Son zamanlar hər kəs İslamı atıb ortaya və özünə tema edib. Bilən də danışır, bilməyəndə.. Demək olar ki, müzakirə edilən iki mövzu varsa, biri (bəlkədə birincisi) İslam mövzusudur. Sanki özlərini debatda hiss edirlərmiş kimi bir deyir və  o biri inkar edir.Öz düşüncələrini bir-birinin  və hətta cammatın beyninə məcburi yürütmək istəyirlər.Lap  bazar ab-havasını xatırladır.( Satıcı deyir səncanın al,alıcı deyir canımçün alan deyıləm) Səsləndirdikləri fikirləri nə özləri başa düşürlər, nə də başqaları… Sadəcə danışırlar.. Ətrafdakılar isə sadəcə  seyr edir. Həqiqətən son zamanlar İslamafofiya sürətlə artmaqdadır. Səbəbi məlum deyil… Ay qardaş bu İslam sizə nə edib, hansı qapınıza daş atıb ki, siz ona atomla cavab verəsiniz. Səbəb həmişə qaranlıq qalır. Onların özləri kimi… Artan mübahisələrdən təngə gələrək öz düşüncələrim bölüşmək istədim. Və müəyyən mənada bu fobiya haqda bəzi məlumatları çatdırmaq istədim. Onu da nəzərə alıdım ki, bundan sonra İslamfoblar mənim fikrimə qarşı çıxacaqlar və hətta onlar bu yazıya cavab verəcəklər.. Özü də çox emosianal şəkildə..

İslamafobiyanın tarixi qədimlərə gedib çıxır. Amma daha çox son üç əsri(xıx , xx , xxı )əhatə edir. Bu fobiyanın baş qüvvəsini mən İllimunati və Massonluqda görürəm. Çünki məhz bu iki teror qruplaşması(bəli teror qruplaşması. Dünyanın sonunu gətirmək istəyən və insanları məhv etmək istəyən qruplaşmalara teror və terorçu adından başqa heç bir kəlməni yarşdıra bilmirəm) İslamın məhvinə nail olmaq istıyir. Məlum olduğu kimi onlar dünya dinləri və dövlətləri çökürtməklə dinsiz və tək bir dövlət qurmaq istiyirlər. Amma sözün əsl mənasında istiyirlər… Azrulayırlar…. Arzuları isə boğazlarından keçməyəcək. … Və onlara bir istəkan soyuq su məsləhət görə bilərəm.

Sionist İsrail rejiminin baş naziri Netanyahunun oğlu Yair Netanyahu  (19 yaş) “Facebook” profilində yazdığı şərhdə deyilir: “Müsəlmanlar nifrəti və ölümü qeyd edir. Terrorun bir dini var və o da İslamdır”.

Bax, bu da İsrail və Baş nazirin oğlunun fikirləri. Özləri də deyirlər ki, bizim hər bir dinə hörmətimiz var… Bəs hanı?.. Ay Netanyahu bəlkə   Fələstini və müsəllanları öldürmək əvəzinə sevimli oğlunun yazdıqları ilə maraqlanasan.Yoxsa maraqlanırsan.. Yəqin ki, alnınıdan öpüb, afərin oğul belə davam elə demisən.

Deyir ki, terorun bir dini var o da İslamdır. Yaxşı, ay balaca Netanyahu  atan sənə deməyib ki, Bin Laden məhz ABŞ ajanıdır.Terorun ən böyük başqanı sən demə amerikalı imiş. Türkiyədə kürt teroruna dəstək verən siz deyilmisiniz… Yəqin atan İslama və müsəlmanlara nifrət adlı növbəti dərsində deyər…

Son araşdırmalar görə Amerika Birləşmiş Ştatları(ABŞ) İslamafobiyaya milyonlarla dollar xərcləyib. Ay qardaş bəs sənin dövlətin iqtisadi böhranda idi. Vətəndaşların işsizləşməkdədir,şirkətlərin müflizləşir,dolların nüfuzdan düşür. Sənin marağın nədir ki, bu qədər pulu İslamafobiyaya  xərcləyirsən?..dövlətinə yox.

11 sentyabr hadisələrini səbəbində sən demə hecdə müsəlmanlar dayanmayırmış. Ölənlərdəndə amerikalı olnalar sen demə lap az imiş. İşə baxda teror amerikanlara qarşı törədilsin və orda da bir nəfərdə olsun amerikalı olmasın. Həmdə nüfuzlu amerikalı… Təsadüfdürmü?. Yoxsa qabaqcadan planlaşdırılmış hadisə?. Sən demə, bu ABŞ bir güllə ilə iki quş vurmaq istəyirmiş. Həm ictimai-siyassi mühitdə anti-islami təbliğ , həmdə İraq neftinə sahib olmaq… Nail oldu da… Demokratiya və anti-teror deyə bar-bar bağıran ölkə anti-demokratik və terorçu bir ölkə imiş…. Ay ABŞ bu nə idi… Hamı səni demokratıyanın simvolu kimi görür. Bəs o hanı?…..

