Bu sözlərə həmişə dəyər vermişəm. Elə atalar sözü var ki, həmişə uyğun olmasada, bu sözlər öz qüvvəsini saxlayır və inanıram ki də saxlayacaq.

İş elə gətirmişdi ki, Universitetdən çıxan kimi Avtovağzala getməliydim. Rayondan qonaqlar gələcəkdi və mən də onları qarşılayacaqdım. Əslindəonlar evi tanıyırdılar. Sadəcə qonaqpərvərlik məni məcbur etdi ki, qonaqları qarşılayım. Sözüm nə mənim özümlə, nə də qonaqlarla ilgilidi. Avtovağzalda qarşılaşdığım. Şahidi olduğum acı, biabırçı hadisə ilə bağlıdır.

Avtovağzalda gözləmə məntəqəsində qonaqları gözləyirdim. Digər bir bölgəavtobusu özünə sərnişin yığırdı. “Ucaraaaa….Ucaraaa…bir nəfər…bir..bir..bir nəfərrrr” qışqırıqları hər tərəfi bürümüşdü. Bu bölgə daha bir mini avtobus da gəldi və səs-küyləri qulaqbatırıcı idi. Avtobuslarının yanında gözləmək qalsın Avtovağzalın bir başından o biri başına müştəri axtarırdı. Gözləməzalında Nərman Qocatrükün “Qəzəblənmiş Tanrını Səhra Qurdları” kitabını oxuyurdum. Elə nə baş verdi. Burada baş verdi. Bir nəfər pilləkənlərdən qalxmamış bu iki maşınların şərnişin yığanları:

 “hara gedirsən..gəl..gəlll…Ucaramı?..iki dəqiqəyə çıxırıq..”

Qardaş :

“Hə Ucara gedirəm”.

Bu sözlər deyilən kimi, mini avtobusun sürücüsü oğlanın əlindəki çanıtanı götürüb, oğlanı dartıb apardı. Elə o andaca o biri avtobusa baxan orta yaşlı bir dayı:

“Hara aparersan əəəəə mənin müştərimdi…çəkil əəəə”.

Təxmini bir 2 dəqiqə normal danışıq…sonra yüngül söyüşlər..orta..və ağır söyüşlərə keçəndən sonra yumruq davası açıldı. Vuran-vurana idi. Ortayaşlı dayı dəyərəm min cavana deyib, boksyorlar kimi başını aşağı tutub, eləvururdu. İnanırsınız heç kim ayırmırdı.Sanki meşədə iki şir dalaşır..Avtovağzal nəzarətçiləri bir qədərdə geciksəydilər soyuq silahlar dövrəyə girəcəkdi…

Bu hadisədən də  bir şey anladım ki, danim ünsiyyətdə sərhər gözlənilməli vəmümün olduğundanda çox belə ixtişaşlardan uzaq olmaq lazımdır. Sonda bir fikirdə bildirmək istərdim… Mən rayona gedəndə bilet alıram və bileti avatobus nəzarətçisinə göstərəndə onun qanı həmişə qaralır. Çünki, biletsiz müştərilərdən artıq pul alırlar və iki dəqiqədən bir yerlər dəyişdirilir. Elə bir yol əhvəlatı olub ki, gənclərdən biri yolun yarısını ayaqüstə gedib.Çünki ona verilən yeri biletlə almışdılar.Orada da qırğın olmuşdu..

Hələ çox şey görəcək, çox şey öryənəcəyik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.