Bəlkə də yüzlərlə gəncimiz var ki, jurnalist olmaq arzusundadırlar. Ya bu ixtisasa qəbul ola bilməmək, ya da bu sahədə peşəkar kursların azlığı, hətta yoxluğu onların arzularının reallaşmasına imkan verməmişdir. “İRƏLİ” gənclərə hər cür dəstək verməkdə davam edir. Elə artıq 3-uncusu başlayan “Yeni Media Akademiya” layihəsi buna bir nümunədir. Layihənin uğurlu olması və verdiyi təhsilin səviyyəsi “Yeni Media Akademiya” 1 və 2-nin iştirakçılarına baxdıqda açıq-aşkar görünür. Bir necə həftə öncə layihə 3-uncusunun başlanılmaını elan etdi. Yüzlərlə gənc öz cvlərini göndərdi və onlardan da ən potensiallı, ən istedalı gənclər seçildi. Bu layihənin uğurlu olmasının daha bir özəlliyi isə iştirakçıların seçim mərhələsidir. Üç mərhələdən ibarət olan bu keçid gənclərin jurnalistika qabiliyyətini aşkar etdi.

Bu gün ilk görüş oldu “Yeni Media Akademiya 3”-un yeni iştirakçıları ilə. Yeni simalar, yeni dostlar və ən özəli gələcək həmkarlar . Nə qədər həmfikir olmsaqda.Kimi blog sahəsində, kimi radio-televiziya, kimi mənim kimi jurnalist araşdırmacılığını, kimi musiqi, kimi idaman, kimi də kriminal jurnalistika ixtisasının sirlərini öryənmək istiyir.  Ilk görüş maraqlı keçdi. Hər həs bir-birini yaxından tanıdı. O qədər yaxından tanıdı ki, dostların ad və soyadlarından başqa heçnə bilmədik. Amma  bilinəcək bir neçə müddət sonra. Yəqin Qarabağın döyüş bölgəsindən, yəqin Şuşanın qalibiyyət bayrağını sancanda əsgərlərdən reporaj götürən jurnalistə, bax bu odur “media 3”-ün tələbəsi deyəcəyik. Birinci görüş olsada Hacıbəy yenə nəsə istəyirdi. Iştirakçılar özlərini digər dostlara tanıtdıqdan sonra Hacıbəy ilk tapşırığını verdi. Hər kəs yanında oturduğu gələcək həmkarına özü haqqında məlumat verməli və yanındakı şəxs onu təqdim etməli idi. Deyəsən Hacıbəy “sən özünü yox qoy səni başqası tərifləsin” kəlamını çox sevir. Bu tapşırıq bizim ilk tapşırığımız oldu və düşünürəm ki, öhtəsindən gələ bildik.  Hər kəs görüşün bitdiyini düşünərkən  Hacıbəy yenə bir bomba atdı ortalığa ki, sabaha hamı bir yazı gətirməli idi. İlk görüş haqqında, gələcək həmkarlar haqqında , layihə haqqında və. kimi… İndi məndə səhər saat 8-ə qalıb və bu yazını yazıram. Heç bilmirəm nə yazmışam, necə yazmışam. Amma yazmışam.

Ümid edirəm  və buna inanıram ki, gələcək həmkarlarımın səsi bir neçə il sonra “Eurovision” mahnı yarışmasının qalibinin Azərbaycan olduğunu , Azərbaycanın “Olimpiya” idman yarışmasında ümumi xallara görə birinci yer tutmasını xəbə verəcək. Kimlərsə də xalqımızın sevimli radia və televiziya aparıcısı olacaqlar, Kimlər də  öz araşdırmaları ilə yeni məlumatları aşkara çıxaracaqlar. Bax, bu Yeni Media Akademiya vəİRƏLİnin uğurudur.

Sonda …. Gözlə bizi media “yeni mediaçıalr” gəlir!.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.