Son zamanlar gördüm ki, qar bizimlə çox maraqlanır. Tez-tez bizi ziyarət edir. Bizi ( daha çox uşaqları) şadlanıdrır, sevindirir. Bunları görəndən sonra qarı evimizə  çay qonaqlığına çağırdım. Qar da sən demə bunu həsrətində imiş. Bizim ölkəmizin, dövlətimizin , insanlarımızın qonaqpərvərliyindən , istiqanlılığından xəbəri varimiş.

Təklifimi qəbul etdi. Və Axşam saatlarında necə deyərlər bizi feyziyab etdi. Açığı sevindim. Qarla olan ilk söhbətim idi. Qar gəldi, qapını döydü. Anladım ki, bu qardı və qapını açdı. Düzdü biz az üzümə şaxta sanki sillə kimi dəydi, amma bu söhbətin və müzakirənin mənə verəcəyi nəsihətləri nəzərə alaraq, qarın xətrinə dəymədim. Gülər üzlə içəri dəvət etdim. Bir azərbaycanlı kim.Evdəkilərə qonağımız üçün çay dedim.Onlar mənim dəli olduğumu düşündülər. Evdə heç kim yox idi. Və mən qapını özüm döymüşdüm və açanda da qapının ağzında heç kim yox idi. Öz-özümə danışırdım.

Bu sözləri eşidəndə qar yavaşca dlləndi:

—- Dostum, bəs məni qonaq çağırmısan. Günəşi yox……

Dondum. Bir neçə dəqiqəlik heçnə danışmadan durdum. Və birdən-birə , anıdən mətbəxə getdim. Soyuducunun ağzını açdım, soyuducuya yenicə qoyulmuş suyu götürdüm və bir azda üzərinə buz əlavə etdim. Gətirdim düz stolun üstünə qoydum. yenə heçnə demədim. Amma qulağıma səslər gəlirdi.

—– Bu uşaq dəlidir. Qışın ortasında bu buzlu suyu neyniyir.Axırda dəli oldu vallahhh.

Buzlu suyu qoyanda qar gülümsədi. Sanki hiss etmişdi hansı duyğular keçirirəm. Özüm isə heç nə istəmədim içməyə. Başladım qarla çoxdan gözlədiyim məsələyə.

Mən : Ay qar, xeyirdimi?. Bizi deyəsən çox istiyirsən. Getmək istəmirsən. Olmaya Günəşlə küsmüsən.De görək nə olub.

Qar:  Heç görürəm siz məni çox istiyirsiniz. Mən yox siz məndən əl çəkmirsiniz.

Mən: Qar, gözəlsən, xeyirlisən, arada bir yağıb həm havanı təmizliyirsən, həm də bizi sevindirirsen. Amma başqa problemlər çıxır axı. Yollar donur, insanlar xəsarət alır. Heç olmasa bunları nəzərə al.

Qar:  Bəli. Düzdü. Amma sən də bilməlisən ki. hər şeyin öz vaxtı , zamanı var. Sizin yollar niyə belə bərbaddı, başqa yerlərdə maşın yollarında belə qızdırıcı var. Hələ sizin evlərdə qızdırıcı yoxdu. Mən də sizləri oyatmaq istəyirəm. Bax Afrikaya getdim, Ərəb səhralarına getdim. Onları oyada bildim. Amma sizi yox. Yaman yuxu sevən xalqsınız.

Mən: Ay qar. biz yatmağı sevən xalqıq deyə sen zülmedərcəsinə yağmalısan?..

Qar: Yox. Dostum, sevin yatmağı amma miqdarında . Durun bir tarixinizi bilin, milli-mənəvi dəyərlərinizi dərindən öryənin. Sonra yatında. Savaşa hazır olun.

Mən: Nə Savaşa ? Hansı savaşa ?

Qar: Erməni gədələri ilə savaşa . Mən bilirəm sizin tarixi. Xocalı soyqrımını. Axx. Əlimdə imkan olsaydı məhv edərdim onları. Amma heyf yağmaqdan başqa çarəm yox idi.

Qarın bu duyğusal danışığı məni bir az qəhərləndirdi. Vətənpərvərlik hissini oyatdı.

Qar mənə yarım saata yaxın izah verdi. Sanki Xırdalanda qalan kimi mənə hər şeyi necə var xırdaladı. Həqiqətən mənə elə bir fəlsəfə yapdı ki. Mən fəlsəfədə oxuduğumdan utandım. Özümü fəlsəfəsiz hesab etdim. Sanki indiyə qədər boşuna yaşayır və heç nəyi dərk etmirmişəm.

Qarla söhbət mənə çox böyük təsir etdi. Sözün əsl mənasında təsir. Bircə ailəmdən başqa . Qar bir az da qalsa idi , dəlixananın nömrəsi yığılıb və zeng getmişdi. Necə fəlsəfədə oxuyarkən bir az felsefe yapdım və məni yad planetli heab etdikləri kimi.

Əslində bu olanların nə dərəcədə real olması sinradan məni düşündürdü. Görəsən mən qarla həqiqətən danışmışam. Yuxuda olub bu… Yoxsa şüur altı bir epizod imiş. İlahi bu nə idi. Bir anlıq gələn və məni dərin düşüncəyə qərq edən nə idi. Görəsən mən həqiqətən dəli oluram. Yoxsaaa…..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.