Min İllərdir Düşünülən Ruh
Mart 27, 2012 müəllifi qabbas
İnsan düşünən varlıqdır. O, müəyyən bir zaman çərçivəsində dünyadakı hadisə və proseslər, həmçinin dünyadakı predmet,şeyler haqqında düşünmüş və onların izahını verməyə səy göstərmişdir. Bu kimi insanı düşündürən varlıqlardan biri də məhz ruhdur. Min illərdir ki, izahı verilməyə çalışılan ruhun hələdə tam izahı verilməmişdir. Daha doğrusu, insanların ruh haqqında məlumatları çox kasatdır. Həmin məlumatlar isə dini kitablardan əldə edilmişdir.Elə buna görə də, insanların ruh haqqındakı fikirləri dinə əsaslanır və bu çərçivədən çıxdıqda isə fikirlər absurt və inandırıcı olmur.
- Yaradılanların ən gözəli olan insan iki hissədən ibarətdir:
1.Maddi,yəni cismani hissə bədən
2.Mənəvi hissə,yəni ruh
Bu dunyada iki hissə bir biri ilə vəhdətdədir.Amma ruh bədəndən üstündür. Çünki bədəni ruh idarə edir. Ruhsuz bədən yalnız bir yığın ət parçasından ibarətdir. Ruha müəyyən forma lazımdır ki, bu da özünü cismani formada əks etdirir.Ruh əbədi, bölünməz, parçalanmaz varlıqdır.
Qeyd etdiyimiz kimi bədəni idarə edən ruhdur. Ruhsuz bədən heç bir əhəmiyyət daşımır. Bədən üzərində beyin beynin üzerində isə ruh hökmranlıq edir. Bəzən elə təsəvvür yaraır ki, biz hərəkət ediriksə bu beyinin sinir sistemlərinin fəaliyyətidir.Əslində isə bu ruhun fəaliyyətidir. İsananin xarici gözəlliyi onun cismaini gozəlliyidir. Əsl gözəllk, daxili gözəllik isə ruhun gozəlliyidir.Bu xaraktərdə də fərqləndirici cəhətlərdə də belədir( hər bir cisim,yəni bədən ayrıca fərdi ruha malikdir və bu ruhlar daxili təbiətcə fərqlənir. Materialistler ruhu bədənsiz olaraq qebul etmirlər. Onlar bildirirdilər ki, ruhun bədənsiz isbati yoxdur. Beləki onlar ikinci dunyanı qəbul etmirlər. Bu səbəbdən ruhun nə daimiliyini qəbul edir, nə də ruhu bədənsiz təsəvvür etmirlər. Onlar göstərirlər ki, insan öləndə onunla birlikdə ruhda ölür. Əlbəttə, bu fikirlər absurtdur. Ən azından onlar yuxu haqqinda bilsə idilər bu fikirləri səsləndirməzdilər. Çünki, insan yuxuda olarkən ruh bədəni tərk edə bilir. Buba subut kimi yuxuda uzaq və yaxud da yaxın insanların görülməsi, danışılması və hətta hər hansı bir yerə getməsidir. Misa olaraq yuxuda insan heş görmədiyi bir yeri görür və o yer haqqında gördüklərini danışırlar. Sonradan müəyyən olur ki, bu yer mövcuddur.Bu sənin ruhundur ki, bədənini tərk edib .
Varlıq haqqında bir çox təlimlər var.Hər bir filosof varlıq haqqında öz fikirlərini irəli sürmüş və təlimini yaratmişdir. Varlıq daim var olan deməkdir. Bu var olan daima mövcüddur ve məhv olmur. Bundan nəticə hasil edərək mən iki cür varlıgı qəbul edirəm:
1.Allah
2.Ruh
Hər iki adını qeyd etdiyimiz varlıq əsl varlıqdır. Bunlar dəyişmir, məhv olmur, parçalanmır və daimidir. Bəzi filosoflar əsl varlıgı materiyada görürlər və materiyanın əbədiliyini qəbul edirlər. Əgər varlıqdan söhbət gedirsə, sözsüz ki, varlıq daimi olmaldır. Məgər materiyanın sonsuzluğundan, daimiliyindən danışmaq olarmı?.Eləcə də ruh əsl varlıqdır. O insanın bədəninə ali varlıq allah tərəfindən üfürülür və insan öldükdən sonra yeniden allahın yanına qayıdır. Yəni, ruh bədənlə birlikdə məhv olmur, ikinci dunyaya çəkilir. Euripidies belə bir fikir səsləndirib:” Görən eşidən tək ruhdur, geri qalan hər şey səssiz və kardır”. Bu hikmətli fikri misalla aydınlaşdıraq.İnsan yasadığı müddətdə danışır və görür amma ruh bədəni tərk etdikdən sonra( insan öldükdən sonra) nə danışa, nə eşidə bilir. Burdan daha da aydın görünür ki, insanın danışmaq və görməyinin səbəbi ruhdur. Bəzi insanlar yuxu haqqında fikirlərimizə əsaslanaraq belə bir fikir irəli sürürlər: “ Əgər yuxuda ruh bədəni tərk edirsə insan niyə ölmür?, yuxudan qalxır və azad səkildə hərəkət edir”. Buna cavab olaraq qeyd edək ki, yuxu zamanı ruh bədəni tam formada tərk etmir. Məhz buna görə də yuxunu ölmün kölgəsi adlandırırlar.
Bu gun ruh haqqında o qədərdə geniş məlumatlar vermək çətindir. Bunun səbəbi elmin hələdə dinin qarşısında aciz qalmasıdır. İsra surəsi 85-ci ayədə bunu daha aydın görmək olar. Səndən ruh haqqında sorşusalar. De: “Ruh Rəbbimin əmrindəndir.Sizə(bu barədə) cuzi bilik verilmişdir.” Əlbəttə insanın beyni ruhu tam olaraq qavrayacaq formada təşkil olunmayıb.Bizim ruh haqqında biliklərimiz yalnız dinə və hissimizə əsaslanır.
Mənim Düşüncəm: insanlıq deyilən bir məvhum var ki, bu da ruhdur. İnsanda nə varsa birbaşa ruha bağlıdır.Mən görürəmsə , eşidirəmsə, hiss edir ve düşünə bilirəmsə ilk növbədə allaha ikinci növbədə ruhuma minnətdaram.Bizim bədənimiz formal xarakter daşıyır və o qısa müddətlidir və biz ondan aslı deyilik. Ruh bizim “Mən”imizdir. Ruh elə özümüzük.Aynaya baxanda siz nəyi görürsünüz?. Sual konkret olaraq hamı tərəfindən birmənalı şəkildə belə cavablandırılır. “ Özümü,yəni bədənimi”. Əslində isə mənim cavabım tam fərqli şəkildə səslənir:” Mən aynaya baxanda ruhumu görürəm”. Təbii ki, bu hissi anlamda səslənmişdir.
İkinci dünyada ruhumuz sınaq qarşısında qalacaq. Ruhumuzu saf və təmiz saxlayaq. Ruhu təmiz ve saf insan dunyanın ən xoşbəxt insanıdır. O dünyada cismimiz deyil ruhumuz cavab verəcək. Bu səbəbdəndə cismimizdən daha çox ruhumuzun qayğısına qalmağa çaliş.