“Sən mentalitetin yox, qoy mentallitet sənin qulun olsun!”.

Həyatda iki cür qanun var. İlk öncəsi yazılmış qanunlar. Daha doğrusu cəmiyyətdə xaosun qarşısını almaq üçün yaradılan, dövlət və vətəndaş arasında qarşılıqlı münasibətləri əks etdirən bir yazılı formadır. Digəri,ikincisi isə qeyri-yazılı formada olan, müəyyən bir dünyagörüşü əks etdirən, dədə-babalarımızın bizə miras qoyduqları, sadəcə başları satmağa qarışdığı üçün kağıza köçürə bilmədikləri, məişət qanunları adı altında sırınan və gələcək nəsillərində bu qanunlarına uyması istənilən , hətta tələb edilən bir cəfəngiyatdır. Bu belə….keçək əsas məsələyə…

Mentalitet müəyyən bir dünyagörüşünü əks etdirir, yəni ay azərbaycanlı bu sənin mentalitetindir və sənin dünyagörüşün bax budur. Necə deyərlər… “mentalitetimiz anlımıza yazılıb”. Yazılmayan qanunumuzu yaradanlar isə dədə-babalarımız olub. Hansı dövrün kişiləri ki, hələ “Məhəmməd peyğəmbər dünyaya bəxş edilməmişdi”. Bax aaaaa biz həmin dövrün qaunları ilə oturub-dururuq. Halaldı bizə elə deyilmi?.

Bu zaman  ortaya çoxlu suallar  çıxır. Nəyə görə mən kiminsə qoyduğu qanunlara tabe olmalıyam. Bir halda ki, bunun yaradıcısını tanımıram. Və mənim dünyagörüşüm fərqli, Əlinin dünyagörüşü fərqli, Vəlininki fərqli, Pirvəlininki fərqli olduğu halda niyə eyniləşdirilməlidi və yox eeee qardaşşşş sənin dünyagörüşün səhvdir bax, budur əsl dünyagörüşü deyərək, mənim kafama yeritməyə çalışmalıdır.  Bəs dünyagörüşü…mənə görə dünyagörüşü odur ki, mənə sərf eliyir,yəni mənə xoş hal bəxş edir,sevindirir və xeyir verir. Mənə xeyirli olan, Əliyə xeyirli olmayacaq, Vəliyə xeyirli olmayan Pirvəliyə xeyirli olacaq.. bəs niyəəə???. “Həə deməli, o dövrün insanlarına bu saxta forma sərf edirmiş…”.Xatırladım ki, indiki dövrdə hamının nəfəs kəsmədən seyr etdiyi seriyallar insanların başını qatmaq, onları məşğul etmək üçün yaradılmışdı. Səbəb isə xalq, cammat üsyan etməsin, başı qarışsın. Bir nüanasda var :“Alnımıza yazılan” qanunlar nəzərə alsaq ki, 10-15 əsr bundan əvvəlki düşüncə üzərində qurulub. Qayıdıb onlara demək lazımdı: “Ay dayııı insanlar daha sürünmür eeee uçur…uçurrrr”. İnsan övladı bir az düşünəndə bu mentalitetin cəfəng, bəzi insanların məqsədyönlü şəkildə yaratdığını anlayır. Bilirsiniz həmin ki, dövrdə düşünməyə, bu saxtalaşdırmaya qarşı çıxmağa belə qoymurdular. Səhər bir söz de…Axşam şəhər meydanında asılmağa hazır olll.Hələ insanlar sənin cansız bədəninə elə oyunlar açacaqlar ki…Axı sən düşünmüsən..bu saxtaya qarşı çıxmısan.Biliriniz də yəqin ki, həmin dövrlərdə özlərini molla adlandıran bir qrup şəxslər insanların elm öryənməyinə qarşı çıxırdılar. Çünki sərf eləmirdi nə dövlətə, nə də onlara. Elə dövlət himayə edirdi onları… Aha yenə nəticə bu qanunlar kiminsə mənfəətinə uyğun formalaşdırılıb.

Gələk mənin “şəxsi” düşüncələrimə…

Bizim mentalitetə görə qızın 17 yaşı olan kimi evlənməlidi..Üstəlik nəsilə oğul bəxş etməlidir, qız olsa günün qaradı.. O ki qaldı haaa uşaqbəxş edə bilmədin dədə evinə biletin hazırdı. Geriyə dönüşü olmadan… Özüdə savadsız olmalıdır aaa, yəni məktəbə getməməlidir. 4-cə sinif bitirsə kifayətdir.Əsas odur ki, adını yaza bilsin. Mentalitet deyir ki, “böyük danışanda kiçik susar”, “böyüyün işinə qarışmaq olmaz”,”ağsaqqal nə dedi odu”.Günlər keçir kiçik böyüyür və olur “dub”. Səbəb ona söz verilməməsi və fikirinində soruşulmaması. Mentalitet deyir, kişi arvadını döyə bilər bu onun hüququdu, arvad isə bir söz belə deməməlidir. Mentalitet deyir, ata övladını döyə bilər. Mentalitet deyir qadın işləyə bilməz, mentalitet deyirr….deyir…elə hey deyir… əməllər görmək.

Sonda…

Əgər mentalitet mən düşündüyüm kimi deyildə, onlar(yaradanlar və buna inananlar,uyanlar) düşündüyü kimidirsə,  ?…onda day men nə yazım….Sadəcə bir cümlə… Azad olun…..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.