Vətən   mənə   oğul   desə   nə  dərdim,

Mamır  olub  qayasında  bitərdim.

( M.Araz )

Vətənimin  oğul  dediyi  şəhidlərim:

Şəhid   Əliyev   Amil    Novruz   oğlu   (Neftçala   RHK-dan    1988-ci  il  təvəllüd)

Şəhid   Əzizov    Xalid   Mətləb   oğlu   (Şəki   RHKƏ-dən   1993-cü  il  təvəllüd )

Şəhid    Bağırov   Vahid   İntiqam   oğlu   (Ağsu   RHK-dan   1993-cü  il  təvəllüd)

Şəhid   Ataşlı   Zülfüqar   Vəli    oğlu   (Cəlilabad   RHK-dan   1993-cü   il  təvəllüd)

Şəhid   İsmayılov   Elçin   Əlövsət   oğlu   ( Yevıax   RHK-dan  1993-cü  il   təvəllüd)

Doğru   demib  dahi   şair .  Qayada  mamır  olan   igidlərimiz   çoxdur   hələ .   Türkün gücü  tükənmir ,  türkün  qəhrəmanı  tükənmir.  Hər  bir  türk  əsgəri  şəhid  olmaq  arzusundan   alışıb   yanır .  Vətənini  sevir ,   yurdunu ,   millətini ,   bayrağını ,   azadlığını   sevir ,   dilini ,   dini  sevir və   şəhidliyin   nə   olduğunu   dərk   edir .  Şəhilik  zirvəsi  ən  uca  zirvədir .  Bu  ucalığa  hər  kəs qalxa  bilmir .   Gərək  qəlbində   tükənməz   sevgi   ola .

“Miras”   Mədəni   irsin   öryənilməsinə   kömək  İctimai  birliyi   ilə  şəhid  ailələrini  ziyarətə getdik .  Bir  vətəndaş  kimi   öz   borcumuzu  yerinə  yetirmək  üçün .   Vətən    borcunu ödəyənlərə   yalqız    olmadıqlarını   göstərmək ,   onların   tək    bir   ailənin   ovladları   yox  bütün   Azərbaycanın   övladları   olduğunu   göstərmək   üçün .  İlk   dəfə  gördüyüm  insanlarla yola   çıxırdım .   Amma   qəlbində   vətən   sevgisi   vardı   onların .   Öz   keçmişinə ,   dəyərlərinə ,  mirasına   sahib   çıxanlar   idi   onlar .   Şəhidlərimizə   də   sahib   çıxmaq  üçün   Azərbaycanın bölgələlərinə   yola   düşdük .   Beş  şəhid   evində  olduq .   Vətən   sevgisi   qoxan   evləri   ziyarət    etdik .   Şanlı bayrağım açılmışdı.  Qürürlanırdım . İlk dəfə idi ki , şəhid evinə gəlmişdim . Fərqli   bir  duyğu  idi .   Sözlərlə   izah   etməkdə   çətinlik   çəkdiyim  bir   duyğu .  Ağsuda , Şəkidə   və   Yevlaxda   olduq. Amma mənə ən təsir edən sözlər Yevlax rayonunda  şəhid  Elçinin  atasının    dediyi   sözlər   oldu. “ Mən   bir   ata   kimi   fəxr   etmirəm   ki ,   oğlum   şəhid   olub . O  mənim   oğlumdu ,   mən  atayam .   Amma   bir   vətəndaş   kimi   fəxr   edirəm .   Əlbəttə   fəxr   edirəm ”. Bax ,  bu   sözlər  ruhumu    sanki    qocaltdi.  Düşüncələrimi   dəyişdirdi.  Müharibə   deyə   bar-bar   bağırır   hamı .   Amma   analar   gözü   yaşlı   qalır   sonra .   Ürəklər daş  olur .   Torpaq   qana   batır   sonra .  Bu  gün  mənim   üçün   həyat   dərsi   oldu .   Dərsi  şəhidlər  dərs    keçdi   mənə .  Postdan  bir  addım  belə   çəkilməyərkən   bəzi   özlərini   vətəndaş   adlandıranlar   müxtəlif   yollarla ,   üsullarla   vətən   borcundan  qaçırlar .    Vətənin daşı   olmayan   necə   vətəndaş   ola   bilər .   Onlar   bir   addım   belə   geri   çəkilməzkən   biz özümüzü   düşünürük   yalnızca .   Onlar   bizi   düşünərkən .   Onlar  bizi  qoruyarkən .   Biz  onları qoruya  bilirikmi?.

Vətən     sizinlə    fəxr    edir   şəhidlərim!!!.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.