. Üsyan etmək istəyirəm  Tanrıya. Nə fayda. Kişilər ağlamaz deyirlər. Hər gecə bir küncə çəkilib ağlayıram. Göz yaşları. Əlacsızdı onlarda. Sadəcə axırlar su kimi, sel kimi..

Apar məni sevgilim. Apar məni özünlə. Hara gedirsənsə apar mənidə. Ver əlini  mənə birgə gedək. Söz vermişdik yadındadı?..gedəcəkdik buralardan. Gəl indi gedək.Qaçaq. Baxmayaq arxamıza. Qorxmayaq. Nə deyirlər desinlər. Sən  yanımdan sonra  heç nə vecimə deyil.

Getsən apar məni özünlə. Söz vermişdik yadındadı?.. buraxmıyacıq b ir-birimizi. Getsən Tanrı alsa məni səndən. Gələsəm arxanca. Ərafda gözləyərsən. Əlindən tutan olacaq və bir istilik hiss edəcəksən o, mən olacam. Oradan da cənnətlər ölkəsinə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.