Almaniyada  aparılan bir araşdırmanı nəzərinizə çatdıraq.  Tədqiqatçı-psixoloq Andres Zik İslamafobiyanın səbəblərini aydınlaşdırmağa çalışıb və belə bir nəticəyə gəlib ki, səbəb hər hansı dini atributlar və ya kiminsə müsəlmanlardan zərər görməsi ilə bağlı deyil.Ən çox diqqət cəlb edən nöqtələrindən biri isə budur ki, İslam və müsəlman əleyhdarlarının əksəriyyəti müsəlmanlarla bağlı şəxsən heç bir neqativ təcrübəyə malik deyillər. Hətta islamfob ölkələrə belə İslamdan heç bir zərər gəlmiyib.

Bu da onların öz araşdırmaları və baxışları. Demokratiya, insan hüquqları və azdlıqları deyə dünyaya car çəkən bir çox Avropa ölkələri məcsidləri bağlayır, azan oxunuşunun qarşısını alırlar. Bəs siz insan azdlığının ən böyük tərəfdarı idiniz… Yoxsa bu sizin üçün azdlıq deyilmi… Sizin üçün azdlıq anlayışı cinsi azdlıq imiş…Bəs sizin konustitutiyanızda  dünyəvi dövlət olduğunuz yazılıb, dini məhdudiyyət qoyulmayıb… yoxsa onlarda mı  yalandı?…

Fobiya latın sözü olub, qorxu anlamını verir. İslam və fofiya sözlərini birləşdirib. Guya yeni bir termin yaradıblar. İslamafobiya(islam qorxusu). Əslində bu terminin yaradıcıları qorxu sözünün məhz İslamdan gəldiyini iddia edirlər. Onlar “yalnız allahdan qorxun” ifadəsinə əsaslanaraq belə çıxışlar edirlər. Əslində necədir?.. Yalnız allahdan qorx. Yəni allahdan başqa heç kimdən və heç nədən qorxma. Bu beyinlərdə oıan sullara cavab deyilmi?..

Qadın kişi  bərabərliyinə toxundular. Yeni bir şey yaratdılar. Gender bərabliyi. Nəymiş İslamda qadın kişi bərabərliyi yox imiş. Vay bunlar nə danışırlar… görəsən heç olmasa bir dəfə də olsa  müqəddəs “Qurani-Kərim”i oxumuyublarmı?.. Düşünə-düşünşə, dərk edə-edə…. Bərabərliyin ən böyüyü elə İslamda deyilmi?… Onlar deyirlər ki, qadınların başlarını bağlaması məcburidir və bu demokratik deyil,insan hüquqlarına qarşıdır. Amma bilmirlər ki, İslamda məcbur deyilən bir söz yoxdur. Hicab məcburi deyil. Bundan əlavə xiristianliqda da, yəhudilikdə də, zərdüştlükdə də baş bağlanma var…. bunlar hər şeyi aydınlaşdırmırmı?… Kişilərin qadından üstün tutulduğu göstərilir. Daha bilmirlər  ki, Peyğemberimiz buyurub: “övladlarınız arasında ayrı-seçkilik etmeynin”. Bunlar cavab deyilmi?

Onlar ailə qurarkən qızların razılığının alınmamasını bildirirlər… Amma bilmirlər ki, peyğemberimiz Məhəmməd(s.ə.s) buyurub: “övladlarınızı evləndirərkən onların razılığını alın”. Bu hər şeyin izahı deyilmi?…

Bəzi insanlar insanın və dünyanın yalnız ağılla,şüurla idarə olunduğunu iddia edirlər və onlar əsl islamfoblardır. Ey, sizlər ağılla,süurla hər şeyə nail olmağın mümkün olmasını bildirənlər. Siz deyirsiniz ki, bizi beyniniz,süurumuz idarə edir. Bəs onda  bir tək sizi bu balaca beyniniz idarə edirsə,bu boyda dunyanı idarə edən yoxdumu?…

İnsan azadlığı deyilən bir şey var. Heç kim  dini abxışına görə hədəf seçilə bilməz. Mən idealistəm və əlhəmdürullah müsəlmanam. Amma dini iqtisadiyyata, siyasətə qatmağın əleyhinəyəm.İslam siyasi idarə etmə metodu deyil axı. Belə olsa daxili xaos baş verər.Bu baş verənlərin əsas səbəbi elə budur..Hər kəs azaddır.. Və dini borcunu yerinə yetirməyə haqqı,hüququ vardır. Heç kimin buna qarşı çıxmağa  nə haqqı, nə də hüququ çatmır. Bu qədər.Açıq və aydın…..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.