Cavabsız qalan suallar…
Cəmiyyətimizdə gənclərimizin mühüm problemlərindən biri də özünü ifadə etmə bacarığının olmamasıdır. Özünə güvənsizlik höküm sürür desək yanılmarıq. Nədənsə, kimdənsə çəkinmə var bizlərdə.. Bunu səbəbi nədədir?. Mütailənin azlığındamı, yoxsa biz danışmağı sevən xalq deyilik?. Yox, əsla belə deyil.Biz mütailəni sevmişik, bizim böyük natiqlərimiz olub, bizim insanımız tarixən hazırcavab olub. Bəs nə dəyişib. Zaman insanı acızləşdirirmi?. Elm, texnalogiya və müasir kommunikasiya sistemləri insanları, xüsusəndə gəncləri öz əsarətinəmi salır?.. Bəli bizim gəncliyimiz danışmağı sevmir. Bunun çarəsini tapmalıyıq.Axı hər zaman deyirik ki, gəclər gələcəyimizdir.Sağlam gələcək üçün sağlam gənclər lazımdır. Əks halda böyük tarixə malik Azərbaycan, öz yaradıcılığı ilə tanınan Azərbaycan bu statusu itirə bilər. Duyğularımızı ifadə etməkdən çəkinirik.. Şairlik iddiasından imtina etməkdəyik. Oysa ki, biz şair ruhlu insan olaraq tanınmışıq. Şairliyin özü ən böyük natiqlik deyilmi…
Gənc nə üçün uğur qazanmaqdan qaçır?. Nə üçün biz öryənməkdən,görüb-götürməkdən, lider kimi formalaşmaqdan, seçilməkdən, öndə və üzdə olmaqdan qorxuruq?.. Utancaqlıqmı edirik?. Bəs nə zamandan biz utancaqlığa bürünmüşük.Utancaq xalqmı olmuşuq,ya mən xalqımın tarixini yetərincə bilmirəm.Bilik kapitalizminin hökm sürdüyü bir dövrdə niyə biz bundan qaçırıq?….
XXI əsrdə nə üçün biz XI əsr təfəkkürü ilə yaşayırıq?. Davranışlarımız, etdiklərimiz sanki qədim dövrlərə xas olan köhnəlmiş və mənasız hərəkətlərə bənzəyir. İnsanların üstün tutulduğu bir zamanda biz insanlar niyə özümüz-özümüzü qiymətləndirmir, özümüzü dəyərləndirmirik?. Nə üçün mədəniyyətin inkişaf etdiyi bir zamanda hələ də mədəmi niyyətdən kənarda qalmaq istiyirik?.Yalnızlığı sevir və həyatımzı yalnız dörd divar çərçivəsində quruuq?. Sanki bu qədər rəngin ortaya çıxarıldığı bir zamanda qara rəngdən başqa rəngi həyatımıza daxil etmirik?. Pərdələri açıb otağa günəşin parıltılı işıqlarını ruhumuzu və dünyamızı işıqlandırmağını istəmirik?.
Həyatımız boyu qazancımızın bir hissəsini saxlayır, kimlərdənsə gizləyirik. Heç kimin ona toxunmasına, xərclənməsinə mane oluruq. Adını da “Kəfən parası” qoyuruq. Nə imiş öldüyümüz zaman bu pul bizim bütün işlərimizi həll edəcəkmiş. Yaşayarkən belə ölümü düşünürük. Bəs niyə?. Ölümü düşünə-düşünə yaşamaq nə dərəcədə düzgün bir sistemdir?. Öldükdən sonra pulun olub-olmamasının bir fərqi varmı?. Bu yanaşmaların qarşısını almalı deyilikmi?…
Və ən böyük suallar… Mən kiməm?. Necə bir varlığam?. Necə idarə olunuram?. Niyə özünü dərk etməkdə çətinlik çəkirəm?. Nə üçün acizəm bu sualları cavablandırmaqda?.
Bax bu sonuncu suala cavab verə bilsək bütün suallar cavablanacaq.Amma insan oğlu bu sualı belə cavablandırmaqda acizdir.