Yəqin ki, bir çoxlarıniza bu cərəyan qəribə görünə bilər. Fəlsəfədə heçlik cərəyanı kimi qəbul olunan bir cərəyan….Ümumiyyətlə mən də bu anlayış haqqında eşidəndə təccübləndim. Sonradan böyük marağıma səbəb oldu.Və bu cərəyan haqqında araşdırma aparmağa qərar verdim.Bir az əziyətli oldu.Bu termin haqqında o qədərdə geniş məlumt yox idi. Amma mən çətinlikləri sevirən.Yekunda isə müəyyən bilgilər tapa bildim və istəyimə nail oldum. Yeri gəlmişkən onu da qeyd edim ki, ilk dəfə bu söz mənim qarşıma tarixi kitab oxuyarkən rast gəmişdi.
Nihilizm fəlsəfi cərəyanı xıx əsrdə rus çarı ıı Alexandrın ilkin hakimiyyət dövründə ortaya çıxmışıdır.Hamı tərəfindən heçlik cərəyanı kimi qəbul edilirdi və bu adlada yayılmağa başladı. Amma əhatə dairəsi genişlənə bilmədi və təsir gücü az oldu.Bunu səbəbi isə şübhəli təməllərə əsaslanan fəlsəfi anlayış olmasıdır.Terminə ilk dəfə Rusiyada Nedejinin Puşkinə yazdığı bir məqalədə rast gəlinib. Ancaq bu cərəynı məşhurlaşdıran şəxs isə böyük Nihilist kimi tanınan Bazarov olmuşdur. Bir müddət keçdikdən sonra isə bu cərəyan mentalitet və inanclara baş qaldıran,baxımsız və inadçı adamlar kimi görsənməyə başladılar. Qeyd edim ki, bu hadisələrə 1860 və 1870-ci ilin nihilistləri aid edilir. Bundan sonra onların adları Alexandrın öldürülməsi və eyni zamanda bir neçə terror hadisələrində hallandı və nüfuzlarına ağır zərbə vuruldu.
Nihilizim estetikanın bütün istiqamətlərini rədd edir və buna qarşı çıxırdı. Əvəzində isə elmi və yararlı olmağı təklif edirdi. Yəni rassionalist bir cərəyan idi. Bununla kifayətlənmir klassik fəlsəfəyə bütünlüklə qarşı çıxır və tənqid edirdilər.Təkcə bunlar deyil.. Əsas qarşı çıxdıqları nəsnələr isə dövlət,ailə və kilsə idi. Göstərirdilər ki,dövlət insanları aslı hala salır, ailə insanın başını qatır və lazımsız bir şeydir, kilsə isə insanları cəhalətə sürükləyir. Elmi üstün tutduqları üçün ancaq elmin bütün problemləri həll edə biləcəyinə inanırdılar Nihilistlərə görə bütün problemlər cəhalətdən doğur. Bunun başlıca səbəbi isə kilsələrdir. Bundan qurtulmaq üçün isə mütləq elm ilə məşğul olmaq lazımdır.