Sən edəcən  hər bir hərəkət barədə qabaqcadan düşünməlisən. Yox, düşünməməlisən ki, necə edəcəm?, hansı tərzdə edəcəm?. Düşünməlisən ki, ictimaiyyət bunu necə qarşılayar. Görəsən nə deyəcəklər?,hərəkətim yaxşı qarşılanacaq  ya  pis?.Sən azad ola bilmirsən, sıxılırsan. Çərçivənin içərisində duran bir şəklə bənzəyirsən. Hərəkətsiz,tərpənməz, səssiz və səmirsiz… Çılğınlıq..Hayqırmaq, hoppanmaq, tullanmaq istəyirsən bəzən. Amma yaşaya bilmirsən bu həzzi . Öz duyğularınla yox başqasının düşüncələrinlə yaşamalısan.  “O , bu, Əli , Vəli, Pirvəli nə deyər buna ” sözləri beynimizə bir virus kimi daxil olur və yavaş-yavaş məhv edir. Çox vaxt əxlaqsızlıq adlandırırlar. Bunu əxlaqsız adlandıranlar isə əxlaqsızlığın əslində nə olduğunu çox yaxşı bilirlər.Yoldan keçən qadına söz atmaq, öz bədənini satan qadınla münasibətdə olmaq əxlaqsızlıq deyildə sərbəst, azad yaşamaqmı əxlaqsızlıqdır?.

Zirvədə valideynlər dayanır.. belə ki sən nə edirsənsə deyirlər “ Filankəsin oğlu elə etdi, Behmankəsin qızı bu cür elədi”. Sadəcə bir söz demək olar. “Sənin nəyinə qalıb” ya da “Sənə nə”…

Çox yaxın qız dostlarımdan birinin əhvəlatını vurğulamaq istiyirəm. Həmişəki kimi dostlarımızla bir yerə yığışmışdıq. Qızlardan bir o birinə “Niyə cins şalvar geyinmirsən?. Sənə çox yaxşı qalar.”-dedi. O bir isə “ Yox ay qız. Bizim məhlədə buna pis baxırlar”-deyə cavab  və bu deyişiylə əslində çox böyük bir problemə misal oldu.

Cənub bölgələsində və bəzi Ucqar bölgələrimizdə qız uşaqları doqquzuncu sinifə qədər oxuyurlar. Axı, ayıbdı qonşular nə deyər… Qızlar 17 yaşı olan kimi evlənməlidi. Əgər elənməyibsə 100%  qonşular “nəsə var eee bu qızda”  deməyə başlayacaqlar.

Nə deyərlərlə yaşayırıq bizlər. Öz azadlığımızı özümüz almışıq əlimizdəm. Zəncirləmişik özümüzü və açarları başqalarına vermişik.  Istədiyimiz kimi yaşasaq, öz istədiyimiz kimi yaşaqsaq dünyanın ən xoşbət insanı olarıq. Belə də edək, düşünməyək başqaları nə deyər və necə qarşılayar. Qoyun desinlər. Deyəcəklər… deyəcəklər və axırda özləridə bizim kimi yaşayacaqlar…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.